AZ

İran və Avropa ölkələrinin nazirləri Nyu Yorkda nüvə proqramını müzakirə edəcəklər

ain.az, Bizimyol saytına istinadən bildirir.

23 sentyabr tarixində, ABŞ-ın Nyu-York şəhərində İran və Avropa ölkələrinin xarici işlər nazirləri arasında İranın nüvə proqramı ilə bağlı mühüm danışıqlar keçiriləcək.

Bizimyol.info xəbər verir ki, bu barədə Fransanın diplomatik mənbələri məlumat veriblər.

Danışıqlarda İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi, həmçinin Böyük Britaniya, Fransa, Almaniya və Avropa İttifaqının nümayəndələrinin iştirakı gözlənilir.

Məqsəd – 2015-ci ildə imzalanmış Nüvə Sazişinə (JCPOA – Birgə Hərtərəfli Fəaliyyət Planı) uyğun olaraq dayandırılmış BMT sanksiyalarının bərpasının qarşısını almaqdır. Əgər tərəflər arasında yeni razılıq əldə olunmasa, sanksiyaların bərpa olunması ehtimalı artır.

Qeyd edək ki, 2015-ci ildə İran ilə "Altılıq" ölkələri (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya) arasında imzalanmış Nüvə Sazişi, İranın nüvə fəaliyyətini məhdudlaşdırmaq və əvəzində ona qarşı tətbiq edilən beynəlxalq sanksiyaları yüngülləşdirmək məqsədi daşıyırdı.

Lakin 2018-ci ildə ABŞ prezidenti Donald Tramp bu sazişdən birtərəfli qaydada çıxdı və İrana qarşı sərt sanksiyalar bərpa olundu. Nəticədə Tehran da sazişin bir sıra öhdəliklərini yerinə yetirməkdən imtina etdi.

Hazırda Avropa ölkələri və İran, sazişi qorumağa və diplomatik həll yolu tapmağa çalışırlar. Bu danışıqlar həmin səylərin bir hissəsidir.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
66
50
icma.az

10Mənbələr