AZ

Konsert üçün getdikləri Meksikada itkin düşən müğənnilərin CƏSƏDLƏRİ TAPILIB

Azxeber.com portalından verilən məlumata əsasən, ain.az bildirir.

Meksikaya konsert üçün qastrol səfərində olan kolumbiyalı müğənnilər Bayron Sançes (səhnə adı "B-King") və Xorxe Luis Herreranın (Dj Regio Clown) meyitləri tapılıb.

AZXEBER.COM "Haber Global"a istinadən xəbər verir ki, sentyabrın 16-dan bəri itkin düşən 31 yaşlı Sançes və 35 yaşlı Herreranın cəsədləri paytaxt Mexikodan təxminən 50 kilometr məsafədə yerləşən Kokotitlan qəsəbəsində aşkarlanıb.

Mexiko Baş Prokurorluğu hadisə ilə bağlı genişmiqyaslı istintaqa başladığını açıqlayıb. 

Kolumbiya Prezidenti Qustavo Petro sənətçilərin ölümündə beynəlxalq mafiyaları və narkotik qaçaqmalçılarını günahlandırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
azxeber.com

1Mənbələr