AZ

Suriyada sabitlik möhkəmləndikcə bunun qazananı qonşu ölkələr olacaq

Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bu gün qəzzalı məzlumlar üçün səsimizi yüksəltdiyimiz kimi, 13 il də bu kürsüdən suriyalıların fəryadlarına diqqət çəkdik.

Redaktor.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində yüksəksəviyyəli debatlarda çıxışı zamanı deyib.

“Bir milyon insanın həyatına, milyonlarla insanın vətənini tərk etməsinə səbəb olan zülm 8 dekabr çevrilişi ilə tarixə qarışdı. Suriyalı qardaşlarımız o tarixdən etibarən yeni dönəmin qapılarını açdılar. Əminəm ki, əliqanlı rejimə qarşı mübarizə aparan Suriya xalqı böyük bədəllər ödəyərək əldə etdikləri zəfəri məntiqi sonluğa çatdıracaq. IŞID başda olmaqla, terrorun heç bir növünün olmadığı, təhlükəsizliyin təsis edildiyi bütöv Suriya baxışını bütün imkanlarımızla dəstəkləyəcəyik. Suriyada sabitlik möhkəmləndikcə bunun qazananı Suriya ilə birgə bütün qonşu ölkələr və bölgəmiz olacaq”, - deyə Ərdoğan əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
2
redaktor.az

4Mənbələr