AZ

Politano “Napoli” ilə müqaviləsini uzadıb

“Napoli”nin yarımmüdafiəçisi Matteo Politano klubla yeni müqavilə imzalayıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Futbolçunun yeni müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Politano “Roma”nın yetirməsidir və peşəkar səviyyədə həmçinin bu komandanın şərəfini qoruyub. O, karyerası ərzində “Peskara”, “Sassuolo”, “İnter” və digər klublarda da çıxış edib. Matteo 2020-ci ildə “İnter”dən icarə əsasında “Napoli”yə keçib, 2021-ci ildən isə komanda ilə daimi müqavilə imzalayıb.

Ötən mövsüm Politano 39 oyunda 3 qol vurub və 5 məhsuldar ötürmə edib. Cari mövsümdə isə 5 oyunda onun hesabında 1 məhsuldar ötürmə var.

Seçilən
41
90deqiqe.az

1Mənbələr