Yevlaxda traktorun altında qalan 4 yaşlı uşaq ölüb.
"Report" xəbər verir ki, hadisə rayonun Səmədabad kəndində baş verib.
Məlumata görə, traktorun sükanı arxasında azyaşlının atası - 1991-ci il təvəllüdlü Y.Zeynalov olub.
Ehtimal olunur ki, traktor hərəkətdə olan zaman sürücünün azyaşlı övladı anidən yola çıxıb və hadisə qaçılmaz olub.
Faktla bağlı araşdırma aparılır.