AZ

Osloda partlayış oldu, əhaliyə xəbərdarlıq edildi

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Norveçin paytaxtı Osloda güclü partlayış baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Dagsavisen” qəzeti şəhər polisinin məlumatına istinadən xəbər yayıb.

Polis bəyanatında həmin ərazidə hələ də partlayıcı qurğuların olduğu bildirilir. Əhaliyə təhlükəsizlik məqsədilə pəncərələrdən uzaq durmaq tövsiyə olunub.

Hüquq-mühafizə orqanlarının açıqlamasına görə, küçədə bir neçə partlayıcı qurğu aşkar edilib, onlardan biri artıq işə düşüb. Hazırda xəsarət alanlar barədə məlumat yoxdur. Polis hansı növ partlayıcı qurğulardan söhbət getdiyini dəqiqləşdirməyib.

Xatırladaq ki, bundan öncə Oslonun hava limanı da gecəyarısından etibarən bağlanması barədə xəbər yayılıb. Buna səbəb şəhər üzərində pilotsuz uçuş aparatının görünməsi barədə məlumat idi.

Aysel Əliyeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
1
globalinfo.az

2Mənbələr