AZ

Bakıda yük avtomobili yolda qaldı, nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edildi

Nərimanov rayonu, Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində texniki nasaz yük avtomobili yolda qalıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, digər nəqliyyat vasitələri üçün qəza şəraiti yarandığından və yük avtomobilinin yoldan götürülməsi məqsədilə metronun "Koroğlu" stansiyası istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.

Hazırda yol polisi əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.

Seçilən
80
14
news24.az

10Mənbələr