AZ

Ləzədə KRİTİK VƏZİYYƏT: Palçıq püskürməsi 32 il sonra yenidən aktivləşdi - VİDEO

Qusarın dağlıq Ləzə kəndində palçıq püskürməsi bu gün günün 2-ci yarısından başlayaraq daha da aktivləşib.

Yerli sakinlərin Bizim.Media-nın Şimal bürosuna verdiyi məlumata görə, Qızılqaya massivindən axan güclü palçıq layı sürətlə kəndə doğru gəlir.

Evlərə ciddi təhlükə yaranıb. Sakinlər qorxu və təşviş içindədir.

Qusar rayon icra hakimiyyəti və polis şöbəsi ərazidə növbətçilik təyin edib, qabaqlayıcı tədbirlər görülür.

Qeyd edək ki, Ləzə kəndində sonuncu dəfə palçıq püskürməsi 1993-cü ildə baş verib və kəndə xeyli zərər vurub.


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
24
6
bizim.media

8Mənbələr