AZ

Arda Güləri nə gözləyir? Real Madrid qərarını verdi

News24 saytından verilən məlumata görə, ain.az xəbər verir.

Real Madridin gənc ulduzu Arda Gülər üçün gözlənilməz vəziyyət yaranıb.

News24.az xəbər verir ki, komandanın İspaniya ilə keçirdiyi oyunda Arda bu mövsüm ilk dəfə ehtiyat oyunçular sırasında yer alıb. İspan mediasının yazdığına görə, buna səbəb Jude Bellinghamın zədədən sonra komandaya qayıtmasıdır. Futbol şərhçisi Julio Maldonado bildirib ki, Bellinghamın oynadığı mövqe Ardanın əsas heyətdəki yerini təhlükəyə atır.

Xabi Alonso hər iki futbolçunun birlikdə oynaya biləcəyini desə də, sistemin dəyişməsi Ardanın oyun vaxtını azalda bilər. Bellinghamın qayıdışı ilə Real Madridin yenidən 4-3-3 taktikası ilə oynayacağı gözlənilir. Bu halda orta sahədə yerlər məhdudlaşır və ilk zərər çəkən oyunçu Arda ola bilər.

Maldonado deyib ki, Arda istedadlıdır, amma kimsə kənara çəkilməlidir və bu, o ola bilər. 

Məşqçi Alonso isə Ardaya güvəndiyini bildirib, lakin qərar verməkdə çətinlik çəkir.

Xeyrənsə Piriyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
51
1
news24.az

2Mənbələr