AZ

Yaponiyanın baş naziri BMT nin tam fəaliyyət göstərməsinə şübhə altına alır

Bizimyol saytına istinadən ain.az xəbər verir.

Yaponiyanın baş naziri Şiqeru İşiba ümumilikdə BMT-nin, xüsusən də Təhlükəsizlik Şurasının öz mandatlarını tam şəkildə yerinə yetirmək qabiliyyətini şübhə altına alıb və Təhlükəsizlik Şurasında islahatların aparılmasını fifrindədir.

Bizimyol.info xəbər verir ki, bu barədə o, BMT Baş Assambleyasının 80-ci sessiyasının ümumi müzakirələrində çıxış edərkən bildirib.

“Biz özümüzə sual verməliyik: BMT həqiqətən də üzərinə düşən vəzifəni lazımı qaydada yerinə yetirirmi? O, öz funksiyalarını tam yerinə yetirirmi?”,- deyə qeyd edib.

İşiba BMT Təhlükəsizlik Şurasını, xüsusən də veto sistemini tənqid edib.

İşiba Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvlərinin sayının genişləndirilməsini təklif edərək: “Aydındır ki, indi qətiyyət nümayiş etdirmək və Təhlükəsizlik Şurasında islahatları həyata keçirmək vaxtıdır”, - deyib.

Eyni zamanda o vurğulayıb ki, “sadəcə BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayını artırmaq kifayət etməyəcək”. “Lakin mən əminəm ki, Təhlükəsizlik Şurasının effektivliyini azaltmadan onu daha nümayəndəli etmək mümkündür”, - deyə o əlavə edib. Yaponiyanın baş naziri həmçinin belə bir fikir bildirib ki, Təhlükəsizlik Şurasına yeni daimi üzvlər əlavə olunarsa, onlar 15 il ərzində veto hüququndan istifadə edə bilməsinlər.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
61
50
icma.az

10Mənbələr