AZ

Azərbaycan Cammu və Kəşmir üzrə Təmas Qrupunun iclasında təmsil olundu

Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Cammu və Kəşmir üzrə Təmas Qrupunun növbəti iclası keçirilib.

Publika.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iclasda Təmas Qrupunun üzv dövlətləri - Pakistan, Səudiyyə Ərəbistanı, Türkiyə, Niger və Azərbaycandan rəsmi şəxslər iştirak ediblər. Həmçinin Kəşmirin nümayəndə heyəti də tədbirə qatılıb.

Pakistan Baş nazirinin xüsusi köməkçisi Səid Tariq Fatemi İƏT və onun üzv dövlətlərinə Kəşmir xalqının öz müqəddəratını təyin etmə hüququna verdikləri davamlı dəstəyə görə təşəkkürünü bildirib. O, Hindistanın qanunsuz işğalı möhkəmləndirmək cəhdlərini, sərt qanunlar, repressiyalar və demoqrafik dəyişikliklər vasitəsilə həyata keçirdiyi siyasəti qınayıb. Pakistanın sülhə sadiqliyini bir daha təsdiqləyərək Cənubi Asiyada davamlı sabitliyin Cammu və Kəşmir münaqişəsinin səmimi dialoq yolu ilə həllindən asılı olduğunu qeyd edib.

Baş nazirin xüsusi köməkçisi İƏT-ni Hindistanı repressiyalara son qoymağa, siyasi məhbusları azadlığa buraxmağa, sərt qanunları ləğv etməyə və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Kəşmir xalqının öz müqəddəratını təyin etmə hüququnu təmin etməyə çağırıb.

Seçilən
35
5
publika.az

6Mənbələr