AZ

Bu qulaqlıqlar eşitmə üçün olduqca zərərlidir

Qulaqlıqlardan düzgün istifadə olunmadıqda eşitmə qabiliyyətinə ciddi zərər verə bilər.

Publika.az xəbər verir ki, bu barədə “SM-Klinika”nın həkim-endoskopisti Aleksandr Salyuk “Gazeta.ru”ya açıqlamasında bildirib.

O deyibki, qulaqlıqlar şərti olaraq beş qrupa bölünür: qulaqcıq (in-ear), qulaqdaxili (earbuds), üstə taxılan (on-ear), tam əhatə edən (over-ear) və sümük keçiriciliyi ilə işləyən qulaqlıqlar. Onların hər biri eşitmə orqanına müxtəlif təsir göstərir.

Həkim deyib ki, hər bir tip qulaqlıq düzgün istifadə edilmədikdə və ya keyfiyyətsiz olduqda zərərli ola bilər.

Üstə taxılan və tam əhatə edən qulaqlıqlar — keyfiyyətli səs, rahatlıq və yaxşı səsizolyasiya təmin etsə də, iri ölçülü və istidə narahatdır. Qulaq pərdəsinə birbaşa təsir etmədiyi üçün zərər riski azdır.

Qulaqdaxili (in-ear) qulaqlıqlar — kompakt və rahat olsa da, uzunmüddətli istifadədə narahatlıq yaradır, infeksiya riski artır, yüksək səsdə isə eşitməyə ciddi ziyan vura bilər. Həkim onların ən diqqətli istifadə olunmalı növ olduğunu vurğulayıb.

Seçilən
18
publika.az

1Mənbələr