AZ

Bakıda çoxmərtəbəli bina yanır

Bakıda

Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsində çoxmərtəbəli binada yanğın baş verib.

Reyting.az
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunublar.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Yanğınla əlaqədar polis əməkdaşları da hadisə yerinə cəlb olunublar.

DİN-nin Mətbuat Xidmətindən bildiriblər ki, polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik və digər zəruri tədbirlər görülür.
Seçilən
8
3
reyting.az

10Mənbələr