AZ

Orta Dəhliz çox geniş coğrafiyanı birləşdirən strateji layihədir - Prezident


Prezident İlham Əliyev Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Orta dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusuna həsr olunmuş 6-cı Xəzər Biznes Forumunun iştirakçılarına müraciətində mühüm məsələlərə yer ayırıb. Prezidentin müraciətində deyilir ki, Orta Dəhliz çox geniş coğrafiyanı birləşdirən strateji layihədir. Bu dəhliz Avropanı Xəzər dənizi vasitəsilə Asiya ilə bağlayan etibarlı və təhlükəsiz marşrut, yüklərin Asiyadan Avropaya və əks istiqamətdə çatdırılmasının ən qısa və optimal yoludur.

SİTAT: “Azərbaycanın əlverişli coğrafi mövqeyi – iki qitənin tam ortasında yerləşməsi bizə bağlılıq məsələlərində mühüm rol oynamağa imkan verir. Bu gün artıq fəxrlə deyə bilərik ki, Azərbaycanın uzunmüddətli baxışı və yorulmaz səyləri nəticəsində Asiya və Avropa arasında daha yaxşı sinerjini təmin edən Orta Dəhliz kimi irimiqyaslı layihənin reallaşması mümkün olmuşdur."

Mətləb Salahov

Seçilən
21
19
baki-xeber.com

10Mənbələr