AZ

Görkəmli ictimai xadim Tahir Süleymanov 77 yaşında!

Bu gün görkəmli ictimai xadim, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanovun doğum günüdür.

Modern.az xəbər verir ki, sabiq deputat 77 yaşını qeyd edir.

Tahir Süleymanov 1948-ci il sentyabrın 24-də Dəvəçi (indiki Şabran) rayonunda anadan olub. İxtisasca iqtisadçı-mühəndis olan sabiq deputat uzun illər Dəvəçidə (indiki Şabran) müxtəlif vəzifələrdə çalışıb. 1994-2000-ci illərdə Azərbaycan Taxıl Məhsulları Dövlət Şirkətinin Dəvəçi Taxıl Məhsulları Kombinatının direktoru vəzifəsində çalışıb.

O, xalq arasında qazandığı nüfuzu və hörməti sayəsində 5 noyabr 2000-ci il tarixində Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə deputat seçilib və 20 il bu qanunvericilik orqanında səmərəli fəaliyyət göstərib.

Tahir Süleymanov parlament fəaliyyəti dövründə Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü olaraq bir çox önəmli məsələlərə dair qanunların müzakirəsində və qəbul edilməsində yaxından işitak edib. Azərbaycan-Belarus parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olub.

Hazırda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini kimi ictimai fəaliyətini davam etdirən Tahir Süleymanov təşkilatın işində yaxından iştirak edir, cəmiyyətin, xüsusilə gənclərin inkişafında öz əməyini əsirgəmir.

Sabiq deputat "Şöhrət" və 1-ci  və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilib.

Qeyd edək ki, sabiq deputatın övladı Mahir Süleymanlı da Parlamentin Gənclər və idman komitəsinin üzvüdür.

Tahir Süleymanovu təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq!

14639881463987

 

 

Seçilən
23
1
modern.az

2Mənbələr