BAKI, 24 sentyabr. TELEQRAF
2030-cu il dünya çempionatında komanda sayı yenidən dəyişəcək.
Teleqraf "Ole" nəşrinə istinadən xəbər verir ki, FIFA Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) dünya çempionatının rekord həddə ilə bağlı təklifini dəstəkləyəcək.
Plana görə, 2030-cu ildə keçiriləcək mundialda 64 yığmanın iştirakı gözlənilir. Turnir 16 qrupdan ibarət olacaq, hər qrupda isə 4 komanda mübarizə aparacaq. Hər qrupdan 2 ən güclü kollektiv pley-off mərhələsinəyüksələcək.
Matçlar İspaniya, Portuqaliya, Mərakeş, Argentina, Paraqvay və Uruqvayda keçiriləcək. Yarışın üç qrupu tam şəkildə Cənubi Amerikada, digər oyunlar isə Avropa və Afrikada baş tutacaq.
Xatırladaq ki, FİFA artıq növbəti il üçün mundialın iştirakçı sayını artırıb. Belə ki, 2026-cı ildə keçiriləcək dünya çempionatı tarixdə ilk dəfə 48 komandanı bir araya gətirəcək.