Siyəzən stansiyasından 134 km şimal-şərqdə Xəzər dənizində zəlzələ baş verib.
Senzor.az Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən bildirir ki, yerli vaxtla saat 03:34-də qeydə alınan zəlzələnin maqnitudası 3 olub.
Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.