AZ

Bakıda III Beynəlxalq Statistika Forumu keçirilir

Bu gün Bakıda III Beynəlxalq Statistika Forumu işə başlayıb.

Azreform.info "Report"a istinadla xəbər verir ki, tədbir sentyabrın 26-na qədər davam edəcək.

Dövlət Statistika Komitəsi və MDB-nin Dövlətlərarası Statistika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən forum "Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu" mövzusuna həsr olunub.

Tədbirdə 15 ölkədən və 10 beynəlxalq təşkilatdan yüksək səviyyəli nümayəndə heyətləri, elmi ictimaiyyətin tanınmış nümayəndələri və ekspertlər iştirak edirlər.

Seçilən
53
7
azreform.info

10Mənbələr