AZ

Əfqan Nifti: Ermənistanla Azərbaycan arasında imzalanmış saziş iqtisadi əlaqələrin yeni dövrünü təmsil edir  

Son on iki ayda Xəzər regionunda müşahidə olunan inkişaf diqqətəlayiqdir.

AZƏRTAC-ın məlumatına görə, bunu Xəzər Siyasət Mərkəzinin direktoru Əfqan Nifti “Orta Dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusunda 6-cı Xəzər Biznes Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, bu inkişafa Ermənistan və Azərbaycan arasında çoxdan gözlənilən sülh sazişi, Orta Dəhlizin inkişafında irəliləyiş, müxtəlif qlobal donorların cəlb edilməsi və investisiya səviyyəsinin yüksəldilməsi daxildir.

“ABŞ-ın dəstəyi ilə Ermənistan və Azərbaycan arasında imzalanmış saziş təkcə siyasi sabitlik üçün sıçrayış deyil, həm də iqtisadi əlaqələrin yeni dövrünü təmsil edir. Trampın Beynəlxalq Sülh və Rifah Marşrutunun və ya Zəngəzur dəhlizinin işə düşməsi ilə Cənubi Qafqaz əvvəlkindən daha çox inteqrasiya edəcək. Bu dəhliz yükdaşıma həcmlərini 15 milyon tona çatdırmaq və transformativ artım yaratmaq potensialına malikdir”, - deyə o bildirib.

Əfqan Nifti deyib ki, Orta Dəhliz Asiya ilə Avropanı birləşdirən vacib arteriya kimi özünü göstərməkdə davam edir. “Dəhliz boyunca yük axınları artıb və təkcə 2024-cü ildə bu rəqəm 62 faiz artaraq 4,5 milyon tona çatıb, keçən ilin ilk on ayında konteyner daşımaları üç dəfə artıb. Xəzəryanı ölkələr arasında həm hökumət, həm də biznes səviyyəsində regionlararası əlaqələrdə nəzərəçarpacaq artım müşahidə olunub”, - deyə Əfqan Nifti əlavə edib.

Seçilən
44
6
azerbaijan-news.az

7Mənbələr