"Qazprom neft-kimya Salavat" MMC bu səhər yenidən pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb.
Bakıvaxtı.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu Başqırdıstan başçısı Radi Xabirov bildirib.
"Qazprom neft-kimya Salavat" yenidən dronlarla hücuma məruz qalıb. Zərərin dərəcəsini müəyyənləşdiririk", - o, sosial şəbəkələrdəki səhifələrində yazıb.