AZ

Bakıda “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda 3-cü Beynəlxalq Statistika Forumu keçirilir

Bakı.TurkicWorld

Bakıda Ümumdünya Statistika Günü ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Müstəqil Dövlətlər Birliyinin Dövlətlərarası Statistika Komitəsinin birgə təşkilatçılığı ilə 2025-ci il 24-26 sentyabr tarixlərində Bakı şəhərində "Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu" mövzusunda 3-cü Beynəlxalq Statistika Forumu keçirilir.

TurkicWorld xəbər verir ki, forum 15 ölkənin və 10 beynəlxalq təşkilatın yüksək səviyyəli nümayəndə heyətlərinin, tanınmış elmi ictimaiyyət nümayəndələrinin və ekspertlərin iştirakı ilə baş tutur.

Bildirilib ki, forum dövlətimizin beynəlxalq imicinin möhkəmlənməsi, statistika sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi, habelə Azərbaycanın sosial-iqtisadi, mədəni və siyasi sahələrdə əldə etdiyi nailiyyətlərin nümayiş etdirilməsi baxımından əhəmiyyətlidir.

Seçilən
58
4
turkic.world

5Mənbələr