Bakı, 24 sentyabr, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov sentyabrın 29-da Cəlilabad, Masallı və Yardımlı rayonlarından olan vətəndaşlarla görüşəcək.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, görüş saat 11:00-da Cəlilabad rayon Heydər Əliyev Mərkəzində (ünvan: Cəlilabad şəhəri, Heydər Əliyev prospekti, 242 ) keçiriləcək.
Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq, qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Masallı regional bölməsinə (051) 915 21 10, (025) 215 51 59, [email protected], dk-masallı@scara.gov.az) müraciət etmələri xahiş olunur.