AZ

50 il əvvəl itkin düşən qadın tapıldı

Azpost portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ-ın Oreqon ştatında 1974-cü ildən bəri sirlər içində qalan bir itkin hadisəsi üzə çıxıb. AzPost xəbər verir ki, “People” nəşrinin məlumatına görə, yarım əsr öncə itkin düşən 21 yaşlı Merion Vinetta Nəgl Makvorterə məxsus olduğu müəyyən edilən insan qalıqları yalnız indi tanınıb.

Məlumata görə, gənc qadın 1974-cü ilin payızında Tayqard şəhərində yerləşən ticarət mərkəzindən çıxdıqdan sonra evinə qayıtmamışdı. O vaxt aparılan genişmiqyaslı axtarış tədbirləri nəticəsiz qalmışdı. İki il sonra – 1976-cı ildə isə ovçulardan biri Kaskad dağlarının ətəklərində yerləşən bataqlıq ərazidə insan sümükləri aşkarlamışdı.

Texnologiyanın inkişafına baxmayaraq, hətta 1980-ci illərdə tətbiq olunan genetik ekspertiza da qalıqların kimliyini müəyyənləşdirməyə imkan verməmişdi. Yalnız 2010-cu ildə mərhumun DNT-si milli bazaya əlavə olunsa da, əsas irəliləyiş 2025-ci ilin iyununda qeydə alınıb. Belə ki, həmin vaxt onun əmisi qızının DNT-si sistemə daxil edilib və müqayisəli analiz nəticəsində qohumluq əlaqəsi təsdiqlənib.

Mərhumun bacısı jurnalistlərə açıqlamasında bu xəbərin onun üçün tam gözlənilməz olduğunu deyib: “İnanılmazdır ki, bu qədər ildən sonra bacımı genetik məlumatlar vasitəsilə tapa bildilər”.

İstintaq zamanı o da müəyyən olunub ki, gənc qadın yoxa çıxdığı gün xalasından onu ticarət mərkəzinin qarşısında qarşılamağı xahiş edib, lakin ora heç vaxt gəlməyib. Eyni zamanda, Makvorter tez-tez ağ rəngli pikap maşını idarə edən naməlum bir şəxsdən danışırmış. Onun kimliyi hələ də müəyyən edilməyib.

Hüquq-mühafizə orqanları 50 il əvvəl baş verən bu müəmmalı hadisənin bütün detalları ilə bağlı araşdırmanı davam etdirir.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
1
azpost.info

2Mənbələr