AZ

Əli Əsədov: "Statistika Azərbaycanın inkişafını qiymətləndirmək üçün əsas alətdir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Statistika Azərbaycanın inkişafını qiymətləndirmək üçün əsas alətdir".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Bakıda "Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu" mövzusunda keçirilən III Beynəlxalq Statistika Forumunda bildirib.
O qeyd edib ki, statistika yalnız iqtisadiyyat deyil, cəmiyyətin bütün sahələrinin dünənini, bu gününü və sabahını proqnozlaşdırmaq üçün əsas baza yaradır:
"İnkişafı qiymətləndirmək üçün konkret statistik məlumatlar, rəqəmlər və diaqramlar lazımdır. Azərbaycan hökuməti bu məlumatlardan gündəlik, hətta hər saatda istifadə edir".
Baş nazir əlavə edib ki, rəqəmsal inkişaf, İT texnologiyalar və süni intellekt statistikanı daha dəqiq, çevik və əlçatan edir:
"Bu forumda yeni layihələr və yanaşmaların müzakirəsi sahənin daha da təkmilləşməsinə töhfə verəcək".
Seçilən
29
9
oxu.az

10Mənbələr