AZ

Dövlət katibi eskalasiya riski ilə bağlı xəbərdarlıq edib

Dövlət

ABŞ dövlət katibi Marko Rubio BMT Təhlükəsizlik Şurasının iclası zamanı bəyan edib ki, Ukraynada müharibə “hərbi baxımdan bitə bilməz”.

Reyting.az
xəbər verir ki, dövlət katibi müharibənin danışıqlar masası arxasında sona çatacağını bildirib.

O, ABŞ-nın münaqişənin sülh yolu ilə həllinə sadiq qaldığını, eyni zamanda, sülh yolu ilə həllinin mümkün olmaya biləcəyini də istisna etməyib.

Rubio BMT Təhlükəsizlik Şurasını, xüsusən də Rusiyanı müharibəni dayandırmaq üçün “mümkün olan hər şeyi etməyə” çağırıb. Onun sözlərinə görə, hazırkı cəbhə xəttində atəşkəs də daxil olmaqla, nizamlanma üçün “çox səxavətli şərtlər” artıq təklif edilib.

Amerikalı diplomat NATO hava məkanında Rusiya təyyarələri və pilotsuz təyyarələri ilə bağlı insidentləri əsas gətirərək eskalasiya riski barədə xəbərdarlıq edib.

Rubionun bəyanatı ABŞ prezidenti Donald Trampın şərhləri fonunda verilib. O, bundan əvvəl əmin olduğunu bildirmişdi ki, Ukrayna Aİ və NATO-nun dəstəyi ilə Rusiya tərəfindən işğal olunmuş bütün ərazilərinə nəzarəti bərpa etmək üçün hər cür şansa malikdir.

BMT Baş Assambleyası çərçivəsində Vladimir Zelenski ilə görüşdən sonra Tramp sosial mediada yazıb:

“Avropanın, xüsusən də NATO-nun zamanla, səbr və maliyyə dəstəyi ilə ilkin sərhədlərə qayıtmaq çox real variantdır”.

E. KAMAL
Seçilən
21
reyting.az

1Mənbələr