AZ

Qazıntı apararkən tarixi tapıntılar aşkarlanarsa, hüquqi prosedur necədir?

Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.

Tez-tez olmasa da, zamanla bu cür halların şahidi olmaq olur.

Məsələn, kimsə özünəməxsus ərazidə hansısa qazıntılar zamanı tarixi tapıntı aşkarlayır.

Bəs belə hal olduğu zaman nə etmək lazımdır?

Gununsesi.info araşdırma apararaq qanunun bu barədə dediklərini təqdim edir:

“Tarixi abidələr və ya arxeoloji qalıqlar Mədəniyyət Nazirliyinin səlahiyyətinə aiddir. Torpaq sahibi belə tapıntını dərhal dayandırmalı, Mədəniyyət Nazirliyinin yerli idarəsinə xəbər verməlidir. Əgər ekoloji baxımdan xüsusi olaraq qorunan obyekt deyilsə, burada daha çox mədəni irs qanunvericiliyi tətbiq edilir. Qeydiyyat aparıldıqdan sonra arxeoloqlar incələmə aparır, tapıntılar dövlət mülkiyyətinə keçirilə bilər. Qanun bunu açıq şəkildə tələb edir”.

Elmar

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
icma.az

1Mənbələr