AZ

Azərbaycan şahmatına ağır itki üz verdi

Azərbaycan şahmatına ağır itki üz verib.

Fanat.Az xəbər verir ki, beynəlxalq dərəcəli hakim Qüdrət İsmayılov dünyasını dəyişib.

O, ötən gün xəstəlik səbəbindən vəfat edib.

Qeyd edək ki, Qüdrət İsmayılov bir sıra beynəlxalq yarışların baş hakimi, eləcə də yerli əhəmiyyətli turnirlərdə baş katib olub. O, uzun illər Quba şahmat məktəbinə rəhbərlik edib.

Seçilən
36
fanat.az

1Mənbələr