AZ

Rusiya ordusuna Su-35S qırıcılarının yeni partiyası təhvil verilib

Dövlət müdafiə sifarişi çərçivəsində Birləşmiş Aviasiya Korporasiyası (“Rostex”-in bir hissəsi) yeni çoxməqsədli Su-35S qırıcılarının daha bir partiyasını istehsal edərək Rusiya Aerokosmik Qüvvələrinə təhvil verib.

Herbiand.az bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, təyyarənin yer və uçuş sınaqları başa çatıb.

“Təyyarə istehsal edən zavodlarımız tam gücü ilə işləyir və qoşunlara davamlı olaraq yüksək döyüş təyyarələri tədarükünü təmin edir. Su-35S müasir silahların, qabaqcıl elektronikanın gücünü və unikal manevr qabiliyyətini özündə birləşdirərək onu ən mürəkkəb döyüş tapşırıqları üçün “universal əsgər” edir”, - “Rostex”dən bildirilib.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
13
herbiand.az

1Mənbələr