AZ

Növbəti Su-35S qırıcıları Rusiya Hava-Kosmik Qüvvələrinə çatdırılıb

“Birləşmiş Aviasiya Korporasiyası” (“Rostex” Dövlət Korporasiyasının tərkibinə daxildir) Rusiya Müdafiə Nazirliyinə növbəti Su-35S qırıcı təyyarələrini təhvil verib.

“Poliqon” “Rostex”ə istinadən xəbər verir ki, çoxməqsədli Su-35S qırıcıları Rusiya Hava-Kosmik Qüvvələri üçün nəzərdə tutulub.

Bildirilib ki, təyyarələr zavod şəraitində yer və uçuş sınaqlarından uğurla keçdikdən sonra xidməti yerlərinə uçublar.

“Aviasiya zavodlarımız tam gücü ilə işləyir və qoşunlara döyüş təyyarələrinin yüksək sürətlə çatdırılmasını davam etdirir. Su-35S müasir silahların gücünü, qabaqcıl elektronikanı və unikal manevr qabiliyyətini birləşdirir ki, bu da onu ən mürəkkəb döyüş tapşırıqlarını yerinə yetirmək üçün “universal əsgərə” çevirir”, — deyə “Rostex” tərəfindən qeyd edilib.

Seçilən
20
poliqon.az

1Mənbələr