AZ

Polşa iki həftəlik fasilədən sonra Belarusla sərhədi açır

Belarusun Dövlət Sərhəd Komitəsi sentyabrın 25-də Polşa Sərhəd Mühafizəsindən sərhədin açılması ilə bağlı rəsmi bildiriş aldığını açıqlayıb.

 "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Belarus vaxtı ilə saat 01:00 radələrində iki həftədir bağlı olan Belarus-Polşa sərhədində keçid məntəqələrinin fəaliyyətinin bərpa olunacağı bildirilib.

Xatırladaq ki, Polşa sentyabrın 11-dən 12-nə keçən gecə Terespolda sərnişin keçidi, Kukurıki-Kozloviç yük daşımaları məntəqəsi, eləcə də bir neçə dəmir yolu keçidini bağlamışdı.

Qərar Baş nazir Donald Tusk tərəfindən Belarus-Rusiya hərbi təlimləri “Zapad-2025” ilə əlaqədar qəbul edilmişdi.

Polşa Daxili İşlər Nazirliyi həmin vaxt sərhədin bağlanmasının müddətsiz olduğunu, yalnız təhlükəsizlik vəziyyəti qiymətləndirildikdən sonra açılacağını bildirmişdi.

Seçilən
16
1
operativmm.az

2Mənbələr