AZ

Dövlət Statistika Komitəsi ISO 9001:2015 Sertifikatı alıb

Dövlət Statistika Komitəsi beynəlxalq audit şirkətləri tərəfindən ISO 9001:2015 keyfiyyət idarəetmə sistemi üzrə beynəlxalq uyğunluq sertifikatı alıb. Bunu Beynəlxalq Statistika Forumunda Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.

“Komitə bu sertifikata layiq görülən ölkəmizin ilk mərkəzi icra hakimiyyəti orqanı olmaqla yanaşı, MDB məkanında da bu nailiyyəti əldə edən ilk statistika qurumudur.

Hazırda 2026–2030-cu illərdə rəsmi statistikanın inkişafına dair yeni dövlət proqramı layihəsi hazırlanmış, aidiyyəti dövlət orqanları ilə razılaşdırılmışdır”, komitə sədri bildirib.

Aytac

Seçilən
21
anews.az

1Mənbələr