AZ

Xatun gənc duet ortağı ilə eşq yaşayır? VİDEO

ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müğənni Xatun Əliyeva gənc duet ortağı Cəzahir Mirzəliyevlə aralarında eşq münasibətərinin olması iddialarına cavab verib.Bizim.Media xəbər verir ki, Xatun bu barədə “Elgizlə izlə”də danışıb.İfaçı bu iddiaları nə təsdiq, nə də təkzib edib:“Lap əzəldən duet ortaqları ilə bağlı belə sözlər deyilir. Fikirlərinə hörmətlə yanaşıram. Biz biznes partnyoruyuq. Bunu nə təkzib edirik, nə də təsdiq. Kimə necə xoşdu elə də qəbul etsin. Dünyanı sevgi xilas edəcək, bir-birimizi sevməliyik. Mahnılarımızı sevgi ilə qəbul edin, paxıllıqla yox”.Bununla yanaşı, Cəzahir də məsələyə münasibət bildirib:“Aramızda heç nə yoxdur. Belə bir şey olsa belə, bunu efirə çıxarmarıq. Mən köhnə fikirli insanam. Gül kimi dostuq niyə münasibətimizi pozaq ki? Bu elə məsələdir ki, bununla bağlı açıqlama vermək istəmirəm. Sizin bizi dəvət etməyinizin səbəbi sənətimizdir”.

Sara, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
2
bizim.media

3Mənbələr