UEFA Avropa Liqasının Liqa mərhələsi bu gün start götürəcək.
Offsideplus.az xəbər verir ki, ilk gündə 9 matç keçiriləcək.
"Benfika"ya iki oyunun nəticəsinə görə məğlub olaraq Çempionlar Liqasında mübarizəni dayandıran "Fənərbağça" Zaqrebdə "Dinamo" ilə qarşılaşacaq.
Ötən mövsüm Konfrans Liqasında final oynayan "Betis" "Nottingem Forest"i qəbul edəcək.
Turnirin favoritlərindən olan "Roma" səfərdə "Nitsa"nın qonağı olacaq.
Avropa Liqası, Liqa mərhələsi I tur
24 sentyabr
20:45. PAOK (Yunanıstan) - "Makkabi" (Təl-Əviv, İsrail) (TVNET)
20:45. "Midtyullann" (Danimarka) - "Şturm" (Avstriya)
23:00. "Betis" (İspaniya) - "Nottingem Forest" (İngiltərə) (SPORT TV)
23:00. "Dinamo" (Xorvatiya) - "Fənərbağça" (Türkiyə) (İctimai TV, TRT 1)
23:00. "Braqa" (Portuqaliya) - "Feyenoord" (Niderland) (CBC Sport)
23:00. "Frayburq" (Almaniya) - "Bazel" (İsveçrə)
23:00. "Srvena Zvezda" (Serbiya) - "Seltik" (Şotlandiya)
23:00. "Nitsa" (Fransa) - "Roma" (İtaliya) (TVNET)
23:00. "Ludoqorets" (Bolqarıstan) - "Malmö" (İsveç)