AZ

Tələbələri işə cəlb etməklə onlara əməkhaqqı ödəyirik - Nazir müavini

Türkiyədə gənclərin məşğulluğunu artırmaq üçün universitet tələbələrini əhatə edən proqram həyata keçirilir və buna görə həmin tələbələrə əməkhaqqı ödənilir. Bunu Türkiyə Respublikasının əmək və sosial təminat nazirinin müavini Lutfihak Alpkan Bakıda keçirilən tədbirdə    “Peşə hazırlığı və məzunların işə qəbulu”   adlı paneldə çıxışı zamanı bildirib.


“90 min tələbə birbaşa təcrübə proqramına cəlb olunub və həftədə üç dəfə laboratoriya və kitabxanalarda çalışaraq əmək haqqı alır. Məqsəd 150 min tələbəni bu prosesə daxil etməkdir. Həmin tələbələrin əməkhaqqını əmək nazirliyi ödəyir", – Alpkan deyib.

Onun sözlərinə görə, peşə təhsili məzunlarına maddi dəstək verilir və sosial analizlər proqramın nəticələrini qiymətləndirmək üçün aparılır. Pandemiyadan sonra gənclərin iş tapma səviyyəsi 5%, peşə təhsili alanların məşğulluğu isə 70% artıb.

Gülnar Nazimqızı

Seçilən
28
anews.az

1Mənbələr