AZ

İlham Əliyev dünyada yeni brend yaratdı Azərbaycanlı !

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“Sülh istəyi də, sülh çağırışı da münaqişənin olmaması deməkdir. Azərbaycan sülhü müharibənin bitməsindən sonra gəlinən nizam halına salmaq istəyir. Yəni cəmiyyətlərin və xalqların bu istiqamətdə dayanıqlı baxışını formalaşdırmaq istəyir ki, gələcək nəsillər də sığortalansınlar. “Dəhliz” sözü kimi onun istənilən ideyasının da, adlandırılmasının da mahiyyətində məhz bu amil dayanır”.

Bu sözləri Globalinfo.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, Cənubi Qafqazın gələcəyi kəsişməsi sadəcə yollarla kifayətlənən, birləşməsi isə xalqlarda sülh üçün milli baxışın formalaşdırılmasından keçir:

“Məsələyə keçici, ötəri, hətta davamlı deyil, dayanıqlı baxış lazımdır. Çünki mənfi sülh sadəcə güc sınağının, zorakılığın və müharibənin olmamasıdırsa, müsbət sülh ədalətin, bərabərliyin və harmonik münasibətlərin mövcudluğu kimi xarakterizə olunur.

Mənfi sülhün yüz minlərlə insanın həyatını təhdid etdiyi məlum məsələdir. Müsbət sülhü isə diktə etməkdən daha çox, biz onu arzu olunan nəticəyə salmalıyıq. Öncədən qiymətləndirilmiş müharibə, münaqişə, ziddiyyət potensialından daha çox, sülh üçün insan potensialından istifadə edilən daha nüanslı bir baxışa ehtiyac var. Məhz buna görədir ki, Azərbaycan Prezidenti Zəngəzur dəhlizini sülhün fundamental elementlərindən biri kimi dəyərləndirir, dəhliz boyu insanların mal və əmtəə və yaxud da istənilən mübadilə prosesində baxışını dəyişmək, formalaşdırmaq istəyir. Bu, dayanıqlı, statik baxış, gələcək nəsillərə əvəzsiz töhfədir.

İşğal dövründə, hətta müharibədə Zəfər əldə etdikdən sonra da Azərbaycan müharibənin, dağıntıların və ədalətsizliyin patologiyasını düzgün başa düşürdü.  İllər ərzində istəyimiz o idi ki, müharibə, dağıntı olmadan ədalət təmin olunsun. Lakin sözün bütün mənalarında yola çıxdığımız bütün yollardan bizi əliboş, quru və mənasız sözlərlə yola salırdılar. Azərbaycan Prezidenti bildirdi ki, on yeddi il ərzində məsələni həll etmək üçün bütün səylərimi səfərbər etsəm də, qarşımızda min cür bəhanələr qoyulurdu. “Münaqişənin hərbi həll variantı mövcud deyil” düşüncəsi bir yana qalsın, verilən heç bir bəyanatda Azərbaycanın işğala məruz qalan, Ermənistanın isə işğalçı statusunu aydın belə göstərmək istəmir, söz oyunları ilə məşğul olurdular. Azərbaycan əlinin tərsi, biləyinin gücü ilə bütün bu oyunlara son qoydu. Geriyə dönüb baxanda bir daha aydın görünür ki, BMT bu problemi həll etmədi, əksinə həll etmək üçün yeni problemlər yaratdı. Bu baxımdan bu gün daha aydın deyirik ki, BMT TŞ-nın 822, 853, 874, 884 saylı qətnamələrini heç bir qurum, təsisat, dövlət deyil, məhz Azərbaycan Lideri icra etdi”.

Şəbnəm Həsənova

Ekspert deyib ki, erməni cəmiyyəti münaqişənin əsas səbəblərini, müharibənin isə nəticələrini düzgün, sayıq təhlil edib aradan qaldırmalı, sülhün dayanıqlı olacağına dair üstünlük təşkil edən inam formalaşdırmalıdır:

“Sülhü öyrənən tədqiqatçılar üçün də, sülhün başlanğıc və son məqsəd olması lazım olduğuna inanan praktiklər üçün də sülhün qorunması birdəfəlik müdaxilə deyil, davamlı bir proses olmalıdır. Çünki sülhün qurulması və qorunması yalnız münaqişənin aşkar və ya yaxın olduğu kontekstlərdə aktualdırsa, biz məsələni aktullığın bu kontekstindən uzaqlaşdırmalıyıq ki, artıq Cənubi Qafqaz artıq rəqabət və düyün nöqtəsi olmasın.

Sülh ağac kimidir, aşağıdan yuxarıya doğru böyüyür. Lakin günəş şüaları da bu böyümədə vacibdir. Deməli, sülh yaratma prosesində liderin atdığı addımlar olduqca önəmlidir. Lider insanlarda mövcud olan müsbət enerji və potensialı üzə çıxarmalı, onlara münaqişəni zorakılıq olmadan həll etməyə və müsbət sülhə doğru yolun birgə planlaşdırılmasında iştirak etməyə imkan verən, gücləndirici mühit yaradan və inkişaf etdirən proseslər formalaşdırmaqda istiqamət verməlidir. Daxili zəifliklərə və xarici təzyiqlərə baxmayaraq, sülhü qoruyan və inkişaf etdirən imkanları, bu sülhdə maraqlı olan ölkələri bir arada saxlayan nöqtələri xəritədə cəmləşdirməyi bacarmalıyıq. Azərbaycan Lideri siyasi arenada bu məsələləri həll etmək, davam etdirmək üçün bütün gücünü səfərbər edir.

Sülhün davam etdirilməsi üçün liderliyin əsas atributu qütbləri anlamaq və ondan istifadə etmək bacarığıdır. Qütblülük düzgün və ya ən yaxşı həlli olan problem deyil, daha çox davam edən, asanlıqla həll olunmayan və zahirən əks fikirlər ehtiva edən dilemmadır. Azərbaycan Prezidenti bütün bu dilemmaların mövcudluğunda həll variantı tapmağı bacardı. Məhz bunun nəticəsidir ki, ən yüksən səviyyədə Azərbaycan Liderinə ehtiram mövcuddur. Yüksəkvəviyyəli bütün görüşlərdə məhz qarşı tərəflər istək, arzu nümayiş etdirirlər. Məhz bunun nəticəsidir ki, Azərbaycan xalqı qalib xalq olmaqla yanaşı, sülh istəyən xalq kimi dünyada tanınır. Azərbaycanın Müzəffər Ali Baş Komandanı dünyada “azərbaycanlı” brendini yaratmağı bacarır”.

Turan Rzayev

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
globalinfo.az

1Mənbələr