AZ

Zelenski türk ölkəsinin adını çəkdi, Kreml rədd etdi

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Kreml Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə görüşünün Qazaxıstanda keçirilməsi ilə bağlı təklifini rədd edib. 

Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov açıqlayıb.

Peskov Putinin Zelenskiyə görüş üçün Moskvanı təklif etdiyini xatırladıb:

“Bir sıra platformalar təklif olunub, lakin onlar rədd edilib. Məsələn, İsveçrə və Avstriyanın da adı çəkilib, amma onlar neytral mövqedə deyillər. Bu səbəbdən Moskva təklifimiz qüvvədə qalır”.

Qeyd edək ki, bundan öncə Volodimir Zelenski Moskvaya qəti şəkildə səfər etməyi düşünmədiyini və bu təklifi Putinin sülh danışıqlarından yayınma cəhdi kimi qiymətləndirdiyini deyib.

Əliyar Xəlil

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
globalinfo.az

1Mənbələr