Piylənmə problemi getdikcə böyüyür. Hərəkətsiz həyat tərzi və sağlamsız qidalanma kilo problemlərini də özü ilə gətirir. Kilo vermək uğrunda şok diyetalar, bitki mənşəli məhsullara yönələnlərə həyati bir xəbərdarlıq edilib. Bitki mənşəli məhsulların və bitki çaylarının şüursuzca istifadəsi görək hansı problemlərə səbəb olur...
HİT.az xəbər verir ki, bitki mənşəli məhsulların istifadəsində dozanın çox mühüm olduğunu vurğulayan Prof. Dr. Mehmet Yalnızın sözlərinə görə, təsiri məlum olmayan heç bir məhsulun istifadə edilməməsi lazımdır. Lazımi icazələri almış və məlum marka məhsulların dozada istifadə edilməsi lazımdır.
Fırat Universiteti Xəstəxanasının Qastroenterologiya Bölməsinin Tədris Üzvü Prof. Dr. Mehmet Yalnız bitki çayları və bitki mənşəli məhsulların istifadəsində diqqət edilməli olan məsələlər haqqında mühüm açıqlamalar verb. İnkişaf edən dövrlə birlikdə mühüm sağlamlıq problemlərinin ortaya çıxdığını ifadə edən Prof. Dr. Yalnız deyib:
"Bu problemlərdən biri də piylənmədir. Hərəkətsiz həyat tərzi və sağlamsız qidalanma vərdişləri; baş ağrısı, kilo verə bilməmə, şişkinlik və qəbizlik kimi şikayətləri artırıb. Bu vəziyyət həyat keyfiyyətinə mənfi təsir edir. İnsanlar bu şikayətlərdən qurtulmaq üçün fərqli axtarışlara başlayıb. İnsanlar vaxtaşırı tibbin xaricində qalaraq detoks diyetaları, arıqlama kürləri və bitki mənşəli məhsullardan istifadə etməyə başlayıb. Burada ən mühüm mövzu ölkələr arasındakı tətbiq fərqlilikləridir. Amerika Birləşmiş Ştatları kimi ölkələrdə bitki mənşəli məhsullara kifayət qədər təhlillər aparılmadan satış icazəsi verilmir. Lakin Avropa ölkələrində və Türkiyədə bu nəzarətlər kifayət qədər sərt aparılmır".
Bitki mənşəli məhsullarda doza mövzusunun əhəmiyyətini vurğulayan Prof. Dr. Yalnız qeyd edib:
"Dərmanlar hazırlanarkən müəyyən bir doza tənzimlənməsi edilir. Məsələn, reseptlə verilən bir dərman üçün gündə üç dəfə 100 milliqram kimi bir istifadə qaydası var. Lakin bitki mənşəli məhsullarda bu cür bir doza tənzimlənməsi adətən edilmir. Bitki mənşəli də olsa, doza düzgün tənzimlənmədikdə, qaş edim deyə göz çıxarıla bilər. Bizə müraciət edən bəzi xəstələr bitki mənşəli məhsul istifadə etdikdən sonra qaraciyər çatışmazlığı kimi ciddi sağlamlıq problemləri yaşayır. Bitki çayı və ya qəhvə kimi məhsullar mütləq məlum və etibarlı markalardan alınmalıdır. Bitki mənşəli məhsulların istifadəsində doza çox vacibdir. Təsiri məlum olmayan heç bir məhsulun istifadə edilməməsi lazımdır. Lazımi icazələri almış və məlum marka məhsulların dozada istifadə edilməsi lazımdır. Əks halda, məsum görünən bir cəfəri kürü və ya yaşıl çay da zərərli ola bilər. Bundan əlavə, istifadə edilən məhsulun saf olması və başqa maddələrlə qarışdırılmadığından əmin olunmalıdır".
Samir