AZ

"Gecəni səhərə kimi yatmamışam, əhvalım pisdir" - Bəhmən Həsənov

Azərbaycan II Liqasının 2-ci turunda lider "Şəki Siti" gözlənilmədən məğlubiyyətə uğradı. Bölgə təmsilçisi "Qaradağ Lökbatan"a 2:3 hesabı ilə uduzdu. 

Fanat.Az-a açıqlamasında matçı dəyərləndirən "Şəki Siti"nin baş məşqçisi Bəhmən Həsənov oyunla bağlı belə danışıb:

"Ən pis oyunumuzu oynadıq. Gecə səhərə kimi yatmamışam, əhvalım pisdir. Düzdür, oyunu 0:3-dən 2:3-ə gətirdik. Uşaqlar deyir, 5 dəqiqəmiz çatmadı, yoxsa, bərabərlik qolunu da vuracaqdıq. Danladım ki, o 5 dəqiqəni sonda axtarmaq lazım deyil. Çünki sonluqda adətən rəqib oyunu pozmağa çalışır, hakimin fitləri adamı hövsələdən çıxarır. Üç top geri düşəndə özümə yer tapa bilmirdim. "Qarabağ"dan başqa heç bir komandaya böyük hesabla uduzmamışam. 2015-2016 mövsümündə onlara 0:5 hesabı ilə uduzduq. Elə həmin mövsümdə də onlara 2:1 qalib gəldik...
Məğlubiyyətin obyektiv səbəbləri var. Müdafiəçilərimin ikisi zədəli idi, belədə məcburiyyətdən "dayağ"ı arxaya çəkmişdim. "Qaradağ Lökbatan"ın da haqqını vermək lazımdır, nizamlı komandadır. Ümid edirəm ki, bu yenilgi uşaqları silkələyər. Yəqin ötən turdakı 12:0-dan sonra eyforiyada idilər. Növbəti turda "Xankəndi" ilə prinsipial matç var. Çalışacağıq ki, bu yenilgini unudub qarşıdakı oyuna köklənək".  

Qeyd edək ki, "Şəki Siti" 4-cü turda "Xankəndi"nin qonağı olacaq. Qarşılaşma 30 sentyabrda baş tutacaq. "Neftçi" Futbol Mərkəzinin 4-cü meudançasında keçiriləcək prinsipial qarşılaşma 14:00-da start götürəcək.

Mirağa

Seçilən
18
1
fanat.az

3Mənbələr