“Mən əvvəllər Vaşinqtona gələrkən həmişə Ermənistan-Azərbaycan münaqişəsi barədə danışırdım. Amma indi mən bu paytaxta tamamilə yeni gündəm mesajı ilə gəlirəm”.
“Ancaq bu münaqişə bitdi. Həmçinin, fürsətdən istifadə edərək bildirirəm ki, liderlik rolunu öz üzərinə götürdüyünə və bu münaqişənin həllində son nəticəyə gətirib çıxardığına görə Prezident Trampa və bu hökumətə son dərəcə minnətdarıq. İndi bölgədə əsaslı sülh var”, - deyə Hikmət Hacıyev qeyd edib.