AZ

Təhsilimizin işıqlı insanı Əntiqə Kərimzadə yazır…

Adelet.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan təhsil sisteminə işıq olan insanlardan biri idi Vurğun  Əyyub. Ömür karvanını doğru yollarda yürüdən bu şəxsiyyət  1957-ci ildə Tovuz rayonunun  Aşağı Quşçu kəndində anadan olub.  O, 1992-1993-cü illərdə  Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri vəzifəsində çalışıb. İxtisasca filoloq olan V.Əyyub 15 noyabr 1992-ci ildə test üsulu ilə rüşvətsiz tələbə qəbulunun keçirilməsini təmin edib. Neçə- neçə yoxsul ailələrin övladları məhz bu şəxsiyyətin sayəsində ali təhsil ocaqlarnın qapısını öz bilikləri ilə aça bildi. 

Onu yaxından tanıyan bir adam  danışır ki, Vurğun Əyyubun bacısı qızı test üsulu ilə imtahandan kəsilir və nəticədə ali məktəbə qəbul ola bilmir. Bacısı onun yanına gəlib, qıza kömək etməsini xahiş edir. Vurğun Əyyubun bacısına cavabı belə olur:

“Yaxşı oxusun, çox çalışsın, gələn il yenidən imtahan verər. Mən heç kəsin haqqına girə bilmərəm. Hər bir qəbul olan tələbə zəhmət çəkib, qəbul olub. Bacım qızına kömək etmək, hansısa tələbənin bu il bal topladığı halda müsabiqədən  kənarda qalması deməkdir. Bunu edə bilmərəm”.

Ömrünü bu qədər düzgün yaşayan bir insan, əlbəttə, təhsil sisteminin yalnız xilaskarı və işığı ola bilərdi. Və oldu da.

Vurğun Əyyub tutduğu bütün vəzifələrdə yalnız rüşvətsiz xidmət etməyi qarşısına məqsəd qoymuşdu.

2009- 2019-cu illərdə Xəzər Universitetinin Dillər və ədəbiyyat kafedrasının müdiri vəzifəsində çalışıb. Ömrünü elmə və təhsilə  həsr edən Vurğun Əyyub 2015-ci ildən ildən ömrünün sonuna qədər (2019) Azərbaycan Demokratiya və Rifah hərəkatının I müavini vəzifəsini icra etmişdir.

Bir çox şəxsiyyətləri bizdən alan amansız xəstəlik bu işıqlı insana da aman vermir. Vurğun Əyyub 24 sentyabr 2019-cu ildə ağır sürən xəstəlikdən dünyasını dəyişir. Beləliklə, Azərbaycan təhsil sisteminin daha bir işıqlı insan tarix olur. Təhsilimiz daha bir itki yaşayır.  Vurğun Əyyub Azərbaycan təhsili üçün mühim insanlardan biri idi. 

Onu ən çox ömrünün son günlərində söylədiyi xalq şairi Məmməd Arazın misralarıyla anıram:

 Mən getsəm, dərələr, dağlar qalacaq.Meşələr qalacaq, ağlar qalacaq.

Əbədi evin nurlu olsun, nurlu adam! Böyük İNSAN! 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
1
adalet.az

2Mənbələr