AZ

Ali təhsili olanların hərbi xidmət müddəti artırılır? AÇIQLAMA

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Əvvəllər orduya çağırış üçün yaş həddi 18-dən 35-ə qədər idi. Yeni qanuna əsasən bu hədd 30 yaşa endirildi, çünki hərbi xidmətdən yayınmaq üçün müxtəlif yollar seçilirdi. Əsasən ali təhsil alanlara müvəqqəti möhlət verilirdi. Daha sonra onlar ikinci ali təhsil alır, xaricdə təhsil davam etdirir, magistraturaya daxil olur və nəticədə müddəti uzadaraq yaşı tamamlayırdılar".Bu sözləri Demokrat.az-a açıqlamasında hərbi məsələlər üzrə ekspert Rövşən Məhərrəmov deyib.O bildirib ki, bəziləri isə ümumiyyətlə ölkəni tərk edir və geri qayıtmırdı:"Belə halların qarşısını almaq üçün son yaş həddi 30-a endirildi. Bundan əlavə, ali təhsil alanlar ən çoxu 26 yaşa qədər möhlət hüququ tanındı. 26 yaşdan sonra təhsilini davam etdirsə belə, hərbi xidmətə çağırılmalıdır. Yəni 26 yaşa qədər həm təhsil ala, həm möhlət götürə bilərsiniz. 26 yaş tamam olduqdan sonra isə mütləq xidmətə çağırılacaqsınız.Bu addım hərbi xidmətdən yayınma hallarının qarşısını almaq məqsədi daşıyır. Qanunvericilikdə başqa dəyişikliklər də edildi. Çağırışçı ilk dəfə çağırıldıqda gəlməsə cərimələnir, ikinci dəfə gəlmədikdə isə sənədlər prokurorluğa göndərilir və şəxs cinayət məsuliyyətinə cəlb olunur".Ekspert deyib ki, bu dəyişikliklərin iki mühüm müsbət cəhəti var:"Birincisi, son yaş həddinin 35-dən 30-a endirilməsidir. Çünki 35 yaş çox hesab olunurdu. ikincisi isə təhsil bəhanəsi ilə xidmətin illərlə təxirə salınmasının qarşısının alınmasıdır. Bütün bu tədbirlər ordudan yayınma hallarını azaldır. Bu gün Azərbaycan müstəqildir, ərazilər işğaldan azad edilib və gənclərin hərbi xidmət keçməsi onların həm təcrübə qazanması, həm də ehtiyat qüvvə kimi formalaşması üçün vacibdir. Xidmətini başa vuranlar ehtiyatda saxlanılır və gələcəkdə ehtiyac yaranarsa orduya cəlb edilə bilərlər".Onun sözlərinə görə, başqa ölkələrin təcrübəsində alternativ xidmət var:"Məsələn, Türkiyədə müəyyən məbləğ ödəməklə xidmət müddətini qısaltmaq mümkündür; Azərbaycanda isə belə imkan yoxdur.Hazırkı sistemdə ali təhsillilər üçün bir il, ali təhsilsizlər üçün il yarım xidmət müddəti müəyyən edilib. Bu fərqlilik bəzi suallar yaradır. Hərbi xidmətin hamı üçün eyni olması prinsipinə nə dərəcədə cavab verməlidir sualı aktuallığını qoruyur və gələcəkdə bu məsələ üzərində yenidən düşünmək lazım ola bilər. Ümumilikdə, qəbul olunan qanunlar tərifəlayiqdir və hərbi xidmətdən yayınma hallarını minimuma endirməyə yönəlib".Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
1
demokrat.az

2Mənbələr