AZ

Azərbaycan İspaniya iqtisadiyyatına birbaşa investisiya qoyuluşunu 3 dəfəyədək artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan İspaniya iqtisadiyyatına 47 milyon 620 min ABŞ dolları investisiya yatırıb.

Banco.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 30 milyon 209 min ABŞ dollar və ya 2,7 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanın İspaniya iqtisadiyyatına investisiya qoyuluşunun ümumi investisiyalarda payı 3,5% təşkil edib.

Eyni dövrdə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların məbləği 1 milyard 349 milyon 802 min dollara bərabər olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
14
1
banco.az

4Mənbələr