AZ

Yanvar-avqust aylarında əlilliyi olan 28,2 min uşağa reabilitasiya xidmətləri göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya mərkəzlərində bu ilin yanvar-avqust aylarında əlilliyi olan 28,2 min uşağa xidmətlər göstərilib.

Nazirlikdən Qaziler.az-a bildirilib ki, onlardan 19,2 mini ambulator, 1,4 mini stasionar, digərləri icma əsaslı, onlayn və səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.

Bu kateqoriyadan olan uşaqlar Agentliyin paytaxtda yerləşən 1 və 2 saylı, eləcə də Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin edilirlər.

Seçilən
7
7
qaziler.az

8Mənbələr