AZ

Mundialda komanda sayı yenidən artırılır - SON DURUM

FİFA 2030-cu ildə keçiriləcək dünya çempionatında iştirak edəcək komandaların sayını rekord dərəcədə artırmağı nəzərdən keçirir.

Fanat.Az xəbər verir ki, informasiyanı ESPN yayıb.

Mənbənin məlumatına görə, KONMEBOL prezidenti Alexandro Dominqes FİFA prezidenti Canni İnfantinoya 2030-cu ildə keçiriləcək dünya çempionatında iştirak edəcək komandaların sayının 48-dən 64-ə çatdırılması planını təqdim edib.

FİFA İspaniya, Portuqaliya və Mərakeşin ev sahibi olacağı turnirin genişləndirilməsi təklifini təsdiqləsə, Cənubi Amerika ölkələri daha çox oyun keçirəcək. 64 komandanın iştirak edəcəyi dünya çempionatı üçün ümumilikdə 128 qarşılaşma nəzərdə tutulub.

Dominqesin Nyu-Yorkda İnfantino ilə görüşündə Paraqvay və Uruqvay prezidentləri, Santyaqo Penya və Yamandu Orsi, Argentina və Uruqvay futbol federasiyalarının prezidentləri, FİFA-nın baş katibi Mattias Qrafström iştirak ediblər.

DÇ-2022-də sonuncu dəfə 32 komanda iştirak edib. 2026-cı il dünya çempionatında 48 komanda iştirak edəcək.

Mirağa

Seçilən
21
1
fanat.az

2Mənbələr