AZ

Həkim: Bu şəxslərə təyyarəyə minmək olmaz - EHTİYYATLI OLUN

Kardioloq Nikita Lomakin kimlərin təyyarədə uçarkən yüksək tromboz riski səbəbindən xüsusi ehtiyatlı olmalı olduğunu açıqlayıb.

E-saglam.az xəbər verir ki, o, bunu aif.ru ilə söhbətində bildirib.

Həkimin sözlərinə görə, risk qrupuna damar, ürək və qan xəstəlikləri olan şəxslər, onkoloji xəstələr, həmçinin uzun müddət hərəkətsiz qalan insanlar – məsələn, əməliyyatdan sonrakı pasiyentlər daxildir. Bundan başqa, Lomakin hamilə qadınlara, həb şəklində kontraseptiv qəbul edən qadınlara və “suşka” ilə məşğul olan idmançılara da ehtiyatlı olmağı tövsiyə edib.

Lomakin izah edib ki, təyyarədə tromboza səbəb ola biləcək qan laxtalanmasının artması üç amillə bağlıdır: təzyiq dəyişmələri, havanın quruluğu və orqanizmin susuzlaşması.

Riskləri minimuma endirmək üçün həkim uçuş zamanı susuzlaşmanın qarşısını almağı və qazsız su içməyi tövsiyə edib. O, çay, qəhvə və alkoqoldan imtina etməyi məsləhət görüb.

“Yeri gəlmişkən, həkimlər uçuşdan əvvəl yuxugətirici qəbul etməyi məsləhət görmürlər. Bir gecəlik yuxusuzluq, darısqal məkanda bir neçə saat hərəkətsiz qalmaqdan daha yaxşıdır. Hərəkətsizlik tromboz riskini artırır”, — deyə Lomakin əlavə edib.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
13
e-saglam.az

1Mənbələr