AZ

Rusiya və ABŞ Alyaskada nadir torpaq metallarının çıxarılması ilə bağlı razılığa gələ bilər

ain.az, Banco.az portalına istinadən məlumat verir.

Müəllif:Mehin Qasımova,Banco.az

Moskva və Vaşinqton Alyaskada nadir torpaq metallarının çıxarılması ilə bağlı razılığa gələ bilər.

Banco.az xəbər verir ki, bunu  Rusiya Prezidentinin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov deyib.

"Biz Alyaskanı tarixən yaxşı tanıyırıq. Biz xəz, taxta-şalban, balina yağı və s. yığmışıq. Amma təbii ki, zaman keçdikcə bəzi şeylər dəyişib. Düşünürəm ki, məsələ konkret olaraq bir şeylə bağlı idi - mineralların, o cümlədən nadir torpaq metallarının birgə hasilatı. Bu müzakirə olunurdu və bu haqda danışılır. Amma hələlik bu məsələ olaraq qalır. Ancaq sanksiyaların ləğvi ilə bağlı əsas məsələ həll olunmayana qədər, çox güman ki, bu cür əməkdaşlıq inkişaf etməyəcək”, - Titov əlavə edib.

Avqustun 22-də Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, hazırda Rusiya təkcə Rusiyanın Arktikasında deyil, həm də Alyaskada mayeləşdirilmiş təbii qaz əldə etmək üçün ABŞ-la birgə işləmək imkanlarını müzakirə edib

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
1
banco.az

2Mənbələr