Əliyev Mübariz
(Lirik poema)
Xalqımızın böyük milli şairi,bütün varlığıyla o taylı,bu taylı Azərbaycana bağlı olan
Xalq şairi Məmməd Araza ithaf olunur.
PROLOQ
Ey könül,istəyirəm bir yeni dastan yaradım,
Duyğumu nəzmə çəkim,söz ilə bostan yaradım.
Ustadlar ustadına səcdə qılım şamu-səhər,
Cümlədən ölkə qurum,kəlmədən ostan yaradım.
Sürüm ağ yerləri mən,saf toxumlar səpim ora,
Hər sözə ruh verərək hikməti xasdan yaradım.
Can verim hər çiçəyə,hər ağaca,hər kola mən,
Kağızlar üstə yeni güllü gülüstan yaradım.
Bülbülü-şeyda olum,nalə çəkim sola,sağa,
Fərəhi,şadlığı mən candakı yasdan yaradım.
Arazın aşiqini ehtirami-yad eləyim,
Özümü oxşadım mən Sədiyə Bustan yaradım.
Oxuyan duyğulu kəs söyləsin əhsən,Mübariz,
Alım öz qüdrətimi təb kimi dostan yaradım.
01.09.2014-cü il,saat 12-37.
Azərbaycan-dünyam mənim,
Zaman-zaman gerçəkləşən
Ağlasığmaz röyam mənim.
Başı göydə,ayaqları yerdə olan
Əzəmətli qayam mənim.
Tarixlərdən keçib gələn,
Öz yolunu seçib gələn-
Yenilməyən qayəm mənim.
Dünənimə ehtiramım,
Bu günümə sayəm mənim.
Dünya boyda surəm mənim,
Dünya boyda ayəm mənim.
Hörmət payım,izzət payım,
Hansın deyim,hansın sayım?-
Zamanların bulağından-
Atəşləri içib gələn.
Bu dünyaya sığışmayan
Eşqi ümman dəryam mənim.
Heyrət payım,qeyrət payım,
Zaman-zaman qazandığım-
İbrət dərsim,haqqı-sayım.
Həm toy-düyün,həm də vayım.
Abır,ismət,həyam mənim,
Həm gerçək,həm röyam mənim.
Dumanlarda itən dağım,
Behişt evim,Cənnət bağım.
Hər vaxt dirim,hər vaxt sağım.
Qəlbi geniş,üzü ağım,
Könlümdəki eşq sursatım,
Qəlbimdəki eşq yarağım.
Yerim mənim,göyüm mənim,
Ayağımdan başımacan-
Olası hər şeyim mənim.
Tar-kamanım,neyim mənim.
Məni ayaq üstə tutan
Bir tükənməz heyim mənim.
Azərbaycan-könlümə yar,
Ürəyimin başı olan-
Gözlərimin yaşı olan,
Ömrün yazı,qışı olan-
Qızıl ölkə,altun diyar.
Bu dünyada sən olmasan
Hansı bir mərd,hansı insan-
Canı dura-dura sənin
Adidən də adi olan,
Bir daşına başın qoyar?
Qoysa belə içəridən,
Qəhri-qəzəb könlün oyar.
Öz canına qıyar amma,
İnanmıram sənə qıyar.
Bu dünyada sən olmasan,
Heç dünyadan gözüm doyar?
Yoxluğuma var olmağım,
Öz əlilə nöqtə qoyar.
Azərbaycan-ağrılı yurd,
İçəridən yedi səni-
Əsirlərlə parazit qurd.
(Başa çəkib acları sən,
Kim deyib ki,yedirt,qudurt?!)
Kim deyibsə səhv deyibdi,
Sayıqlığı bir an unut.
Yəqin sənə ali adı,
Qoymuş o vaxt dədəm Qorqud.
Çox bəlalar çəkib başın,
Qan ağlayıb dağın,daşın.
Çeşmələrin gözlərindən
Axıb gedən qanlı yaşın.
Qan köynəyin soyunmayıb,
Bu gün belə dağın,daşın.
Tarixdəki bəlli yaşın.
Baharlardan dəfələrlə,
Çox olubdu qarlı qışın.
Çox bəlalar çəkib başın:-
Minilliklər ötsə belə,
Səlnamələr bitsə belə,
Sinən üstə yaraların-
Qanlı yeri itsə belə,
Başdan-başa qızıl qandı.
Pal-paltarın,üstün-başın,
İçindəki qan yaddaşın-
Bənzərsiz bir qızıldandı.
Dərin zəkan,ağlın,huşun,
Bir də azad könül quşun-
Bənzərsiz bir qızıldandı.
Zaman-zaman əzilmisən,
Döyülmüsən,nazilmisən.
Tikə-tikə doğranmısan,
Qıyma-qıyma kəsilmisən.
Çoxalmısan,əksilmisən;-
Ədəd sayın artıb amma,
Nam sarıdan əksilmisən
Nam sarıdan kiçilmisən,
Yeyilmisən,içilmisən.
Bir yol kimi keçilmisən,
Bir zəmi tək biçilmisən.
Nə olca da yaşamısan,
Nəslimizi eralardan-
Üzü bəri daşımısan.
Yönü bura tuşlamısan,
Bu yoluna başlamısan.
Gətirmisən bu günlərə,
Sürgünlərdən sürgünlərə.
Şər əlilə qovulmuşuq,
Ovum-ovum ovulmuşuq-
Tükənmişık,sovulmuşuq.
Daş üstündə cücərmişik,
Yenə nəsil becərmişık.
Çoxalmışıq,biz artmışıq,
Özümüzü təkrar-təkrar,
Dönə-dönə yaratmışıq.
Bizi dalda qoyan vaxta,
Cəhdlər edib biz çatmışıq.
İsti döyüb canımızı,
Soyuq döyüb canımızı.
Yeyə-yeyə ürəklərdə,
Qızıl-qızıl qanımızı-
Böyümüşük,boy atmışıq.
Özümüzü dönə-dönə,
Sözümüzü dönə-dönə,-
Nəslimizi dönə-dönə,
Əslimizi dönə-dönə,
Bərpa edib yaratmışıq.
Azman,köklü ağac kimi
Qoca tarix göylərinə-
Biz qol-budaq çox atmışıq.
Azərbaycan-soyum mənim,
Şux qamətim,boyum mənim!
Yaxşı gündə toyum mənim,
Yaman gündə vayım mənim.
Qaradağım,Savalanım,
Sizsiz gərək havalanım!
Gecə-gündüz dəli olum,
Haqq-ədalət əli olum.
Orda mənsiz qul olanlar,
Ömrü qara pul olanlar;-
Ərdəbilim,Xoyum mənim,
Qəmlər ilə olmalıdır-
Bundan belə toyum mənim
Boğazımdan onlar yoxsa,
Necə keçir duz-çörəyim,
Necə keçir suyum mənim?
Bakım mənim,Şəkim mənim,
Zaman verən çəkim mənim.
Gəncəm mənim,Qubam mənim,
Pak,müqəddəs obam mənim.
Naxçıvanım,Bərdəm qalam,
Ürəyimdən Sizlərə də-
Dönə-dönə olsun salam!
İncidərəm,Batabatım,
Sizlərə də çatmalıdır-
Yüyən yeyən könül atım!
Çıraqqalam,Dərbənd qalam,
Görmürsünüz qarşınızda-
Əfv olunmaz günahkaram.
Ay Kür atam,Araz anam,
Gərəkdi alışam,yanam.
Səhvlərimin oduna mən,
Ləkə saldım adına mən.
A çay balam,çeşmə balam,
Sizi belə görməkdənsə-
Kaş ki,dönəm bir daş olam!
Xəzər sonam,Göy göl qızım,
Tale günüm,baxt ulduzum.
Arxa olun az səhv edim,
Kömək edin az uduzum.
Sürbəsindən ayrı düşən,
Qərib durnam Borçalıdı.
Yaylaqları gülgün naxış,
Ormanları xonçalıdı.
Küsmə məndən ay Şamaxı,
Könül sənsiz çəkər ahı.
Mərənd bacım,Əhər bacım,
Hər biri bir şəhər bacım.
Urmiya bir taxtı-tacım,
Şuşa Kəbəm,Təbriz Hacım!
Qəlbim ocaq,sinəm sacım,
Sizlərə çox ehtiyacım.
Dağlar babam,düzlər nənəm,
Çöllər,düzlər qardaş-bacım.
Göyçəm mənim,Mehrim mənim,
Nəğməm mənim,şerim mənim.
Ağcabədim,Lənkəranım,
Şah damarda axan qanım.
Ağstafam,Beyləqanım,
Bir bədəndə qoşa canım.
Sizlərsiz bu həyata mən,
Özümü sağ necə sanım?
Mənim ətim,mənim qanım,
Bir bədəndə qoşa canım.
Durun bir az ayaq üstə,
Sağalmalı könül xəstə.
Qarabağım,qara baxtım,
Qana batmış qara taxtım.
Qarlı qışda keçir sizsiz,
Tale vaxtım,ömür vaxtım.
Əsirlikdə qalan ellər,
Sizə qıydı qanlı əllər.
Gözlərimdən alındınız,
Ayrılığın məhbəsinə,
Zaman-zaman salındınız.
Ömrüm-günüm nalan olub,
Gülləriniz talan olub.
Bu qədər ki,mən çəkirəm,
Dərd yanımda yalan olub.
Hara döndüm qan çilənən,
Kirli,paslı qara baxdım.
Hara ki,mən üz çevirdim,
Ora getdi qara baxtım.
Sizə oğul olmadım yox,
Əməlimdə səhvlərim çox:-
Özüm gəldim Sizləri mən,
“Peşkəş”etdim it soyuna.
Söyləyən də olmadı heç,
Hələ bunun bax boyuna.
Utanmazın,ölməzin sən,
Mən ölçüdə,mən biçimdə-
Hoyuna bax,bir hoyuna.
Özü ilə oynadığı,
Oyuna bax,bir oyuna.
Qoca qartal Təbriz mənə,
Yalvarıram dönə-dönə.
Könül sənə yetmək üçün,
Ona özün təpəri ver.
Babalardan miras qalan,
Cəhlimi ver,ləpiri ver.
Girdən düşən süst dizimə,
Güc,qüvvədən həpiri ver.
Sözlərimin qüdrətinə,
Əlim yazan sətiri ver.
Ürəyimə sevgilərin,
Yaratdığı ətiri ver.
Xəyal mənim,duyum mənim,
Öz havam,öz suyum mənim,-
Amma mənə çatmayırsan.
Gəlsən belə mənə sarı,
Yarı yolda yorulursan-
Yarı yolda çatlayırsan.
Yəqin sən də mənim kimi,
Tutammırsan sarı simi.
Bu dərdləri çəkə-çəkə,
Qəm toxumu əkə-əkə-
Dəmi qəmə qatmayırsan.
Könlünü çum edə-edə,
Dadıb təhdid,dadıb hədə-
Gecə-gündüz yatmayırsan.
Bir sapanda qoyun məni,
Atın ora,atın ora,
Harda ellər düşüb dara.
Bəlkə dəstək ola biləm,
Odlu istək ola biləm,-
Orda mənsiz qalanlara,
Dərdə əsir olanlara.
Yaralara məlhəm gərək,
Nə edərik baxaq,görək.
Olam könül həmdəmi mən,
Siləm ordan hər qəmi mən.
Könül,bəlli dincəlməyir,
Gecə-gündüz yatmayırsan.
Çatlayırsan,partlayırsan,
Dərdi dərdin,qəmi qəmin,
Üstə gündə qatlayırsan.
Bir belə ki,daş atıblar,
Heç inanmaq olmur necə,
Gözünəcən batmamısan.
Dərd alıb,qəm satmamısan.
Əli salıb belə nəfə,
Lap yüz dəfə,lap min dəfə,-
İçində qəm çəkə-çəkə,
İçərindən çökə-çökə-
Başlamısan yaxşı kefə.
Dərd alıb qəm satmamısan,
Yeri göyə qatmamısan.
Belə getsə necə baxar,
Ər babalar üzümüzə?
Kim baxacaq,sən baxmasan,
Qan ağlayan ərzimizə?!
Nə çəkirəm Şuşa bilər,
Dərd əlilə ciliklənən-
O təmiz,saf şüşə bilər.
Ayrılığın siqlətini,
Dərdli bənövşə bilər.
Şirvan,Muğan,Mil də oyaq,
Könül çəkən naləm,ahım-
Ayda oyaq,ildə oyaq,
Durub,qalıb bil də oyaq.
Nalələrim dildə oyaq,
Yol gözləyir zildə oyaq.
İçimizi dağıtmamış,
Onları biz hara yayaq?..
Bəlkə dərdlə aramıza,
Araz boyda şırım açaq,-
Araz boyda çiban qoyaq?
Yara salaq,zədə salaq,
İşləri namərdə salaq?
Sən o üzdə,mən bu üzdə,
Belə boynu buruq qalaq.
Könül,axı,bu dərdləri
Daşımağın özü çətin.
Çəkən çəkib üstümüzdən,
Öz nəzərin,öz diqqətin.
Nə vaxtdandı başında var,
Qara bulud həqiqətin.
Nə etsək dəçəkilməyir,
Tərəzinin gözlərini-
Qara-qara əllər əyir.
Neyləyək ki,bu dünyada,
Əməllərə qədərincə-
Düzlük tumu əkilməyir?!
Həqiqətin başı üstən,
Qara bulud çəkilməyir!
***
Azərbaycan-ana vətən,
Övladların çətən-çətən.
Yer üzünə səpələnib,
Ağrıların təpələnib.
Gecə-gündüz qəlbim mənim,
Bu ağrıyla nəğmə ötən,
Bəlli deyil ölən,itən.
Ölənlərlə bir sırada
Az qalıb ki,dura bitən.
Evim mənim,odam mənim,
Özü boyda qadam mənim.
İçimdə sən,çölümdə sən,
Zənn etsəm də içimdəsən,-
Baxıb gördüm çölümdəsən.
Azda diri olsan belə,
Çoxda baxdım ölümdəsən.
Amma hara getsəm belə,-
Hansı yurda,hansı elə-
Canımdasan,könlümdəsən.
Necə deyim əlimdəsən?
Doğranmısan dilim-dilim,
Acıların qədərini-
Söylə,axı,hardan bilim?
Qəsd eləyir mənə ayım,
Qəsd eləyir mənə ilim.
Bəmlərimə arxa durur,
Ahımdarı könül zilim.
İtirirəm ağlı deyən,
Öz yerindən ilim-ilim.
Bir oğulam,ya nanəcib-
Bu kəsərsiz ağlım ilə
Söylə,bunu hardan bilim?
Kəsilsəm də tikə-tikə,
Doğransam da dilim-dilim...
Taleyimə qara günü
Qara-qara yazan əllər,
Biləyindən vurulmalı.
Ayrı cürə yox mümkünü,
Ağ günlərə çıxıb ellər-
Axar sular durulmalı.
Xəbislərə,dar gözlərə,
Haqq divanı qurulmalı.
Gecələri gündüzlərə
Qata-qata işləməli,
Ortalığa qoymalıdı-
Hər kəs doğru,saf əməli.
Nə bir könül usanmalı,
Nə elə can yorulmalı.
Bu tilsimlər əllərimlə,
Əbədilik qırılmalı...
***
Azərbaycan-odlu ölkəm,
Həm doğma,həm yadlı ölkəm.
Düşməni az,dostları çox,
Heç bir kəsdən qorxusu yox.
Həm könlü,həm gözləri tox,
Bir tarixə sığışmayan-
Şan-şöhrətli,adlı ölkəm.
Baldan şirin,dadlı ölkəm.
Üzərindən getsə kölgən-
Nə günlərə qalar,söylə,
Uzaq bölgən,yaxın bölgən?
Doğanağa yaxın gəlməz,
İnan onda ömür örkən.
Göy ümmanda ağ gəmisən,
Sən ümidin artığısan,
Şübhələrin bir kəmisən.
Dərdlər çəkən başın ilə
Gözlərimin,oy,nəmisən.
Biçılməmiş vağam zəmi,
Sarı sünbül bir zəmisən.
Sevincimin həmdəmisən,
Kədərimin həmdəmisən.
Bir gözümün öz sevinci,
Bir gözümün öz qəmisən.
Dözsən belə sınaqlara,
Dözsən belə qınaqlara,
Düşməmisən danlaqlara.
Gözlərindən yaş axmayıb,
Xəcalətdən alov saçan
Qızmar-qızmar yanaqlara.
Tuş gəlsən də hədə dolu,
Uzun-uzun barmaqlara-
Zaman-zaman onları sən,
Çox vermisən dırmıqlara.
Azərbaycan-od dolu can,
Damarımdan axıb keçən-
Od nəfəsli bir həyacan.
Azərbaycan-ürəyimsən,
Havam,suyum,çörəyimsən.
Ağıl kimi gərəyimsən,
Hara getsəm,harda olsam!..
31.05.2014-cü il,saat 02-03
Azərbaycan-nur telli saz,
Mehlərində qeyri avaz.
Mənim könül tellərimə
Toxunmasa aram olmaz.
Coşub-daşan sellərinə,
Ağ ləpələr düzər almaz.
Bir qolu Kür,biri Araz,
Ürəyində min-min muraz-
Zaman-zaman dolaşdıran,
Şan-şöhrətli yurdum mənim.
Göyü yaqut,yeri mərcan,
Lalə-lalə sinəsi qan.
Həm balaca,həm də azman,
Yekə-yekə,dızman-dızman.
Qaya-qaya,zirvə-zirvə
Yenilməz bir ordum mənim.
Səcdə yerim,inanc yerim,
Bir ulu Boz qurdum mənim.
Təpəsi qış,ayağı yaz,
Göylər dələn dağım mənim.
Altı qızıl,üstü qızıl,
Sərvətli torpağım mənim.
Bu dünyaya ətir saçan,
Təzə-tər zanbağım mənim.
Yeddi rəngdən dəmət tutan,
Rənglər şahı,-ağım mənim.
Tarlam,çölüm,bağım mənim.
Yaşadığım bu həyata,
Ömrə,günə bağım mənim.
Nurlu çil-çırağım mənim.
Qobustanı dünya yaşlı,
Qaya huşlu,daş yaddaşlı,-
Köksü üstü qavaldaşlı,
Şəlalədən gümüş saçlı-
Çeşmələrdən gözü yaşlı,
Göy gölləri,Ağ gölləri-
Quba qazlı,yaşılbaşlı,
Ulu diyar,qədim məkan.
Cana qüvvət,ruha təkan,-
Verən soylu bir məmləkət.
Sərvi boylu pir məmləkət.
Olsam özüm,ölsəm ruhum,
Dolaşan oylağım mənim,
Aranım,yaylağım mənim.
Bir ağacsan budağında,
Həm bahar,həm qış çağında-
Açılar çiçəyim mənim.
Açılar yarpağım mənim.
Dörd fəsilin hər birində,
Öz vaxtında,öz yerində-
Dəstə-dəstə qucağına,
Köç eləyib quşlar gələr.
Elə bil ki,geri dönər,
Öz yerinə huşlar gələr.
Ayaq qatlar bir dincələr.
Azərbaycan-ağıl payım,
Babalardan,nənələrdən-
Mənə qalan nağıl payım.
Sən olmasan dayanmazmı,
Axmağından ömür çayım?
Boynumdakı haqqı-sayım,
Soyuq qışım,isti yayım.
Bir qəfildən vülkan kimi,
Yeri dəlib püskürürsən.
Yerə-göyə lərzə salar,
Ölçü bilməz hay-harayın.
Səni gəzsəm ürəyimi,
Öncə gərək mən arayım.
Ömür qoyum,can qoyum ki,
Bəlkə könül istəyində-
Bir işə də mən yarayım.
Azərbaycan-üfüqlərdə
Doğulan al günüm mənim.
Hara getsəm məndən qabaq,
Ora çatar ünüm mənim.
Olanda da,öləndə də,
Ürəyimi böləndə də,-
Səmtim mənim,yönüm mənim.
Razı olsan köksün altda
Ürək kimi döyünərdim.
Damara qan verməyimlə,
Cisminə qan verməyimlə,-
Zaman-zaman öyünərdim.
Nurlarını köynək kimi,
Əynimə mən geyinərdim.
Köksün altda gecə-gündüz,
Bir ürək tək döyünərdim.
Məni səndən salsa uzaq,
Taleyimin qarasına
Ömrü boyu deyinərdim.
Sənə bağlı olmağımla
Uşaq kimi öyünərdim.
Eşqin ilə yanmağa mən,
Gecə-gündüz can atıram.
Ocağını qalamağa
Düz ürəyin başı üstə
Ocaq yeri yaradıram.
31.05.2014-cü il,saat 23-40.
Azərbaycan-səcdəgahım,
Kəbə evim,qibləgahım.
Taleyimə hökmü yazan,
Əvəzolmaz şahənşahım.
Ağlım əgər səhv eləsə,
Günah məni üstələsə,
Ömür mənə qəsd eləsə,
Ürəyimdən qalxan ahım.
Olsa belə çox günahım-
Qoymaz boynu buruq baxım.
Ay-ulduzlu zülmət gecəm,
Parlaq günlü al sabahım.
Ümid yerim,güman yerim,
Çətində də,asanda da-
Çox şeyləri uman yerim.
Başım üstdən yellər əsə
Nicat yerim,aman yerim.
Yollarımı qorxu kəsə,
Qəfil çökən duman yerim.
Zaman-zaman ürəyimə ,
Nigaranlıq daman yerim.
Başı qaldan qala düşən,
Nəhs illərin əllərilə
Dost-düşməndən dala düşən.
Ağrılarla,acılarla
Sabahlara yola düşən-
Dərdə əsir yaman yerim.
Özü boyda yeri mərcan,
Özü boyda göyü yaqut
Könlümə ruh,cismimə can,
Sonsuz dilək,sonsuz umud
Həm hayqırtı,həm də sükut,
Zamana bir görklü sübut-
Olan məkan,olan diyar.
Səni,axı,məndən artıq
Kimlər anlar,kimlər duyar?
Duya belə hüzurunda
Dizlərini yerə qoyar.
Dönə-dönə səcdə edər,
Heyrətlərin göz önündə
Bu dünyaya müjdə edər.
Azərbaycan-əzəli od
Sonu nurlu odlu məkan.
Yaşamağa,yaratmağa,
Zirvələrə can atmağa-
Həm bir xəyal,həm də imkan.
Özü boyda doğmaya gül,
Özü boyda yada tikan.
Taleləri yönləndirən
Qızıl açar,altun sükan.
Azərbaycan-görüş yeri,
Diləklərin gümüş yeri.
Milyon-milyon arzuların
Ürəklərə hopmuş yeri.
Saf suların öpüş yeri,
Ürəklərin gülüş yeri.
Dünyamızın doğan gündən
Bir parca tək qopmuş yeri.
***
Azərbaycan-ömür yolu,
Hər budağı,hər bir qolu-
Gül-çiçəklə,zərlə dolu
.
Çeşid-çeşid barla dolu,
Löyün-löyün varla dolu.
Özü cavan,yaşı ulu
Hər ağacı,hər bir kolu-
İsmətlərdən üzü sulu.
Hahaqlara tuşlanan ox,
Amma-amma haqqın qulu.
Yağı düşmən qəhrindən qorx,
Cızığından,gəl,çıxma çox.
Lazım gəlsə oddan belə,
Seldən belə çox qorxulu.
Təkcə sanma gül qoxulu,
Ya da dərin bir yuxulu.
Qəfil fontan vurar qəhri,
Yarılar könlünün zəhri.
Ürəyin öz saplağından
Bir qəfildən sınıb düşər.
Qəzəbini ox eliyər,
Köksünü yüz yerdən deşər.
Haqqın sadiq bir quludu,
Uludan da çox uludu.
Sanma yatıb yuxuludu,
Söylədim,ha,həddini bil,
Bir də deyim qorxuludu.
***
Azərbaycan-sınaqlara
Zaman-zaman sinə gərən
Ər oğullar vətənidir.
Döyüşlərdə son silahı
Qana batan kəfənidir.
Tarixlərin boz üzünə
Əsirlərlə üz göstərən
Babaların yurd yeridir.
Azad yerlər göyləridir,
Azad göylər yerləridir.
Boğulsa da al qanına,
Özü sözün deyə bilmiş-
Öz vaxtında zamanina.
Cəfa basıb öz canına
Öz haqqını qazanmış o.
Vaxtı çatıb etiraf et:-
Öz taleyin yazanmış o.
Tarix yaşlı ozanmış o!
Azərbaycan-qınaqlara
Önəm verən ulu diyar,
Böyüklüyün,ucalığın
Əməlilə qurub dağın-
Ancaq uca olan diyar.
Vaxta xoca olan diyar.
Ancaq uca olan diyar!
Azəbaycan-qan ağızlı
Qılınclara ovxar verən
Bir yeyilməz bülov daşı.
Tarixlərin görklə dolu
Huş saxlancı,qan yaddaşı.
Yandım deyən ana yerə
Nicat verən yaz yağışı.
Güllü yazı,qarlı qışı,
Nəzmə çəkər hər bir yaşı.
Azərbaycan-sivri uclu
Nizələrin ata yurdu.
Başı qarlı zirvələri
Qüdrətdən müzəffər ordu.
Qıra bilər kim qudura,
Gözlərindən doğan qurdu.
Qoca tarix yaddaşına
Tomrisləri,Babəkləri-
Azmı ilmə,naxış vurdu?
Cavanşiri zaman yordu.
Xətaisi körpə-körpə
Bir möhtəşəm ölkə qurdu.
Balı gəldi,başsız getdi,
Kim hayıxdı,kim qudurdu.
Getdi nakəs üzərinə
Qəzəblərim ordu-ordu.
Hiddətlərim ordu-ordu!
02.06.2014-cü il,saat 20-47.
Azərbaycan-ulu yurdum,
Bir qələmim,bir də süngüm-
Bir ürəyim,bir də özüm,
Keşiyində oyaq durdum.
Zaman-zaman ürəyimdə
Sevginə bir yuva qurdum.
Eşq evimə sözlər ilə
Bəzək çəkdim,naxış vurdum.
Yorulsam da dayanmadım,
Məhəbbətdən doyammadım.
Lap canımdan olsam belə,
Dönə-dönə coşqun selə-
Nə usandım,nə də durdum.
Pərvaz edib könlümü mən,
Gecə-gündüz göylərinə-
Dönə-dönə çox uçurdum.
Azərbaycan-ata yurdum,
Ürəyimdən hara getsəm
Səni sordum,səni sordum.
Ayrılığın bağlarını
Sevgilərlə belə qırdım.
Həm özümü,həm qəlbimi
Sora-sora gündə yordum.
02.06.2014-cü il,saat 22-08.
Azərbaycan-nəsibi qan,
Zaman-zaman şaqqalanan
Səlnamələr cünglərində
Dünya boyda adı qalan,
Ağızlarda dadı qalan.
Ləziz loxma,yağlı tikə,
Başı üstə çox fəlakət,
Baçı üstə çox təhlükə
Cövlan edən soylu məkan.
Uca-uca zirvələrdən
Şax qamətli,boylu məkan.
Əsirlərin yaddaşında
Nalə,fəryad,ahı qalan,
Gözü ağlar,könlü nalan.
Şər əliylə qıymalanan,
Şər əlilə parçalanan-
Qan-qadalı ulu torpaq.
Hər əlcəsi bir ləl olan,
Altı yatır,üstü sərvət,
Bərəkətlə dolu torpaq.
Məşəqqəti yığın-yığın,
Möhnətləri qalaq-qalaq.
Qızıl tarix vadisində
Cağlayan bir büllur bulaq.
Döyüşlərdən canı yorğun,
Bir az aşkar,bir az oğrun.
Qədəri boş,nəsibi kəm,
Tarixdə bir yaşıl zolaq.
Baxtı pozuq,eşqi həşəm,
Qisməti qıt,qaratalax.
Budaq-budaq,yarpaq-yarpaq
Qana batan ərlər yurdu.
Hər qayası qala,səngər,
Hər zirvəsi qalib ordu.
Yerişində ağır ləngər,
Duruşunda şux əzəmət.
Hər işinə qeyrəti şərt,
Hər işinə namusu şərt.
Almazdan bərk,poladdan sərt,
Öz baxtından bir özü pərt.
Hər ayına bir dərdi-sər,
Hər gününə bir fəlakət
Yaşadılan bir məmləkət.
Hər çınqılı,hər bir daşı
Tarixinin bir yaddaşı.
Hər oğulu bir Boz qurdu,
Bir yenilməz güclü ordu.
Adlı vətən,sanlı vətən,
Düz ilqarlı,şanlı vətən.
Ayaqları yerlərə tən,
Uca başı göylərə tən.
Ölümlərə bac verməyən
Yarandığı gündən bəri
Bir kisəyə baş əyməyən
Düz ilqarlı ana vətən.
Tale mənə dağ bassa da
Baxt əlilə lap assa da,
Haqqım çatmaz öləm,itəm.
Yaranmışam göyərəm mən,
Yaranmışam yaxşı bitəm.
Yaranmışam qoynunu mən
Cənnətmisal gülşən edəm.
Dönüb şeyda bülbülə mən,
Gecə-gündüz orda ötəm.
Hansı gülü quruya,bax,
Hansı seli quruya,bax-
Məcbur olam gülə dönəm,
Məcbur olam selə dönəm.
Yerinə mən özüm bitəm,
Yerinə mən axam,gedəm.
Azərbaycan-mənim qitəm,
Bu dünyaya soykökümdən-
Əvəzolmaz bir abidəm.
Azərbaycan-tər gül üstə,
Sübh şehinin saldığı mət.
Azərbaycan- şəfəqlərdən
Bağlanılan yaşıl dəmət.
İşıq payı,ziya payı,
Nənələrin,babaların-
Abır,ismət,həya payı.
Azərbaycan-ana göydə,
İldırımın yerə,göyə-
Lərzə salan od nəfəsi
Qartalların qıyya səsi.
Rəşadətin ürəklərdə
Yaratdığı cəzb qüvvəsə.
Sal qayadan özün atan,
Yıxılanda göydən tutan-
Havaya bir təlaş qatan,
Dəli-dolu şəlalənin
Dərələrə sığışmayan
Coşub-daşan zənguləsi.
Cabbar əmi,Zülfü əmi,
Muğamatın ümmanında
Limana yan alan gəmi.
Azərbaycan-Yzeyir bəy
Rübabında şahə qalxan,
Əzəmətli uvertura
Bu dünyaya Nəsimini
Bəxş etdi ki,şöhrətini
Zamanlara o çatdıra.
Azərbaycan-zirvəli dağ,
Dünən də sağ,bu gün də sağ.
Gümanlıyam sabaha da
Belə çıxar üzləri ağ.
Nizamisi,Füzulisi
Söz sərdarı,hikmət şahı,
Sabirləri,Səmədləri
El arxası,el pənahı.
Soyu atəş,əcdadı od,
Nə sevinclər ruhuna yad,
Nə kədərlər könlünə yad.
Bir an ondan ayrı düşə
Könül kişnər,edər fəryad.
Azərbaycan-alov saçan,
Yerin adı,yurdun adı.
Yana-yana atəşlərə,
Alovlardan alıb dadı.
Alov dadır hər naləsi,
Atəş dadır hər fəryadı.
Azərbaycan-atəşlərin
Cəm olduğu bir dəryadı.
Dalğası od,ləpəsi od,
Dəli yellər göy sulardan
Yaratdığı təpəsi od.
Alışdığı gur odlardan
Zaman-zaman qazanıbdı,-
Nəsilləri,soyları ad.
***
Azərbaycan-zaman-zaman,
Qana batan bir tarixdən –
Keçib gələn odlu diyar.
Babəkləri,Tomrisləri
Haqqa ölçü,düzə əyar.
Zamanı da öz əzminə,
Cürətinə heyran qoyar.
Haqlıları başa çəkər,
Haqsızların gözün oyar.
Gecə-gündüz yanmağından,
Nə usanar,nə də doyar.
Özün haqqa,ədalətə,
Yorulmaz bir elçi sayar.
Azadlığı ziya kimi
Əməlinin göylərindən-
Yerə yayar,göyə yayar.
Haqqa olan xidmətləri,
Özünə bir amal sayar.
Yaşadığı dünyanı da
Öz eşqinə heyran qoyar.
Əqidəsi,məsləki düz,
Qızıl təki,mis təkidüz.
Gecəsi düz,gündüzü düz,
Saflığa üz,paklığa üz-
Qədim ölkə,ulu bir yurd.
Müqəddəslər müqəddəsi,
Zərdüşt baba,Dədə Qorqud.
Azərbaycan odlu ilham,
Varlığında bir ehtişam.
Ağılda dad,xəyalda tam,
Hikmət ilə dolu bir cam.
Azərbaycan-mənim atam,
Azərbaycan-mənim anam!
Könül, şair yaranmışam,
Hər oduna özüm yanam!
Hər külünə bələnəm mən,
Zamanların ələyində-
Yaxşı-yaxşı ələnəm mən.
Kimliyimlə bəlli olam,
Çox müşkülün həlli olam.
Həm yaxşısı,həm də pisi,
Həm alovu,həm də hisi,
Həm soyuğu,həm istisi.
Həm odu mən,həm tüstüsü-
İlə eyni elli olam.
Aça bilib əli,qolu,
Bir duyulam,bilinəm mən.
Düz olmasa məslək yolum,
Öz ömrümdən silinəm mən.
Azərbaycan odlu nüvə,
Azərbaycan ürəyimdə-
Basılmayan böyük qüvvə!
Məslək eşqim,həyat andım!
Hər bir şeydən öncəsi mən,
Bu məhəbbətdən yarandım!
06.06.2014-cü il,saat 12-55.
Azərbaycan-yanar bir dağ,
Od-alovdan salınan bağ.
Atəş çeşmə,alov bulaq,
Od sərvəti qalaq-qalaq:-
Barı alov,bəhrəsi od,
Yerində dad,göyündə dad.
Saxlayan bir odlu məkan,
Ağzınacan odla dolu-
Qafqazlarda qızıl dükan.
Sinəsində uyuyubdu,
Nəhəng-nəhəng,azman-azman-
Min illərdən üzü bəri,
Püskürməyə hazırlaşan-
Od nəfəsli dəli vülkan.
Atəş dilli,bəli,vülkan!
Ürəyində qan yerinə,
Odlar axan,közlər axan,
Günəş soylu,odlu torpaq.
Nəhəg dünya ağacında,
Yamyaşıl bir odlu yarpaq!
Oda bülənd,nura bülənd,
Bu diyarda hər künc-bucaq.
Qoynunda qor qucaq-qucaq,
Qoynunda nur qucaq-qucaq.
İstəyim bu,diləyim bu,
Söndürməsin onu zaman.
Yanmağında nəfəsini
Dərməsin o heç bircə an.
Sarsıtmasın,qorxutmasın,
Gedən zaman,gələn zaman.
Çarəsizə nicat yeri,
İllacsıza ümid,güman.
Azərbaycan-bəhrə yolu,
Bar-bərəkət sağı-solu.
Min bir dərdə dərman olan,
Hər ağacı,hər bir kolu.
Özünə baxt yolu seçən,
Damarından qan yerinə-
Alov axan,odlar keçən.
Bir kimsəni bir addım da,
Bəhsdə önə buraxmayan,
Dəli-dolu sellər kimi,
Qoluna çox güc saxlayan.
Hamıdan çox özün ötən,
Hamıdan çox özün keçən.
Gecə-gündüz nurlar içən-
Başdan-başa ecaz dolu,
Sehirli bir odlu torpaq.
Löyün-löyün odlar ilə,
Hər açılan al səhəri-
Qarşılayar gündən qabaq.
Şəfəqləri tabaq-tabaq,
Bu dünyaya paylayan yer.
Həm bir gerçək,həm əfsanə,
Həm də elə başdan-başa-
Bir müəmma,bir gizli sirr.
Həm adi yer,həm də ki,dürr.
Azərbaycan-haqqın əli,
Ürək ilə sığal çəkən-
Əsrarəngiz bir məmləkət.
Möcüzələr möcüzəsi,
Şah möcüzə üstündə mət.
Gücüm catan,vallah,budu.
Gün gələr ki,qalanların
Söz rübabım eləyər mət.
Könül onda indikindən,
Yaxşı-yaxşı ötər əlbət!
Azərbaycan-odlu torpaq,
Kainatın ağacında
Odla dolu yaşıl yarpaq!
11.06.2014-cü il,saat 17-46.
Azərbaycan-odlu kürə,
Yaranışdan şöhrət göyə-
Yaranışdan şərəf yerə.
Olanları duya-duya,
Olanları görə-görə-
Əlimdəki qələm istər,
Ona sözdən çələng hörə.
Arxalanıb tuti dilə,
Cəhd eləyib ilmə-ilmə,
Çeşni-çeşni,naxış-naxış-
Atəş dolu sözlər ilə,-
Nəğmələrə hörə-hörə,
Sətirlərə nəqş eləyə.
Tutub təbin biləyindən,
Yaddaşının ələyindən
Odla dolu söz ələyə.
Ortaya bir qoya törə,
Ürəklərə mərə-mərə-
Duyğu dolu od bələyə.
Sevincini göyə yaya,
Sevincini yerə yaya.
Hər şeyini yaya-yaya,
Bəzək ola bu dünyaya.
Hər gələn gün doya-doya,
Doğrulara doğru qata,
Sorğulara sorğu qata.
Ağrılara aırı qata,
Sarğılara sarğı qata.
Duyğulara duyğu qata,
Uyğulara uyğu qata.
Ənginlərə çata-çata,
Arxa ola bu həyata.
Təb köhlənin yalmanına,
Hər gələn gün yata-yata.
Qızıl-qızıl nəğmə edə
Xəyalların qanadında
Uzaq-uzaq ulduzların
Yanlarına gedə,çata.
Yetişə vaxt,çata vədə,
Kəhkəşana qonaq gedə.
Ocağından odlar yaya,
Boynundakı haqqı-saya.
Dönə ilə,dönə aya,
Od mənbəli,qor mənbəli-
Çevrilə bir atəş çaya.
Odlar ilə körpü sala,
Bir-birindən görklü aya.
Ağıl açan qapı ola,
Sirlə dolu bu dünyaya.
Mənaları duya-duya,
Hikmətləri dada-dada.
Məhəbbətdən heykəl qoya,
Öz-özünə bu dünyada!
Yaratdığı hər cümlədən,
Bu dünyadan ömür doya.
Zərlə dolu hər kəlmədən,
Ağla,husa işıq yaya.
Bu dünyada özü boyda,
Dönə bənzərsiz dünyaya!
12.06.2014-cü il,saat 13-47.
Azərbaycan-ömür yazı,
Qızıl baxta haqdan yazı.
Misri üstə köklənilən
Ürəklərin telli sazı.
Nərmənazik gözəllərin,
Min işvəsi,min də nazı.
Bir qanadı dəli Kürü,
Bir qanadı xan Arazı.
Dəmin çoxu,qəmin azı.
Könlüm,söylə heç olarmı,
Bu baxt Ilə,de,narazı?
Könlüm-gözüm səndən razı.
Ağ gölləri,Göy gölləri,
Tuta bilmir yaşılbaşı-
Tuta bilmir quba qazı.
Hər birinin öz nəğməsi,
Hər birinin öz avazı.
Cənnət görər hara baxsa,
Bura gələn azı-azı.
Heyrət kəsər qabağını,
Yeridikcə addimbaşı.
Bir əfsundu dağın,daşın,
Bəlli olmaz bir kimsəyə-
Tarixlərdən qədim yaşın.
Zaman-zaman çox qadalar,
Çox bəlalar çəkib başın.
Çeşmələrin gözlərindən
Axıb gedən qanlı yaşın.
Yazlarından dönə-dönə,
Çoxlu olub qarlı qışın.
Zamanların ağır xışı-
Köksünü şum eləyibdi,
Hara getsən addımbaşı.
Qarq-qara daşlarını
Vaxt üstünə ələyibdi.
Vücudunu qızıl-qızıl
Qanlarına bələyibdi.
Öləndə də,qalanda da
İnildəyən dodaqları
Bir azadlıq diləyibdi.
***
Azərbaycan-atəşlərlə,
Mayalanan odlu torpaq.
Alışaraq,odlanaraq-
Yana-yana bir gün özü,
Qan qırmızı üfüqlərdə-
Doğulan al gün olacaq.
Azərbaycan-zaman-zaman,
Buludların döşlərindən-
Odlar əmən,atəş əmən
Orman-orman,çəmən-çəmən-
Tutuşaraq,alışaraq,
Gövdə-gövdə,budaq-budaq,
Çiçək-çiçək,yarpaq-yarpaq-
Qor toxumdan od göyərdən,
Gecə-gündüz yanar ocaq.
Atəşləri qucaq-qucaq,
Alovları qucaq-qucaq.
Qeyri bir yurd,qeyri torpaq.
Zamanlarin başı üstən
Əzəmətlə asılaraq
Zindanlara çəkiclərlə-
Öz adını yaza-yaza,
Od parçası,qor seli tək,
Dönə-dönə bir ulduza-
Bu dünyaya səda salan,
Dostlarını yada salan-
Düşməninin ürəyinə,
Ağrı salan,qada salan-
Atəş yurdu,od diyarı.
Yaxınların dost diyarı,
Uzaqların yad diyarı.
Qor ölçüsü,od əyarı.
Şöhrətində nam bir yarı,
Bütün aləm tam bir yarı.
Bəxtiyarlar bəxtiyarı,
Öz əlində ixtiyarı.
Öz yerində ləyaqəti,
Öz yerində abrı,arı.
Gecə səpər,gündüz səpər,
Od sinəsi üzlərinə-
Zər payını buludları.
Təlatümlər saxlancıdı,
Dərin dibli sükutları.
Sükutunda dəli tufan,
Tufanında sükutu var.
Belə ola bilməyinə,
Şərəf dolu əllərində-
Dəlili var,sübutu var.
İstəyəndə dəli-dolu,
İstəyəndə həlim olar.
Yaxşılıqdan yaxşılığa.
Körpü tikər,yollar salar.
Qürubuna ensə belə,
Şəfəqlərlə axşam-səhər
Ata göyə,ana yerə-
Layla çalar,layla çalar.
Azərbaycan-atəşlərin,
Zühr etdiyi ulu məkan.
Azərbaycan-alov adlı,
Atəş adlı damarda qan.
15.07.2014-cü il,saat 13-34.
Azərbaycan-yerdə əli,
Azərbaycan-göydə əli.
Bu dünyanın özü boyda,
Saf gövhəri,təmiz ləli.
Azərbaycan-eşq məşəli,
Nə cür ona vurulmayım.
Olmayım bəs eşqdən dəli?
Qızıl güllü,bənövşəli,
Bomboz çöllü,göy meşəli.
Torpaqları naxış-naxış,
Səmaları göy şüşəli.
Pak məkanlı,saf guşəli,
Qızıl-qızıl keçmişləri-
Sabahlardan sabahlara
Zaman-zaman şərəf ilə-
Daşıyan od adlı diyar.
Heç bir yerə bənzəməyən
Əvəzolmaz odlu diyar.
Dadlı məkan,dadlı diyar-
Axı,səni mənim kimi,
Kimlər anlar,kimlər duyar?
Bu çalışqan kobud əllər,
Öz alnımdan zaman-zaman-
Tökə-tökə qanlı sellər,
Sənə isti ocaq qurar.
Bu cismim də dağlar kimi
Arxasında möhkəm durar.
Sənə isti yuva qurar,
Arxasinda ürək durar.
Bu istəklə ürəyimin
İçərisin sevgi oyar.
Bu işlərə başdan-başa
Yaşanan bir ömür qoyar.
Alıb səni öz yerindən –
Qeyri yerə demərəm yox.
Ürəyimin düz başına
Dönə-dönə öpüb qoyar.
Bəlkə könül onda məni,
Bu vətənə,bu diyara
Az da olsa oğul sayar.
Sevincini yerə yayar,
Sevincini göyə yayar.
Bir daşına qıymaz əlim,
Lazım gəlsə canıma da-
Ömrümə də hər dəm qıyar.
Nədən belə doysa könül,
Aylar ötə,illər ötə-
İnanmıram səndən doyar.
Sənə olan sevgiləri
Dayanmadan dillər ötə
Bəlkə onda istəyimə,
Ola ölçü,ola əyar.
Azərbaycan-canımda can,
Azərbaycan-özü boyda-
Gövhəri-zər,ləli-mərcan.
Azərbaycan-damarımdan
Axıb keçən qırmızı qan.
Azərbaycan-taleyimə
Azadlığın günəşini
Öz bətnindən doğuran dan.
Dəli könül,nə durmusan?
At özünü bu atəşə,
Lap təpədən dırnağacan-
Oda bələn,atəşə yan.
Çevril alov,od sütuna,
Bənzə daği-Bisütuna.
Ayaq üstə belə dayan.
Yana-yana qürub elə,
Dan yerinin qucağında-
Yana-yana yenə oyan.
Taleyimin gözləri tək
Bir mənə bax,mənə boylan.
Şehlə zərə bələnsin, qoy-
Dağın,düzün,çölün,yaylan.
Arzu kimi,dilək kimi,
Könüllərə yenə paylan!..
27.07.2014-cü il,saat 15-21.
Azərbaycan-bir gövhər,
Azərbaycan bir inci.
Könlümdəki baş yerdə,
Şanlı adı birinci.
Nanlı adı birinci.
Bir nemətdi hər daddan,
Ləziz dadı birinci.
Dünya dağın döşündə
Min bir dərdin dərmanı:-
Təbiətin balası,-
Kəklikotu,zirinci.
Cürət etməz onunla,
Bəhsə girə bir inci.
Burdakı hər göy zümrüd,
Burdakı hər yer inci.
Azərbaycan-muğamın,
Şah pərdədə sarənci.
Başdan-başa bu diyar,
Bir ləl,mərcan,dürr,inci.
Yolunda can qoyam mən,
Alın tərim bir inci.
Hara gedə xəyalım,
Qoynunda alar dinci.
Bədbəxt gündə könlümün,
Hüdudsuz qəm-kədəri,
Üfüq boyda sevinci.
Mən bunları duyunca,
Mən bunları görüncə.
Təlaşlarım yox olur,
Ruhum qalır sərincə.
Könül göyə qaldırır,
Şux başın qədərincə.
Azərbaycan-ruhuma,
Qüdrət verən bir diyar.
Azərbaycan-təbimə,
Dəqiq ölçü,düz əyar.
Azərbaycan-yuxuma,
Nə zaman ki,göz yumam-
İşıq səpər,nur yayar.
Alışmasam eşqinə,
Sevgi dolu qəlbimi
Min dəfədən qınayar.
Qoynundan uzaqlarda,
Xəyallarım çırpınar.
Ürəyimsə çat verib,
Min yerindən qanayar.
Həqiqəti özünə,
Əzəli bir haqq sayar.
Ürəyim belə anlar,
Ürəyim belə duyar.
Müqəddəs sahillərin,
Üfüqlərin bağrında
Bir əbədi nur yuyar.
Məhəbbətim qoynunda,
Baş qoyub orda uyar.
Azərbaycan-könlümə,
Sevgilərin əlilə-
Özündən heykəl qoyar.
Onu sevməkdən könül,
Nə yorular,nə doyar.
Ondan uzaq düşməyim,
İçərimi dərd ilə-
Azı yüz yerdən oyar.
Qayğısın eşq yaramın,
Üstünə məlhəm qoyar.
Azərbaycanğa,
Azərbaycan-düzlüyə
Əbədi bağlı diyar!
Azərbaycan-şərəfə,
Ən azından min dəfə-
Ürəyimdə yaşayan,
Bənzərsiz mütləq meyar!..
11.08.2014-cü il,saat 19-18.
Azərbaycan-nurların,
Ana yerə düzümü.
Haqlı edib dünyaya ,
Aça biləm gözümü.
Odur edən ellərin
Yanında ağ üzümü.
Odur qoyan qəlbimə
Həm çətin,həm asanda-
Hər vaxtda,hər zamanda,
Mənə qismət yazanda-
Dəyanəti,dözümü.
Odur cana gətirən,
Ocağımı,közümü.
Xəyalım ondan alır
Hər sınağa dözməyə
Bir tükənməz əzimi.
Mətanəti,cürəti,
İntəhasız qüdrəti.
Azərbaycan-könlümün,
Dedim,axı,dözümü.
Onda tapa bilirəm,
Hər zaman öz-özümü.
Azərbaycan-mütləq haqq,
Ədalətin açımı,
Həqiqətin çözümü.
Ağız açam o deyər,
Ən dəyərli sözümü.
Ağlım kəsən zamandan,
Bir ona qurban dedim-
Ay Mübariz,sözümü.
Ləl torpağı qoruyar,
Qoynundakı izimi.
Qüvvət ilə doldurar,
Yeriyəndə dizimi.
Danışanda özümü,
Kiriyəndə çözümü.
Bala tutur kəlməmi,
Qəndə tutur sözümü.
Azərbaycan dünyanın,
Zirvəli bir dağımı,-
Cənnət,Behişt bağımı?
Məhəbbətlər çeşməsi,
Sevgilər bulağımı?
Quba qazlı gölümü,
Ceyran dolu çölümü?
Yeri,göyü tərpədən,
Haylı,küylü selimi?
Həqiqətin dayağı,
Haqqın vuran əlimi?
Tər laləli düzümü,
Gülüstanın özümü?
Bir başqadı sahmanı,
Bir başqadı düzümü.
Budaqları sındırır,
Bağlarda meynələrin-
Qızıl salxım üzümü.
Durna gözlü bulaqlar,
Ala gözdən süzgümü?
Göy şüşəli gölləri
Ulu göyə güzgümü?
Abşeronu yer üstə
Kəhkəşanlar topası.
Özü boyda torpağın,
Ağ şanısı,üzümü.
Sıralı zirvələri,
Qüdrət qoyan düzgümü?
Ondan bir an ayrılam-
Ona can atan könül,
Olar həsrət yükündən,
Ağır illər üzgünü.
Qucağına ana tək,
Gecə-gündüz basdığı-
Öz ayı,öz günümü?
Sətirlərə düzdüyüm,
İşıq dadan,nur dadan,
Ruhu candan oynadan-
Konül, anla bir daha,
Ana yurdun söz günü.
Atəş ilə,nur ilə,
Kağızların üstündə-
Qoyubdular hörgünü.
Hər biri ona kəsmət,
Hər biri ona bağlı.
Bu səbəbdən az qala,
Yerindən alır ağlı.
13.08.2014-cü il,saat 13-27.
Azərbaycan-ruhumun,
Bir əzəli qüdrəti.
O qoyub zaman-zaman,
Ürəyimə cürəti.
Xəyalıma sürəti.
Dizlərimə taqəti,
Eşqimə sədaqəti.
Döyünən ürəyimi,
O anam verib mənə.
Əhdimi,diləyimi,
Ağbirçəkli,nurani-
Osonam verib mənə.
Bu dünyaya sığmayan
O dünyam verib mənə.
Həqiqəti,gerçəyi,
Sahilsiz ümman olan-
O röyam verib mənə.
Abrım,arım,ismətim,
O həyam verib mənə.
Həm dünən,həm bu günə,
Həm də sabaha olan-
O sayəm verib mənə.
Həyat adlı o surəm,
O ayəm verib mənə.
O müqəddəs məqsədim,
O qayəm verib mənə.
Əməlim hara getsəm,
Ağ eləsin üzümü.
Ruhumda var eləyib,
Dönə-dönə dözümü.
Bir daha dərk eləyim,
Mən yenidən özümü
Öz əlimlə sınağa
Çəkə bir öz-özümü.
Xəyalımda yandırıb,
Hikmətlərin közünü.
Yaxşı-yaxşı tanıyım,
Zamanda hər üzümü.
Sıralansın könlümə,
Yaxşılıqlar düzümü.
Bir də,bir də dərk edim,
Bu həyatda özümü.
Həm asan,həm çətində
İradəmlə ortaya-
Qoya bilim dözümü.
Ziyalardan hər yana,
Sala bilim izimi.
Şəfəqlərlə bəzəyim
Ulu ana ellərin
Hər çölünü,düzünü.
Özümə heyran qoyum,
Görənlərin yüzünü.
Nurlar ilə doldurub
Ağlın görən gözünü-
Bir ona güvənib mən,
Aramışam,tapmışam-
Hər müşkülə çözümü.
Adlamışam,keçmişəm,
Yolların ən düzünü.
Düz yol ilə gedirəm,
Həm onun,həm eşqimin-
Bu dünyanın yanında
Üzünü ağ edirəm.
Azərbaycan-qayada,
Açan təzə,tər lalə.
Tarixin zirvəsindən,
Tökülən gur şəlalə.
Qızıl hökümlər verən-
Şəksiz odur həyatda
Ağla,huşa,xəyala.
Azərbaycan-həm günəş,
Həm də gündən batanda-
Göydə qalan bir halə.
Könlümdə hədsiz sevinc,
Qəlbimdə sonsuz nalə.
Dilimdə sonsuz nalə.
Azərbaycan-xoş gündə,
Bir-birindən nəhs gündə,-
Yaxşı gündə,pis gündə,
Car olan gur şəlalə.
Ruhumda nərgiz-nərgiz,
Könlümdə lalə-lalə-
Çata-çata kamala
Zaman-zaman yaşayan,
Əzəli,əbədi yer.
Özü boyda müəmma,
Özü boyda səhih sirr.
Azərbaycan –müqəddəs
Bir səcdəgah,ocaq,pir.
Azərbaycan-qurtuluş,
Azadlıq,istiqlal,hürr.
Nə elə çox,nə də az,-
Tam elə özü boyda
Bir saf gövhər,təmiz dürr.
Könül,götür qələmi,
Bu eşqi yaza-yaza-
Ömrünü qat bu yaza.
Azərbaycan deyəndə,
Bu kəlmənin önündə-
Ömrünün hər günündə,
Butün varlığınla sən
Dur,ayağın üstə dur.
Ürəyində sevgidən
Bir basılmaz zirvə qur.
Azərbaycan-üfüqdə,
Tər açılan bənövşə.
Doğulub salam verə-
Hər açılan sabahda,
Sökülən dan yerindən
Boylanan al günəşə.
Qarışdıra atəşin,
O tükənməz atəşə...
19.01.2014-cü il,saat 18-39.
Azərbaycan-titan ölkə,
Zamanlaarın qarşısında,
Başını dik tutan ölkə.
Gündoöandan günbatana.
Həm övlad,həm ata,ana.
Bir yaraşıq bu cahana.
Həm özgəyə,həm də mana;-
Mahal-mahal,bölgə-bölgə,
Zamanda çox salıb kölgə.
Səma-səma,torpaq-torpaq,
Meşə-meşə,ağac-ağac
Gövdə-gövdə,budaq-budaq
Çiçək-çiçək,yarpaq-yarpaq
Altun işıq,yaşıl kölgə.
Yaşa arxa,ömrə dayaq,
Cismə kömək,ruha bəlgə.
Haqqım var ki,güman edim,
Yaranışın “Kun!” hökmünü
Burda verib Rəbbim bəlkə!
Əminliyə təslim olub,
Ta ovaxtdan bu günədək-
Qorxu,təlaş,xof,təhlükə.
Doğransa da dilim-dilim,
Kəsilsə də tikə-tikə-
Ər babalar saymayıblar,
Dürr nənələr saymayıblar,
Qorxuları burda tükə.
Salmayıblar xəyalları
Şübhə deyən ağır yükə.
İnam olub bayraqları,
Güman olub yaylıqları.
Sabah olub mayakları,
Hara getsə cürətləri-
Olub ilkin dayaqları.
Zaman-zaman sanılsa da
Ləziz loxma,yağlı tikə,
Başlı gələn başsız gedib,-
Kəc baxa bu məmləkətə.
Azərbaycan-başı qallı,
Təlx ovqatı həsbi-hallı.
Bağrı yanıq,qəlbi xallı,
Amma evli və evhallı-
Cəsur məkan,məhkum diyar.
Əzə ocaq,eşqə mətə,
Zamanları aşıb gəlib,
Sellər kimi daşıb gəlib-
Axır çatıb səadətə.
Bəxt sarıdan əli yalın,
Olub tale üz döndərib
İtirib cahu-cəlalın.
Talayıblar,aparıblar
Nə çox,nə az bircə günə
Bir əsirlik halal malın.
Qismətinin əllərindən
Zalım zaman əllərilə
O vaxt belə alıb şalın.
Ürəyində oxudubdu,
Ana ellər ahlar valın.
İz qoyubdu yaddaşlarda
Nalələrim,fəryadlarım
Yığın-yığın,qalan-qalan.
Azərbaycan-dost adını,
Başı qarlı zirvələrdən
Ucalarda tutan ölkə.
Həm kişisi,həm qadını-
Dostlarından qəmlər alıb,
Yerinə dəm satan ölkə.
Haqqı haqqa qatan ölkə,
Nahaqların arxasından
Bir qara daş atan ölkə.
Həqiqətlər ordusuna,
Həqiqətlər qatan ölkə.
Düzlüklərin ümmanında,
Gövhər kimi batan ölkə.
Azərbaycan-almaz diyar,
Həm baharda,həm də qışda-
Bir əbədi solmaz diyar.
Azərbaycan-yaqut məkan,
İnamında,inancında;-
Bir atəş,bir Boz qurd məkan.
Azərbaycan-titan ölkə,
Öz azadlıq iksirinə
Bu gün əli çatan ölkə.
Dərdlərinə sevincləri
Duz tək səpib,qatan ölkə.
Doğan günlə bir oyanıb,
Üfüqlərdə tən dayanıb-
Qoşa durub,qoşa yanıb
Batan günlə birgə batan-
Qüruba od atan ölkə,
Həyat yaradan ölkə.
Azərbaycan-ta nə deyim?-
Yerin payı,göyün payı,
İşıqların,şəfəqlərin-
Nur çeşməsi,ziya payı.
Azərbaycan-ata göyün,
Ana yerdə doğan ayı.
Dünyanın eşq səltənəti,
Cahanın şölə sarayı.
Tarixlərə örnək olan
Tarix yaşlı türk soyunun
Bir əzəli,bir əbədi-
Şah əsəri,haqqı sayı!
***
Azərbaycan-mənim yurdum,
Tarixə bir ömür verən
Şan-şöhrətli qalib ordum!
Qüdrətinə arxalanıb
Yenilməyən əzmim ilə
Bu yorulmaz əllərimlə
Onu tikdim,onu qurdum.
Əhvalını kimsədən yox,
Ürəyimdən özüm sordum.
İradəmin qüdrətilə
Zamandan çox qaya yıxdım.
Dövrandan çox dağ uçurdum.
Əgər ruha edə yardım,
Coşqun çaylar həsəd çəkər
İntəhasız cürətimə.
Tükənməyən qüdrəti də,
Özü qoyub qüdrətimə.
Qollarımdan zaman-zaman
Köləliyin qandalını
O verdiyi qüvvət ilə
Əzim ilə özüm qırdım.
Başı qarlı dağlar ilə
Bir cərgədə sıralanıb
Möhtəşəm sılsilə qurdum.
Əzabları ram elədim,
Möhnətləri müdam yordum.
Sabahlara gedən yolu
Yollarıma işıq saçan,
Üzümə ağ yollar açan,
Hər zamanda arxam olan
Doğan günü yada salan
Öz ağlımdan özüm sordum!..
31.08.2014-cü il,saat 03-42.
Qarı düşmən qəhrimdən,
Qəzəbimdən daha qorx.
Üzərinə yollaram,
Hiddətimdən qara ox.
Bu hələ harasıdır,-
Ola bilər olanlar
Dünəndə gördüyündən
Yüz dəfə,min dəfə çox.
Gəlsən də, bax,üstümə
Bu gün iblis sayağı
A qan içən nanəcib,-
Şərin əməl ortağı.
Od vurub baxsan belə,
Ərşlərə bülənd olan
Alovuma,tüstümə.
Bəlli adın bir yağı,
Ən böyük istəyin də
Sinəmə çəkmək dağı.
Şərlər özü versə də
Əməlinə dayağı.
Ondan kömək istəmə,
Özünü aldadıb sən-
Qələbə çalmağına
Əbəs ümid bəstəmə.
Düşün,daşın bir az da
Nə ola bilər,axı?
Gördüyün bu işlərin
Ya əvvəli,ya sonu
Sıçramazmı ərlərin
Beyninə coşan qanı?
Məsləhətim budur ki,
Yaxşı-yaxşı bir düşün,
Gördüyün bu qəlp işin-
Bəd əməlin sonunu
Min illərdən ta bəri
Dağım,daşım hələ də
Soyunmayıb əynindən
Qanlı qisas donunu.
Qılıncdan da kəsərli,
Olar haqqın qanunu.
Düşün-daşın bir daha,
Bax,keçmişə,sonra da-
Üzünü tut sabaha.
Bu istəyin inan ki,
Hara əlin atsa da,-
Lap şeytanın yanına
Səy eləyib çatsa da;-
Hara getsən üstünə,
Oturacaq çox baha.
Düşün bir də deyirəm,
Uyub hər gün fitnəyə-
Yox olarsan sən,bax,a!..
Ha oynatsan atını
Bu gün iblis sayağı.
Basma sonun pis olar,
Pak yerlərə ayağı.
Sənlə deyil mənlədi,
Bu gün haqqın bayrağı.
Yolum üstə nur saçır,
Yeni-yeni yol açır,
Ədalətin mayağı.
Üzü tutub ora mən,
Haqqa tərəf gedirəm.
Haqqı bu gün əlimdə
İlkin yaraq edirəm.
Zəfərdən zəfərlərə,
Aparacaq o məni.
Tapdalayıb əzəcəm,
Ayaqlarım altında-
Gizli,aşkar düşməni.
(Gözün yaxşı görmürsə,
Götür də vur çeşməni.
Mənə bir də yaxşı bax,
Sözümə qulaq assan
Dəhşətli sabahından
Uzaq olarsan uzaq)
Kükrəyəcək yerindən,
Qəhrin qisas bulağı.
Həmin o gün sənə də
Bir muştuluq olacaq.
Babanın əllərimlə,
Kəsilən tay qulağı-
Başlanacaq zamandan
Qəlp nəslinin kulağı.
Onsuz da bu dünyanın
Hər gələn gün çoxalır-
Sizə bənzər ulağı.
Bu gülüstan aləmin,
Yaman artıb alağı.
Elə təpgi gələrəm,
İtirərsən zolağı.
Tüpürüb dabanına,
Aradan sıprıxarsan.
Əllərində cırılan,
Şalvarının balağı.
Bu torpağın altı da,
Bu torpağın üstü də-
Selə dönüb yeriyər
Hara getsən üstünə.
Əriyib yox olarsan,
Öz canından ucalan-
Alovuna,tüstünə.
Dedim,axı,şərlərdən,
Heç vaxt kömək istəmə.
Qələbə çalmağına,
Əbəs ümid bəstəmə.
Car olar can evimdə,
Qəzəbin od bulağı.
Hər çınqılda,hər daşda,
Natəmiz vücudunun-
Qalar mundar qalığı.
Didilib yox olarsan,
Ora-bura yaxılan-
Bir yığın p.. olarsan.
21.08.2014-cü il,saat 15-07.
Ondan alıb qüdrəti
Könlümdəki sözlərim.
Amma ki,tərifinə
Çatmır hələ sözlərim.
Belə görüb gözlərim,
Belə duyub ürəyim-
Bu müqəddəs diyarı.
Ağılda güc azdı,az
Verə əsil dəyərin.
Yaranandan nur ilə
Təyin olub əyarı.
Hara getsəm könlümün
Bir o olub,o olub o yarı.
Qəlbim onun oxşarı,
Ruhum onun uyarı.
Bu bənzərsiz ləl ölkə,
Nəhəng dünya ağacın
Barla dolu budağı.
Azərbaycan dünyanın
Həm də behişt otağı.
Torpağının altı da,
Yerin yeddi qatı da-
Torpağının üstü də,
Qızıl,gümüş yatağı.
Ömrüm,günüm,həyatım,
Nəğməm,sözüm,bayatım-
Bu sehirli budağın
Özü boyda yarpağı.
Bir ona bağlanıbdı,
Həyatımın saplağı.
Barla dolub yerlərə
Qoyub burun-butağı.
Ürəyim bu vətənin,
Tər gülü,tər çiçəyi.
Xəyalım o çiçəyin-
Şehdə çimən ləçəyi.
Əgər alıb əlinə
Bir xışma torpağını-
Toxundursan dilinə,
Ağzında bal dadacaq.
Hər ağrını,acını,
Can tamam unudacaq.
O dərdimin loğmanı,
O dərdimin əlacı.
O veribdi ruhuma,
Dilək adlı ilacı.
Azərbaycan üfüqdə,
Qərar tutan məmləkət.
Qoynundan bir dəm ayrı-
Düşmək özü fəlakət.
Həm xəyal,həm gerçəkdən
Bağlanılan bir dəmət.
Yaşanan hər ili bal,-
Hər gün onun üstə mət.
Azərbaycan ruhumda,
Dünya boyda əzəmət.
Özü boyda qızıl mət:-
Azərbaycan-Nizami,
Azərbaycan-Füzuli,
Azərbaycan-Nəsimi,
Vaxtın qızıl kəsimi.
Azərbaycan-Bəxtiyar,
Azərbaycan-Şəhriyar.
Azərbaycan-Xətai,
Hər oğlu bir fədai-
Hər qızı bir fədai.
Kəhkəşandan bir dəmət,
Gavanşir,Babək,Səməd.
Azərbaycan-Urməvi,
Sabir,nəsrəddin Tusi.
Xəyalında bərqərar
Yüz günəşin istisi.
Azərbaycan-Məhsəti,
Günəş üzü,ay səthi.
Natəvan,Tomris ana,
Hər birsi bir bəzək,
Yaraşıq bu cahana.
Xaqani,Məmməd Araz,
Təmiz peyman,düz ilqar,
Pak etibar,saf muraz.
Azəbaycan-Atropat,
Bu cahanda əyarı-
Azı-azı min karat.
Azəbaycan-sabaha,
Bir zəmanət,bir zəmin;-
Sattarxan,Məmmədəmin.
Hər biri bir əzəmət
Hər biri şöhrətimə-
Bir baş tası,bir qüdrət!
Azərbaycan-əslində,-
Vicdan,namus,qeyrət,ar.
Özü boyda sədaqət,
Özü boyda etibar.
Azərbaycan-gözümdə,
Yuva quran uyğular.
Azərbaycan dünyaya,
Sığışmayan duyğular.
Azərbaycan sahili
Görünməyən arzular.
Əzəmət,heyrət,vüqar.
Dözüm,cürət,dəyanət,
Abır,həya,ləyaqət.
Dünyanın özü boyda,
Bir danılmaz həqiqət.
Azərbaycan-Üzeyir,
Ürəyim mənə deyir;-
Ulu öndər balası,
Həqiqətin beşiyi,
Ədalətin qalası.
Azadlığım onunla
Tapa bildi xilası.
Tanıdığım,bildiyim
Zirvələrin zirvəsi.
Bu sözləri yazanda
Xəyalımın o olub
Yenilməyən qüvvəsi.
Azərbaycan-hürr evi,
Bu cahanın müqəddəs
Ocaq yeri,Pir yer.
Səadətin bayrağı,
Tariximin günəşi,
İqbalımın mayağı!
***
Taleyin zaman-zaman,
Sərt olsa da zərbəsi,-
Ürəyimin olubdu,
Haqsızlığa yönələn
Bir etiraz hərbisi.
Azərbaycan dünyanın
Sarı sünbül zəmisi.
Həqiqətin yelkəni,
Düzlüyün ağ gəmisi.
Ədalətin hamisi,
Sevgilər limanına
Ürəyin yan alması,
Xəyalın lövbər salıb,
Könlün nəğmə deməsi.
Dostların xoşhal olub,
Bədxahların qurd kimi
Özünü öz içindən
Neftlə dopdoludu,
Yerlərinin məməsi.
Azərbaycan- Koroğlu,
Azərbaycan-Qazan xan.
Özündə qüvvət tapıb
Öz ruhunun gücüylə
Özü ayağa qalxan;-
Həm əzəli,həm də ki,
Əbədi altun məkan.
***
Azərbaycan-Cavad xan,
Zamanda haqqa qalxan.
Toxunma ona yağı,
Bil, eləyər qana-qan.
Azadlığı yolunda
Lazım gələ min dəfə,
Milyon dəfə qoyar can.
Azərbaycan-Dədə Qorqud,
Azərbaycan-ulu Boz qurd.
İşıqdan xəlq olunan,
Şəfəqdən yoğrulan yurd.
23.09.2014-cü il,saat 23-48.
Azərbaycan-Cavanşir,
Atropat,Şah İsmayıl.
Ürəkləri olanlar
Onlara hayıl-mayıl.
Taleyimə,baxtıma
Mən də qayılam-qayıl.
Azərbaycan-ləl-gövhər,
Suları abi-kövsər.
Özü boyda impiryal,
Özü boyda hamayıl.
Ədalətə,düzlüyə,
Əzəldən olmuş qayıl.
Yeri şəkər,göyü bal,
Andı saf,eşqi zülal.
Nəfəsi gur sellərin,
Qaymağı hürr ellərin.
Saylu ellər əşrəfi,
Özü boyda cəvahir,
Özü boyda əşrəfi.
Sədəf,mərcan,inci,dürr,
Azadlıq,istiqlal,hürr.
Pak mirvari,saf inci,
Soylı ellər içində-
Şanlı yeri birinci.
Almaz,yaqut brilyant,
Zamandakı siqləti
Azı saksalyon karat.
Tanrıdan gələn barat!
Bənzəri yox bir diyar,
Müqəddəsdən müqəddəs-
Kəbə,qiblə,pir diyar.
İnci sədəf,dürr diyar.
Təpədən-dırnağacan
Azad diyar,hürr diyar!
Yaşı zamanın yaşı,
Tarixin qan qardaçı.
Özəlliyin,saflığın,
Binadan məhək daşı.
İlkinliyin diqqəti,
Əzəlliyin yaddaşı.
Könüllərin riqqəti,
Xəyalların candaşı.
Əzəmətli,şanlı yurd,
Həm doğmaya,həm yada-
Həlim,istiqanlı yurd.
Hər qızı hüri-mələk,
Hər oğlu ulu Boz Qurd.
Yer üzündə möcüzə,
Bir də sehirdi bu yurd.
Tökülüb gəlsə fələk,
Göylərdən ordu-ordu-
Məcradan çıxsa kələk,-
Yenə bilməz bu yurdu.
Kim bura xoş niyyətlə
Zamanında buyurdu
Pak,müqəddəs bir qonaq-
Başlar tacı sayıldı.
Ürək ilə o kəsin
Qarşısına qoyuldu:-
Halal süfrə üstündə
Halal nemət, duz-çörək.
Kim bura bəd niyyətlə
Nə zaman ki,buyurdu
Şər dolu vücüduna
Öz qanı oldu bələk.
Lap olsa belə mələk.
Hər qızı tüldən zərif,
Hər oğlu polad bilək.
O nəcib,bu cəsurdu.
Hər xanımı bir aləm,
Hər ərəni bir ordu.
***
Azərbaycan-Məmməd Araz,
Dörd fəsilin dördündə də-
Qoynu güllü,çiçəkli yaz.
Qızıl nəğmə,altun avaz.
Azadlığa,istilala
Zaman-zaman sözü pərvaz.
Zanan-zaman özü pərvaz.
Zaman-zaman eşqı pərvaz,
Könül evi,köşkü pərvaz.
Bir Dəli Kür,Xan Araz.
Azərbaycan-Məmməd Araz!
***
Azərbaycan-eşq,muraz,
Cahanın köynəyindən-
Cıxan sirin dilli saz.
Həm Dli kür,həm də ki,
Özü boyda Xan Araz.
Taleyi yaz ,özü yaz.
Dəmi dərindən dərin,
Dərdi dayazdan dayaz.
Fəsillərin göyçəyi ,
Nazlı-duzlu,güllü yaz:-
Göyləri saf şüşəli,
Ömrü-günü nəşəli.
Yerin –göyün məşəli.
Buludları xam ipək,
Kətan,pambıq bəmbəyaz.
Şairim, bunları da
Al qələmə ürəklə,-
Sonsuz məhəbbətlə yaz.
Şairim,bunları da-
Şerində gətir dilə,
Çox yazmısan,yenə yaz.
Azərbaycan-xəzinə,
Sığmır heç bir vəzinə.
Hər oğlu sərvət,yatır,
O kəsin ürəyində
Pələng yatır,şir yatır.
Hər qızı cahu-cəlal,
Şehdən saf,mehdən zərif.
Çöhrəsində bir iffət,
Könlündə ağıl,kamal.
Başdan-başa bu diyar,
Dəfinə,var-dövlətdi,
Sərvətdi cah calaldı.
Şəninə gecə-gündüz
Nə qədər desən tərif
Min dəfədən halaldı.
Hər qızı güldən incə,
Hər qızı tüldən zərif.
Sanasan tər ləçəkdi
Özü boyda çiçəkdi
Ağıllıdı,göyçəkdi.
Sanki,mələklər dərib,
Göydən yerə göndərib.
Hər oğlu bir sal qaya;-
Poladdı,qranitdi.
Bir yenilməz igiddi.
Sanki,odu bəşərə
Kimlər isə döndərib.
Oğuzlara ürəklə
Şimşək payı göndərib.
***
Azərbaycan-qənirsiz
Gözəllərin gözəli.
Nizaminin şah beyti,
Füzulinin qəzəli.
Göylər öz gözəlliyin
Sanki,ona göndərib.
Oğlu,qızı qoynunu
Bir Behiştə döndərib.
Yerdə Cənnət bağıdı,
İlahi gözəlliyin,-
Bir gəlinlik odası,
Bir bəylik otağıdı.
Başı yerə əyilən
Qızıl gül budağıdı.
Bir gümüş yatağıdı,
Bir qızıl yatağıdı.
***
Azərbaycan-Məmməd Araz,
Dörd fəsilinin dördü də
Başdan-başa çiçəkli yaz.
Üzü hər gün Yaradana
Möminlərin qıldıqları
Azından beş ülrət namaz.
Zamanın köynəyindən tər
Çıxarılan od telli saz.
Məcrasına sığmayan Kür,
Aşıb-başan bir Xan Araz.
***
Azərbaycan-Dəli Kür,
Azərbaycan-Xan Araz
Şöləsin göyə salan,
Şöləsin yerə salan
Nizamidən yol gələn
Sözümdə yerin alan
Həm ayrılıq,həm muraz
Elləri həm ayıran
Həm də ki,birləşdirən
Qanadının altında
Nəsillər yerləşdirən
Zər ləpəli Xan Araz
Hər ləpəsi bir röyal,
Hər lərəsi telli saz
Min xəyal,min düşüncə,
Hər biri şehdən zərif.
Hər biri mehdən incə
Bir məhəbbət,bir sevgi
O da,bu da bir vergi.
Əhdi-peyman,eşq-muraz.
Yerlərinin üstü tək
Yerlərinin altı da
Almaz,qızıl,gümüşdən
Əlində dəmət tutan
Var dövlətin mədəni.
Təpədən-dırnağadək
Yanar oddan vücüdu,
Alovlardan bədəni.
Həm ağıllı,kamallı,
Həm də nəcib,mədəni.
Qöz balası zərif,saf,
Oğlusa sərt,zəhimli.
Özü boyda bir insaf,
Özü boyda rəhimli.
Yeri,göyü nizamlı,
Elləri intizamlı.
Obaları arxalı,
Yurdları sər-səxalı.
Bir üzü tüldən yumşaq,
O biri sərt, zəhimli.
Sanasan məsum uşaq.
Rəftarı isti,həlim
Azərbaycan-bir elim
Ağıldan gələn selim.
Başdan-başa düşüncə,
Bir ağıl,bir fəhimdi.
Nə qədər sərt olsa da
Baş əməli rəhimdi.
Cahana soylu sakin
Amma,ancaq və lakin
Sanmayın bu sözləri
Elə,belə zarafat
Azərbaycan-zirvəli,
Başı qarlı uca dağ,
Yerə göyə yaşıl bağ.
Özü boyda Ərafat
Özü boyda bir Mina,
Özü boyda Turdu,Tur
Başlanğıcı “Kun”du,”Kun”
Sonu da bir “Sur”du,”Sur”.
Bu səbəbdən gözdəki
Didə kimi qorunur.
***
Azərbaycan-bir düha,
Qol-qanad cana,ruha.
Azərbaycan- bir dahi,
Yer üstə qərar tutan
Bir Tanrı,bir ilahi.
Yeri,göyü nizamlı,
Hər işi intizamlı.
Ədəbi,əxlaqı düz,
Hər axşamı bir səhər,
Hər gecəsi bir gündüz.
Yaxşılğa eşqi üz.
Can evi,eşq köşkü düz.
Əməli saf,eşqi saf,
Özü boyda bir insaf.
Ellər ana qoynunda
Əmin-arxayın,sinsaf.
Təbəssümdü,zəhimdi,
Özü boyda amandı,
Özü boyda rəhimdi.
Özü boyda zamandı,
Ağıl,kamal,düşüncə
Özü boyda fəhimdi.
Sanasan məsum uşaq,
Bir üzü tüldən yumşaq
Bir üzü sərt zəhimli-
Amma ki nə olsa da
Oğlu,qızı rəhimli.
Cahanda yeri məhlim,
Rəftarı yumşaq həlim.
Salamı da istidi,
Kəlamı da istidi.
Sanasan tər güllərdən,
Çiçəklərdən bağlanan
Bir çələngdi,dəstədi.
Güləli,Güldəstədi.
Özü ipəkdən yumşaq,
Sözü ipəkdən yumşaq-
Bənzərsizdi bu diyar.
Tərkibi milyard əyar
Həm cavan,həm ixtiyar
Cahanda ən bəxtiyar
Xoşbəxt yurddu bu diyar.
Oğlu,qızı bəxtiyar.
Dədə Qorqud bu diyar,
Ulu Boz Qurd bu diyar.
Almaz,altun bu diyar,
Burla Xatun bu diyar.
Aydı,gündü bu diyar,
Ömör-gündü bu diyar.
Bənövşə tək,süsən tək,
Ətirlidi bu diyar.
Pak,müqəddəs göylər tək,
Xətirlidir bu diyar.
Buludlardan yelkənli,
Çətirlidi bu diyar.
***
Azərbaycan-od-ocaq,
Oddan isti bir qucaq.
Azərbaycan-bir tifaq
İstəməz olsun nifaq.
Baxt-taleyə ittifaq
Şehdən incə,mehdə ufaq
Həyata soylu rəfiq
Ömrə-günə müttəfiq
Mayası,urfası saf,
Siqləti arvası saf.
Mayası,urfası pak,
Siqləti,arvası pak.
Budaqların bar qıran
Hər ağacın,hər kolun
Üstündəki meyvənin
Dəymişi,sarfası saf.
Hər şey dürüst yerində,
Nə gərək var,nə hərgah.
Azərbaycan-bir Muğam,
Azərbaycan-vaxt,məqam.
Bir könül xoşluğudu,
Bir də orda olan şur.
Muğamdakı xanim Şur,
Od ürəkli Cahargah.
Təmkini də eyni Rast,
Xəyalı Rast,beyni Rast.
Humayındı,Şüştərdi,
Haqlıya bir qu tükü,
Haqsıza bir neştərdi.
Dərdi-səri Cegahı,
Ona bağlı könlünün-
Başındakı hər ahı.
Həm də Bayatı-Şiraz
Orda da bir ətirli,
Orda da bir güllü yaz.
***
Azərbaycan-bir inci,
Könüllərin sevinci.
Özəllikkdə birinci,
Əzəllikdə birinci.
Azərbaycan –dürdanə,
Gözəllikdə bir dənə.
Azərbaycan-mirvari,
Hər biri öz yerində
Ən iri qozdan iri.
Yaqut,zümrüd,dürr,almaz,
Cahanda bərabəri,
Cahanda tayı olmaz.
Ha axtarıb gəzəsən,
Yol basıb,yer əzəsən,
Tanrı olar gözündə
Sevgilərlə bəzəsən.
Yerin,göyün atəşi,
Ata göyün günəşi.
Ana yerin ülkəri,
Binadan ilkinliyin-
Özü boyda şakəri.
06.04.2024-cü il,saat 21-42.
Azərbaycan-mənim anam,
Azərbaycan-mənim atam.
Boynuma haqq gəlibdi ki,
Burda açan sabahların
Burda düşən axşamların-
Yalmanına yaxşı yatam.
Qızıl,gümüş diləklərin,
Gözünə mən aşıb-daşan ,
Sellər ilə qucaqlaşan
İlhamımın odun qatam.
Ondan ayrı düşməm mənim,
Həyatımda olar xatam.
Ondan ayrı bir quru heç,
Ondan ayrı heç bir zadam.
Azərbaycan-haqqı-sayım,
Gündüz günüm,gecə ayım.
Bir göy altda yığışmayan
Can gülşənim,bağ Behiştim.
Ləl-cəvahir,almaz dolu,
Açıq süfrəm,qızül teştim.
Məcrasına sığışmayan
Eşq, məhəbbət,sevgi çayım.
Azərbaycan-qarlı qışım,
Azərbaycan-isti yayım.
İlk baharım,son baharım,
Fəsillərdən qızıl payım.
Nənəm,babam,xalam,bibim,
Qardaş-bacım,əmim,dayım.
Azərbaycan- oğlum-qızım,
Azərbaycan-həm də balam!
Şanlı yurdum,soylu qalam!
Hansın deyim,hansın sayım?
Azərbaycan-ürəyimlə-
Bir doğulan əkiz tayım!
Azərbaycan-bu dünyanın,
Dürrü,zəri,sim-zəri.
Azərbaycan-bu dünyanın
Şiri-nəri,ərlər əri-
Mən əlində bir busatam.
Boynuma haqq qoyulubdur,
Könül dərdin baha alam
Dəmi ona ucuz satam.
Lazım gəlsə bu işlərə
Yeri qatam,göyü qatam.
Nə olsa da doğruluğun
Nə olsa da dürüstlüyün
Nəhayət fövqünə çatam.
Dönəm azman bir palıda,
Ya da elə şabalıda
Göylərə qol-budaq atam.
Rişə atam dərin-dərin,
Torpağın təkinə çatam.
Azərbaycan-mənim anam
Azərbaycan-mənim atam.
Candan ona bağlı olan,
Əbədilik bir həyatam.
Götürəndə özümə mən,
Onsuz ögey,onsuz yadam.
Azərbaycan-eşq dənizim,
Azərbaycan-sevgi odam!
Azərbaycan dilimdıki
Altun kəlməm,qızıl nidam!
13.10.2023-cü il,saat 12-03.
Azərbaycan-mənim soyum,
Oğuzlardan gələn boyum.
Savalan tək,şah dağı tək,
Əlçatmayan ünlü boyum.
Azərbaycan-bu dünyanın
Özülünə daş tökənim.
Öz əcdadım,öz kökənim.
Azərbaycan-zatım,köküm,
Mənim əsəli soyköküm.
Bakım,Gəncəm,Şəkim,Şuşam,
Qubam,Bərdəm,Ərzincanım.
Həm ürəyim.həm ükəkdən,
Damarlara axan qanım.
Dəmir qapı Dərbənd qalam,
Ləçəkləri Murov,Qırxqız,
Səhənd.Kəpəz olan lalam.
Lənkəranım,Naxçıvanım,
Atəşgahım,Nuh çıxanım.
Dəli dağım,Ağrı dağım,
Can yarama sarğı dağım.
Aslan düzüm,şərur düzüm,
Cahanda ağ olan üzüm.
Xəyalları çeşid-çeşid,
Arzuları düzüm-düzüm.
Qanlı yağı yaxşı eşid,
Bu cahana deyiləsi
Çoxdu hələ mənim sözüm.
Azərbaycan-mənim yurdum,
Azərbaycan-mənim elim.
Ceyranbatan ,Urmi gölüm.
Qarayazım,ceyran çölüm.
Kərkükümdü,Borçalımdı,
Sinəsi göy xalçalımdı.
Azərbaycan-Zəncan,Təbriz,
Dağdan ağır babalardan
Mənə miras qalan sərvət,
Özü boyda ləl,mərcan iz.
Məcrasına sığışmayan,
Göy ləpəli mavi dəniz.,-
Özü boyda süsən ,nərgiz.
Azərbaycan-hoyum mənim,
Dünya boyda dərd,ələmim,
Oboyda da toyum mənim.
Qafqazlarda hayım mənim,
Boynumda haqq-sayım mənim.
Beyləqanım,Ərdəbilim,
Həmədanım,Xoyum mənim.
Qobustanda qavaldaşım,
Bəzzdə göyə dəyən başım.
Ağıdağda daş təbilim,
Şuşada Seygah Zabulum.
Muğam adlı şahım mənim,
Səsdə qibləgahım mənim.
Azıx,Tağlar məmləkəti,
Behişt bağlar məmləkəti.
Qızıl,gümüş,zər yatağı.
Ədalətin,həqiqətin
Divan yeri,haqq otağı.
Azərbaycan-məhək daşım,
Səlnaməyə sığışmayan
Tarix boyda ömür yaşım.
Bu dünyanın üzüyünün
Üstündəki yaqut qaşım.
Öz yerində adı-sanı,
Öz yerində ləyaqəti
Doğru,dürüst həqiqəti
Olan şanlı od diyarım.
Bu cahana öz sözümü ,
Deməyimə ixtiyarım.
Həm gəncim,həm ixtiyarım,
Əzəl gündən bəxtiyarım.
Azərbaycan-anam mənim,
Azərbaycan-atam mənim!
Ondan bir an ayrı düşmək
Əfvolunmaz xətam mənim!
Kainatın ümmaninda
Mavi dorlu gəmim mənim!
Həm qəm,kədər,həm sevincim
Həm də elə dəmim mənim
Özü boyda dürrüm incin
Bizlər ilə bara dolan
Yer üstə göy zəmim mənim!
13.10.2023-cü il,saat 21-17.
Azərbaycan-mənim yurdum,
Dimdiyimdə çöp daşıdım-
Su gərirdim,gil gətirdim
Özümə bir qaranquş tək
Qoynunda ev,yuva qurdum.
Sevə-sevə bu diyarı
Ona könül vəd elədim.
Sözüm üstə möhkəm durdum.
Öz-özümü üstələdim.
Ürək eşit,könül eşit,
Sevgimi mən çeşid-şeşid
On nədi ki,yüz nədi ki,
Artırıb min dəst elədim.
Canımdan can verib ona-
Eşqlə alışa-alışa
Məhəbbətlə yana-yana
Özümü də üstələdim.
Öz canıma qəst elədim.
Ömür qoyub,həyat qoyub
Yolunda çox jest elədim.
Ürəyimin için oyub,
Öz eşqimi test elədim.
Yeri-göyü məst elədim.
Sevgi dolu ürəklərə
Atəşləri dəstələdim.
Azərbaycan-mənim yurdum,
Od ürəkli qalib ordum.
Zamana haqq sözün deyən,
Müzəffər,ulu Boz Qurdum.
Həm o mənim,həm mən onun
Arxassında möhkəm durdum.
Bu diləyin sevdasıyla
Yaraqlanıb,yasaqlanıb-
Zamanda çox qılınc vurdum.
Ölümlərdən ölüm dadıb,
Haqsızlığın belin qırdım.
Ölsəm belə,qalsam belə,
Öz sözümün üstə durdum.
Həm ona mən,həm özümə,
Əbədi bir həyat qurdum.
Eraları yola salıb,
Qanlı əsrləri yordum.
Ürək ilə öz sözümü
Deyə bildim bu cahana.
Nə söyləyim, mən daha nə?..
Dad qatdım dilə,dəhana
Şər əlində qoymadım ki,
Qala yerli,ya da yersiz
Haqlı,haqsız bir bəhanə.
Ürək ilə jest elədim,
Ürək ilə sözüm sordum.
Nə kimsəni incitdim mən,
Nə kimsəni elə yordum.
Ata kimi,ana kimi,
Əllərindən alıb yardım:-
İnsanlığın eşqinə mən,
Nur daşıdım,od apardım.
Könüllərin başından mən,
Nələr,nələr ah qopardım.
Ürəklərin yarasından,
Sevənlərin arasından-
Öz şəfalı əllərimlə
Məlhəm çəkib,sarğı qoyub-
Hesabsız qaysaq qopardım.
Həyat verib yerə,göyə,
Sığışmadım qızıl rəyə.
Haqq,ədalət deyə-deyə,
Hər kəsə həyat daşıdım,-
Hər kəsə yəyat apardım.
Haqsızlığın diyarında,
Susmayan tufan qopardım.
Azərbaycan-mənim obam,
Azərbaycan-nənəm,babam.
Azərbaycan-sübh nəsimim,
Azərbaycan-badi-səbam.
Pak ocağım,isti sobam.
Nə söyləyim,ta nədeyim?..
Azərbaycan-yerim,göyüm,
Azərbaycan yer üstündə
Qızıl süfrəm,altun evim!
Halal süfrəm,halal evim.
Azərbaycan-könül yarım,
Özüm kimi bəxtiyarım.
Sözüm kimi bəxtiyarım!
Öz sözümü söyləməyə
Haqdan gələn ixtiyarım.
Azərbaycan-qızıl adım!
Öz-özümə etimadım.
Azərbaycan-huşum,yadım,
Ağzımdakı ləziz dadım.
Tale notum,qədər notum,
Azərbaycan-ömür ladım.
Tükənməyən simu-zərim,
Mal-dövlətim,mülküm,varım-
Bu dünyaya sığışmayan,
Bir danılmaz iftixarım.
Azərbaycan-soylu baba,
Azərbaycan-ipək nənə.
Sıcdə qılıb, baş əymişəm,
Pak,müqəddəs ellərinin-
Hüzüründa dönə-dönə.
Azərbaycan-şanlı ata,
Mənə ömür,həyat verən
Qaynar istiqanlı ana.
Bağlanmışam əzəl gündən-
Aşıb-daşan eşq ilə mən,
Hər daşına,hər daşına.
Ömründəki hər yaşına,-
Bir bala tək yana-yana.
Azərbaycan-can diyarım,
Azərbaycan-qan diyarım!
Azərbaycan-can vətənim,
Azərbaycan-qan vətənim!
Həm ruhum,həm ona yuva,
Öz cisımim,öz bədənim,
Öz vücudum,öz bədənim.
Azərbaycan odla dolu,
Eşq yatağım,eşq mədənim.
Azərbaycan-Bağı-Behişt
Gənnəti-Rizvan çəmənim.
Yarpağından şeh süzülən,
Ləçəyinə zər düzülən,
Ləçəyinə dürr düzülən,
Ata göydən tər üzülən,
Saf laləm,pak yasəmənim
Azərbaycan-Ulu Rəbbim!
Azərbaycan-mütləq haqqım,
Azərbaycan-Tanrım mənim!!
20.10.2023-cü il,saat18-16.
Sökülən dan yerinin
Günəş doğan qucağı.
Ömrümüzün yer üstə
Mələklərin əlilə
Yandırılan ocağı.
Əlli yeddi yaşımın
Bara dolan bu çağı.
Sarılıb mən qələmə;-
İstəyirəm şöhrətin,
Dünya boyda hörmətin
Car eləyim aləmə.
Ruhumu qarışdırıb
Söz adlı şəlaləmə.
Azadlığım son verib
Könlümdə ah,naləmə.
Duyğularım can verir,
Qəlbimə,-tər laləmə.
Xəyallar başım üstə
Dönə-dönə haləmə.
Həm dünən,həm bu günün
Həm də üzə güləsi-
Nurla dolu sabahın,
Car eləyim aləmə.
Çiçəklərin,güllərin
Zərrin-zərrin şehlərin
Süzüb təb piyaləmə.
Tərifini yazıram,
Söz çeşməmdən bəmbəyaz
Kağızlara sızıram.
Bu gün mənə öl desə,
Bu gün mənə qal desə-
Həm ona,həm də buna
Ürəyimlə bir yerdə-
Müsəlləhəm,hazıram.
Şöhrətinin yanından
Adlayıb yol keçəndə,
Olur yolu azıram.
Səhvlərimi heyrətin
Ayağına yazıram,
Marağıma yozuram.
Qaranlıq keçmişləri
Fərəhlərin əlilə
Xəyalımdan pozüram.
Qələmi süngü edib
Başı qarlı dağların
Qayaların döşünə
Şərəfli tarixini
Öz əlimlə yazıram.
Bir-birindən xoş gələn,
Günlərinin şöhrətin
Sarılıb mən qələmə
İstəyirəm bir daha,
Car eləyəm aləmə.
25.09.2014-cü il,saat 12-41.
Üçrəngli bayraq kimi-
Əyilməz başım üstə
Azərbaycan deyirəm!
Yenilməz dağlar kimi
Yaş qoyub yaşım üstə,
Azərbaycan deyirəm!
Zamanlar yola salan,
Dəyişməyib tər qalan
Tunc qayalar döşünə
Yazılıb tarix olan
Yaddaş kimi,huş kimi,
Nur salıb huşum üstə
Azərbaycan deyirəm!
Müqəddəsdən müqəddəs,
Tarixim məhək daşım.
Mənimlə bir doğulan,
Pozulmaz qan yaddaşım.
Dodağımda təbəssüm,
Gözlərimdə göz yaşım.
Könlümə haqq verir ki,
Qürurlanım bir daha;-
Kükrəyim,aşım-daşım.
Ürəyimdə sevgidən
Məbədlər qura-qura
Ömrümə ağ günləri,
Hördüyüm vaxt düz dura.
Həyat dadlı,yaş dadlı,
Düzlüyə etiqadlı.
Əbədi yaşar olan,
Ölümsüz saf düstura,-
Azərbaycan deyirəm!
İlham azad,söz azad,
Tuti dilə yepyeni-
Təzə sözlər verir dad.
Ruhumuza nə dərə,
Nə bələn,nə zirvə yad.
Hər təzada qarşılıq,
Burda ayrı bir təzad.
Gözəlliklər israrla,
Deyir bizi yaz,yarat.
Sözlərinə şehlərin,
Nəsimlərin dadın qat.
Bənzərsiz ləl-gövhərdir,
Cəvahirdir bu həyat.
Bu səbəbdən diz çökür,
Bu yurda baş əyirəm.
Hər kəlməmin önündə,
Hər kəlməmin sonunda
Azərbaycan deyirəm!
Ömürdə ötür yaşım,
Eşqə qarışır başım.
Oyanır qan yaddaşım.
Tariximdə düz durur,
Hər daşım üstə daşım,-
Azərbaycan deyirəm!
Hər cürə haqsızlığın,
Taledən şıkayətın-
Bir də ki,baxtsızlığın;-
Göndərib qoşun üstə
Azərbaycan deyirəm!
Ağ çalmalı zirvələr,
Saxlayan tər qarları.
Dönülməz cürətləri,
Yenilməz vüqarları.
Nə qədər xərclənsə də
Tükənməyən varları,
Əbədi baharları-
Göndərib qışın üstə,
Azərbaycan deyirəm!
O tayını bu taya,
Bağlayıb Araz ilə.
Bu tayının hayını
Qatıb o tayda haya.
Sevgiləri ortada,
Döndərib coşqun çaya.
Dünya belə tutmayan,
Qədərsiz muraz ilə.
Ürəyimdə köklənən
Kaman ilə,saz ilə-
İstiqlaldan daddığım
Şəkər ilə,duz ilə
Azərbaycan deyirəm!
Üz tutub mən üfüqdə,
Boy göstərən günəşə,
Ürəyimin atəşin
Qatıb o gur atəşə
Azərbaycan deyirəm!
Hər arzu,hər diləkdə,
Min illər vursa belə-
Yorulmayan ürəklə
Azərbaycan deyirəm!
Gözlərimlə gördüyüm,
Xəyala zaman-zaman
İlmə vurub hördüyüm-
Qüvvə,təpər, hələk də
Yerlər,göylər tutmayan
Coşqun sellər gücünü
Hiss edən vaxt biləkdə
Az.rbaycan deyirəm!
Bir südəmər körpənin
Üzü gülə bələkdə,-
Azərbaycan deyirəm!
Göydə uçan durnalar
Dayandırıb qatarı
Yerə salan lələkdə
Asərbaycan deyirəm!
Qoca tarix önündə,
Ən ağır,dar günündə-
Hansı məslək düz dura,
Dediyindən dönməyə-
Səadət zirvəsindən,
Bir pillə də enməyən
Alışanda,yananda
Bir dəm belə sönməyə
Azərbaycan deyirəm!
Zəhmət ilə becərib
Müqəddəs ana yeri
Hər qarış ləl torpağa
Töküb alnımdan təri,-
Ürək ilə yazanda
Bu yaşıl sətirləri-
Sarılaram qələmə.
Ürək deyir sorağın,
Bir də yayım aləmə:-
Azərbaycan deyirəm!
Can verdiyim budağa,
Qan verdiyim yarpağa;-
Bir də ki,son mənzilim
Olası bu torpağa
Azərbaycan deyirəm!
Əzizləyib Göy gölü,
Adlayıb bəhrə dolu
Min çəməni,min çölü
Aşıb qarlı dağları,
Dinləyib bulaqları-
Ürəyimlə bir keçib
Budaqların bar qıran
Meyvə dolu bağları
Seyr edib göy Xəzəri,
Ən azı min dəfədən
Yetirib mən nəzəri,-
Sözlərimi eləyib
Tuti dillər əzbəri
Azərbaycan deyirəm!
İçərimdə qaynayan
Sonsuz arzu,həvəslə,
Ellərimdən aldığım
Ürək dolu nəfəslə.
Yeriyib işin üstə
Azərbaycan deyirəm!
Qara-qara keçmişin,
Keçib keşməkeşindən.
Adlayıb zülmətlərin,
Ziya kimi içindən
Könlümü xilas edib
Zamanların qan daman-
Qızmar-qızmar şişindən.
Çalışqan əllərimlə
Sağıb qara qızılı
Ana yerin döşündən
Azərbaycan deyirəm!
Bir-birindən bəhrəli
Tarlalara,bağlara
Dəyanətdən möhrəli
Əzəmətli dağlara,-
Ömürlərdə bəxtəvər,
Xoşbəxt keçən çağlara
Ürəyimi bu yurda
Məhəbbətin gücüylə
Bağlayan pak bağlara
Azərbaycan deyirəm!
Ürəyimə sığmayan
Qədərsiz qeyrət ilə
Zamanların qəlbini
Ram edən heyrət ilə
Qanımla suvarılan
Ana yeri əkməyə
Hər ağacın,şitilin
Min bir nazın çəkməyə
İqlimləri adlayıb
Sərhədləri keçməyə
Həqiqətlər becərib
Düzlüyə yol keçməyə
Gedə-gedə xış üstə
Azərbaycan deyirəm!
Ürəyim önə düşüb,
Xəyallarım nur dadıb.
Hisslərim günə düşüb.
Könlümdəki diləklər,
Sorağa, ünə düşüb.
Coşan duyğu sellərim
Səmt tutub,yönə düşüb.
Sarılıram qələmə,
Ürəyim mənə deyir
Bu ellərin sorağın
Bir daha yay aləmə:-
Azərbaycan deyirəm!
Ürəyimin dililə
Sözlərim gəlir dilə.
Çəhlim salır hər aya,
Cığır açır hər ilə.
Üzü tuta-tuta mən,
Əbədiyyət mənzilə.
Coşub-daşan sellərin,
Dağdan ağır ellərin-
Gücün yığıb səsimə,
Çevrilib bir tufana,
Çevrilib bir nəsimə.
Güvənib mən tarixlər,
Yaradan türk nəslimə.
Gur səsimi bir daha
Qaldırıb mən lap zilə
Azərbaycan deyirəm!
Azərbaycan deyirəm!!
05.10.2014-cü il,saat 20-49.
Üzümü tuturam,sənə, ay ustad,
Sözlərin ruhuma qatır qeyri dad.
Ürəyim yerində açır qol-qanad,
Bu günün şöhrətin mənə yaz deyir.
Xış götür,mala çək,alın təri tök,
Qəlbinin başını qələm ilə sök,
Kağızlar şum elə,yerlər qaz deyir.
Azadlıq,istiqlal ömrə gətirən,
Təzə-tər ilk bahar,güllü yaz deyir
Bir vaxtlar çaldığın qızıl saz deyir:
“Azərbaycan,mayası nur,qayəsi nur ki,
Hər daşından alov dilli ox ola bilər.
Azərbaycan deyəndə ayağa dur ki,
Füzulinin qəlbinə toxuna bilər!”
Qızıldan qiymətli,nurlu sözünə,
Səcdələr edərək durub ayağa,-
Od qoyub ürəkdə sevgi gözümə
Müqəddəs yurduma məhəbbətimi
Döndərib başımın üstə bayrağa,
Onunla gedirəm üzü sabaha.
Sənətdə qurduğun zirvəli dağa,
Saçıma illərdən qar yağa-yağa.
Saldığın ağ yola çıxıb gedirəm.
Bu kiçık əsəri ürəyim ilə,
İşıqlı ruhuna töhfə edirəm.
07.10.2014-cü il,saat 14-38.
Allaha and içirəm
Ləlldi,dürrdü bu ölkə.
Hikmətlər dəfinəsi,
Ağıllar xəzinəsi-
Zəkalara qapısın,
Açan sirdi bu ölkə.
Məkkə,Kəbə,Kərbala,-
Götürəndə onlardan,
Zərrəcə qalmır dala;-
Ləldi,zərdi bu ölkə.
Simu-zərdi bu ölkə!
Təpədən dırnağacan,
Dönməz hürrdü bu ölkə.
Müqəddəsdən müqəddəs,
Taleyimə müsəddəs-
Ocaq,pirdi bu ölkə.
Tanrılar səcdə edən,
Ocaq,pirdi bu ölkə.
Altun yerdi bu ölkə.
Bənzərsizdi əzəldən,
Gözəldi hər gözəldən.
Əcdadımın əlləri,
Daş qoyub daş üstünə-
Zaman-zaman düzəldən
Təkdi,birdi bu ölkə.
Bir pirani babadı,
Bir nurani atadı.
Bir iffətli nənədi
Bir ismətli anadı
Axır ki, bir dənədi.
Zaman yola salsa da,
Qoca tarix əlindən-
Çox zərbələr alsa da,
Dünyanın özü ilə-
Bir həmyaşıd olsa da,
Təzə-tərdi bu ölkə.
Özü boyda ömür-gün,
Sevinc,fırəh,həm də ki,
Dərdi-sərdi bu ölkə.
Bir belə acı dadıb,
Əcəl başı aldadıb-
Ölümləri tovlayb ,
Əcəl başı aldadıb-
Vallah, nərdi bu ölkə.
Qızıl zaman əlilə
Atılanda şeş düşən,
Qoşa zərdi bu ölkə.
Bizlər ilə ağ günlü,
Baxtəvərdi bu ölkə.
Tarixi bir varaqla,
Yaxşı-yaxşı soraqla.
Safdı eşqi,niyyəti,
Yerində qətiyyəti.
Od daşıyır qanında,
Şərəfində,şanında,
Soylu mələk donunda-
Bir azadlıq,istiqlal.
Bir də hürrdü bu ölkə.
Qızıl-qızıl qanında,
Tapılmaz zərrə ləkə.
Tanrıdan baratını
Alan bu şanlı ölkə,-
Başı göydə,ayağı,
Yerdə olan ağacdı,
Yarandığı dünyaya
Özü boyda bir tacdı.
Həm yerə salıb kölgə,
Həm göyə salıb kölgə.
Keçsə belə başından,
Yüz qan-qada,təhlükə-
Ölüm-itim,dərd-bəla,
Yönün tutub həmişə,-
Ədalətə,bir də ki,
Haqdan gələn halala.
Halal ilə çatıbdı,
Sərvətə,cah-calala.
Min qan görüb,min qada,
Eraların əlindən-
Ağrılar dada-dada.
Çox qanlar uda-uda-
Basilmayıb bir an da
Şeytanın şər oynunda
Könlü sonsuz fəryada.
Zaman adlı ümmanda,
Tarix adlı dəryada
Dünya boyda bir nəhəng
Salı gətirib yada.
Öz haqqı-say yükünü
Daşıyıbdı boynunda.
Səmaların qoynunda,-
Ya ulduza dönübdü,
Ya qocaman günəşə,
Ya da körpə hilala.
Haqqı-halal yolunu
Qatq-qata halala-
Halallıqdan yoğrulub,
Haqqı-halal bu ölkə.
Təpədən dırnağacan
Cahu-calal bu ölkə.
Qismətindən gen gəzib,
Tərəddüd,şübhə,bəlkə.
Olsa belə təhlükə-
Öz canından can yerib,
Damarından qan verib.
Tab eləyib əzmiylə,
Yenə bu ağır yükə.
Nə ehtiyat eləyib,
Nə də təlaş bir tikə.
Öz dərdinin yükünü,
Əzm ilə çəkə-çəkə-
Qoymayıb ki,namına,
Bir-birindən nəhs aylar,
Nəhs illər sala ləkə.
Onunçu da ürəklə
Sarılıb mən qələmə
Car edirəm aləmə:-
And içirəm bir yerə,
And işirəm bir göyə,-
Bir də görüb duyduğum,
Hər olana,hər şeyə-
Ləldi,dürrdü bu ölkə.
Təpədən dırnağacan
Hürrdü,hürrdü bu ölkə!
09.10.2014-cü il,saat 20-31.
Xəyalları qoşub mən,
Dağlar yıxan sellərə.
Ürəyimi açıb mən,
Yaxın-uzaq ellərə.
Dilimdə hər kəlməni,
Tutub qızıl güllərə.
Dönə-dönə qoşulub ,
Yazda gələn sellərə-
Azərbaycan deyirəm!
***
Nəyim varsa sevgidən,
Gətirib mən əllərə.
Zamanları paylayıb,
Qızıl-qızıl illərə.
Bəm yerindən eşqimi,
Çəkib hər dəm zillərə.
Bal qatıb,şəkər qatıb,
Bir də tuti dillərə-
Diləkləri çatdırıb,
Coşub daşan Nillərə.
Duyğuları tutub mən,
Al şəfəqdən tüllərə-
Nəğmə tək dinə-dinə,
Ürəyimi gətirib-
Mən imana,mən dinə
Azərbaycan deyirəm!
***
Boyaq çatmaz önürdə,
Qədər vuran boyağa.
Ağ günlərim qatıblar,
Qədərimdə boy ağa.
Göy ləpəli dənizdə,
Dönüb tale mayağa,-
Yol göstərib həmişə,
Könül adlı qayığa.
Dağ basıb öz əlimlə,
Min qara,min soyuğa.
Dünən huşlu olsam da,
Ətalətin,süstlüyün-
Girdabına dalsam da,
Bu gün qalxıb ayağa,
Öz-özümə dönüb mən-
Bir arxaya,dayağa,
Min illik yuxuları
Gözümdə çəkib şişə,
Əllərimi yelləyib
Zülmət dolu keçmişə.
Öz gövdəmin üstündə,
Zirvəli dağlar kimi-
Əyilməyən başımı
Döndərib mən həmişə
Göy qurşağın andıran,
Ürəyimin başında-
Gur tonqallar yandıran
Üçrəngli pak bayrağa
Azərbaycan deyirəm!
***
Gecə-gündüz çağlayan,
Coşqun bulaqlar kimi.
Ala gözlərin açan,
Qızıl sabahlar kimi.
Kökləyib saf eşq ilə,
Könlümdə sarı simi-
Yollarımın üstündən,
Söküb bir-bir tilsimi.
Ruhuma qata-qata,
Səhər əsən nəsimi.
Şimşəklərin səsinə,
Qoşa-qoşa səsimi.
Ta qədimdən bu günə,
Gətirib göz önünə-
Şərəfli türk nəslimi.
Bəyan edib ellərə,
Soykökümü,əslimi,-
Azərbaycan deyirəm!
***
Hər zəfərin əlin mən,
Verib yeni zəfərə.
Seçimimdə keçmişəm,
Çoxdan şərəf tərəfə.
Xəyalımda yaranıb,
Pak,müqəddəs ərəfə.
Yarandığı günündən,
Tarix zəfər görməyib-
Çaldığım zəfər kimi.
Ömrüm,günüm,həyatım,
Nəğməm,sözüm,bayatım.
Üfüqlərin qoynunda,
Bara dolan göy zəmi.
Ehtiramlar göstərib,
Anaların südündən,
Atalarin qanından,-
Bu torpağın canından
Yoğrulan ləl bayrağa.
Azadlıq istəyimə,
Altun təməl bayrağa,-
Azərbaycan deyirəm!
***
Gün doğan vaxt üfüqdən
İstəyir ki,üstümə
Göy dolusu nur yağa.
Geyinib can köynəyin,
Qızıl-qızıl şəfəqdən-
Odlar yurdu ölkəmin
Fərəhindən ürəyi-
Köksü altda çevrilə
Əzəmətli bir dağa.
Azadlığın səsinə,
Həqiqət nəğməsinə,-
Könlümdə verib ayaq,
Ayağı dəyən yerə,-
Min dəfə baş qoyaraq:-
Müsəlləh əsgər sayaq,
Gəlin,dostlar bir yerdə -
Hər kəs qalxaq ayağa:-
Çəkib vətən adını,
Xəyalların bir daha
Artırıb mən dadını,-
Azərbaycan deyirəm!
Azərbaycan deyirəm!!
30.11.2014-cü il,saat 23-12.
Ricamdı bir nəfər tək,
Hamı qalxsin ayağa.
Arxamda dağlar kimi
Dönsün böyük dayağa.
Həm qələmim,həm özüm,
Önündə diz çökürəm.
Başından sözlərimlə,
Simu-zərlər tökürəm.
Göy qurşağın andıran,
Ürəyimin başında-
Gur tonqallar yandıran;-
Pak,müqəddəs,bənzərsiz,
Göylər kimi tərtəmiz
Saf üçrəngli bayrağa
Azərbaycan deyərəm!
Azərbaycan deyirəm!!
19.10.2023-cü il,saat 17-54.
Azəbaycan-bu nida,
Ürələrdə sevgiyə-
Ola-ola bir qida.
Ömürləri qəsb edən,
Varlıqların içində-
Yoxluqları kəsb edən-
Qan-qadaya,ölümə
Dönə-dönə təzada.
Cabahlara uçmağa
Dönüb qızıl qanada.
Arxa olub əmələ,
Cəsarəti,hünəri-
Qoyub möhkəm təmələ.
Sevinc ilə,qəm ilə,
Üzündəki təbəssüm,
Gözündəki nəm ilə-
Zaman-zaman yetişib,
Bu şöhrətə,bu ada.
Nəhs aylardan adlayıb,
Nəhs illərdən keçəndə-
Yanılmayıb seçimdə.
Qoca tarix əlindən.
Qızıl qan uda-uda,
Nalələrin,ahların-
Qoça-qoça fəryada.
Öz baxtının yelkənin,
Öz əlilə qaldırıb-
Ölüm saçan,qan saçan,
Heçliklərə yol açan-
Qan-qadalı dəryada.
Talesiz şikar kimi
Uğurlu ov olubdu,
Nələr qansız səyyada.
Azərbaycan-bu ada,
Yarandığım zamandan-
Könlüm,gözüm,xəyalım,
Məhəbbətdən şəfəqlim,
Sevgilərdən ziyalım,-
Ürəyim olmuş fəda.
Azərbaycan-tər çiçək,
Zaman adlı qayada.
Amansız ruzgarların,
Qanlı-qanlı əlilə-
Yaşıl-yaşıl budaqdan
Tökülüb ləçək-ləçək.
Olubdu kəc baxıbdı
Üzünə haqq-sayı da.
Kəsənlər kəsib yolun,
Bağlayıb əlin,qolun.
Qoymayıb ağ günlərin,
Öz yerinə qayıda.
Belə keçib günləri,
Həftələri,ayı da.
Calanıb bir-birinə,
Qan-qadalı illəri.
Xəyalına qarışıb,
Ələmlərin lilləri.
Kükrəyib məcrasından
Çıxıb hiddət çayı tək,
Çıxıb qəzəb çayı tək.
Qışlara girov düşən
Ömürlərin yayı tək.
Əllərindən alınan
Haqqı-halal payı tək
Axıdıb üz-gözündən
Tərləri ətək-ətək.
Dərd bal olub,biz arı,
Əlimizlə daşınıb-
Könlündə dolub pətək.
Hər əzaba qatlaşıb,
Ürəyinin odundan-
Qızmar-qızmar sel daşıb.
Başının üstün alan,
Əllərinin zərbiylə
Atlını atdan salan-
Nələr qasırğalarla
Zaman-zaman daşlaşıb.
Hərəsi bir dağ olan,
Köpürən dalğalarla-
Zamanda qucaqlaşıb.
Möhnətlərin əlindən,
Yesə belə min kötək.
Dirilik vəd eləyən,
Ölümsüz bir Xızır tək-
Saf əmələ yol açıb.
Ədalətin evinə,
Şəfəq yayıb,nur saçıb.
Həm dünyaya,həm də ki,
Öz adına yaraşıb.
Əsirlərdən yol gələn,
Bir yenilməz çay kimi-
Zamanlardan yaranan,
Ümmanlara qarışıb.
Həm dünyaya,həm də ki,
Öz-özünə yaraşıb.
Dönüb coşqun sellərə,
Təzə-tər nəfəs verib-
Yazda əsən yellərə.
Əlləri qardaş edib
Halal-halal ellərə.
Saflıq,paklıq sərvəti,
Cahu-cəlal ellərə.
Məhəbbətlər çoxalıb,
İstəklər bəndi aşıb-
Bu dünyanın üstünə
Canından sevgi daşıb.
Ömrə,günə,həyata,
İşıqlı yollar açan.
Bizlərə qollar açan,-
Qızıl baxta yaraşıb.
Oturduğu,durduğu
Qızıl taxta yaraşıb.
Qoruyubdu başında,
Şərəf,şöhrət tacını.
Qoymayib sözdən kasad,
Könüldə təb sacını.
Dadsa da min şirini,
Dadsa da min acını-
Xəyalında gizlədib,
Ürəyində boğubdu-
Çox ağrını,acını.
Bir kimsəyə açmayıb,
Bir kimsəyə deməyib-
Səhih ehtiyacını.
İçində olanları
Öz çölündən gizlədib.
Üstünə gələn şəri,
Öz yolunda gözlədib.
Ömrünü zəbun qoyub,
Şərləri susdurmağın
Dünyada dəbin qoyub.
Ellərini dağıdıb,
Yurd-yuvasın düzlədib.
Ürəyinin başında-
Ovxarlı xəncər kimi
Qəzəbini gizlədib,
Əsəbini gizlədib.
Maqam çatan vaxtadək
Qara-qara şərlərə
Öz əcəlin gözlədib.
Qüdrətinin gücüylə
Ömürlərin düzlədib.
Bu zamanın yaxşısın,
Bui zamanın yamanın-
Öz ağlına izlədib.
Hər riyanı,yalanı
Yolundan təmizlədib.
Zamanları durdurub,
Əyyamları güzlədib.
El-obasın yox edib,
Yurd-yuvasın düzlədib.
Acdadını məhv edib,
Ulusunu düzlədib.
Zülmətlərdən ömrünü
Çıxarıb bir ağ günə.
Ölümləri,qanları
Yola salıb sürgünə.
Amansiz zamanların
Aman verməz görkünə
Qoşub həyəcanları.
Həqiqəti,düzlüyü
Dövranda səyritdiyi-
Alib atın tərkinə.
Keçilməz sədlər aşıb,
Pozulmaz vədlər aşıb.
Nə qədər dincliyinə,
Qoyulan hədlər aşıb,
Tilsimli bəndlər aşıb.
Yamanlığı tapdayıb,
Keçə bilib o üzə.
Zülmətləri döndərib,
İşıq dolu gündüzə.
Gəlsə neçə ölümlə,
Hahaq qanla üz-üzə
Yolundan çəkilməyi.
Xazan vurmuş yarpaq tək
Zamanın budağından
Yerlərə tökülməyib.
İlmə-ilmə süzülüb,
Sap kimi sökülməyib.
Riyalara sarınıb,
Yalana bükülməyib.
Fitnələr talasina
Toxum tək əkilməyib.
Başından adlasa da
Min tufan,min qasırğa
Zamanda çəkdiyini
Qulağa edib sırğa.
Gəlsə belə üstünə,
Hər biri o birindən
Azman-azman göy dalğa-
Zamana yamaq olub,
Tarixə çitənməyib.
Haqsizlığın yanından,
Dinc-dinməz ötəmməyib.
Dövrana tikilməyib,
Məkirlər məclisində-
Baş yerə çəkilməyib.
Kələklərə sarınıb,
Yalana bükülməyib.
Bir kimsənin önündə
Zirvələr tək vüqarlı
Dik başın əyilməyib.
Üzünə deyilməyən
Dalında deyilməyib.
Öyülmək haqqı olub,
Amma ki,öyülməyib.
Qısa da möhnət yükü
Qranit çiyinlərin
Yorulan nəfəsini
Dərib dərindən-dərin.
Nə dizi qatlanmayıb,
Nə beli bükülməyib.
Nə də tarix ağacdan-
Saralıb yarpaq-yarpaq
Yerlərə tökülməyib.
Ömrünün sarayına
Çox uzanıb qara əl.
Yoxluğuna qoysa da,
Müxənnətlər çox təməl-
Nə qədər sökülsə də,
Sonadək sökülməyib.
Saralıb yarpaq-yarpaq,
Budaqdan tökülməyib.
Yaman yeyəni olub,
Yaman deyəni olub.
Nə saralıb,nə solub,
Nə də göylərtək dolub.
Nə yamana,nə də ki,
Qanlar edən zamana
Bir yağlı tikə olub,-
Sonadək yeyilməyib.
Döyməsə də kimsəni,
Kimsəyə döyülməyib.
Düz dayanıb meydanda,
Qorxusundan qınına,
Çəkilib şər,şeytan da.
Taleyi udanda da,
Baxtı uduzanda da-
Zaman-zaman bişəndə
Bir qaynar qazanda da-
Yenə əyilməz başı,
Uca durub,dik durub.
Sanasan öz yerində
Azman zirvə dayanıb,
Yenilməz bir pik durub.
Çəkişmələr verəndə,
Ətrafında əl-ələ.
Ağlı qoyub həmişə,
Hər əməldə təmələ.
Çiynində şərəf adlı,
Dağdan ağır yük durub.
Dünyanı sarsa belə,
Başdan-başa zəlzələ-
Öz yerində şax durub.
Heç yana əyilməyib,
Üzünə deyilməyən-
Dalında deyilməyib.
Azərbaycan-bu nida,
Dünyanın özü boyda-
Cənnətmisal bir oda.
Gözlərimdə həyatı,
Edi,nəğmə,bayatı.
Xəyalımı həmişə
O gətirib,o dada.
Kəhkəşanlar qoynunda
Od saçan ulduz ada.
Əslində özü boyda,-
Bir böyük ulduz o da.
Şərəfli dünənindən
Qürurlar dada-dada.
Sinəm altda ürəyim,
Çevrilir qızmar oda.
Nə qədər axtarsa da
Tapmayib yorğun xəyal-
Ona oxşar dünyada.
Ona bənzər dünyada.
Azərbaycan-bu nida,
Ünvanımda dönübdü
Bir şahənşah soyada.
Olmazlığa,heçliyə
Dönə-dönə təzada.
Ürəyimdə pak istək,
Eşq oyada-oyada-
Olmazlığa bir daha
Dönüb sonsuz təzada.
Bir cəsarət,bir də ki,
Əzm oyada-oyada.
Özünə yer tapıbdı,
Qan-qadalı dünyada.
Əbədi solmaz çiçək,
Bənzərsiz bir gül kimi-
Bitib zaman döşündə.
Ulu-ulu göylərə,
Sütun ola qayada.
İllər çapıb öz atın,
Çalışıb öz işində.
Zamanın, gərdişin də
Sevilən vərdişin də
Hər biri öz işində.
Həyatımı,ömrümü
O gətirib,o dada.
Söz bişirib ilhamım,
Könül adlı sobada.
Cismim adlı odada.
Istəyib ki,söz aşım
Çata bilsin o dada.
Əllərim işləyib ki,
Səngidikcə ilhamım
Gur alışan oduma
Hisslərimdən od qata.
Azərbaycan-bu ada,
Səcdə qılmaq şərəfim.
Azərbaycan-bu nida,
Dünya adlı ümmanda
Hər yönüm,hər tərəfim.
Azsam əgər dumanda,
Əllərimdən əlini-
Üzsə belə güman da:-
Könül adlı kitaba,
O daxılım,o rəfim.
Mən riyazi düsturam,
Azərbaycan tərifim.
Azərbaycan-bu nida,
Ürəyimdə boy ata;-
Duyğularım sinəmdən
Uçub qanad-qanada,-
Ana yerin başına
Dönə-dönə dolanar.
Ürəyimin başında
Gur tonqallar qalanar.
Eşqdən alıb gücünü,
Tutub sevgi bürcünü-
Sökülən vaxt dan yeri,
Nurlu edib göyləri-
Ata günlə yan-yana,
Batıb oddan al qana;-
Qoşa durar,cüt yanar,
Bir tükənməz nur seli,-
Sönməz işıq yaranar.
Qoşa durar,cüt yanar!
29.03.2015-ci il,saat 19-58.
Qoy yayılsın sorağım,
Yaxın,uzaq ellərə.
Açsın könül varağım,
Öz qucağın yellərə.
Diləklərim bir daha,
Arat etsin ömrümün-
Tum əkilən torpağın.
Nəğmələrlə bəzəsin,
Şair könlüm yenə də
Duyğuların budağın.
Yayılsın ağızlara,
Sözüm düşsün dillərə.
Puçurlasın xəyallar,
Açsın təzə yarpağın,
Həyat versin güllərə.
Şimşəklərdən od alan
Coşub-daşan gur səsim,
Həyat adlı nəfəsim-
Dönə-dönə bənzəsin,
Yazda gələn sellərə.
Qədərsiz arzuları
Çevirib əməllərə.
Hər sözümdə ədalət,
Haqq qoyub təməllərə
Azərbaycan deyirəm!
***
Nəğmələr ötə-ötə,
Göyləri yerlərlə bir-
Gətirib mən riqqətə
Ən həssas diqqətimi
Qata-qata diqqətə-
Könlümün bağçasında ,
Qoşulub bülbüllərə.
Hər kəlməmi çevirib
Duyğular zəmisində-
Sarı dən sünbüllərə.
Bir də nurdan toxunan,
Baxışlarla oxunan.
Üfüqlərdən asılan
Zərrin-zərrin tüllərə,-
Azərbaycan deyirəm!
Azərbaycan deyirəm!!
26.10.2015-ci il,saat 08-11.
Ağcabədi şəhəri 31 may 2014-26 oktyabr 2015-ci il.
GÖYƏRDİ
Ulu Tanrıdan Məmməd Araza rəhmətlər,Musa Yaquba
can sağlığı diləyirəm.Amin!
Ürəyimdə dəmlər ilə yan-yana,
Dərdlərimin qan qardaşı göyərdi.
Üz tutsam da hankı səmtə,ha yana,
Ağlı nadan,hissi naşı göyərdi.
Qaranlıqlar özün qatdı gündüzə,
Qoymadı ki,günlər ora gün düzə.
Araz ilə qədər qoydu üz-üzə,
Dərdlərimin orda başı göyərdi.
Uçulduqca kəc zamanda körpülər,
Duyğularım çox daddılar törpülər.
Ətəyimdən tutdu ələm körpələr,
Gözlərimin qanlı yaşı göyərdi.
Sazaqlara verdi yerin istilər,
Yaman qorxdum yayları qış üstələr.
Məşəqqətdən bağlayıb tər dəstələr,
Əzabımın can qardaşı göyərdi.
Gah o qurdu,gah bu qurdu siyasət,
Ortalığı basdı müdam rəyasət.
Üzə verdi yalan,hiylə,riya mət,
Çox əllərdə çox daşbaşlar göyərdi.
Alıb məni qatarından zamanlar,
Yaxşıları əsir etdi yamanlar.
Çöhnədikcə üstümə kor dumanlar,
Canda möhnət qara daşı göyərdi.
Bu qəflətdən nə cür,axı,ayılam,
Rəhm oluna,mən də bəşər sayılam.
Olanlara kim ki,deyə qayılam,-
Görər dildə el qarğışı göyərdi.
Baxa-baxa düz gözümün işinə,
Çoxu qatdı ömrü yoxluq köçünə.
Tələsdirdim ağlımı mən seçimə,
Pisliklərin kaşa-kaşı göyərdi.
Yerdən,göydən kəsilibdi amanım,
Kor taleyə üz qalmayıb yamanım.
Gördüklərim ürəyimə damanım,
Qismətimin qəhir aşı göyərdi.
Məmməd Araz,görən doğru demişəm?
Dincliyimə dərdi dəru demişəm.
Musa Yaqub,ömrə qurğu demişəm,
Ondan pislik təməldaşı göyərdi.
İlhamımda asıb-daşan murazın,
Yazammayıb,oy,əllərim bir azın.
Günahımdan yaşınmağa yer lazım,
Bir uçrumun öndə qaşı göyərdi.
Məmişoğlu,dərd içində batmışam,
Boş ümidə əbəs kəmənd atmışam.
Göz yaşımı sözlərimə qatmışam,
Görmüşəm ki,vətən daşı göyərdi.
30.06.2019-cu il,saat 22-31.
QINAQ
(M.Araza)
Məmməd Araz,kölün küsən dünyanın,
Olan-qalan yaxşısı da talanır.
Bəşər ağlı quran dadlı röyanın,
Dib-dəhnədən saf suları bulanır.
Bir çoxunun boya verir qulağı,
Belə getsə ötə bilər ulağı.
Dəhnəsindən kor eləyib bulağı,
Meymun kimi kola-kosa tullanır.
Xeyir işlər təriflənmir,öyülmür,
Yamanlıqlar yamanlanmır,söyülmür.
Haqqı deyən kəsə yaxşı deyilmir,
Çoxlu rəylər xəbisliklə çullanır.
Nahaq qoymur haqq gözünü açmağa,
Aman vermir şər zəka nur saçmağa.
Əlac qalıb baş götürüb qaçmağa,
Düz işdəhlər əyri əllə nallanır.
Başlanılıb bir sümük,yal oyunu,
Tamahla çox bulandırıb suyunu.
Qazan kəslər dərin qazıb quyunu,
Hər könüldə saysız ocaq qalanır.
Hara getsən şər göstərir boyunu,
Tanımayır yol azanlar soyunu.
Hərif gəzib uduzanda oyunu,
Qara əllər hər cür kirə bulanır.
Bəşər üstə artır bəşər tənəsi,
Danışmaqdan düşür düzün çənəsi.
Ana yerin təşnəbağır sinəsi,
Gecə-gündüz nahaq qanla sulanır.
Yalanların təlatümü çoxalır,
Könül başın süzüb qanlı ox alır.
Nə təntiyir,nə şər qəlbi yuxalır,
Hər ürəyə bir yanar od dolanır.
Nahaqq haqqa aman vermir göz aça,
Rəy dolaşıq,fikir qəliz,söz haça.
Dünya dönüb mərhəmətə möhtaca,
Yoxluq ilə adı qoşa hallanır.
Ağırdan da ağır işi hər düzün,
Nəfəsini gecə kəsir gündüzün.
Təmiz yerin,saf çəmənin,pak düzün,
Üzərinə hər gündə çirk calanır.
Qınadığın nizam belə pozulub,
Haqq-ədalət ayaqlarda toz olub.
Dürüstlüyə ölüm hökmü yazılıb,
Həqiqətlər nəm divar tək xallanır.
At yerinə it satılır bazarda,
Göz açmağa aman vermir azar da.
Rahatlığın bilirəm yox məzarda,
Ölməz ruhun təlaşlarla dalanır.
Qoşqulara yaxın gəlmir buruzlar,
Ruhlar özün fitnələrlə “quruzlar”.
Bir fərəyə dönür gündə xoruzlar,
İş başına evdən belə yollanır.
Fitnə-fəsad gündə verir pöhrələr,
Ömürləri budayır şər dəhrələr.
Yağ yerinə qır çaxlayır nehrələr,
Mazut dadıb başlar belə allanır.
Çox canlılar xatırladır ölünü,
İçərilər yaxırlar öz çölünü.
Çamır basıb çox əməllər gölünü,
Öz durduğu yerdə oda qalanır.
Çoxaldıqca şərlər yapan nağıllar,
Hodaq vermir əməllərə ağıllar.
At oynadır cıdırlarda sağıllar,
Boş-boşuna haqq başına dolanır.
Nə qədər biz güvən verək dövlətə,
O da dönür əxlaqı qıt övrətə.
Yer yox Zabur,İncil,Quran,Tövrətə,
İbrət üçün vaxt şər üstə yollanır.
Gündən-günə etiqadlar azalır,
Onunla bir ehtiyatlar azalır.
Boş-boşuna ömür yanıb sozalır,
Boş-boşuna sac altda od qalanır.
Üzə verib qəlp işlər öz paxırın,
Korlamışıq ömürlərin naxırın.
Bilən də yox olanların axırın,
Düzlər ölür,əyri əllər pullanır.
Xəyalların çevrilməyir gerçəyə,
Öz yerində ağıl dönə külçəyə.
Möhtac qalıb iyə-qıyıq,milçəyə,
Düz ilməyə qəlp ilmələr calanır.
Qazan kəslər dərin qazıb çuxuru,
Qarışdırıb düzə əyri suxuru.
Doğru-dürüst tanımayıb oxuru,
Çoxları yad alaf üstə yollanır.
Bildiyini geri qoymur gədələr,
Yaxşılığa gündə düşür zədələr.
Təhdidlərə qadaq verir hədələr,
Nə dayanır,nə də ki,bir usanır.
İtə dönüb bir çoxları boğuşur,
Baş qarışır,bəzən bəla sovuşur.
Bir xəlvətə könül çəkib soruşur,
Məndən bu yol üzü hara sallanır?
Nə ölüsü,nə də sağı bilinir,
Nə qocası,nə uşağı bilinir.
Nə bir bərki,nə yumşağı bilinir,
Qanad açıb şərlər göyə hullanır.
Qarışıbdı zamanda çox pas-pasa,
Yaslar toya,toylar dönüb bir yasa.
Doğru-yalan tamam olub “kolbasa”,
Saxta rəylər həvəs ilə qollanır.
Həmd olsun ki,sözümün yox yalanı,
Qələmə düz almışam mən olanı.
Açılanı üstələyib solanı,
Aman vermir göylər üstə sala nur.
Gündən-günə artır qeyrət,ar satan,
Yayda bürkü,qışda isə qar satan.
Mənliyinə çirkab yaxan,toz qatan,
Çox da olur başa keçir şarlatan-
Axtalıqla orada xub şallanır.
Ulaqlardan keçən kəslər maşına,
Ağıl tapmır bir gün qoya başına.
Etdikləri yaraşmayır yaşına,
Öz boyundan, çünki,yekə tullanır.
Zatın,kökün çoxu qatıb işlərə,
Az qalıb ki,vaxtı çəkə şişlərə.
Baxıb qanlı saqqıldaşan dişlərə,
Təlaş dadıb çox könüllər hallanır.
Tale bizə tuşlanılan oxdu,ox,
Qorunmağa dəbilqəmiz hayıf yox.
Bir ağıldan sən deyəndən daha çox,
İndi min-min ağlı dayaz sallanır.
Bir çoxları dönüb şərin quluna,
Qeyrəti də satıb onun puluna.
Boz eşşəyin dönüb məxmər çuluna,
Bir köpək tək kölgələrdə yallanır.
Çıxdaş olub düzlük işdən atılır,
Şər boyuna hər gündə boy qatılır.
Dəm alınıb,yerinə qəm satılır,
Ömürlərdə günlər belə ballanır.
Bir çoxları bənzər olub bir itə,
Bir-birini didər bassan bir fitə.
Hər qəlbdə bir yuva qurub ifritə,
Şərlə dolub orda müdam qıllanır.
İşə qoşub özlərini astalar,
Qabağına nə gəldisə bastalar.
Burnu diklər,daz peysəri yastılar,
Otuxduqca hara gəldi zollanır.
Üz qoyasan,yön tutasan harasa,
Pişvazına öncə çıxar yarasa.
Göy titrəyə,su tərpənə,yer əsə,
Öz- özünə şər ağılı qullanır.
Hər tərəfi gündə basır bir nifaq,
Yerlər ilə yeksan olur min tifaq.
Şərlər ilə çoxaldıqca ittifaq,
Kəc işlər də gündən-günə bollanır.
22.02.2020-ci il,saat 20-18.
BƏŞƏRİN DƏRDİ
(M.Araza)
Ayı da çıxarıb bakirəlikdən,
Ona da salmışıq ayaq izləri.
Əl çəkmir əməllər kirkirəlikdən,
Görən bağışlarmı Tanrı bizləri?
Kir salıb əlimiz toxunub hara,
Savabı günahla barışdırmışıq.
Haqqı,ədaləti qoyub qumara,
Şərləri yuyub biz arındırmışıq.
Ağzımız açıla şərlə açılıb,
Xeyirlə aramız dəyibdi möhkəm.
Bir yanar,bir qızmar alov saçılıb,
Alışa,yox ola hər dürüst görkəm.
Alovdan adladıb tər çiçəkləri,
Ən zərif gülləri oda salmışıq.
Od vurub,yandırıb biçənəkləri,
Əməldə şeytanı yada salmışıq.
Yer bizdən narazı,göysə rəncidə,
Beləcə dolubdu işimiz yaşa.
Alman da,polyak da,ruc da,zənci də,
Hər millət oduna qılıb tamaşa.
Bükülməz biləyi qatlayıb bir-bir,
Əyilməz dizləri vurmuşuq yerə.
Düşünüb,daşınıb tökəndə tədbir,
Hərlədib ağıllar başda kirkirə.
Tapınıb yamana,uyub böhtana,
Bir bəşər adına salmışıq ləkə.
Olub biz bir arxa,dayaq şeytana,
Olub öz-özünə hər kəs təhlükə.
Nə qədər alsaq da bir əməl dərsi,
İbrətə bir elə basılmamışıq.
Təmkinə qataraq qədərsiz hirsi,
Yenilməz dözümə qısılmamışıq.
Bir qənim kəsilib bəşər bəşərə,
Yepyeni azarlar icad olunur.
Bəlkə də çatırıq axır məhşərə,
Ruhumuz dərgahdan azad olunur.
Gələn yox,baxan yox bəşər hayına,
Ömürlər odlarla qalıb baş-başa.
Boynunu qatlayıb haqqı-sayına,
Bəşər suçlu-suçlu edir tamaşa.
Nə şərdən əl çəkir,nə də ki,haqdan,
Bəşərin dünyada halı yamandı.
Ay ustad, qələmə sən alan andan,
Hər yeri çən basıb,hər yer dumandı.
Sən küsən dünyadan mən də küsmüşəm,
Küsməli bir şeyi olmasa belə.
Ümiddən,gümandan əli kəsmişəm,
Ondan da bir xeyir gəlməyib ələ.
Həmin bu səbəbdən susub eləcə,
Boynumu burub mən,dinməz durmuşam.
Dözüb gözləmişəm düzlük gələcə,
Özümə səbirdən qala qurmuşam.
Bu qədər günahı qatıb savaba,
Bəşərin deməyə sözü qalmayıb.
Cavabı qoşsa da gündə cavaba,
Onu söyləməyə üzü olmayıb.
Yanır od içində yer-göy arası,
Beləcə cahanı basır tüstülər.
Sağalmaz olubdu bəşər yarası,
Ağılda hər yanı basır tüstülər.
Ayı da çıxarıb bakirəlikdən,
Ona da salmışıq ayaq izləri.
Əl çəkmir əməllər kirkirəlikdən,
Görən bağışlarmı Tanrı bizləri?..
12.06.2022-ci il.saat 20-19.
BU DÜNYA BAŞ ALIB HAYANA GEDİR
Ağızlar pis lafın basıb körüyün,
Əməldə riyalar qırıb örüyün.
Şeytanlar yırğalar bəşər yürüyün,-
Həyat olunubdu soyuq bir qəbir,
Bu dünya baş alıb hayana gedir?
Nə düzlük qalıbdı,nə hesab,mizan,
Qaranlıq yazıbdı qədərin yazan.
Artır göbələk tək yolunu azan,-
Gördüyün,duyduğun bu olan nədir,
Bu dünya baş alıb hayana gedir?
Nə böyük qalıbdı,nə də ki,kiçik,
Başlara papaq yox,qoyulur lifçik.
İçində fitnələr bəslənən evcik,-
Böhtana basılıb söz sətir-sətir,
Bu dünya baş alıb hayana gedir?
Çoxalıb qamması,artıb lazeri,
Bir kosa döndərib ağıllar yeri.
Oğruyub-oxşamır nağıllar yeri,-
Başının üstündə nüvədən çətir,
Bu dünya baş alıb hayana gedir?
Günbəgün daralır düzün meydanı,
Ətalət qoymayır ola peydanı.
Çoxalıb iblisi,artıb şeytanı,-
Qarışıb yalanı,doğrusu xəmir,
Bu dünya baş alıb hayana gedir?
Çoxalıb eyhamlar,artttıııb vurğular,
Laxlayıb yerindən dürüst qurğular.
Rahatlıq verməyir sirli sorğular,-
Kimdəndir göstəriş,kimdəndir əmir,
Bu dünya baş alıb hayana gedir?
Ağılda söküntü,ruhda bir təmir,
Ürəklər daş olur,beyinlər dəmir.
Yaxşılar ta yaxşı olmaq istəmir,-
Nə qiymət qalıbdı,nə də ki,qədir,
Bu dünya baş alıb hayana gedir?
Analar analıq andından çıxıb,
Sonalar sonalıq andından çıxıb.
Yaxşılıq,yamanlıq odundan çıxıb,-
Kinlər aman vermir,könüllər didir,
Bu dünya baş alıb hayana gedir?
Siyasət bazarı nırxın dəyişib,
Doğruluq,dürüstlük arxın dəyişib,-
Yerindən yox olur,saf sular itir,
Bu dünya baş alıb hayana gedir?
Yaranan günündən qanlı-qadalı,
Nifrətdən soraqlı,kindən sədalı.
Bərbad davranışlı,pozuq ədalı,-
Təpədən-dırnağa əxlaq olub kir,
Bu dünya baş alıb hayana gedir?
Çoxları maska tək yanaşır dinə,
Od vurur qorxmadan haqq məbədinə.
Şərlərlə iş qurur mömin,möminə,-
Təmiz qalmayıbdı nə ocaq,nə pir,
Bu dünya baş alıb hayana gedir?
Çeşidli-çeşidli şərlər ələnir,
Qəlbə od bükülür,alov bələnir.
Öz mütləq haqqını bəşər dilənir,-
Haraya baxasan,verəsən fikir,
Bu dünya baş alıb hayana gedir?
Hər şeyi yaqımçıq,hər şeyi kəsir,
Olanı-qalanı bir nimdaş həsir.
Çölümü doğrayır,içimi kəsir,-
Könlümü girova şevirən bu sirr,
Bu dünya baş alıb hayana gedir?
İnsanlıq ölümlə təhdid olunur,
Diləklər könüldə şəhid olunur.
Dayanmır bunlara,çox cəhd olunur,-
Həyatda hər şeyi basır qalın kir,
Bu dünya baş alıb hayana gedir?
Quranı biləndər,sökəni naşı,
Qoymayır daş üstə dayana daşı.
Tükənib bəşərin daha göz yaşı,-
Hər kəsə canından bir borc ödədir,
Bu dünya baş alıb hayana gedir?
Başlısı başsızın əlidə əsir,
Hər düzü yüz yerdən yüz yalan kəsir.
Zamanın üstündən yaman yel əsir,-
Gəl,indi ağıla doğruluq yedir,
Bu dünya baş alıb hayana gedir?
Nə mömin bəllidi,nə də ki,asi,
Çoxalır günbəgün ruhların pası.
Bəlkə biz bilmirik tutulur yası,-
Bəlkə də əlacsız,ağır xəstədir,
Bu dünya baş alıb hayana gedir?
Dünya çılpaqlanır,dünya soyunur,
Öz dürüst yolundan dünya yayınır.
Qurulu-qoşulu lütlük oyunu,-
Abırlar,ismətlər talanıb gedir,
Bu dünya baş alıb hayana gedir?
Çirkaba batıbdı ülvi gözəllik,
Yox olub ilkinlik,bitib əzəllik.
Fitnədə özəllik,feldə özəllik,-
Könüldən sevgilər saçmayır ətir,
Bu dünya baş alıb hayana gedir?
Sanasan oxunmuş bayağı kitab,
Əməli qarğaşa,işi iztirab.
Mübariz, özümə qoy edim xitab,-
Bu dünya baş alıb hayana gedir?
Bu dünya baş alıb hayana gedir?!
16.12.2018-ci il,saat 02-12
DAMCILAR
Damcılar məftildən asılıb durur,
Damcılar düzümlü ağ boyunbağı.
Könüllər oxşayan gözəllik qurur,
Sanasan hər biri bir su zanbağı.
Getdikcə böyüyür,damcı irilir,
Məftildən üzülür əli az qala.
Zamanda qəhr olan hicran dirilir,
Onunla baş-başa düzəlir yola.
Beləcə işlərin görüb damcılar,
Məftildən üzülüb sehir yaradır.
Könüldə yerini alır acılar,
Sarır dörd yanımı damcı fəryadı.
Yerindən ayrılır ağırlaşınca,
Məftildə yerini boş qoyub düşür.
O bunun,bu da ki,onun dalınca,
Torpağa üz tutur,yolda ötüşür.
Bir daha yarana,ya yaranmaya,
Damcının məftillə bu sehir bağı.
Kimlərsə inana,ya inanmaya,
Damcı çox şey dedi mənə sübh çağı...
04.01.2020-ci il,saat 09-17
BU DÜNYANIN
Yaxşı,yaman gərdişi var,
Bu dünyanın,bu dünyanın.
Dəyişməyən vərdişi var,
Bu dünyanın,bu dünyanın.
Həm gündüzdü,həm gecədi,
Bilən də yox heç necədi.
Çox işləri bilməcədi,
Bu dünyanın,bu dünyanın.
Arxa durur nələr rəyə,
Qoşa-qoşa ağlın səyə.
Evcikləri dönür öyə,
Bu dünyanın,bu dünyanın.
Kimlərinə qucaq açar,
Kimlərin də qoyar naçar.
Qıfılına düşmür açar,
Bu dünyanın,bu dünyanın.
Özü boyda bir bazardı,
Həm beşikdi,həm məzardı.
Iştəhləri tam azardı,
Bu dünyanın,bu dünyanın.
Tavasinda çox qızardıq,
Üzümüzə çox bozardı.
Əli tale,baxt yazardı,
Bu dünyanın,bu dünyanın.
Ha artırır riqqətini,
Çəkə bilmir diqqətini.
Könül dadmır şəfqətini,
Bu dünyanın,bu dünyanın.
Həm gercəkdi,həm nağıldı,
Çox quruldu,çox dağıldı.
Varı,yoxu bir ağıldı,
Bu dünyanın,bu dünyanın.
Diləkləri göydəmir at,
Çap,bacarsan dalından çat.
Sirlərilə başını qat,
Bu dünyanın,bu dünyanın.
Ömür payı sınağdı,
Olanları qınağıdı.
Məmişoğlu qonagıdı,
Bu dünyanın,bu dünyanın.
19.01.2020-ci il,saat 01-23.
NƏSİHƏT
Ay haqqa daş atan oğlan,
Heç gələrmi işin xoşa?
Hara gedir,hara ağlın,
Baş qoşursan hansı başa?
Heç göy üzü daşdanarmı,
Belə işə başdanarmı?
Oda atsan daş yanarmı?
Bildiyini gətir huşa.
Pozulmamış imanla din,
Belə danış,bax,belə din.
Ruhundakı müstəbidin,
Kəm ağlını gətir daşa.
Çox da açıq göyün üzü,
Tutma ora qara üzü.
Bacarırsan ara düzü,
Ona güvən,onla yaşa.
Sənə yoxsa etimadı,
Çox qınama dostu,yadı.
Bir nankorsan yer övladı,
Əməlindən haşa-haşa.
Haqqa bağlı əzəl nüvən,
Hər işində ona güvən.
Nə qədər ki,şatır qüvvən,
Bundan sonra belə yaşa.
Yoxsa özün bilə-bilə,
Dönərsən bir ovuc külə.
Əməlində şərlər ilə,
Çevrilərsən əməldaşa.
Şərlər sənə qəst eləyər,
Ağlını sərməst eləyər.
Nəsihətim bəs eləyər,
Qarşındakı yolun qoşa.
Məsləhətdi belə yaşa!
26.01.2020-ci il,saat 15-02.
AXI, VƏTƏNDİ...
Vətən oddu,ocaqdı,
Onu damarda axan-
Öz qanımda görmüşəm.
Vətən isti qucaqdı,
Bənzərini bircə mən-
Öz anamda görmüşəm!
Vətən ruha dad qatan
Bir tükənməz həvəsdi.
Hər an gərəkli olan
Aldığımız nəfəsdi.
Zaman-zaman boy atan
Pak avazdı,saf səsdi.
Hər dəm gərəkli olan
Arzu,eşqdi,həvəsdi.
Vətənə fəda olmaq,
Beləcə yadda qalmaq-
Nəsibim bu olarsa,
Elə bu mənə bəsdi.
Vətənsiz Cənnət mənə
Ölüm saçan qəfəsdi.
Yediyim duz-çörək də,
Udduğum su,hava da-
Özü boyda vətəndi.
Köksüm altda çırpınan
Sevgi dolu ürək də-
Ömürlə bağladığım
Əhdi-peyman,dilək də,
Özü boyda vətəndi.
Ayrılanda qəhr olur
Könül ahda,nəvada.
Ondan ayrı düşəndə
Elədiyim dava da
Özü boyda vətəndi.
Ömrün ötən günləri
Özlüyündə gülşəndi.
Ürək şeyda bülbül tək
Orda nəğmə ötəndi.
O şərbətim,o meyim,
Olar-olmaz hər şeyim.
Yerim,göyüm vətəndi!
Mənimlə bir doğulub,
Mənimlə bir yaşayıb.
Məndən sonra hər zaman,
Göyərəndi,bitəndi.
Axı,vətən vətəndi!
15.02.2020-ci il,saat 22-13.
DÜNYA
Ürəyim çətin ki,sənlə barışa,
Lap istər başımdam zər ələ,dünya.
Harda bir düzün var əyri qarışa,
Kim durar bir belə zərərə,dünya?
Çoxları sansa da bağlı bir otaq,
Tən yarın qurudu,tən yarın bataq.
Hara biz yön tutaq,hara can ataq,
Qarşılar öncəsi zəlzələ,dünya.
Gərək işlərimdə olam çox ayıq,
Yaşaya biləm mən adıma layiq.
Ömürdən qoynuna çıxarıb qayıq,
Nə cür sənlə vurum əl-ələ,dünya?
Azalmaq bilməyir başların qalı,
Əməldə oxunmur düzlüyün valı.
Bilmirəm nə olar bəşərin halı,
Üstünə dərd üstən dərd gələ,dünya.
Yaş dəniz,il qayıq,ömür bir avar,
Qədərə,qismətə olanlar süvar.
Ürəyim qaşdıqca dərdlərin qovar,
Dönər dincliyimə əngələ,dünya.
Bir bağlı kilidsən,tapılmır açar,
Özüm də,ağlım da qalmışıq naçar.
Biz getsək qapını,axı,kim açar,
Kim salar başını cəncələ,dünya?
Halına baxıram ürəyim yanır,
Könlümdə mərhəmət hissi oyanır.
Sanasan qarşımda divar dayanır,
Yaradır keçilməz silsilə dünya.
Bir oğul olsa da Mübarız sənə,
Basmısan dumana,tutmusan çənə.
Nə ola halına yanıram yenə,
Sən elə olmusan,mən belə,dünya!
31.12.2019-cu il,saat 20-19.
DÜNYA, MƏNDƏN NƏ İSTƏRSƏN
Dünya hüsnün bir tamaşa,
Qorxdum baxa göz qamaşa.
Məm yaşadım,sən də yaşa,
Dünya,məndən nəistərsən?
Yaxşılısan,yamanlısan,
Ümidlisən,amanlısan.
Lap binadan gümanlısan,
Dünya,məndən nə istərsən?
Bir istəyə iki şərik,
Mən bir,sən də bir üzərrik.
Yanıb baxta can ödərik,
Dünya,məndən nə istərsın?
Yaranışdan baxımlısan,
Ləngərlisən,axımlısan.
Diləklərdən toxumlusan,
Dünya, məndən nə istərsən?
Döngələrin bağlı qalıb,
Çox işlərin zağlı qalıb.
Sirrin əldən ağlı alıb,
Dünya, məndən nə istərsən?
Dərya kimi içilirsən,
Göy zəmi tək biçilirsən.
Amma,demə kiçilirsən,
Dünya, məndən nə istərsən?
Can istəsən can verərəm,
Qan istəsən qan verərəm.
Yoxsa ölər,can verərəm,
Dünya, məndən nə istərsən?
Varın da bir,yoxun da bir,
Azın da bir,çoxun da bir.
Yayın da bir,oxun da bir,
Dünya, məndən nə istərsən?
Sən ki,ömrün qar yaşında,
Sellər qaynar yaddaşında.
Özcə ağlın öz başında,
Dünya,məndən nə istərsən?
Məmişoğlun saldın işə,
Qalıb burda şişə-şişə.
Dönüb bala,bir kişmişə,
Dünya, məndən nə istərsən?
24.02.2020-ci il,23-11.
BU YOL...
Nə sonu bilinir,nə də əvvəli,
Bu yoldan baş açmaq çətindən-çətin.
Bu yol bir zəlidi,qansoran zəli,
İllərin özünə çəkir diqqətin.
Bəlkə də yaxşıdı,bəlkə elə pis,
Bu hökmü verməyə ehtiyatlıyam.
Obaşında işıq,bu başında his,
Orda bir piyada,burda atlıyam.
Keçim,ya keçməyim bu uzun yolu,
Keçsəm nə olacaq,keçməsəm bəs nə?
O üz kədər dolu,bu üz qəm dolu,
Qoy gedim,ay ürək,yolumu kəsmə.
Onsuz da içimdən doğan ağrıya,
Çölüm bir girova dönüb zamanda.
Ömür yarımaya,ya da yarıya,
Şübhəyə üz tutur dönməz güman da.
Bu yolu keçməsəm görən nə olar,
Keçməyib geriyə dönsəm onda nə?
Ortada girov tək peşmanlıq qalar,
Bir qorxu,bir təlaş qoyar təkinə.
Bu yoldan,yox,ağlım heç nə kəsməyir,
Əvvəli də yoxdu,sonu da yoxdu.
Zamandan heç dürüst yellər əsməyir,
Çəkməyə macal az,dərd isə çoxdu...
02.03.2020-ci il,saat 14-47.
BELƏ BİR DÜNYAYA MƏN NİYƏ GƏLDİM
Anlaya bilmədim yel hardan əsdi,
Deyə də bilmədim dayan,ta bəsdi.
Səngimək bilmədi qədərin qəsdi.
Belə bir dünyaya mən niyə gəldim?
Üz-üzə dayandım ilanlar ilə,
Bir ömür döyüşdüm yalanlar ilə.
Barışa bilmədim olanlar ilə,
Belə bir dünyaya mən niyə gəldim?
Çox istək üstündə şər gətirərdi,
Daşı da,qumu da “gül”bitirərdi.
Guya mən gəlməsəm nə itirərdi,
Belə bir dünyaya mən niyə gəldim?
Tapdanıb cığırı,basdanıb yolu,
Haqsızlıq əliylə bükülüb qolu.
Qoynu böhtan dolu,qoynu şər dolu,
Belə bir dünyaya mən niyə gəldim?
Aqili riyakar,alimi saxta,
Götürsən haqlıqdan çıxıbdı haqq da.
Belə bir narahat,qarışıq vaxtda,
Belə bir dünyaya mən niyə gəldim?
Hər düzün içində əyri böyüdü,
Ürəyi bulanıb ağıl öyüdü.
Tanrının yanında suçum nəyidi,
Belə bir dünyaya mən niyə gəldim?
Yaxamı buraxmır qəsdlərin əli,
Olanı görəndə oluram dəli.
Dövrəmdə artmada qan soran zəli,
Belə bir dünyaya mən niyə gəldim?
Nə qədər gerçəyi dedim əlüstü,
Ortaya çən girdi,ya da ki,tüstü.
Ya da ki,önümü yüz divar kəsdi,
Belə bir dünyaya mən niyə gəldim?
Yaxşısı yamanı əlində əsir,
Hər doğru başını min yalan kəsir.
Təpədən-dırnağa işi kəm-kəsir,
Belə bir dünyaya mən niyə gəld
Doğruluq,dürüstlük can üstündədir,
Varı da,yoxu da qan üstündədir.
Haqq inkar olunub yan üstündədir,
Belə bir dünyaya mən niyə gəldim?
Mübariz,çarəsiz,könlü naçaram,
Nəyi bəs bağlayar,nəyi açaram?
Belə bir dünyayla çətin bacaram,
Bacarsam götürüb başı qaçaram.
Belə bir dünyaya mən niyə gəldim?
Belə bir dünyaya mən niyə gəldim?!.
11.03.2020-ci il,saat 23-12.
BU DÜNYAYLA MƏN NƏ EDİM
Şər üstə çər qalaqları,
Çox gördüm daşqalaqları.
Qapaddım göz-qulaqları,-
İstədim ki,çıxım gedim,
Bu dünyayla mən nə edim?
İçimdə ah aşıb-daşır,
Nalələrim bəndinaşır.
Zaman qovur,könlüm qaçır,-
Deyin,hara çıxım gedim,
Bu dünyayla mən nə edim?
Səngiməyir yağışları,
Şərlə dolub koğuşları.
Olmur düzlük doğuşları,-
Deyin,hara çıxım gedim,
Bu dünyayla mən nə edim?
Hər təpər bir heyə bağlı,
Hey taba,tab heyə bağlı.
Bilməm nəyi nəyə bağlı,-
Deyin,hara çıxım gedim,
Bu dünyayla mən nə edim?
Yamanlıq yurd salıb burda,
Hər kəsdən öc alıb burda.
Allah da tək qalıb burda,-
Deyin,hara çıxım gedim,
Bu dünyayla mən nə edim?
Qalam bilmir,gedəm bilmir,
Gözüm bilmir,didəm bilmir.
Ha yaxşılıq edəm bilmir,-
Deyin,burdan hara gedim,
Bu dünyayla mən nə edim?
Hörmət olub,səxa olub,
Yaman qara-yaxa olub.
Yaşamağa baha olub,-
Deyin,burdan hara gedim,
Bu dünyayla mən nə edim?
Bir əl,bir də yaxa olub,
Guya ömrə arxa olub.
Nəsib payı qorxu olub,-
Deyin burdan hara gedim,
Bu dünyayla mən nə edim?
Canımdan can ala-ala,
İllərimi salır yola.
Mübarizlə ata-bala,-
Deyin,burdan hara gedim,
Bu dünyayla mən nə edim?
Bu dünyayla mən nə edim?!.
12.03.2020-ci il,saat 22-43.
GÖZÜM QALMAZ ARXADA
Raranışdan arxaHəmdəm daş-daşa,
Kaş ki,ruhum mən öləndə daşdaşa.
Qayalara çevrilə bir sirdaşa,-
Belə olsa gözüm qalmaz arxada.
Xəyallarım qədərincə çin ola,
Diləklərim arta-arta min ola.
Haqqa gedən yolum iman,din ola,
Belə olsa gözüm qalmaz arxada.
Lazımınca əzizləyəm gülləri,
Yuyam şeh tək təmizləyəm gülləri.
Anam kimi sevəm soylu elləri,
Belə olsa gözüm qalmaz arxada.
Üzərimə düman gələ,çən gələ,
Zəkam arta,saçlarıma dən gələ.
Qarşı dura qədər işdə əngələ,
Belə olsa gözüm qalmaz arxada.
Araz dərdim ortalıqdan çəkilə,
Ürəklərə sayğı tumu əkilə.
Pak əməllər işdə dönə vəkilə,
Belə olsa gözüm qalmaz arxada.
Ölüm haqdı ya tez,ya gec gələcək,
Bu gün yoxsa hardan olar gələcək?
Zamanında,könül olsam öləcək,
Belə olsa gözüm qalmaz arxada.
Məmişoğlu,baxdım ağıl aynadan,
Tədbir oldu çox işləri qaynadan.
Ölüm gələ heç nəyə qulp qoymadan,
Belə olsa gözüm qalmaz arxada.
Belə olsa gözüm qalmaz arxada!
30.03.2020-ci il,saat 11-53.
GEDƏK
Ay mənim zəkalı,ağıllı dünyam,
Gəl, tutaq əl-ələ bu yerdən gedək.
Sehirli,ovsunlu,nağıllı dünyam,-
İnanma bu yerdə göyərək,bitək,
Gəl,tutaq əl-ələ bu yerdən gedək.
Öncəsi səbəbdi hər iş hər işə,
Bir qalır ürəklər işə girişə.
Hər gündə çəkilir əzmimiz şişə,-
Çatarmı,çatmazmı tabımız gödək,
Gəl,tutaq əl-ələ bu yerdən gedək.
Nə yaşa baxılır,nə də ki,başa,
Hər yanda riyalar çəkilir başa.
Güvən də azalıb yara-yoldaşa,-
Belə bir zamanla ayrı nə edək,
Gəl,tutaq əl-ələ bu yerdən gedək.
Haqqı söyləyənin səsi alınır,
Gerçəyi deyənlər gözdən salınır.
Hələ arxasından zurna çalınır,-
Lafına yalandan qoşulur yedək,
Gəl tutaq əl-ələ bu yerdən gedək.
Mənaya bağlıdı məna sonunda,
Dəyişmək hökmü var,axı,anın da!
Haqqı-say,duz-çörək,əməl yanında,-
Başımız asağı,dilimiz gödək,
Gəl tutaq əl-ələ bu yerdən gedək.
Nələr görülməmiş işimiz qalıb,
Didilmiş dərimiz,dişimiz qalıb.
Ortada urvatsız nəşimiz qalıb,-
Canımız ələkdi,ruhumuz pətək,
Gəl tutaq əl-ələ bu yerdən gedək.
Düzlükdən aralı yalı,yamacı,
Şərlərdən taxtı var,böhtandan tacı.
Dolaşıb kələfdə əriş-arğacı,-
Çox çətin olar bu dağı fəth edək,
Gəl,tutaq əl-ələ bu yerdən gedək.
Azalır günbəgün zəkalı kəslər,
Kəsilir ədalət hayqıran səslər.
Bizləri yanına doğruluq səslər,-
Ya toplum,bir yerdə,ya da ki,tək-tək,
Gəl, tutaq əl-ələ bu yerdən gedək.
Riyalar o qədər mətinləşibdi,
Ağ üzlər bezləşib,sətinləşibdi.
Ağılla yaşamaq çətinləşibdi,-
Qorxuram tükənək,qorxuram bitək,
Gəl,tutaq əl-ələ bu yerdən gedək.
Çağlamaq istəmir soylu bulaqlar,
Böhtandan döyənək olub qulaqlar.
Fitnəyə vurulur feldən calaqlar,-
Az qalır əl olaq,yaxalar ətək,
Gəl,tutaq əl-ələ bu yerdən gedək.
Nəsli kəsilməkdə soylu kəslərin,
Əməli,istəyi boylu kəslərin.
Görmürsən zamanda kəsa-kəsləri,-
Çox əllər axtarır özünə yedək,
Gəl,tutaq əl-ələ bu yerdən gedək.
Artır göbələk tək eldə gədələr,
Qeyrətin üstünə artır hədələr.
Amalı zindana salıb mədələr,-
Əldən nə gəlir ki,biz də nə edək,
Gəl,tutaq əl-ələ bu yerdən gedək.
Hakimi-mütləqdi ağlı yalınlar,
Qəlp möhrə döyülür saxta alınlar.
Artır qabırğası hər gün qalınlar,-
Bəllidi camışdan törənər gədək,
Gəl tutaq əl-ələ bu yerdən gedək.
Doğruluq bərqərar olaydı kaş ki,
Düzlüyün olaydı əməldə məşqi.
Sənə acıyıram yaşamaq eşqi,-
Başında qoz qırır riya göstəbək,
Gəl,tutaq əl-ələ bu yerdən gedək.
Axı çox demişdi Mübariz sənə,
Düşdüyün bəsdi,bəs bu qədər çənə.
Abırda əvəzsiz,arda bir dənə,-
Nə qədər əl ataq vaxt verməz ətək,
Gəl tutaq əl-ələ bu yerdən gedək.
Gəl tutaq əl-ələ bu yerdən gedək!
07.04.2020-ci il,saat 19-54.
HEYRƏTİM NƏ İMİŞ ONDA, AY ALLAH
Uşaq vaxtlarımda gördüyüm şeylər,
Könlümdə durmadan heyrəti teylər.
Karıma gəlmirdi etdiyi səylər,-
Olana,olmuşaKönül,yaxşı bax,
Heyrətim nə imiş onda,ay Allah!
Balaca bir gölü dəniz bilirdim,
Havadan qorxurdum,sudan silirdim.
Öyrənmə dərsinə onda gəlirdim,-
İçimdə təəccüb dolu bir maraq,
Heyrətim nə imiş onda,ay Allah!
Yağışlar yağardı qorxularıma,
Şimşəklər girərdi yuxularıma.
Təzə başlamışdım oxularıma,-
Çıxmışdım yoluma əldə şam-çıraq,
Heyrətim nə imiş onda ay,Allah!
Elə bilirdim ki,daşlar danışır,
Gözlərdən süzülən yaşlar danışır.
Ağızlar susanda başlar danışır,-
Kəlmələr onlardan qopan çalpanaq,
Heyrətim nə imiş ona,ay Alllah!
Atamdan,anamdan aldım öyüdü,
Anladım yaxşılıq,pislik nə idi.
Mənimlə bərabər ağlım böyüdü,-
Demə uşağammış,onda çox uşaq,
Heyrətim nə imiş onda,ay Allah!
Ağzıma dəydikcə məhəbbət dadı,
Ayırdım doğmanı,seçdim hər yadı.
Onlarsız həyatda nəşəm olmadı,-
Çox işlər gözümdə indi baş-ayaq,
Heyrətim nə imiş onda,ay Allah!
Adidən-adiyə döndü çox olan,
Mənə boş görüdü daha çox dolan.
Huşumda yer alıb,yadımda qalan,-
Əridi gün vuran təzə qar sayaq,
Heyrətim nə imiş onda,ay Allah!
Qaytarın,ay illər ömrün o çağın,
Ayıra bilməyim qarasın,ağın.
Görməyim işlərin şərdən ortaşın,-
Bir az yatmış olum,bir az da oyaq,
Heyrətim nə imiş onda,ay Allah!
Heyrətim nə imiş onda,ay Allah!!
14.04.2020-ci il,saat 19-16.
MƏNİM BALAM, O YERLƏRƏ GETMƏİN
Bir çoxları cəngə əli lüt gedir,
Canlı deyil,müqəvva,büt gedir.
Əməlinin təndirinə küt gedir,
Mənim balam, o yerlərə getməyin.
Çiyni qırır şərlə dolu heybələr,
Yamanlıqda heç azalmır növbələr.
Göbək kəsib çox işləri key bələr,
Mənim balam,o yerlərə getməyin.
İşlək olub qarq əllər baltası,
Çıxarılmır başından şər xaltası.
Olsa belə bal pətəyi,bal tası,
Mənim balam,o yerlərə getməyin.
Şər əməllər gündə özün böyüdür,
Göz-görəti ömürləri üyüdür.
İblislərin,şeytanların öyüdür,
Mənim balam,o yerlərə getməyin.
Həyat şüşə,ömür saxsı,yaş çini,
Çirkab basıb çox işlərin içini.
Başda gəlir orda böhtan biçini,
Mənim balam,o yerlərə getməyin.
Biçarədi,orda ağıl dardadı,
Qeyri kefdə,qeyri vurhavurdadı.
Heç arama orda düzlük hardadır,
Mənim balam o yerlərə getməyin.
Toxtaq durub,yox sökəni,tikəni,
Lom-lom udur kələyində tikəni.
Çoxdan salıb vicdanına ləkəni,
Mənim balam,o yerlərə getməyin.
Belə işə bağlanıb bir çoxları,
Yay çəkilib,bəri süzür oxları.
Hökmü keçir pislik edən vaxtları,
Mənim balam,o yerlərə getməyin.
Çıxarmasan işi düzə,düzdüyə,
Qorxum var ki,şərlər bizi üzdüyə.
O yerlərdə yol bağlanıb düzdüyə.
Mənim balam,o yerlərə getməyin.
Aralanmır qovğalardan heç başı,
Mübarizə diqqət daşı,yad daşı.
Huşu gedib,ardından da yaddaşı,
Mənim balam o yerlərə getməyin.
Mənim balam,o yerlərə getməyin!
13.04.2020-ci il,saat 11-45.
ZAMANA NƏ VAR Kİ...
Zamana nə var ki,vaxta nə var ki,
Qurduğun qurar o,sökdüyün sökər.
Taleyə nə var ki,baxta nə var ki,
İstəsə dayanar,istəsə çökər.
Zamana nə var ki,vaxta nə var ki,
Çağlayan dənizdi,dalğaları var.
Gecə də,gündüz də işə suvar ki,
Tutduğun tutar o,qovduğun qovar.
Zamana nə var ki,vaxta nə var ki,
İnanıb dərdini ona açasan.
Yaxşıya avar ki,pisə avar ki,
Başını götürüb ondan qaçasan.
Zamana nə var ki,vaxta nə var ki,
Önündə diz çöküb,baş da əyəsən.
Ürəyi döyənək,qəlbi qabar ki,
Əməl zindanında gündə döyəsən.
Zamana nə var ki, vaxta nə var ki,
İnanıb hələ bir açasan əli.
İllərlə,aylarla o bir avar ki,
Nə sonu bilinə,nə də əvvəli.
Zamana nə var ki,vaxta nə var ki,
Ona inanasan sən də, ay dəli.
Təlaşdan tükləri süvar-süvar ki,
Bir az qorxunc ola,bir az gülməli.
Zamana nə var ki,vaxta nə var ki,
Can qoyub ürəyin alasan ələ.
Təpədən-dırnağa qəm ki,qübar ki,
Sala dincliyinə müdam zəlzələ.
Zamana nə var ki,vaxta nə var ki,
Mübariz, yanında çəkilə adın.
Zamana nə var ki,vaxta nə var ki,
Yanında sən oldun,ya da olmadın...
13.04.2020-ci il,saat 14-14.
QATIN
Danışanda,dinəndə,
Sözə bərəkət qatın.
Cin atına minəndə,
İşə bərəkət qatın.
Sözü közə çevirin,
Qəlbi gözə çevirin.
Yaşadın yal dövürün,
Döşlərə ətək qatın.
İşlək edin arını,
Daşısın bal barını.
Düzəltməkçün aranı,
Balına pətək qatın.
Hər ocağın öz kğzü,
Solar odun köksüzü.
Yetirməkçün kök sözü,
Döşünə kötük qatın.
Gəlməsə bir ağıla,
İşi yığın ağıla.
Ağla gəlməz nağıla,
Zor zopa,kötək qatın.
Sözü qoşun saf sözə,
Çıxa bilsin bir üzə.
Sehir,ovsun,möcüzə,
İçinə tək-tək qatın.
Bəlli qəsdi,qərəzi,
Həm şərəf,həm mərəzi.
Qurun mizan tərəzi,
Ədalətə tük qatın.
Məmışoğlun dinləyin,
Məna,hikmət dənləyin.
Doldurun söz dənliyin,
Həyata örnək qatın.
17.04.2020-ci il,saat 12-39.
AĞRISI VAR
Gözlərim həyatda çox edib seyri,
Haqqa bağlılıqda bir görüb xeyri.
Əyriyə meylini salanın əyri,
Düzə bağlananın düz ağrısı var.
Yaxşı da,yaman da çəkilir üzə,
Dürüstü dürüstlük çıxarır düzə.
Təzadla dayanıb təzad üz-üzə,
Onun da,bunun da üz ağrısı var.
İllərin camında ömür içilir,
Siqləti artdıqca boyu kiçilir.
Əməldən işlərin donu biçilir,
Ağrılı işlərin göz ağrısı var.
Bizlərə nə demir alınan nəfəs,
Kainat hüdudsuz,dünya dar qəfəs.
Yandığı,yaxdığı bizi bəsdi,bəs,
Odun od,közün də köz ağrısı var.
Söz-sözə tuş gəlmir,kəlmə-kəlməyə,
Nə cür arxa durar cümlə-cümləyə.
Pozular sürbəsi bircə həmləyə,
Səsin səs,sözün də süz ağrısı var.
Təbiət işləri çətindən çətin,
Daşın da,qumun da alır diqqətin.
Cilovda saxlaya bilmir riqqətin,
Dağın dağ,düzünsə düz ağrısı var.
Ağrıdan,acıdan asılıb qazan,
Qarğaşa bişirir ömür baxasan.
Dürüst yaşamağı sanma çox asan,
Onun yüz acısı,yüz ağrısı var.
Mübariz həyatda çox olub sınaq,
Sağında təhdid var,soıunda qınaq.
Qəlbinin başında yer alıb qanaq,
Onun da başının öz ağrısı var.
18.04.2020-ci il,saat 12-58.
BACILAR
Əyinti görəndə qardaş işində,
Xəyalı-xəyala calar bacılar.
Çətinə düşəndə,dara düşəndə,
Göylər tək boşalar,dolar bacılar.
Zamanda yaşamaz ömrü hədərlə,
Hərb açıb,cəng edər soysuz kədərlə.
Üz-üzə çarpışıb qanlı qədərlə.
Atlını atından salar bacılar.
Yaşayıb illərin,ömrün sərtini,
Hamıdan gizlədər könül pərtini.
Xəlvəti,içində çəkib dərdini,
Gül kimi açılar,solar bacılar.
Saçında dənləri qoşar dənlərə,
İnancın bağlayar eşqli dinlərə.
Batıb kor dumana,dalıb cənlərə.
Dağlar tək lal-dinməz qalar bacılar.
Kədərdə alışıb,dərddə yanaraq,
Hər gündə eşqinə açar bir varaq.
Qardaşı özünə bala sanaraq,
Həzin laylasını çalar bacılar.
Əsə bir kimsənin könlünün simi,
Olar yaz nəfəsli səhər nəsimi.
Yağmağa müntəzir buludlar kimi,
Əl atıb saçların yolar bacılar.
Qəhr ilə ayıra qardaşlarından,
Ölüm,heç ayrılmaz başdaşlarından.
Gözünün çağlayan qan-yaşlarından,
Canının hovunu alar bacılar.
Nə ömrə baxılar,nə də ki,yaşa,
Könüldə qayğılar çəkilər başa.
Bir dəyən,toxunan ola qardaşa,
Qardaş tək üstünü alar bacılar.
Ayrılıq ılindən aman,əl-aman,
Verər öz hökmünü yamandan yaman.
Analar dünyasın dəyişən zaman,
Qardaşa bir ana olar bacılar.
Mübariz,həyatın qanunu bəlkə,
Salar qayğılarla qardaşa kölgə.
Ömrün diyar-diyar,ölkəbəölkə,
Bir qardaş ömrünə calar bacılar.
19.04.2020-ci il,saat 09-53.
BAŞINA
Xeyir-dua köçürüb,
Ruzi dola başına.
Üzərrikdən keçirib,
Duzu dola başına.
Çox işdə oldu kəmlik.
Getdi mənəm-mənəmlik.
Qurbanlığa bir əmlik,
Quzu dola başına.
Ürəyimi dərd alar,
Basıb gələ dalğalar.
Bəlkə belə sağalar,
Buzu dola başına.
Ay Mübariz, iş belə,
Ayrı cürdü məsələ.
Əl çatmır çoxa hələ,
Azı dola başına.
20.04.2020-ci il,saat 21-48.
BASDIRIN
Qırılmaqda qəlbim ötüb şüşəni,
Xəyallarım yadırğayıb nəşəni.
Ömrü boyu eldən ayrı düşəni,
Dəstək olun öz elində basdırın.
Ömür sürdüm həqiqətlər düzündə,
Tək gözəllik tanrı oldu gözümdə.
Bahar ölsəm çiçəklərin özündə,
Payız ölsəm xəzəlində basdırın.
Ömrüm boyu haqq söylədim,haqq dedim,
Yerdən-göydən haqq-ədalət istədim.
Çünki,ona çatmaq oldu məqsədim,
Məni haqqın özülündə basdırın.
Yağış vurdu,çöldə günə sərildim,
Yetişməmiş budaqdan kal dərildim.
Bilmək olmaz bir gün bılkə dirildim,
Məni sözün əzəlində basdırın.
Yaşamaqdan alammadım kamımı,
Dolu edin barı əcəl camımı,
Sözlərimə nur saçan təb şamımı,
Ölümsüzlər mənzilində basdırın.
Məmişoglu çox eləmə ahu-zar,
Bəlli deyil kim yazanı kim pozar.
Götürəndə ömür özü bir bazar,
Onu illər qəzilində basdırın.
21.04.2020-ci il,saat 19-16.
YA MƏNİ QƏBUL ET. YA DA ELƏMƏ
Tanrıma dürüct qul,sadiq nökərəm,
Kimə çökməsəm də,ona çökərəm.
Bacarsam haqsızın bağrın sökərəm,
Ya məni qəbul et,ja da eləmə.
Üzü haqqa doğru haqqa sarıyam,
Düzlükdən bal çəkən işlək arıyam.
Belə bəxtiyarlar bəxtiyarıyam,
Ya məni qəbul et,ya da eləmə.
Doğruluq bir yanım,düzlük bir yanım,
Dürüstlük damarda axan al qanım.
Haqq mənim ruhumdu,ədalət canım,
Əzabdan adlayıb,ağrıdan gəlir,
Ürək öz yerinə bağrı qan gəlir.
Başıma nə gəlir doğrudan gəlir,
Ya məni qəbul et,ya da eləmə.
Saf sözüm Kəbədi,düz işim pirdi,
Sözüm də Tanrım tək həyatda birdi.
Dövlətim təhəmmül,varşm səbirdi,
Ya məni qəbul et,ya da eləmə.
Ulular saldığı izlə yaşadım.
Əyridən çəkilib düzlə yaşadım.
Zamanda dəyişməz üzlə yaşadım,
Ya məni qəbul et,ya da eləmə.
Haqqı söyləyəndə kəsildi başım,
Qanıma qarışdı onda göz yaşım.
Qazandı yaşamaq haqqı başdaşım,
Ya məni qəbul et,ya da eləmə.
Ömürdə illərim aşdı çox bələn,
Çıxdı qarşısina işlər köndələn.
Yolum düz daşındı önə mən bilən,
Ya məni qəbul et,ya da eləmə.
Nanəcib dostlara olanda gərək,
Gözümün önündə durdu duz-çörək.
Belə-belə işlər,ürək,ay ürək,
Ya məni qəbul et,ya da eləmə.
Gözümü dünyaya açandan bəri,
Dönmədim heç haqlı yolumdan geri.
Əməldə paklıqdan düzəltdim vəri,
Ya məni qəbul et,ya da eləmə.
Qurdum saf dosluğu Mübariz ilə,
Onun kim olduğun mən bilə-bilə.
Belə də gedəcəm axırməzilə,
Ya məni qəbul et,ya da eləmə.
20.04.2020-ci il,saat 21-12.
APARIN MƏNİ
İllərin əlilə çəkilir dara,
Ömür yan alır ta qurtar-qurtara.
Ayrilıq dərdinə tapılmıq çara,-
Kəsmətin tapmıram üz tutam hara.
Başımdan cəkilmir fikirlər çəni,
Kəsmətin yanına aparın məni.
Etdiyim suçlarım boyumdan böyük,
Soysuz təkəbbürüm hoyumdan böyük.
Zamanda vaylarım toyumdan böyük,-
İsmətim bounuma olub ağır yük.
İsmətin yanına aparın məni.
Lazımsa çeyirin qara bir qula,
Vətən hüzürunda yazın qəbula.
Nə vara-dövlətə,nə baxın pula,-
Boynuma gələn haqq iş,zəhmət ola-
Durdurun üstümə qeyri həmləni,
Zəhmətin yanına aparın məni.
Qoynunda əsməyib quzu mehlərim,
İşdə də yox olub dürüst behlərim.
Gül üstə düşməyib duru şehlərim,-
Önümü bağlayıb aciz ehlərim.
Rəhmətə gedib çox-çox təşbehlərim-
Ruhuma ürəklə səpin saf dəni,
Rəhmətin yanına aparın məni.
Dolaşıb gəzsəm də göy yaylaqları,
Gözlərim görməyib çox oylaqları.
Güllərin üstündə şeh qaymaqları,
Qurtarmır gözlərin heç saymaqları.
Ürək arzulayır həsrət çeşməni,
Həsrətin yanına aparın məni.
Günahım bir sürü,suçum bir çətən,
Halıma acıyır hər yoldan ötən.
Sanasan bir başsız bədənəmƏbədən,-
Nədən olmamışam eşq dolu mədən?
Sənə xidmətim də yarıtmaz,Vətən!
Ömürdə qaldırın həmin yelkəni,
Xidmətin yanına aparın məni.
Yolunu azana bir ağıl verin,
Kəm olan ağlına yer,-ağıl verin.
Ya layla,bayatı,ya nağıl verin,-
Əlinə bəsirət qənd,noğul verin.
Axır ki,vətənə bir oğıl verin!
Ağılla baş-başa gəzim vətəni,
Bəsirət yanına aparın məni.
Sevgimdən gileyli açan qönçələr,
Nə cür göy çəmən,bağ məni gənc elər.
Təlaşlar içində qorxum qönçələr,-
Nə can rahat olar,nə ruh dincələr.
Zamanda əsməti müdam incələr-
Qoymayın xəyala yaxın bəlkəni.
Əsmətin yanına aparın məni.
Arxamca bulaqlar mələşir hələ,
Tufanlar əzmimlə güləşir hələ.
Ruhuma yerlə göy yerləşmir hələ,-
Hələ ki,ümidlər vermir əl-ələ.
Ya qismə,gəlməyə,ya qismət gələ,
Əməldə qarşılıq verib əngələ-
Salın üzərimə qayğı kölgəni,
Qismətin yanına aparın məni.
...İçini riyayla gündə ovan var,
Düzlüyü dərən var,satıb sovan var.
Məsləki dadsız var,eşqi yavan var,-
Haqqı ki,zamanda bunca qovan var,
Ürəyi ayaq var,beyni daban var,
Mənim də o qədər qanlı davam var.
Dünən də,bu gün də olub olanlar,
Özünə yer alıb başda yalanlar.
Çoxalır zamanda şahmar ilanlar.
Ədalət otarır soysuz çobanlar,
Bəşər əməlində artır çibanlar.
Haqlını haqsızlar durmadan danlar,
Əfsuslar nə qanar,nə də söz anlar.
Arabir ağzından bir xoruz banlar,
Dönər it qanına damarda qanlar.
Asoylu ahıllar,comərd cavanlar,
Sökülüb yerində durmur tavanlar.
Zamanı çatıbdı qurun divanlar,
Azalsın nahaqdan tökülən qanlar.
Qovmaqçün həyatdan o qart düşməni
Divanlar yanına aparın məni.
Şər üstə eləyək hər gün həmləni!
20.10.2020-ci il,saat 12-47.
ARAYIN MƏNİ
Həyatda qovulan,bir də qovan var,
Qovulan yanında arayın məni.
Diləyi sovulan,bir də sovan var,
Sovulan yanında arayın məni.
Özündən böyükdür cahanın dərdi,
Yaşadır namərdi,öldürür mərdi.
Nakəslər əlindən haqq dərbədərdi,
Qovulan yanında arayın məni.
Olsa da canımız illər yorğunu,
Arayıb,tapmayıb hələ doğrunu.
Sormayıb cavabı bəlli sorğunu,
Qov olan yanında arayın məni.
Böyük ustalıqla qurub qurğunu,
Çəkirlər baş yerə işdə oğrunu.
Mən də daşımışam həmin ağrını,
Ov ilan yanında arayın məni.
Bir kimsə görməsin gözüm görəni,
Şər alıb ağzına;-dağı,dərəni.
Kim bilmir ov güdən gözlər bərəni?
Ov olan yanında arayın məni.
Dəyişib qaydanı,pozub törəni,
Xoruza bir rəhbər edib fərəni.
Riyalar tutublar bəndi,bərəni,
Saf olan yanında arayın məni.
Mübarız həyatda çox etdım qəza,
Çoxalan meylimi döndərdim aza.
Yenə böyük oldu çəkdiyim cəza,
Tab alan yanında arayın məni.
24.10.2020-ci il,saat 18-13.
ÖZÜMDƏN ÇOX ÇIXMIÇAM
Hara gedim,hara mən,
Özümdən çox çıxmışam.
Olub üzü qara mən,
Özümdən çox çıxmışam.
Açılmayır havalar,
Ara vermir davalar.
İçimdə şər yuvalar,
Özümdən çox çıxmışam.
Səngiməyir hirslərim,
İşimdə var tərslərim.
Yola gəlmir hisslərim,
Özümdən çox çıxmışam.
Qarışıbdı kir-kirə,
Firladıram kirkirə.
Dönüb pələngə,şirə,
Özümdən çox çıxmışam.
Nə bir sözə baxıram,
Nə durulub axıram.
Dörd yanımı yaxıram,
Özümdən çox çıxçışam.
Yanır çölüm,içərim,
Nə cür təmkin becərim?
Yanlış-yanlış cücərib,
Özümdən çox çıxmışam.
Olmur hirsim keçərim,
Yanlış yollar seçərim.
Ağıl başdan köçərim,
Özümdən çox çıxmışam.
Əlim çatmır yazıma,
Könül dözmür nazıma.
Qaz qatmışam qazıma,
Özümdən çox çıxmışam.
Bax da,haqqı-sayıma,
Dəstək olub vayıma.
Ellər baxır toyuma,
Özümdən çox çıxmışam.
Üstümə od ələnir,
Gözümə yaş bələnir.
Əllərim haqq dilənir,
Özümdən çox çıxmışam.
Əsib qara yellərim,
Dilimlənib ellərim.
Susub qəzəb sellərim,
Özümdən çox çıxmışam.
Xatırladıb ölünü,
Soyutmuşam əlimi.
Torpaqlarım bölünüb,
Özümdən çox çıxmışam.
Vətən,başsız oğulun,
Dadıb fitnə noğulun.
Cəsarətim,doğulun,
Özümdən çox çıxmışam.
Əməlimdə çox nifaq,
Güdə yıxır yüz tifaq.
Qurmur haqla ittifaq,
Özümdən çox çıxmışam.
Keçib ufaq nağılım,
Qoyma uçum,dağılım.
Arxamda dur,ağılım,
Özümdən çox çıxmışam.
Qəflətimdən oyadın,
Çıxarım ağlın dadın.
Bir özümə qayıdım,
Özümdən çox çıxmışam.
Özümdə deyiləm mən,
Sözümdə deyiləm mən.
Düzümdə deyiləm mən,
Özümdən çox çıxmışam.
Bəzən haqsız olub mən,
Qəzəb ilə dolub mən.
Mübariz, mat qalıb mən,
Özümdən çox çıxmışam.
Özümdən çox çıxmışam!
07.11.2020-ci il,saat 19-26.
OLUNAN SEÇİM
Şübhələr içimi didir qurd kimi,
Şübhələr əlində bu gün əsirəm.
Xaraba qoyulmuş abad yurd kimi,
Fitnələr önündə tir-tir əsirəm.
Bir doğru ümidə çatmayır əlim,
Bir itik gümanı dilənirəm mən.
Heç işə-gücə də çatmayır əlim,
Özümə arxayam,özümə düşmən.
Dönüb bir əsirə əllərində haqq,
Həyatdan ədalət olunub sürgün.
Həyasız-həyasız hələ işə bax,
Kəsib amanımı qara şər bu gün.
Elə azğınlaşıb,elə qudurub...
Az qalır beynimə sıçraya qanım.
Tərəddüd içində qabarıb durub,
Püskürməyə hazır qəzəb vülkanım.
Adlayıb damardan,keçıb ilikdən,
Üzümü o kəsə gərək göstərəm.
Elə çox bezmişəm biganəlikdən,
Yerimdən sel kimi qopmaq istərəm.
Dağıdam böhtanın,şərin yuvasın,
Xanəsin uçuram,tifağın fıxam.
Dəyişəm zamanın abı-havasın,
Belə istəyirəm özümdən çıxam.
İrəli getməyə qərarlıyam mən,
Baxmıram naləyə,baxmıram aha.
Elə istəyirəm çıxam özümdən,
Geriyə dönməyəm işdə bir daha.
Həqiqət zamanda düşübsə tora,
Mən necə dayana,dura bilərəm?
Bu gün dərs verməsəm şər gorbagora,
Hiddətdən çatlayar,vallah,ölərəm.
...Şübhələr içimi yeyir qurd kimi,
Təlaşlar əlində bu gün əsirəm.
Belə eləmişəm,belə seçimi,
Özümü haqqa mən qurban kəsmişəm.
11.11.2020-ci il,saat 19-03.
KİMİYƏM
İçərim şum olub qazıq-qazıqdı.
Qorxudan tutulub nitqim pozuqdu.
Deməyin anama,ağlar,yazıqdı,
Çapılıb-talanmış səhra kimiyəm.
Yun kimi əyrilir huşum,yaddaşım,
Su ilə qarışıb dəmdəki aşım.
Elə hey fırlanır durmadan başım,
Şər əllə fırlanan cəhrə kimiyəm.
Gah çılğın oluram,gah da ki,aram,
Könlümə sakitlik,rahatlıq haram.
Zamanın əliylə çalxalanıram,
Çatmada yer alan nehrə kimiyəm.
Çəkib çox sınağa illərim məni,
Qoymur durulmağa lillərim məni.
Ağrıdır acılı dillərim məni,
Zülümdən dərilən bəhrə kimiyəm.
Ya qönçə,ya düymə,ya da puçuram,
Yaz gəlib,dayana bilmir,uçuram.
Ya yarpaq,ya da mən çiçək açıram,
Ya da ki,cücərən pöhrə kimiyəm.
Üst-üstə toplasam könül dərdimi,
Qoyar ortalığa ölüm şərtini.
Görəsən qədərim heç deyərdimi,
O ömrü doğrayan dəhrə kimiyəm.
Ayağa durmağım çətindən çətin,
Çəkmişəm özümə əzab diqqətin.
Mübariz,artırıb yaşım riqqətin,
Nəm çəkib ovulan möhrə kimiyəm.
14.11.20209ci il,saat 18-47.
VƏTƏNDİ
Ən ləziz təamdan ləzizdi tamı,
Könlümdə ən dadlı oxu Vətəndi.
Şairin pasportu-təbi,ilhamı,
Şairin ürəyi,axı,vətəndi.
Ürək, bu ənbərin,ürək bu mişkin,
Səninlə bir yerdə qurmuşuq köşkün.
Könlümdə çaylar tət çağlayan eşqin,
Həm azı,həm də ki,çoxu vətəndi.
Hələ göz açmamış bələdlər yolu,
Boynuna sevgilər dolayar qolu.
Qərib göz yumanda məhəbbət dolu,
Gördüyü ən şirin yuxu vətəndi.
Cövhəri,canıdı ömrün,həyatın,
Bir gün ölər olsam onla oyadın.
İllər bərəsində ömür səyyadın,
Çəkili yayında oxu vətəndi.
Bəyəm,az olubdu bu eşqdən ölən?
Mübariz,o oda sən də bir bələn.
Cənnəti-Rizvanda Behiştdən gələn,
Ən ülvi,müqəddəs qoxu vətəndi.
14.11.2020-ci il,saat 19-18.
YOXDU ÖZGƏ TƏMƏNNAM
Buludların gözlərində yaş olam,
Öz çiynimin üstə duran baş olam,
Bu vətənə heç olmasa daş olam-
Yoxdu özgə təmənnam.
İllər sala saçlarıma dəni də,
Xatırladam dumanı da,çəni də.
Dağlar qoşa cərgəsinə məni də-
Yoxdu özgə təmənnam.
Üfüqlərin yaxasından asılam,
Nə tufana,nə də selə basılam.
Dörd fəsildə görələr yamyaşılam-
Yoxdu özgə təmənnam.
Ürək ilə dönə-dönə qazılı.
Daşlar üstə pozulmayan yazılı,
Yaddaşlarda xatırladam qızılı,-
Yoxdu özgə təmənnam.
Vətən eşqim Araz ola,Kür ola,
Ellərimin ömrü-günü hürr ola.
Qələmim zər,söz-söhbətim dürr ola,-
Yoxdu özgə təmənnam.
Bəşər tuta ürək ilə əl-ələ,
Eşq,məhəbbət könlə sala zəlzələ.
Haqq-ədalət arxa dura əmələ,-
Yoxdu özgə təmənnam.
Ortalıqdan qalxa bir çox yasaqlar,
Təmizlənə əməldən kir-pasaqlar.
Nəsimlərlə əvəzlənə sazaqlar-
Yoxdu özgə təmənnam.
Çata biləm qızıl-qızıl vaxtıma,
Sahib çıxam qızıl tacı-taxtıma.
Məmişoğlu arxa olam baxtıma,-
Yoxdu özgə təmənnam.
14.11.2020-ci il,saat 23-19.
BU ÇİÇƏK QIZLARIN, BU GÜL QIZLARIN
Bu çiçək qızların,bu gül qızların,
Yerişi-duruşu bir qana-qandı.
Hələ çox körpədi bu qansızların,
Adını çəkmək də oy,qadağandı.
Hər biri sanasan bir ay parçası,
Dayanıb əlçatmaz göyündə yanır.
Taleyin,qədərin hanı carçısı,
O nədən dinc durur,sakit dayanır?
Hər biri puçurdu,hər biri qönçə,
Bir himə bəndilər çiçək açalar.
ELə müntəzirlər incədən-incə.
Könüllər üstünə ətir saçalar.
Yer doyub,göy doyub qoxularından.
Ətrindən məst olub çox boğulan var.
Çıxmır heç qızların yuxularından,
Gündüzlər yol üstə duran oğlanlar.
Hardasa bir qəlbin sızlayar başı,
Hardasa bir qəlbə zədə,xal düşər.
İtirər çox oğlan ağlı,yaddaşı,
Bilməz də bu işə necə girişə.
Ortada çeynənən bir saqqız kimi,
Utana-utana bir sükut mələr.
Qarayaxa kimi,qır-saqqız kimi,
Qorxu da,təlaş da onla bir gələr.
Bəs niyə çatan yox burda hayına,
Ürəklər od tutur,könüllər yanır.
Hər qizin bir oğlan düşür payına,
O da ki,hər gün yol üstə dayanır.
Bu çıçək qızların,bu gül qızların,
Baxışı,gülüşü bir qana-qandı.
Yaşları azdı-az bu qansızların,
Hələ adın tutmaq oy,qadağandı.
15.11.2020-ci il,saat 10-06.
QOYMAYIN TƏKLƏNƏM
Atam ellər,anam ellər,
Qoymayın təklənəm,təklənəm.
Xəyalımda daşır sellər,
Qoymayın təklənəm,təklənəm.
Urfası pak,saf xəmirəm,
Döyülməmiş xam dəmirəm.
Şərdə bişmək istəmirəm,
Qoymayın təklənəm,təklənəm.
Çay olmasam ləpəm olmaz,
Yer olmasam təpəm olmaz.
Dərəm yaqut,təpəm almaz,
Qoymayın təklənəm,təklənəm.
Çox da zirvə,çox da pikəm,
El yeməzsə dadsız tikəm.
Tək olanda ağır yükəm,
Qoymayın təklənəm,təklənəm.
Tək yenmirəm duzaqları,
Yaxınları,uzaqları.
Sevmirəm yalquzaqları,
Qoymayın təklənəm,təklənəm.
Toyum da bir,yasım da bir,
Pisim də bir,xasım da bir.
Şərə hər dəm asım da bir,
Qoymayın təklənəm,təklənəm.
Üzümə üz üzləmirəm,
Qəlp üzümü gizləmirəm.
Qeyri kömək gözləmirəm,
Qoymayın təklənəm,təklənəm.
Əməlim bir,sözüm birdi,
Sifətim bir,üzüm birdi.
Cüt olsa da gözüm birdi,
Qoymayın təklənəm,təklənəm.
Görən görüb bir üzümü,
Bir dağ,dərə,bir düzümü.
Sözlərim muncuq düzümü,
Qoymayın təklənəm,təklənəm.
Araz qolu,Kür qoluyam,
Başdan-başa hürr doluyam.
Haqq-ədalət,pir yoluyam,
Qoymayın təklənəm,təklənəm.
Doğulmuşam saf anadan,
Təmizəm başdan-binadan.
Bunu qanmaz ağlı nadan,
Qoymayın təklənəm,təklənəm.
Bir özümə güvənliyəm,
Öz-özümdə güvəndəyəm.
Türk soyumdu güvəndiyim,
Qoymayın təklənəm,təklənəm.
Məmişoğlu, bilən bilir,
İçim yanır,çölüm gülür.
Bunlardan bir dan sökülür,
Qoymayın təklənəm,təklənəm.
15.11.2020-ci il,saat 13-16.
BU DÜNYANI, DE, SAYMISAN NƏYƏ SƏN
...Taleyə yön,baxta hər dəm istinad,
Bacarırsan min belinə,aç qanad.
Yəhərlənmi,yüyənlənmiş atdı,at,-
Həm daşıyar,həm də yıxar yiyəsin,
Bu dünyanı,de,saymısan nəyə sən?
Ayaq üstə qalmır ağlı pozuqlar,
Min doğru var,içində min düzaq var.
Bəzən yaxın olur sonsuz uzaqlar,-
Bəzən yaxın olur uzaq biləsən,
Bu dünyanı,de,saymısan nəyə sən?
Qərarlıdı çox ürəklər dağlada,
Bərkə-boşa sala peyman bağlada.
Çaylar kimi bir gün səni çağlada,-
Bacarasan ağladanda güləsən,
Bu dünyanı,de,saymısan nəyə sən?
Həm atadı,həm anadı,həm də yad,
Həm alqışdı,həm sükutdu,həm fəryad.
Həm ağıdan,həm də baldan alıb dad,-
Ayrı yolu yoxdu gərək yeyəsən,
Bu dünyanı,de,saymısan nəyə sən?
Bir karvandı,qatarı yüz dəvədi,
Öz yerində durmur,qaynar civədi.
Həm bakirə,həm də baxsan gəbədi,-
Baş sındırsa ağıl tapar niyəsin,
Bu dünyanı,de,sanmısan nəyə sən?
Bu səbəbdən başa keçib sayılır,
Zamanlardan zamanlara yayılır.
Yatan yatır,ayılansa ayılır,-
Salır yurdun,qurur evin, dəyəsin,
Bu dünyanı,de saymısan nəyə sən?
Haqqı qoyur nahaqq ilə üz-üzə,
Çox olanı bizə gəlir möcüzə.
Bölünübdür bir gecə,bir gündüzə,-
Salınmısan zülmət,işıq evə sən,
Bu dünyanı, de, saymısan nəyə sən?
Mömini var,kafiri var,kəci var,
Sadədili,miyanəsi,bici var.
Aqili var,cahili var,gici var,-
Divan tutar ağzı yana əyəsən,
Bu dünyanı,de,sanmısan nəyə sən?
Kəsən kəslər kəsib bəndin-bərəsin,
Qarışdırıb işlər xoruz,fərəsin.
Yazmaq olmur,zaman alır hərəsi,-
Bilmirsən ki,qınayasan,öyəsən.
Bu dünyanı,de,saymısan nəyə sən?
Bir çoxları çox çalışa-çalışa,
İsrarlıdı ona nəsə alışa.
Bir çoxu da başın qoyub balışa,-
Xornasında baxasan səs-küyə sən,
Bu dünyanı,de,saymısan nəyə sən?
Həm xilaskar,həm də yağı bilmi.əm,
Cürətlənib,həm də ondan silmişəm.
Keçirdiyim hallarıma gülmüşəm,-
Çox uçurub,çox tikmişəm dəyəsin,
Bu dünyanı,de,saymısan nəyə sən?
Qoynu olum,qoynu ölüm məbədi,
Həm qaladı,Həm saray,həm türbədi.
Nə olsa da Əbədidi,əbədi,-
Çalıb-çapıb ha quyruğun düyəsən,
Bu dünyanı,de,saymısan nəyə sən?
Bəzən elə oxşadırlar almaya,
Yeyən yeyə,ya qala,ya qalmaya.
İstəməyə,əgər razı olmaya,-
Tikəmməzsən onsuz adi pəyə sən,
Bu dünyanı,de,sanmısan nəyə sən?
İstəyəndə qüdrətinə mat qoyar,
Sevə-sevə altına lap at qoyar.
Ürəyinə yüz yerindən çat qoyar,-
Lap dönəsən,sultana sən,bəyə sən,
Bu dünyanı,de,saymısan nəyə sən?
Cəhd edəsən uçurmağa,yıxmağa,
Çevrilərsən önündə bir axmağa.
Əllərində döndərilib çaxmağa,-
Qor saçarsan düşsən də min səyə sən,
Bu dünyanı, de,saymısan nəyə sən?
Sağ buraxmaz canından min can alar,
Lap sonacan damarından qan alar.
Boş uzadıb,dopdolu fincan alar,-
Vay o günə mizanını əyəsən,
Bu dünyanı,de,saymısan nəyə sən?
Həm nazikdi,həm də qalın qabırğa,
Yüz ölünü basdırar bir qəbirdə.
Atar-tutar qoymaz qala abırda,-
Əgər ki,sən ürəyinə dəyəsən,
Bu dünyanı,de,saymısan nəyə sən?
Çidarlanar ayağından işləri,
Bir-birinə hirslə keçər dişləri.
Ürəyinə soxar qızmar şişləri,-
Gələmməsən onunla bir rəyə sən,
Bu dünyanı, de, saymısan nəyə sən?
Bəzən nökər,bəzən isə əmirdi,
Saf urfadan tutulan qəlp xəmirdi.
Od içində bişirilən dəmirdi,-
Zindan istər üstdə yaxşı döyəsən,
Bu dünyanı,de,saymısan nəyə sən?
Könlü yoxsa sənə yaxa diddirməz,
Saya salıb səni heç vaxt dindirməz.
Heç itinin tərkinə də mindirməz,-
Girsən yerə,qalxsan belə göyə sən,
Bu dünyanı,de,saymısan nəyə sən?
Görə-görə at yeriməz gərdişin,
Nəbadə sən qınayasan vərdişin.
Görəcəksə o zamanlar gər dişin,-
Birdən çaşıb onu,bax ha,öyəsən,
Bu dünyanı,de,sanmısan nəyə sən?
Bəlli olmaz sonun əgər yarışsan,
Qazanarsan olanlarla barışsan.
İşlərinə yerli-yersiz qarışsan,-
Gərək olar kəfənini geyəsən,
Bu dünyanı,de,saymısan nəyə sən?
Aksiyona çıxarılsa yalanı,
Bəlli olmaz heç satanı,alanı.
Üzə vurub onda olan-qalanı,-
Asılarsan gərçi düzü deyəsən,
Bu dünyanı,de,saymısan nəyə sən?
İstəyəndə alıx qoyar belinə,
Yem eləyər ömrü səmum yelinə.
Kor qurşun da qoymaz çata əlinə,-
Qan qusdurar çaşıb haqqın yeyəsən,
Bu dünyanı,de,saymısan nəyə sən?
Başdan-başa riyaların yuvası,
Gerçəkləri boğur abı-havası.
Səngiməyir bu səbəbdən davası,-
Dözməlisən bunca dadsız şeyə sən,
Bu dünyanı,de,saymısan nəyə sən?
İstəsə dəhnədən ruhu tərpədər,
Öz elindən ağlı salar dərbədər.
Ya qoynuna çəkər,ya da ürpədər,-
Söyləyirəm bunları da biləsən,
Bu dünyanı,de,saymısan nəyə sən?
Bu dünyanı,de,saymısan nəyə sən?!
15.11.2020-ci il,saat 19-58.
NƏ DEYƏSƏN
Nə deyəsən bu bahara,bu qışa,
Biri dolu,o biri qar ələyir.
Bəlli deyil kim tutulub qarğışa,
Kimin başın dərd ilə kim bələyir.
Qanlar əkir hərə əkə bildiyin,
Nə dayanan,nə də ki,var bir duran.
Yumur gözün,tökür tökə bildiyin.
Niyə yoxdu bir onları durduran?
Yerin-göyün nəfəsi öz yerində,
Qarışıbdı qanlı savaş-savaşa.
Nə bilim mən bəlkə günün birində,
Qəzəb enə zil yerindən yavaşa.
Bəlli olmaz güc gələcək kim-kimə,
Bəlli olmaz kim də kimi parçalar.
Yol gözləyir,müntəzirdi bir himə,
Dil çıxarıb çiçək aça alçalar.
Altmış ildi gördüyüm bu davalar,
İllərimin başın belə qatırlar.
Soyusa da sonda qızır havalar,
Hıkkılır də,havalar da yatırlar.
Bir-birinin çöldə girib bəhsinə,
Puçurların tərpədir lüt ağaclar.
Qarı qışın,qız baharın əksinə,
Şən nəğmələr ötür elə turaclar.
21.11.2020-ci il,saat 18-41.
GƏL, SƏNLƏ GÖRÜŞƏK
Gəl,sənlə görüşək elə bir vaxtda
Nə səhər,nə axşam,günorta olsun.
Nə açıq bir yerdə,nə də otaqda,
Nə yerdə,nə göydə öz yerin alsın.
Gəl,sənlə görüşək elə bir vaxtda,
Bahar da olmasın,qış da olmasın.
Nə payız,nə də qış çıxmasın taxta,
Nə çıçək açmasın,nə gül solmasın.
Gəl sənlə görüşək elə bir vaxtda,
Nə açıq olsun,nə tutulsun hava.
Nə ayaq üstə,nə ölüm yataqda,
Nə sakit duraq biz, nə açaq dava.
Bu gün olmasa da sabaha çəkək,
Sabah da olmasa,qoy,sabah olsun.
Ortaya vəd səpək,yalanlar əkək,
Sənə də,mənə də sirr agah olsun.
Sabahı yönəldək ayrı sabaha,
Ortada yaransın sabah sürbəsi.
Sən orda,mən burda göz baxa-baxa,
Olaq bu görüşün hər gün türbəsi...
21.11.2020-ci il,saat 21-58.
HAQQA GÜVƏNDİM
Büdrədim,yıxıldım,sıyrıldı dizim,
Ayağa qalxanda haqqa güvəndim.
Sürüsdüm izimə qarışdı izim,
Ayağa qalxanda haqqa güvəndim.
Haqqımı alanda,haqqı verəndə,
Nə balta aradım,nə də ki,rəndə.
Alovdan adlayıb,oda girəndə,
Ayağa qalxanda haqqa güvəndim.
Çıkdiyim acını çevirdim sözə,
Köçürdüm kağıza zər düzə-düzə.
Sinəmə tənqiddən dirəndi nizə,
Ayağa qalxanda haqqa güvəndim.
Önümü kəssə də nə qədər daqqa,
Yox, asi olmadım heç zaman haqqa.
Sözümü şax deyi gəngdə nahaqqa,
Ayağa qalxanda haqqa gövəndim.
Çölüm soyuyanda içım alışdı,
Qarıma,buzuma odum qarışdı.
Bilə də bilmədim doğru,yanlışdı,
Ayağa qalxanda haqqa gövəndim.
Nə ürək yoruldu,nə can usandı,
Kimi od,kimi də məni su sandı.
Ölüm ayaöında içib düz andı,
Ayağa qalxanda haqqa güvəndim.
Qədərsiz ölümlə qaldım üz-üzə,
Yenə də mən asi olmadım düzə.
Ayaqda qalmağım oldu möcüzə,
Ayağa qalxanda haqqa güvəndim.
Didildi həyatın qanlı dişində,
Dönmədi həyatım düz gərdiçindən.
Çox oldu yanlış da,doğru işim də,
Ayağa qalxanda haqqa güvəndim.
Çox oldu gücümdən düşmənin gücü,
Əlimlə alındı amma ülgücü.
Mən ondan alanda inadla öcü,
Ayağa qalxanda haqqa güvəndim.
Nə olsun daş ucuz,daş baha deyil,
Arxadan daş atmaq ədəb ha deyil.
Bir gün büdrəyəndə sabaha deyil,
Ayağa qalxanda haqqa güvəndim.
Olanı-olmazı ta az xırdala,
Həm bala dönərsən,həm də xardala.
Görəndə yol enir,yol qalxır dala,
Ayağa qalxanda haqqa güvəndim.
Zaman bir ümmandı,ömür bir ada,
Gah suya dalıram,gah orda oda.
Həyatda büdrəyib yıxılanda da,
Ayağa qalxanda haqqa güvəndim.
Mübariz,mənimlə getməyib yola,
Qorxular,təlaşlar süzdü yüz qola.
Allahı çağırıb çıxanda yola,
Ayağa qalxanda haqqa güvəndim.
Ayağa qalxanda haqqa güvəndim!
21.11.2020-ci il,saat 19-44.
DAŞLAMA - DAŞLAMA
Göy üzü daş saxlamaz,
Göyü daşlama-daçlama.
Bir dala köy laxlamaz,
Köyü daçlama-daçlama.
Ora haqqın öz məbədi,
Olub,olacaq əbədi.
Yenilməyən bir qüvvədi,
O şeyi daşlama-daşlama.
Ortada yox ellər rəyi,
Etmədəsən düşün nəyi.
Ələ salıb ağlı səyi,
Keyi daşlama-daşlama.
Lap da ucal,lap da böyü,
Bax,unutma yeri,göyü.
Sənə arxa duran rəyi,
Səyi daşlama-daşlama.
Öndə əyri,düz sipəri,
Yaxşı-yaman ayrı pəri.
Könlündəki eşq təpəri,
Heyi daşlama-daşlama.
Bəlli altı,üstü,dibi,
Bizlər ilə dolu cibi.
Ana torpaq bəşər evi,
Evi daşlama-daşlama.
Bir belə ki,yeyib,tıxıb,
Ağlı başa necə sığıb?
Haram puldan alıb,yığıb,
Cibi daşlama-daşlama.
Görürəm çox dayaz dibin,
Əməllərin dəyiş dəbin.
Sənlə işi olsa divin,
Divi daşlama-daşlama.
Verdiyin düz veribdisə,
Bir deyil,yüz veribdisə,
Dib sənə üz veribdisə,
Dibi daşlama-daşlama.
Məmişoğlu,haqqı sayan,
Yatmısansa,vaxtdı oyan.
Yaxşı,ya pis ellər qoyan,
Dəbi daşlama-daşlama.
21.11.2020-ci il,saat 23-18.
TAPILMIR
Məəttələm olan-qalan işlərə,
Ürəyimi qorxu çəkir şişlərə.
Yerli-yersiz ağızda biş-düşlərə,
Gümüşlənir,qızıllanıryəhərlər,
At belində gəzir kəndər,şəhərlər.
İcad olur hər gün dildə zəhərlər,
Nə bir alan,nə bir satan tapılmır.
Gah tutulur,gah da yollar açılır,
Əməllərdən zülmət,işıq saçılır.
Ədalətdən,həqiqətdən qaşılır,
Yol qoyulub,əncam tapan tapılmır.
Yerli-yersiz ola-ola sorğular,
Az qalır ki,boğazlana doğrular.
Zəmanəyə hök eləyir oğrular,
Ələ düşən,əldən sapan tapılmır.
Böhtanların qurban gızir dişləri,
At oynadır riya hoha-hişləri.
Kəc zamanda çəkməyə şər işləri,
Nə tərəzi,nə də qapan tapılmır.
Suçsuz əsir suçluların əlində,
Baş qaldırıb gəzə bilmir elində.
Fitnə gəbə,kələk qızıl yelindi,
Amma hənək,şırtıq,şapan tapılmır.
Qoşa-qoşa başın kirli oyuna,
Bir çoxları döndərilib qoyuna.
O kəsləri bu gün çəkib boynuna,
Otarmağa eldə çoban tapılmır.
Çoxaldıqca vicdanlarda çamırlar,
Göy otların üstün basır mamırlar.
Un ələnib yoğrulsa da xamırlar,
Kündə salan,çörək yapan tapılmır.
Ağıllarda çoxaldıqca sadırlar,
Xəyallarda qəlp qurulur çadırlar.
Cıdırları əvəzləyir cıdırlar,
Nə çapılan,nə də çapan tapılmır.
Bir az doğra,bir azcana kəs məni,
Cana yığıb qova-qova həs məni.
Sakit qoymu nə vaxtdan bir səs məni,
Nə bir ceyran,nə bir qaban tapılmır.
Bəşər əli bulandırıb çeşməni,
İnsan olub öz-özünün düşməni,
Bu olaylar,könül aşmır heç məni,
Ağıl dönür çox kəslərdə sipərə,
Yaxın durmur canda təpər təpərə.
Hörüləsi qarğı-qamış çəpərə,
Nə düz qurşaq,nə də tapan tapılmır.
Çox başların yolu gedir təndirə,
Ya xeyir,ya şər atına mindirə.
Zaman əli ha od sala təndirə,
Yaxşı,ya pis bir iş yapan tapılmır.
Qiyməti bir ipəklərin,çitlərin,
Mikrob kimi sayı artıb şitlərin.
Çoxaldıqca yalı qanıq itlərin,
Nə qapmayan,nə də qapan tapılmır.
Hirs yerimdə məni bərk-bərk silkələr,
Xəyalımda gəzər qara kölgələr.
Nəhəngləri yeyib tıxar kilkələr,
O kəsləri əzən daban tapılmır.
Aman vermir ayaz,sazaq,sırsıra,
Kim yeriyə,kim yıxıla,kim dura.
Dünya boyda xarabaya,andıra,
Nə döşəmə,nə də tavan tapılmır.
Ötüşdükcə Mübarizin günləri,
Əllərindən bir-bir çıxır çinləri.
Oynamasin nədən dəli cinləri.
Çox tapılan,çox da rəvan tapılmır.
28.11.2020-ci il,saat 23-57.
ƏLƏ ALAN OLMADI
Dəyişdikcə boz buludlar rəngini,
Yağış oldu göyün tuzu,zəngini.
İldırımlar ha çalsa da zəngini,
“SOS” zəngini ələ alan olmadı.
Yağan yağış selə döndü,nə döndü,
Göyün yerə xərci-borcu ödəndi.
Parlaq şimşək ha alışdı,ha söndü,
Heç cəngini ələ alan olmadı.
Yal-yamaclar ov gözlədi bərədə,
Sal qayalar ayıq durdu mərədə.
Aşıb-daşan sel-suların dərədə,
Pürrəngini ələ alan olmadı.
Biləmmədim olan gerçək,yuxudu,
Fatma nənə qösi-qüzeh toxudu.
Göylər susdu,yenə çeşmə oxudu,
Ahəngini ələ alan olmadı.
Dadlı oldu,dadsız oldu görüşlər,
Xam verməyə yetmədi dar örüşlər.
Çox üzlərə qapandı çox girişlər,
O əngini ələ alan olmadı.
Nədən,axı,göy tökməsin daş yerə?
Qoyulmada ayaq göyə,baş yerə.
Pis işini hər kəs çəkdi baş yerə,
Qəşəngini ələ alan olmadı.
Bir çoxunun məşum qəsdi-qərəzi,
Ortalığa yaydı böhtan mərəzi.
Başlananda hesab,mizan,tərəzi,
Pərsəngini ələ alan olmadı.
Çoxltdıqca içvələrin,nazların,
Könüllərin köklədilər sazların.
Bulaq üstən qaçırılan qızların,
Səhəngini ələ alan olmadı.
Təzadları duya bildim təzadda,
Bəlli oldu əyri ad da,düz ad da.
Çox gerçəklər ömür sürdü pas altda,
Öz rəngini ələ alan olmadı.
Gecə qoynun açdı aya,ulduza,
Sərinlənib hava döndü bir buza.
Gün doğuldu,damarlara qan sıza,
O zəngini ələ alan olmadı.
Ömür hər gün dəhmərlənib çapıldı,
Aylar,illər ordan bir-bir çapıldı.
Gərək oldu yəhər,yüyən tapıldı,
Üzəngini ələ alan olmadı.
Qinayım,ya qınamayım elləri,
Oğramadı,oxşamadı yelləri.
Hiddətinə qoşub dəli selləri,
O çəngini ələ alan olmadı.
Əyri durdu bədənlərdə xordalar,
Düşünüldü düzlük işı xırd olar.
Elə dindi,elə susdu xırdalar,
Söz nəhəngin ələ alan olmadı.
Təbiətin,vallah,işi məzədi,
Səhvi,düzü gül-çiçəklə bəzədi.
Çox olanı əski,çoxu təzədi,
Yekrəngini ələ alan olmadı.
Görmürsənmi,eyhamları,himləri,
Yolda qoyur,görün,kimlər kimləri.
Nə qədər də çalsaq sarı sinləri,
Tiringini ələ alan olmadı.
Şər işlərə boğaz dartdı qaz kimi,
Qəsd elədi,olan qəsdi az kimi.
Məmişoğlu ha ötsə də saz kimi,
“Şəşəngi”ni ələ alan olmadı.
Əməllərdə yaxşı,yaman qalmadı.
29.11.2020-ci il,saat 20-55.
VƏTƏNDİ
Vətən bizə soyumuzdan əmanət,
Öz soyuma inayətim Vətəndi.
Varlığımız varlğına zəmanət,-
Öz-özünə min ayətim Vətəndi.
Ən müqəddəs hekayətim Vətəndi!
Əzəl gündən o nənnim,o beşiyim,
O tanrımın çəkməliyəm keşiyin.
Vətən mənim varım,yoxum,hər şeyim,
Başlanğıcım,nəhayətim Vətəndi.
Ən müqəddəs hekayətim Vətəndi!
O dənizim,o çəmənim,o çayım,
Boynumdakı ödənilməz haqq-sayım.
Hansın deyim,hansın,axı,mən sayım?
Nəğməm,oxum,qiraətim Vətəndi.
Ən müqəddəs hekayətim Vətəndi!
Hər kəlməmdə başda gələn mübtədam,
Onsuz,könül,öz-özümə mən yadam.
Qüdrətini oddan alıb ibtidam,-
Cəsarətim,dəyanətim Vətəndi.
Ən müqəddəs hekayətim Vətəndi!
Yaxşılıqla yan-yana var yaman da,
O qoruyar,o saxlayar amanda.
Bu dünyaya gözlərimi yumanda,-
Axır duam,son ayətim Vətəndi.
Ən müqəddəs hekayətim Vətəndi!
Odur mənə alov saçan,od saçan,
Xəyalıma şirin-şirin dad saçan.
Qədərimə,qismətimə yol açan,-
Taleyimə sirayətim Vətəndi.
Ən müqəddəs hekayətim Vətəndi!
Həm dünənə,həm bu günə tanışam,
Tarix doğan hər üfüqün danı şam.
Nə zaman ki,ağız açam,danışam,-
Xəyanətə xəyanətim Vətəndi.
Ən müqəddəs hekayətim Vətəndi!
Belə gəlib əməl mənə,iş mənə,
Səngər olub qaya,yarğan,şiş mənə.
Söyləməyim gərək olub düşmənə,-
Öz eşqimi ziyarətim Vətəndi.
Ən müqəddəs hekayətim Vətəndi!
Haqq əlindən çətin əlim üzülə,
Zaman yetə lap əlli,lap yüz ilə.
Əməlimdə doğru ilə,düz ilə,-
Şərə qarşı cinayətim Vətəndi.
Ən müqəddəs hekayətim Vətəndi!
Bilsin hər kəs şanlı odlar yurduyam,
Zamanın mən yenilməs Boz Qurduyam.
Özüm boyda basılmaz bir orduyam,-
Tükənməyən qətiyyətim Vətəndi.
Ən müqəddəs hekayətim Vətəndi!
Sellər-sular aşıb-daşan həvəsim,
Vətən canım,Vətən eşqi nəfəsim.
Əllərimlə uçulub daş qəfəsim,-
Pak əməlim,saf niyyətim Vətəndi.
Ən müqəddəs hekayətim Vətəndi!
Ululardan əxz eləyib eşqimi,
Sevgilərim bəzəyib can köşkümü.
Ənbərinə könül qatıb mişkini,-
Başdan-başa məziyyətim Vətəndi.
Ən müqəddəs hekayətim Vətəndi!
Bu torpaqda ya qaya,ya daşam mən,
Ömürlərə ömür qatan yaşam mən.
Bir pozulmaz ağıl,yaddaş,huşam mən,-
Hər bir halım,vəziyyətim Vətəndi.
Ən müqəddəs hekayətim Vətəndi!
Sanmayın ki,sevgilərdən doymuşam,
Nə diləyib könül dürüst duymuşam.
Məhəbbətdən qızıl heykəl qoymuşam,-
Saya gəlməz əziyyətim Vətəndi.
Ən müqəddəs hekayətim Vətəndi!
Gəlib çatıb,gör,haçandan-haçana,
Könlüm dönüb şimşək tək od saçana.
Məndən sonra həyata göz açana,-
Tapşırığım,vəsiyyətim Vətəndi.
Ən müqəddəs hekayətim Vətəndi,
Məmişoğlu,o ocağım,o pirim,
Həm düşüncəm,həm xəyal ,həm fikirim.
Tanrı bilim,belə iman gətirim,-
Yeri-göyü sətahətim Vətəndi.
Ən müqəddəs hekayətim Vətəndi!!
04.12.2020-ci il,saat 20-02.
YIXILMA
Memarı var bu dünyanın biləsən,
Ürəyini sökə-sökə yıxılma.
Bir şey gəlməz əlinə ha ələsən,
Cana qorxu əkə-əkə yıxılma..
Tövrat,İncil,bir də Zəbur,Quran var,
Özbaşına yaranmayıb,quran var.
Bu həyatdı;-Yıxılan var,duran var,
Boş-boşuna çökə-çökə yıxılma.
Əzzəl-axır çox işləri azada,
Könlünü ver payıza da,yaza da.
Təzadları amma qoşub təzada,
Yarpağını tökə-tökə yıxılma.
Arif olsan gəlsə belə naqəfil,
Bəlli sənə bata bilməz heç cahil.
Qarşındakı rəqib olsa azrehil,
Qorxu,təlaş çəkə-çəkə yəxılma.
Bu dünyanın sayagəlməz dərdi var
Ona bahəm namərdi var,mərdi var.
Yaşamağın baqa qızıl şərti var,
Könlü qəmə bükə-bükə yıxılma.
Fərq eləməz ya cahil ol,ya ahıl,
Günahından həya elə bir sıxıl.
Çarə yoxsa yıxılırsan bərk yıxıl,
Dilimlənib tikə-tikə yıxılma.
Oğuzlaşıb,yakutlaşıb,saklaşıb,
Uyğurlaşıb,özbəkləşib çoxlaşıb.
Babaların qanı axıb paklaşıb,
Torpaq üstə ləkə-ləkə yıxılma.
Nə qədər çox yoğurulub yapılsan,
Qayğılarla doğranılıb çapılsan,
Saf inci tək dəryalarda tapılsan,
Suçlar edib yekə-yekə yıxılma.
Başın keçə lap sabunlu kəndirə,
Qoyma səni şər atına mindirə.
Dönə-dönə küt getsən də təndirə.
Ayaqda dur kökə-kökə yıxılma.
Varsa,yoxsa olanların ancağı,
Gözdən qoyma şər deyilən qancığı.
Fateh olub qalalara sancağı,
Qalib kimi tikə-tikə yıxılma.
Qıfıl vursan aöıldakı rəzgəyə,
Həhat səni döndərəcək bəzgəyə.
Boş-boşuna güvən verib özgəyə,
Gözlərini dikə-dikə yıxılma.
Bəlli qulsan,bəlli ona köləsən,
Tikən varsa gərək yarı böləsən.
Doğulmusan səbəb budu öləsən,
Qəm evini tikə-tikə yıxılma.
Baxıram ki,bir çoxuna lələsən,
Bənzəyirsən aşıb-daşan gölə sən.
Öz içindən çıxa-çıxa çölə sən,
Kəklik kimi səkə-səkə yıxılma.
Qayğılarla baş-başasan təkə-tək,
Məmişoğlu,nə əl çatır,nə ətək.
Bu zamanda oxranmamış xam at tək,
Çidarında hürkə-hürkə yıxılma.
31.12.2020-ci il,saat 14-57.
ƏLLƏRİN
Bir indi deyil ki,lap öncələrdən,
Könlündə yuvamı qurmur əllərin.
İllərlə verdiyi işgəncələrdən,
Çəkilmir geriyə,durmur əllərin.
Ən azı yüz dəfə sığaldan keçib,
Əlimdən aldığı sağoldan keçib.
Bir ufaq körpə tək cığaldan keçib,
Elə çox özünü yormur əllərin.
Sanasan hər biri bir ağ çiçəkdi,
Tutdu bu kobud əl şəhdini çəkdi.
Əlim bal arısı,əlin pətəkdi,
İşini tam başa vurmur əllərin.
Hər yerdən amanın kəsdirəndə də,
Üstündən yaman yel əsdirəndə də.
Səbəb nə əlimi küsdürəndə də,
Önündə boynunu burmur əllərin?
Qaralan bulud tək gözlərin dolub,
Baxıram,üzün də çiçək tək solub.
Anlaya bilmirəm heç nələr olub,
Əlimin halını sormur əllərin.
Çox öpüb,oxşayıb,rızasın alıb,
Səninlə arama körpülər salıb.
İllərdi əlinə uzalı qalıb,
Bəs niyə əlimi görmür əllərin?
Ötsə də ömrümün güllü çağları,
Ayaqda tutmadı canı sağları.
Qoşub bir-birinə sınıq bağları,
Əlimlə ülfətin qırmır əllərin.
Bəlkə də bilmirəm məndən küsmüsən,
Ayrı ormanların üstə əsmisən.
Bəlkə bir cəllad tək yolun kəsmisən,
Onuncun divarın hörmür əllərin?
Bəlkə qayğılarla qarışıb başı,
Bir az da sozalıb huşu,yaddaşı.
Solan üzlərinə axan göz yaşın,
Əlimlə bir yerdə silmir əllərin.
Elə lal dayanır,elə lal durur,
Könlümün başından ahlar uçurur.
Nədən əllərimdə qoymur puçuru,
Ağlamır əllərin,gülmür əllərin?
Gecəni daşıyıb hər gün sabaha,
Könlümdə naləni qoşuram aha.
Bəlkə mən bilmirəm batıb günaha,
Eşqin babalına girmir əllərin?
Araya buraxdıq çox yalanları,
Görüm yox olsunlar qal salanları.
Üzünə çəkməyib çox olanları,
Bəlkə əllərimdən sormur əllərin?
Mübariz aşdıqca çox bələnləri,
Ahından yatatdı göydələnləri.
Bəlkə də başına çox gələnləri.
Əli demir deyə bilmir əllərin?..
01.01.2021-ci il,saat 13-39.
GÖZƏLDİ
Əgər ki,yarana gözəllik ilə,
Dolu da gözəldi,boş da gözəldi.
Xam yeri sürərsə özəllik ilə,
Mala da,kotan da,xış da gözəldi.
Ey könül, üzünü tək yaza tutma,
Bir yayda baş qatıb ömrü yubatma.
Məqamı çatıbsa heç vaxt unutma,
Payız da gözəldi,qış da gözəldi.
Baxsan əyrisinə,baxsan düzünə,
Kədər var sevincin dəyər yüzünə.
Dolan gözlərindən əsmər üzünə,
Süzülüb yol salan yaş da gözəldi.
Biri qabağında,o biri üstə,
Gözlərə yaraşıq,gözlərə bəstə.
Yapışıb əl-ələ,durublar qəsdə,
Kirpik də gözəldi,qaş da gözəldi.
Heç kəsin işləri düşməsin tərsə,
Nə etsə xəyalı gecikər dərsə.
Hərəsi öz işin dürüst görərsə,
Ayaq da gözəldi,baş da gözəldi.
Hələ söyləmirəm quran əlləri,
Ortaya qoymurmu qızıl həlləri?
Cənnətə döndərir ulu elləri,
Hər şeydən önə o, başda gözəldi.
Qafili-qəflətdən azdı ayılan,
Gün kimi nur saçıb ərzə yayılan?
Nanəcib yolunun üstə qoyulan,
Pis olan kötük də,daş da gözəldi.
Çox da bəyənilir,çəkilir başa,
Aludə olma çox zərə,daş-qaşa.
Ədalət düzlüklə gələndə başa,
İş tutan ağıl da,huş da gözəldi.
Qəlbin sıxılmasın günlər keçəndə,
Dur,çalış işlərin qalmasın çəndə.
Səyyad ov bərəsin doğru seçəndə,
Kənar da,qıraq da,tuş da gözəldi.
Mübariz,əyilmə əyri gərdişə,
Ürəyin kabab tək çəkilər şişə.
Demişəm,deyəcəm bunu həmişə,
Nə ola,ömür də,yaş da gözəldi!
02.01.2021-ci il,saat 14-05.
YAXŞIDI
Hər birinin həyatda öz yeri var,
Astar dönüb üz olmasa yaxşıdı.
Könüllərə söğışmayan arzular,
Gəldi-gedər söz olmasa yaxşıdı.
Üstümüzə gəlsə belə yüz hədə,
Tükcə gəlməz eynimizə,ay dədə.
Məqamına çatmayıbsa vaxt,vədə,
Dərə dönüb düz olmasa yaxşıdı.
Dolmayıbsa,daşmayıbsa səy ilə,
Ortalığa zəka çıxar nə ilə?
Əldə olan küllü saxta rəy ilə,
Əyri dönüb düz olmasa yaxşıdı.
Rəğbətim yox mala,pula hərisə,
Şər pis olar ayaq tutub yerisə.
Ömdə gələn əlli,altmış var isə,
Ömür hələ yüz olmasa yaxşıdı.
Saf dənizdə çəkilirsə saf avar,
Bəlli olar qovulanı kim qovar.
Acının öz,şirinin öz yeri var,
Şəkər dönüb duz olmasa yaxşıdı.
Zamanında doğulanda,öləndə,
Bəlli olar zirvə,dərə,bələn də.
Həqiqəti anlayanda,biləndə,
Od sozalıb köz olmasa yaxşıdı.
Məmişoğlu ha ələnə ələklər,
İşin görər yaxşı,yaman mələklər.
Məhəbbətlə,eşqlə dolu ürəklər,
Od içində buz olmasa yaxşıdı.
02.01.2021-ci il,saat 14-37.
YOXDU, YOX
Yaşadığım saylı,saysız günlərin,
Yaxşı-yaman bir sədası yoxdu,yox.
Mənə çatan soraqların,ünlərin,
Sevgi evi,eşq odası yoxdu,yox.
Bürünmüşəm sonu bitməz ahıma,
Dərd qoyulub,qəm qoyulub şaxıma.
Göz yaşlarım dönüb qızıl toxuma,
Göyərməyə bol qidası yoxdu,yox.
Qalmayıbdı nə dözümü,nə tabı,
Nəsibimin bağlanıb pay kitabı.
Qədərimin mənə olan xitabı,
Vurulası bir sodası yoxdu,yox.
Öz başındı,daha sənin öz əlin,
Alov əlin,atəş əlin,köz əlin.
Könül sevən nazlı-duzlu gözəlin,
Mənə gələn bir qadası yoxdu,yox.
Bəlkə gedim boş ümiddən asılım,
Bir qala tək,bəlkə,dərdə basılım?
Bəlkə aciz təsəlliyə qısılım?-
Deməsinlər eşq fədası yoxdu,yox.
İllər yorub ürəyi çox xəstədi,
Nigaranam,əlim qəlbim üstədi.
Bəlkə bir gün könüldən beh istədi,
Mənsiz ona əl tutası yoxdu,yox.
Ya nökərəm,ya da elə bir şaham,
Heç olarmı olanlara kəc baxam?
Bir o qədər ağılsızam,axmağam,
Yerdə,göydə xoş nidası yoxdu,yox.
Neyləyim ki,aşmır gülü,nərgizi,
Ortalığı doldurubdu hərgizi.
Sevgi gəmim yelkən açan dənizin,
Bİr limanı,bir adası yoxdu,yox.
Əllər alıb yazlarımı əlindən,
Yellər alıb qazlarını əlindən.
Sellər alıb nazlarını əlindən,
Xoş qılığı,xoş ədası yoxdu,yox.
Mübarizin işi aşır başından,
Haqqı çıxır gözlərin qan yaşından,
Nə cür çıxsın ömrün qarlı qışından,
Bir lələsi,bir dadısı yoxdu,yox.
03.01.2021-ci il,saat 12-57.
ÖMRÜMÜ
Yazı yazan səndəkn dilək dilərəm,
Yazırsan yaz cağ ömrünə ömrümü.
Azını da,çoxunu da bilərəm,
Yazırsan yaz ağ ömrünə ömrümü.
Axa-axa çeşmə istər çay ola,
Çay tələsər bir ümmana tay ola.
Düz etibar,doğru haqqı say ola,
Yazırsan yaz çağ ömrünə ömrümü.
Yaşamışam qudu ömrü,yaş ömrü,
Doğru-dürüst,həm də ki,çaş-baş ömrü.
Bir dağ ömrü,bir qaya,bir daş ömrü,
Yazırsan yaz dağ ömrünə ömrümü.
Öz yerində hər çiçəyi,hər gülü,
Gecə-gündüz ötür şeyda bülbülü.
Bəhrə tutur,dənə dolur sünbülü,
Yazırsan yaz bağ ömrünə ömrümü.
Tər gül olum,göy çəməndə açılım,
Xoş ətir tək dörd bir yana saçılım.
Hesab soran,qanlı əli qaçılım,
Yazırsan yaz bağ ömrünə ömrümü.
Çox çıxmışam yazda,yayda dağlara,
Başım dəyib buludlardan ağlara.
Xəyallarım süzüb gedib tağlara,
Yazırsan yaz tağ ömrünə ömrümü
.
Göy çəməndə oynaqlaşa quzular,
Demək daha çoxalıbdı ruzular,
Qeyri ola könlüm,gözüm quzular,
Yazırsan yaz sağ ömrünə ömrümü.
Bir ümmandı baxasan bu dilə sən,
Çox şey verər qəvvas ola biləsən.
İnci olar doğru-dürüst ələsən,
Yazırsan yaz yağ ömrünə ömrümü.
Ürəyimdə sözün balı saxlanır,
Təb canımda nehrə kimi çalxanır,
Dalğa kimi gahdan enir,qalxınır,
Yazırsan yaz yağ ömrünə ömrümü.
Məmişoğlu,,könül eşqim azada,
Çox düşmüşəm qarlı qışa,yaza da.
Söz qoşmuşam gəlinə də,qıza da,
Yazırsan yaz haqq ömrünə ömrümü.
03.01.2021-ci il,saat 13-14.
ÖZ YOLUNDAN DÖMMƏYƏCƏM
Kin nə deyir desin mənə,
Öz yolumdan dönməcəyəm,
Ya indi,ya gələn dönə,
Öz yolumdan dönməyəcəm.
Yollar məni yorsa belə,
Lap axırı gorsa belə,
Salıb əldən qırsa belə,
Öz yolumdan dönməyəcəm.
Qoşacağam düzü-düzə,
Həqiqətdə üzə-üzə.
Haqq-ədalət üzə-üzə,
Öz yolumdan dönməyəcəm.
Suya düşsəm,oda düşsəm,
Qəm gələndə yada düşsəm,
Sonsuz fəryada dışsəm,
Öz yolumdan dönməyəcəm.
Qoynu olum,ölüm dolu,
Tariximin şanlı yolu.
Mənim yolum türkün yolu,
Öz yolumdan dönməyəcəm.
Bunu bilməz naşı,nadan,
Doğulmusam pak anadan.
Keçsəm belə qasırğadan,
Öz yolumdan dönməyəcəm.
Süstlük hara,konlüm hara,
Çapacam çox uzaqlara.
Çəkilsəm də gündə dara,
Öz yolumdan dönməyəcəm.
Babaların əmanəti,
Varlığımın zəmanəti.
Qoruyacam qəniməti,
Öz yolumdan dönməyəcəm.
Könül,sanma işlərim az,
Olanlara ömür dayaz.
Dörd yanımı sarsa ayaz,
Öz yolumdan dönməyəcəm.
Bu yol mənim haqqa yolum,
Başımdakı cıqqa yolum.
Fərq eləmir ölüm,qalım,
Öz yolumdan dönməyəcəyəm.
Bu yol əlim,bu yol qolum,
Haqq-ədalət sağım,solum.
Gərək haqqa dürüst olum,
Öz yolumdan dönməyəcəm.
Mübariz,çox işlər qəliz,
Yolum mədən,yolum filiz.
Ağıl deyir yolum səlis,
Öz yolumdan dönməyəcəm.
Öz yolumdan dönməyəcəm!
03.01.2021-ci il,saat 16-59.
VƏTƏNiN
Qara başım qarlı dağlar yaşıdı,
Zaman-zaman çox ağrılar daşıdı.
Gün glər ki,deyərləl sal daşıdı;-
Vətənin!
Odum oddu,suyum sudu yerində,
Mirvarini dərya gizlər dərində.
Məslək sözün deyər günün birində;-
Vətənin!
Ortalığa onda çıxar ərliyim,
Bəlli olar belə şiri-nərliyim.
Töhfəsidi mənə balu-pərliyin;-
Vətənim!
Zamanında sınağından keçibdi,
İradından,qınağından keçibdi.
Ürəyinin qanağından keçibdi;-
Vətənin!
Camım arxa qüdrətinə,əzminə,
Vülkan olub,dönüb odlu nəzminə.
Halal haqqın verməz yadlar həzminə;-
Vətənin!
Hara baxsan orda dürüst nizamı,
Ondan alıb sevgilərim rızamı.
Odlarından qurmuşam hər əzamı;-
Vətənin!
Könül ərkim ellərinin ərkidi,
Eşq sirrimin canı onun dərkidi.
Biləklərim sal daşının bərkidi.
Sınağından çıxa-çıxa bərkidi:-
Vətənin!
Ay olanda ürək deyir aylanım,
Çay olanda könül deyir çaylanım.
Çöllərinə,düzlərinə paylanım;-
Vətənin!
Xəyallarım xəyalına sərgidi,
Özü boyda məcumədi,dərgidi.
Şerimdəki hər misra bir igidi;-
Vətənin!
Qüdrətimi qüdrətinə borcluyam,
Fitrətimi fitrətinə borcluyam.
Hörmətimi hörmətinə borcluyam;-
Vətənin!!
31.12.2020-ci il,saat 02-17.
BAX
Çox görmüşəm yaş yuyulan,sərilən,
Budağından kal,ya dəymış dərilən.
Olan,ölən,sonra isə dirilən,
Ayaqda dik qalana bax,qalana.
Çoxaldıqca eşq,əməli saxtalar,
Çidar gedər,dalısınca noxtalar.
Heç belə də ömür olar,baxt olar,
Sən ışdəki olana bax,olana.
Döndərildim gədəyə mən,bəyə mən,
Heç bilmədim asi olum nəyə mən.
Nıyə gəldim,bu cahana niyə mən,
Doğub işə salana bax,salana.
Hər olandan bircə ölüm amansız,
Yaxşı olmur heç həyatda yamansız.
Boşalmışam,bir də dolmam gümansız,
Amma yersiz dolana bax,dolana.
Damarlarda çoxaldıqca laxtalar,
Ömürlərdən gündə düşər laxtalar.
Heç belə də qızıl tacı-taxt olar?
Vaxt-vədəsiz solana bax,solana.
Ömür odam yağmalanan şəhərdi,
Başdan-başa göz yaşıdı,qəhərdi.
Aylar ağı,illər isə zəhərdi,
Könlü çalan ilana bax,ilana.
Dərd bişilib,qəm biçilib boyuna,
Lənət olsun kəc işlərin soyuna.
Özüm ilə oynadığım oyuna,
Özüm boyda yalana bax,yalana.
Öz yanımdan getmir yana qınağım,
Əzab dostum,qarğaşalar qonağım.
Sınaq üstən gündə gəlir sınağım,
Hələ işin dalına bax,dalına.
Günlər çalır “sos” həyəcan fitləri,
Qısqırılır üstümə ov itləri.
Daraşıblar üstümə şər bitləri,
İçımdə saç yolana bax yolana.
Məəttələm çox işinə həyatın,
Özgəsinə qoyur kirli soyadın,
Ayağında səkil,qaşqa,göy atın,
Qızıl,gümüş nalına bax,nalına.
Haqq özüdü çox işləri ələyən,
Bəşər gözün qanlı yaşla bələyən.
Nakam oğlun gözü yaşlı mələyən,
Kəc ananın halına bax,halına.
Xoş günlərim çox eləyib nazı da,
Əzab qoyub qazı üstə qazı da.
Olanları nəzmə çəkdim yazıda,
Ağzımın bir “balına bax,balına”.
Gah yeriyir,gah yıxılır işlərim,
Bir-birinə hirslə keçir dışlərim.
Soyuq olur,qızmar olur şişlərim,
Sər-səxası kalana bax,kalana.
Əmin vaxtda,bu azadə əsirdə,
Bir girovam ömür adlı qəsirdə.
Diləkləri qoyub kəmdə,kəsirdə,
Qısıldığım dalana,bax dalana.
Yaxşılarım əllərimdən alınır,
Dönə-dönə məhbəslərə salınır.
Ömür sazım qəm kökündə çalınır,
Ortadakı talana bax,talana.
Gah dayanır,gah da dinir röyallar,
İnanmıram məni rahat qoyallar.
Qatarlanır acı-şirin xəyallar,
Məni məndən alana bax,alana.
Başda gedir hər bir işi bədzatın,
Soran da yox heç əjdadın,heç zatın.
Koroğluya qardaş olan Qıratın,
Yalmanına,yalına bax,yalına.
İradım var bu həyatın şərtinə,
Namərdini ovsar edir mərdinə.
Onun mənlə oynanılan nərdinə,
Peşkaş olan şalına bax,şalına.
Bol eləyib yarma,unun,kəpəyin,
Yal eləyir Ağ qazanda “əppəyin”.
Beli donqar,qotur,şilxor köpəyin,
İsti,qaynar yalına bax,yalına.
Ömür yolum gəlib çatıb bir tükə,
Çiyinlərim tab eləmir çox yükə.
Bir gözəlin gözlərindən yepyekə,
Ürəyində xalına bax,xalına.
Yaşadım mən kəc kəsim,sərt dönəmdə,
Riya,böhtan saxlanılır önəmdə.
Haqq-ədalət az olur,az gündəmdə,
Sən başımın qalına bax,qalına.
Salamatı üstələdi əziklər,
Taleyindən hər gün artdı beziklər.
Ətrafımı sardı ağzı büzüklər,
Qabırğası qalına bax,qalına.
Üzərimə hədə gəldi,hirs gəldi,
Yaxşılar da dönüb mənə pis gəldi.
Rəml atıldı o da nəsə tərs gəldi,
Taleyimin falına bax,falına.
Ya susdum,ya hönkür-hönkür ağladım,
Çaylar kimi aşıb-daşıb çağladım.
Öz əlimlə öz yolumu bağladım,
Baxt himnimi çalana bax,çalana.
Hara getdim qarşıladı göz yaşı,
Ələm daşıb basdı huşu,yaddaşı.
Qatdı əzab,möhnət,kədər,dərd başı,
Ürək,könlü nalana bax,nalana.
Dinc durmadı öz yerində fələklər,
Yeri,göyü yağır etdi mələklər.
Köhləninə suvar oldu küləklər,
Bircə dedim:-Silana bax,silana.
Əli dara düşməsin, oy,heç kəsin,
Dərd dağıdar,qəm yağmalar övkəsin.
Evyıxanın,kəmfürsətin,nakəsin,
Sərvətinə,malıma bax,malına.
Can qoydum mən çox işlərin dalınca,
Qədər döndü ovxarlı sərt qılınca.
Canım çıxdı halal haqqım alınca,
Susdu dilim,lalına bax,lalına.
Heç bilmədim nə danışım,nə dinim,
Kömək olmur nə imanım,nə dinim.
Filizləşmir nə edəm eşq mədənim,
Taleyimin yoluna bax,yoluna.
Ilhaq oldu halal-hümmət vətənim,
Tikələndi neçə yerə bədənim.
Şaqqalandım “can borcuma”ödənim,
Zaman adlı zalıma bax,zalıma.
Məmişoğlun çox yoğurub yapdılar,
İtə dönüb onu bərk-bərk qapdılar.
Bələmmədim axırda nə tapdılar,
Elə dedim:-Filana bax,filana.
07.01.2021-ci il,saat 17-36.
QALMIŞAM OD İLƏ SU ARASINDA
Bir ona yanıram ürəyim yanır,
Olanı,keçəni ürəyim danır.
Çoxu inanmayır,çoxu inanır,
Qalmışam od ilə su arasında.
Olur ki,olanı açıb deyirəm,
Dotların yanına qaçıb deyirəm.
Özüm də bilmirəm nə istəyirəm,
Qalmışam od ilə su arasında.
Nə elə həmdəmim,nə həyanım var,
Nə elə zərərim,nə ziyanım var.
Yol açan,yoluma daş qoyanım var,
Qalmışam od ilə su arasında.
Olana,olmuşa yol qoyanım yox,
Başıma gələnə qol qoyanım yox.
Qoyan da az qoyur,bol qoyanım yox,
Qalmışam od ilə su arasında.
İçindən çəkilir öz içim dara,
Dönmüşəm əlimdə bir günahkara.
Başımı götürün,bəs,qaçım hara7
Qalmışam od ilə su arasında.
Vətənim bölünüb,elim bölünüb,
Lap dibi-dəhnədən selin bölünüb.
Yaxşıya,yamana həllim bölünüb,
Qalmışam od ilə su arasında.
Payıma qədərdən zülüm bölünüb,
Olum saxlanılıb,ölüm bölünüb.
İçərim qorunub,çölüm bölünüb,
Qalmışam od ilə su arasında.
Doğmanı tutanda özgə inciyib,
Dəstəyi tutanda rəzgə inciyib,
İnciyən baxmışam düzcə inciyib,
Qalmışam od ilə su arasında.
Götürəm peşmanam,qoyam peçmanam,
Olandan həm çaşam,həm də peşmanam.
Sanasan özümə özüm düşmanam,
Qalmışam od ilə su arasında.
İçərim dolanda çölüm boşalır,
Oluma gedirəm ölüm baş alır.
Nə dolur,nə də ki,əlim boş qalır,
Qalmışam od ilə su arasında.
Anamdan ayrılıb yara gedirəm,
Özümlə yaradıb ara gedirəm.
Könlümü cüt yara-yara gedirəm,
Qalmışam od ilə su arasında.
Ömürdə ayım var ilimdən yekə,
Günüm var yanında ayım bir tikə.
Bəlalı çiynimi salmışam yükə,
Qalmışam od ilə su arasında.
Çəkilib içimdən dara gedirəm,
Barışa gedirəm,zora gedirəm.
Gör,hardan çıxıb mən hara gedirəm,
Qalmışam od ilə su arasında.
Mübariz,görəsən nə edim,axı?
Alqışım özündə gizləyib ahı.
Qəlbim dəm nökəri,qəlbim qəm şahı,
Qalmışam od ilə su arasında.
08.01.2021-ci il,saat 14-28.
ƏVVƏLİ BİLİNMİR SONU BİLİNMİR
Bir ona yanıram çox olanların,
Əvvəli bilinmir,sonu bilinmir.
Ruhumda yer alan,oy,talanların,
Əvvəli bilinmir,sonu bilinmir.
Hər yetən duyğumdan bir kərpic sökür,
Üstümə göy enir,buludlar çökür.
Fikirlər bir ucdan yarpağın tökür,
Əvvəli bilinmir,sonu bilinmir.
Dinc qoymur həyatda qayğılar məni,
Eləcə tərk edir sayğılar məni.
Yorur yaxşı,yaman duyğular məni,
Əvvəli bilinmir,sonu bilinmir.
Ağlımın beynimə səpirəm dənin,
Göyərdəm,bitirəm təbiət fənnin.
Başıma yığılan dumanın,çənin,
Əvvəli bilinmir,sonu bilinmir.
Dərd qoyur üstünə gündə bir çəki,
Çəkirəm səbirlə onu mən də ki.
O qədər artıb ki,çiynimin yükü,
Əvvəli bilinmir,sonu bilinmir.
Danışa bilmirəm dosta,tanışa,
O da ki,ayrı bir dosta danışar.
Yol alır işimdə yanlış-yanlışa,
Əvvəli bilinmir,sonu bilinmir.
Əvvələ baxıram görünmür sonu,
Axıra baxıram açılmır donu.
Tükənməz yaradıb yaradan onu,
Əvvəli bilinmir,sonu bilinmir.
Gözünü yalanla açır sabahım,
Doğrunu qoyum,bəs,yalana baxım?
Üst-üstə yığılır saysız günahım,
Əvvəli bilinmir,sonu bilinmir.
Baş-başa qalmışam yalanlar ilə,
Səni tanıyandan mən bilə-bilə.
Yalan da olarmı,dostum,bir belə?
Əvvəli bilinmir,sonu bilinmir.
Həyatda,görəsən,düzün yox sənin,
Bəlkə düz yanında qzün yox sənin.
Bu ucsuz-bucaqsız yalan ölkənin,
Əvvəli bilinmir,sonu bilinmir.
Mübarız,yapışım hansı seçimdən?
Qədərsiz ağrılar keçır içimdən.
Adlayıb saylarım çoxdan üçümdən,
Əvvəli bilinmir,sonu bilinmir.
17.01.2021-ci il,saat 14-54.
OLMADI
Diləklərim heç olmadı amanda,
Üz döndərdi məndən yaxşı,yaman da.
Dərd alıram,qəm satıram zamanda,
Bazar açıb kəsbikarlıq edirəm.
Halal haqqım haramların əsiri,
Fələk sökür əlim quran qəsiri.
Ha çalışam aşammıram bu sirri,
Ömrü-günü sonbaharlıq edirəm.
Zəhər olub başdan-başa həyatım.
Nə cür burda arsız-arsız boy atım?
Az qalıbdı yaddan çıxa soyadım,
Deyən eldə yeri darlıq edirəm.
Bir-birinə qarışıbdı işlərim,
Ürəyimə batır qızmar şişlərim.
Kara gəlmir söz ilə biş-düşlərim,
Nalə çəkib ahu-zarlıq edirəm.
Yamanlıqdan öz payımı almışam,
Çəndə azıb,kor dumanda qalmışam.
Görən kimin başına daş salmışam,
Dinən deyir çox nankorluq edirəm.
Olanı-qalanı əldə bir əlcə,
Həll görə bilmədim ondakı həlcə.
Doruya ıyridən vuruncs milçə,
Mən də ona vəfadarlıq edirəm.
Kimlərə ki,əlim verə faydanı,
Xatırladır şərlər qoyan qaydanı.
Görməsəm də haqsızlıq bu boydanı,
Çarəm qalmır lüfükarlıq edirəm.
Ay Mübariz, düşün-daşın hələ sən,
Öz-özünə kəc zamanda tələsən.
Əyri çıxmaz yüz işimi ələsən,
Demək düzə havadarlıq edirəm.
Hardan çıxıb,görən hara gedirəm?!
23.01.2021-ci il,saat 18-17.
ATMIŞAM
Bir kimsənin qınamağa haqqı yox,
Ömrü-günü hər təzada atmışam.
Təlaşlrı əminlikdən çoxdu-çox,
Səhv addımı bir qəzadı atmışam.
Nə olsa da qırpmamışam gözümü,
Atəşlərdə aramışam çözümü.
Qanmamışam öz əlimlə özümü,
Bir zamanlar yanar oda atmışam.
Axır səndən aralayıb könlümü,
Öz yerində qaralayıb könlümü,
Dönə-dönə yaralayıb könlümü,
O fəryaddan bu fəryada atmışam.
Bir belə ki,dayanmısan qəsdimə,
Od-ocağı yığıb göndər üstümə.
Mən yandıqca tamaşa et tüstümə,
Dosta deyil oxu yada atmışam.
Çərxi dönmüş fələk məndən öc alıb,
Xəyallarım illər kimi qocalıb.
Yerişlərim sanağatdan güc alşb,
Köklərimi ehtiyata atmışam.
Fərəhləri sellər kimi gur aşıb,
Ümidlərim təlaşlara dolaşıb.
Məmişoğlu, uzunlu bir yol aşıb,
Lövbərimi qəm dəryada atmışam.
18.04.2021-ci il,saat 21-57.
MƏSLƏHƏT
Düyüb yumruğunu hər axşam,sabah,
Hədə göndərirsən gündə göyə sən.
Anlaya bilmirəm özüm də,vallah,
Şiddət göstərirsən,axı,nəyə sən.
Bu göyü,bu yeri yaradan Allah,
Sənin bir onlarla işin olmasın.
Ayrı nə istərsən eləyərsən,bax,
Təki istəyində kəsir qalmasın.
İstər öz yaxandan yapış hər sabah,
Özünü özündə çəkdir divana.
Qəhrindən üstünə qızğın şir burax,
Kini də qarışdır nifrət havana.
Boşalt qəzəbinin nələr yükü var,
Əlindən gələni geri qoyma sən.
Yerindən bir dəli dəniz tək qabar,
Şərlərdən alqış al,şeytandan əhsən.
Olanı-qalanı belə tut oda,
Önünə çıxanı dayanmadan yax.
Düşün qəst etdiyin qoca dünyadan,
Əlinə nə çatar sonda ay axmaq.
Mən dedim sözümü özün bilərsən,
Ta burdan berəsi qaldı ağlına.
Düşünüb,daşınıb bir iş ələrsən,
Ya xeyir,ya da şər dönüb oğlun.
Dişini qıcayıb hər axşam,sabah,
Hədə göndərirsən yerə,göyə sən.
Özüm də anlaya bilmirəm,vallah,
Şiddət eləyirsən,axı,nəyə sən?
Belə çox çalışdım bir yol göstərəm,
Məramın düz ola,işin düz ola.
Sanma ki,əlindən qazanc istədim,
Bu olsa sözümü çəkirəm dala...
O4.05.2021-ci il,saat 18-30.
ƏZAB QULU
Mən əzabın qara qulu,
Məşəqqətin köləsiyəm.
Belə seçib işlər yolu,
Ömrü onla böləsiyəm.
Mən əzabın yaxın dostu,
Zülüm mənim qan qardaşım.
Tale belə qurub postu,
Bərk qarışıb dərdə başım.
Ağrılarla yaşa dolur,
Acılarla keçir yolum.
Hara getsəm möhnət olur,
Əzab olur sağım,solum.
Heç dincliyim yoxdu mənim,
Rahatlığım talan olub.
Getmir sisim,getmir çənim,
Dağ yanımda yalan olub.
Duman gedir,çisək gəlir,
Açılmayır başım qaldan.
Daş,torpaq,qum,kəsək gəlir,
Canım,gözüm düşür haldan.
Bilinməyir qəmin sayı,
Dərd çəkməkdən yorulmuşam.
Xatırladıb daşan çayı,
Çox bulanıb,durulmuşam.
Yerə,göyə ha ün salam,
Hara şatar,axı,əlim?
Gərək həyat dərsi alam,
Çox öyrənəm möhnət elm.
Başqa yolum yoxdu daha,
Çatmalıyam mənzilimə.
Üzümü tutub Allaha,
Can atıram,oy,ölümə.
Mən əzabın qara qulu,
Məşəqqətin köləsiyəm.
Yolum bəlli,üzü sulu,
Ömrü onla böləsiyəm.
Yaşayası,öləsiyəm.
05.05.2021-ci il,saat 08-42.
QAŞLARIN
Baş-başa cüt bəstədi,
Ala gözlər üstədi.
Məndən canım istədi,-
Qaşların.
Qüdrətindən çəkili,
Əyri ayın şəkili.
Eyhamların vəkili,-
Qaşların.
Düyünlənib baş-başa,
Xəyalımla daşdaşa.
Əlin sala daş-başa,-
Qaşların.
Ağ gecədə qara ay,
Gözəllikdən haqqı-say.
Bərk dartilmış yaydı-yay,-
Qaşların.
Tellərə nazbalıcdı,
Könlümü əzdi,xıncdı.
Ovxarlanmış qılıncdı,-
Qaşların.
Xatırladır tər gülü,
Öz yerində sərgili.
Yada salır vergülü,-
Qaşların.
Çəkilibdi düz başa,
Hakim ola yaddaşa.
Çevrilibdi daş-qaşa,-
Qaşların.
Dayanıb halə-halə,
Calal qoşub calala.
Car olan cüt şəlalə,-
Qaşların.
Ala gözlər piyalə.
Üst-başı jalə-jalə,
Hər biri qara lalə,-
Qaşların.
Könül sevnir tər gülü,
Ona uyğun dər gülü.
Gözlər üstə qoyublar
Baş-başa cüt vergülü,-
Qaşların
Qəhri basa-basdadı,
Çaşıb kim ki,basdadı.
Görərsən ki,tasdadı,-
Qaşların.
Yerində hər ədəbi,
Bir gözəllik məbədi.
Belə qala əbədi,-
Qaşların.
Yazı qızıl xətlədi,
Könlün yolu qətlədi.
Ülviliyə mətlədi,-
Qaşların.
Hər biri bir kitabdı,
Xəyalıma xitabd.ı
Eşqimizə itafdı,-
Qaşların.
Köz üstündə kababdı,
Həm sual,həm cavabdı.
Gərilməyi savabdı,-
Qaşların.
Gah buraxır,gah asır,
Mübarizə dağ basır.
Zaman basır,çağ basır,-
Qaşların.
01.09.2021-ci il,saat 23-57.
YENƏ DƏ YAŞATDI BİZİ
Ata getdi,ana getdi,
Dedik dünya işin bitdi.
Vallah ömür bir igiddi.
Yenə də yaşatdı bizi.
Bəzən ışlər yağ oldular,
Əridilər dağ oldular.
Çağlayıb bulaq oldular,
Yenə də yaşatdı bizi.
Ürək arxa çıxdı cana,
Odlarını qatdı qana.
Acılarda yana-yana,
Yenə də yaşatdı bizi.
Əl işlədi dən topladı,
Göz işlədi çən topladı.
Ağıl sərvət,çin topladı,
Yenə də yaşatdı bizi.
Xub yuxudan durub erkən,
Açdı bizə qızıl yelkən.
Ağıl ahıl,duyğu ərgən,
Yenə də yaşatdı bizi.
Çaylar kimi daşa bildik,
Bərk bəndləri aşa bildik.
Sanki bizlər odeyildik,
Yenə də yaşatdı bizi.
Qismət sərt üzün göstərdi,
Çoxu çəkdi çörək dərdi.
Ömüş gümüş balu-pərdi,
Yenə də yaşatdı bizi.
Saldı bərkə,saldı boşa,
Dərdi,qəmi verdi qoşa.
Yaşamağa qoşa-qoşa,
Yenə də yaşatdı bizi.
Olduq oğul,olduq ata,
Qanad taxdıq etimada.
Biz sakin, o oldu oda,
Yenə də yaşatdı bizi.
Təmiz oldu,kirli oldu,
Müəmmalı sirli oldu.
Gur ocaqlı,pirli oldu,
Yenə də yaşatdı bizi.
Ayaq getdi,əl işlədi,
Sular qalxdı,sel işlədi.
Açar,qıfıl,həll işlədi,
Yenə də yaşatdı bizi.
Oldu qundaq,oldu bələk,
Qoymadı ki,vaxtsız ölək.
İllər Xızır,ömür mələk,
Yenə də yaşatdı bizi.
Bəzən doğru,bəzən nahaq,
Yol bağlandı,sən işə bax,
Ümid verib tabax-tabax,
Yenə də yaşatdı bizi.
Mübarizə oldu agah.
Əvvəli Rast,sonu Segah.
Müəmmaymış ömür,vallah,
14.05.2021-ci il,saat 23-19
ƏLLƏRİM
Bərkdə-boşda bərkidi,
Iş yazılı dərgidi.
Zəhmət dolu sərgidi,
Əllərim.
Elə özün bərkitdi,
Rahatlığın tərgitdi.
Həyat nədi,-dərk etdi,
Əllərim.
Oda-közə qalandı,
Dinclikdən daldalandı.
Ev qurub, yurd salandı,
Əllərim.
Çalışdı,dən daşıdı,
Çalışmamın yaşıdı.
Baxtın məhək daşıdı,
Əllərim.
Çox çalışdı,yoruldu,
İçdə halı soruldu.
Qabarlara sarıldı
Əllərim.
Çox bulandı,duruldu,
Çalışmaöa vuruldu.
Kərpic-kərpic söküldü,-
Kərpic-kərpic quruldu,
Əllərim.
Özü boyda həyatdı,
Yaşa dolub,boy atdı.
Halal zəhmət soyaddı,
Əllərim.
Həm arı,həm çiçəkdi,
Dən topladı,tum əkdi.
Alnımın tərlərindən,-
Şəhdi-balını çəkdi,
Əllərim.
Müdam qurdu,yaratdı,
Vaxt sobaya od atdı.
Ömrə qızıl balu-pər,-
Taleyə ağ qanaddı,
Əllərim.
Mübarız,addımbaşı,
Qabar oldu başdaşı.
Bişirdi əməl aşı,
Əllərim.
22.06.2021-ci il,saat 23-36.
İSTƏSİN
Arxa,kömək diləyən kəs,
Divarı məndən istəsin.
Yaxşı-yaman ələyən kəs,
Havarı məndən istəsin.
Ya aşikar,ya xəlvəti,
İstəyən varsa sərvəti.
O mal-mülkü,o dövləti,
O varı məndən istəsin.
Nə utansın,nə çəkinsin,
Od verim yaxşı isinsin.
Məndə çatmır yarı desin,
Tam yarı məndən istəsin.
Nəyim varsa tapım verim,
Ağlın ona sapın verim.
Şirin canın ləziz yerin,
Nübarın məndən istəsin.
Hay deyəndə çatım haya,
Dönüm aşıb-daşan çaya.
Çevrilim bir haqqı-saya,
Simsarın məndən istəsin.
Görüb ömrüm çox gerçəyin,
Töksə belə tər ləçəyin.
Qarda,buzda gül-çiçəyin,
Baharın məndən istəsin.
Köçüb gedən ellərimin,
Aşıb-daşan sellərimin,
Bacarırsa əllərimin,
Qabarın məndən istəsin.
Əgər ələ verə yaxa,
Məmişoğlu,durum arxa.
Ya sakit,ya qorxa-qorxa,
Vüqarı məndən istəsin.
31.07.2021-ci il,saat 23-02.
DAĞLARDAN DƏRS AL
Dağlar da dağlara söykənib deyə,
Daölar ayaq üstə qala biliblər.
Ulduzlar onunçun toplanıb göyə,
Onlar da oranı qala biliblər.
Qüdrət də,qüvvət də torpağa bağlı,
Dağlar yer təkinə kök atıbdılar.
Zirvələr heyrətdə saxlayıb ağlı,
Qaldırıb göylərə yer qatıbdılar.
Dərəyə toy tutub hay salan çaylar,
Yer üstə sanasan sular şimşəyi.
Bir qorxu,bir təlaş,bir ümid paylar,
Tərpətsən yerindən dağda hər nəyi.
Hellanlar ağladar,uşqun kiridər,
Zirvəli dağların böyük qüdrəti.
Dumanı doğurar,çəni əridər,
Qayalar namusu,daşlar qeyrəti.
Dəli sel doğuran,dəli yel yoran,
Tikən də,sökən də zirvəli dağdı.
Nə ola,dünyada bir evcik quran,
Dağlar da,şair dost,körpə uşaqdı.
Dağlar gülə bilir,ağlaya bilir,
Bəxtəvər gəlindi,yaslı anadı.
Çənlə susa,sellə çağlaya bilir,
Dağ yellər,yellər də dağlar qanadı.
Dağlar döşlərinə gül də düzörlər,
Qayalı səngər də olurlar hələ.
Gözişləməz sisdə,çəndə üsürlər,
Sal daşlar canına düşür vəlvələ.
Çidarın qoparan ildırımların,
Döşündən geriyə vuran da dağlar.
Çilik-çilik olan sıldırımların,
Qolun-qabırğasın yığıb bir yerə-
Sağaldıb dalında duran da dağlar.
Alıb ağuşuna meşə balasın.
Dizləri üstündə uyuda bilir.
Ceyran yal-yastanın,cüyür talasın,
Od qoyub tandıra,soyuda bilir.
Ələdib ağlağan bulud ləlini,
Göyləri yerlərə çapdıra bilir.
Yerlərdə sürünən düzlər əlini,
Əlində göylərə çatdıra bilir.
Dərə də doğurur,yal da,bələn də,
Qayalar baş-başa çata da bilir.
Xoşu gəlməyəni vaxtı gələndə,
Qatıb sel döşünə durduğu yerdən-
Ayaqlar altına ata da bilir.
Qartalın qıyına qoşub qüvvəsin,
Ənginlər yanına havalandırır.
Parlayan günəşə açıb zirvəsin,
Qarları,buzları havalandırır.
Sərvəti vüqardır,dövləti qüdrət,
Dağlar göy taxtıdı,torpaq tacıdı.
Eşq ilə yaradıb dağları Qüdrət,
Dağlar yerə-göyə qardaş-bacıdır.
Ey könül,dərsini sən dağlardan al,
Onlara bir yaxşı nəvə ol,barı.
Onlarla yan-yana sən də qalx,ucal,
Ömürdən,taledən,baxtdan bir yarı.
...Dağlar da dağlara söykənir deyə,
Yıxılmır,ayaqda qala bilirlər.
Baş vurub ulduzlar saxlayan göyə,
Orda da dağlar yer ala bilirlər.
25.07.2021-ci il,saat 16-55.
DOST OLDULAR
Məhəbbətdən naxışdılar,
Bir-birinə baxışdılar.
Bir köynəyə sığışdılar.
Gözlərimiz dost oldular.
Kitab kimi oxundular,
Gördük ki,çox yaxındılar.
Bir-birinə toxundular,
Üzlərimiz dost oldular.
Bir alışıb,bir yandılar,
Yan-yana cüt dayandılar.
Odları qiblə sandılar,
Közlərimiz dost oldular.
Dostluq qatdı ömrə dadı,
Doğma etdi hər bir yadı.
Doğruldub düz etimadı,
Sözlərimiz dost oldular.
Boyun söydük,əzizlədik,
Kirdən,pasdan təmizlədik.
Süsənlədik,nərgizlədik,
İzlərimiz dost oldular.
Çox üyütdü əyrilər dən,
Gen gəzdik o qeyrilərdən.
Təmizlənib əyrilərdən,
Düzlərimiz dost oldular.
Ovxarlanmış od qılıncdı,
Həyat bizi əzdi,xıncdı.
Görəndə daş nazbalıncdı,
Dizlərimiz dost oldular
Güldü üzə çağlarımız,
Belə artdı bağlarımız.
Başı qarlı dağlarımız,
Düzlərimiz dost oldular.
Sözə qatıb ləziz dadı,
Dəyişdirdi qələm ladı.
Duyub təmiz istedadı,
Mızlərimiz dost oldular.
Məmişoğlu oldu şüşə,
Könül başın qoşdu işə.
Doğruluqda bişə-bişə,
Çözlərimiz dost oldular.
Sözlərimiz dost oldular.
04.09.2021-ci il,saat 10-13.
YAŞAYIM
Bilmirəm ki,nə olacaq axırım.
Qalay pozuq yaşda qalan paxırım.
Örüşünə yaxın gəlmir naxırım,-
Sapandına qəlbi,qoy,at raşayım,
Duyğuları hər gün oyat yaşayım.
Söz göyərdər qələm kazız,daş üstə,
Bu olmazsa yaşı qoyma yaş üstə.
Arxasından tullamağa daş istə,-
Öncə gərək,sonra heyhat yaşayım,
Duyğuları hər gün oyat yaşayım.
Söz qoşmayıb bu əl oğuz elinə,
Yaxşı-yaman nəyi var düz bilinə.
Dönə bilmir neyləyim dağ selinə,-
Ov bərəmdə elə səyyad yaşayım,
Duyğuları hər gün oyat yaşayım.
Göy üzündə təzə doğan ay dilim,
Elə yaşat günlərimi ay bilim.
Xam şəkərim,təhnə balım,ay dilim,-
Sözlərinə ətrimi qat yaşayım,
Duyğuları hər gün oyat yaşayım.
Canım yorğun,ruhum hovlu,havalı,
Ömrü-günü keçirmişəm havalı.
Nə qədər ki,olmamışam tovalı,-
Köməyim ol bir az rahat yaşayım,
İlhamımı hər gün oyat yaşayım.
Girən kəslər yaman girib haqqıma,
Günlərimi döndəriblər zəqquma.
Utanmadan nahaq hələ haqq uma,-
Ona qoyum hansı soyad yaşayım?
Duyğuları hər gün oyat yaşayım.
İşləsə də yaxşı-yaman rəndələr,
Düzəlməyə yaxın gəlmir bəndələr.
Mənim Rəbbim,könlü təlaş dən dələr,-
Yaza çıxart günlü həyat yaşayım.
İlhamımı hər gün oyat yaşayım.
Bir-birindən ağır gəlir hər ilim,
Nədən belə olur,axı,nə bilim?
Yaranışdan şəkər dilim,bal dilim,-
Bir böyü,bir az boy at yaşayım,
İlhamımı hər gün oyat yaşayım.
Vətənimin bir bölünmək dərdi var,
Ürəyimin sınıqlığı,pərti var.
Sözlərin də namərdi var,mərdi var,-
İstəmirən nimdaş,boyad yaşayım,
Duyöuları hər gün oyat yaşayım.
Bir olumdu,bir ölümdü həyatım,
Nə cür durum,nə cür belə boy atım?
Bəlkə çoxdan oxunub son bayatım,-
Yaş payımın üstə yaş at yaşayım,
Duyğuları hər gün oyat yaşayım.
Dadsızları çox qarışıb ləzizlə,
Necə deyim bunları gəl təmizlə?
Vur öldür,ya Məmişoğlun əzizlə,-
Əldə olsun hər ehtiyat yaşayım,
Duyğuları hər gün oyat yaşayım.
İlam versin ömür,həyat yaşayım!
13.09.2021-ci il,saat 22-48.
TANI MƏNİ
Gəl,səninlə olaq tanış,
Deyim kiməm tanı məni.
Ya danışma,ya da danış,
Bol təmkinəm tanı məni.
Ürəyimdə sözün dəni,
Belə tanı,belə məni.
Oğuz yurdu,söz vətəni,
Yanır sinəm tanı məni.
Dərd selinə basılmışam,
Haqq yolunda asılmışam.
Yaddaşlara yazılmışam,
Haqq elşinəm tanı məni.
Bölünmüşəm yaxşı,pisə,
Qarışıbdı misim-misə.
Ellərim tar,özüm isə,
Sarı siməm tanı məni.
Bir möhlətəm,bir amanam,
Yaxşılıqdan pay umanam.
Başdan-başa pak imanam,
Dürüst dinəm tanı məni.
Özüm boyda bir qalacıq,
Önüm bağlı,yolum açıq.
Baş verəsi bir olacaq,
Bir mümkünəm tanı məni.
Dərd əliylə ovulmuşam,
Dərilmişəm,sovulmuşam.
Rahatlıqdan qovulmuşam,
Bir sürgünəm tanı məni.
Tanıdınmı məni,atam,
Nə aldım ki,nə də satam?
Nigaranam,narahatam,
Çox gərginəm tanı məni.
Həyalıyam qöz-gəlindən,
Baratım var haqq əlindən.
Öz soyumun təməlindən,
Saf cəhliməm tanı məni.
Yerə,göyə bənzərim var,
Sinəmdə göy Xəzərim var.
Doğru,dürüst nəzərim var,
Səhih himəm tanı məni.
Ağıl əldə ləziz loxmam,
Onunçun heç nədən qorxmam.
İşim aznan,işim çoxnan,-
Sözlə şəfa verən loğman,
Ha həkiməm tanı məni.
Uzun yolum haqqın yolu,
Ömür adlı çayın qolu.
İçi-çölü iman dolu,
Bir sakinəm tanı məni.
Haqqa gedən halal yolam,
İstəməm ayrı da olam.
Ədalətə bağlı qolam,-
Çayam,suyu bola-bolam,
Limhəliməm qoru məni.
Haqq nökəri,haqq quluyam,
Aqqqın vuran sağ qoluyam.
Yaxşılıqla dopdoluyam,
Çimhaçiməm tanı məni.
Mübarizəm, haqqı-sayım,
Boynumdakı babal payım.
Bir olsa da bir vaxt sayım,
İndi minəm tanı məni.
Bildin kiməm,tanı məni?!
16.09.2021-ci il,saat 09-14.
QINAQ
Ceyrana qaç deyirlər,tazıya tut
Atalar sözü
Ceyrana qaç desən,tazıya da tut,
Əlinə nə gələr zaman,ay zaman.
Ayılıb görərsən olmusan tabut,
Döşündən ödül tək asılıb yaman.
Dillənib susarsan,susub dinərsən,
Özündən kimsəyə yetişməz hayın.
Durduğun yerdəcə heçə dönərsən,
Öldürər səni də əməl əzvayın.
Hiyləni dayandır,fitnəni saxla,
Nə qədər gec deyil,çıxmayıb qanın.
Bunlarsız var olar hansı bir haxla,
Daşınar damarla al qızəl qanın?
Haqsızı çəkəndə hamıdan başa,
Əllərin titrəməz,üzün ağrımaz.
Ürəyin yerində dönər bir daşa,
Onu qəm ovammaz,ələm doğramaz.
Bura ki,çatmısan bir düşün barı,
Əvvəlin gəlib,qoy,sonun da gəlsin.
Ömrünün xəzanı,yayı,baharı,
İllərin qışı da yanında gəlsin.
Əməlin pisliklər içindən keşib,
Qorxuram şərlərə olasan qala.
Ölümlər içindən ölümlər seçib,
Əllərin başını sala xal-xala.
Madam ki,beləsən bir düşün,daşın,
Bu yolu tutanda sonu nə olar.
Eləcə özünə qarışar başın,
Namın da yerindən bir dəm alçalar.
Ya pislər yaninda dayan pisə dön,
Ya da ki,yaxşılar yanında yer al.
Özün bil,ya oda,ya da hisə dön,
Axır ki,bir üzün sən üstündə qal.
Bəllidi yamana yamanın özü,
Nə ola,nə ola verməz heç aman.
Yaranan günündən ellərin gözü,
Bir mizan,tərəzi olub hər zaman.
Bəllidi nə töksən bu gün aşına,
Çıxacaq yeyəndə o da qarşına.
Ta burdan beləsin özün bilərsən,
İstəsən bir doğru yola gələrsən.
Ceyrana qaç dedin,tazıyasa tut,
Əlinə nə gəldi zaman,ay zaman?
Ayılıb görəndə olmusan tabut,
Əməlin etməzmi səndən əl-aman?!
15.09.2021-ci il,saat 17-37.
BİR ATA, BİR ANA TƏK
Doğan günəş qızılyelin,
Çıxar üfüq örüşünə.
Hər gün dağdan ağır elin,
Belə gələr görüşünə.
Səpər yerə işıq ləlin,
Keçirərək nur şişinə.
Təbiət uzadar əlin,
Girişər sağmaq işinə.
Sağdıqca al şəfəqləri,
Badya dünya nurla dolar.
Basıb sel tək üfüqləri ,
Atəş-atəş orda qalar.
Göylər alov almaları,
Budağından yerə salar.
Ana yeri göyün barı,
Beləcə ağzına alar.
Açıb-daşar ziya südü,
Köpüklənər qızil şölə.
Günəş verər od öyüdü,
Nurun yerlə bölə-bölə.
Kainatın qapıların,
Hər səhər gün belə açar.
Ortalığa töküb varın,
Hər yana od ətri saçar.
Sağına gün gələr hər gün,
Kainatın arxaçına.
İlmə vurun,sığal çəkin,
Yerin əriş-arğacına.
Qarnıboğaz,qızılyelin,
Əmcəkləri əldə inək.
Gözü yolda qalıb elin,
Yol gözləyir həm nigaran,
Həm arxayın,həm sevincək.
Çox gözlətməz qızıl inək,
Öz həmlini yerə vurar.
Fərəhlənib bir uşaq tək,
Ellər səbrin ipin qırar.
***
Şəfəqlərdən əynimizə,
Dönə-dönə paltar verir.
Qəlbimizə,beynimizə,
Qüvvə qatır,təpər verir.
İşıq doğur,ziya doğur,
Qat illərin gğzünə sən.
İllər ələ,ömür yoğur,
Qədərinə,özünə sən.
***
Ay Allah Bu olan nədi,
Nə sehirli bir səhnədi?
Alov südü sənək-sənək,
Atəşsüdü sənək-sənək.
Axıb gəlir nə öynədi,
Baxmayır ki,bu yer nədi,
Baxmayır ki,bu göy nədi.
Gərək uşaq tək sevinək,
O nurları əynimizə-
Paltar edək biz geyinək.
Od da verir ətək-ətək,
Nur da verir ətək-ətək.
Doğulan gün qızılyelin,
Nurla dolu ballı pətək.
Alov saçır ətək-ətək,
Atəş saçır ətək-ətək.
Ziya saçır ətək-ətək,-
Üstümüzə sayə salır,
Bir ata tək,bir ana tək.
16.09.2021-ci il,saat 15-56.
YAXIN GƏLMİR
Görün nə günə qalmışan,
Ölüm mənə yaxın gəlmir.
İçimdən bəərk saralməşam,
Çölüm mənə yaxın gəlmir.
Bənzəməyir halım hala,
Ha sevic,ha fərəh cala.
Meyli salıb həsbi-hala,
Könlüm mənə yaxın gəlmir.
Aldığını alıb gedir,
Dincliyimi çalıb gedir.
Yanar oda salıb gedir,
Əlim mənə yaxın gəlmir.
Acısına acı qatır,
İşə odu,sacı qatır.
Qardaş qatır,bacı qatır,
Elim məni bəyənməyir.
Dönə belə bir zülala,
Oxşar olur tək hilala.
Ha beyni sürt,ha cilala,
Elm mənə yaxın gəkmir.
Işləri salıb nəhs ilə,
Önəmi verib təhsilə.
Bu yarışla,bu bəhs ilə,
Zülüm mənə yaxın gəlmir.
Göylərinə çatam belə,
Dəryasında batam belə.
İçinə bal qatam belə,
Dilim mənə yaxın gəlmir.
Başdan-baça olur qada,
Nə etsəm də gəlmir dada.
Dönsə belə dönür yada,
İlim mənə yaxın gəlmir.
Dərd əlində cıxır canım,
Mübariz,de,sönüm,yanım?
Aşıb-daşır həyəcanım,
Selim mənə saxın gəlmir.
17.09.2021-ci il,saat 13-19.
ATAM, ANAM AZƏRBAYCAN
Torpağına toxu0m kimi
Al qanımı əkmişəm ki,
Göyərəndə hürrə dönə.
Cismimdəki ruhum kimi
Səni başa çəkmişəm ki,
Nəyim varsa dürrə dönə!
Ömrüm-günüm Xan Araza,
Dəli-dolu Kürə qönə!
İstilalı zaman-zaman,
Xoş iqbalı zaman-zaman
Diləklərə yar etmişəm.
Xoş gündə də,dar gündə də,
Səni hər vaxt var etmışəm.
Ağlıma dərs öyrətmişəm.
İstibdada verməz aman,
Köləliyə verməz aman.
Nə olsa da yaxşılığın,
Qoymaz yerin tuta yaman.
Cismimdəki ruhum bilib,
Gəzdirmişəm səni başda.
Səni məhvər oxu bilib,
Yaşatmışam mən yaddaşda.
İstəmişəm pir olasan.
İstəmişəm öndə gedib,
Hər zamanda bir olasan.
Bir açılmaz sirr olasan.
Yerlərinə,göylərinə,
Nurlar salar qaymağını.
Gözlərimlə görəm sənin
Qabağında başlar yerə
Dizlərini qoymağını.
Bir yenilməz hürr dolaşa
Hər elini,oymağını.
Bir açılmaz sirr dolaşa
Qüdrətini bu cahana
Dönə-dönə yaymağını.
İstəmişəm başdan-başa
Pak,müqəddəs nur olasan.
Xəyalimda aşıb-daşan
Yaz selindən gur olasan.
Uluların əmanəti,
Nəsillərin zəmanəti.
Babaların bir təkliyı,
Nənələrin ipəkliyi-
Mənim adlı-sanlı yurdum.
Pak,tər-təmiz qanlı yurdum.
Zamandakı böyük ordum.
Zatın,kökün,hoyun zəngin,
Davranışın hoyun zəngin.
Bir-birindən əzəmətli
Törən zəngin,boyun zəngin.
Ayağıma gətirmisən,
Yerin təkin,göyün əngin.
Qaldırmısan mavi göyə,
İstiqlalın çərpələngin.
Ürək ilə çaldırmısan
Əməllərin könül zəngin.
Baban Boz Qurd,atan qartal,
Özün qartal balasısan.
Ənginlərə ucalıb sən,
Orada yurd salasısan.
Dəyanətin səltənəti,
Əzəmətin qalasısan.
Bu günədək var olmusan,
Yarın da var olasısan.
Göylər kimi boşalmısan,
Göylər kimi dolasısan.
Ədalətin xilaskarı,
Həqiqətin xilasısan.
Zərifliyin,təmizliyin
Doğru,dürüst cilasısan.
Başdan-başa alov yurdum,
Gur ocağım,ziyam,nurum,-
Zamanda basılmaz ordum.
Sənə olan esqimin mən
Heykəlini oddan qurdum.
Alov oğlu,od balası,
Ana,atam Azərbaycan!
Həyata yön,işığa yön,
Bir əbədi günəşə dön.
Hər zamanda belə dayan,
Taleyimdə hər dəm parla-
Həmişə yan Azərbaycan!
***
Səpil daşa, daş partdasın,
Təpil başa,baş partdasın.
Yaxşıların üzü gülsün,
Pislərin bağrı çatdasın.
Şər işlərin palazının
Ətəyini,qoy,qatdasın.
Əkil quma, qum göyərsin,
Çəkil tuma,tum güyərsin.
Sarıl muma, mum göyərsin,
Sorul şuma,şum göyərsin.
Xəyalımda istiqlala
Yollar açan ruh boy atsın.
Türk soyumdan dərsin alıb,
Şux böyüyüb,boy atsın.
Ürəyimdə aşb-daşan,
Saf,sarsılnaz eşq oyatsın.
Bir danılmaz haqq göyərtsin,
Şanlı,qızıl vaxt göyərtsin.
Həmin vaxtı çəkim başa,
Öz ımrümdə çevrilim mən,-
Bir yenilməz vətəndaşa.
Sellər kimi daşa-daşa,
Özün çırpıb dağa-daşa
Qaqqıldaşa-qaqqıldaşa
Gur axımlı Kürüm gəlsin.
Köməyimə tariximin
O üzündən Kürüm gəlsin.
Ayaq üstə yatanlarla
Bir işim yox,dirim gəlsin.
Ortalığa zaman-zaman
Səlnamələr cünglərində
Yatan səhih sirrim gəlsin.
Ortalığa bəşər ağlı
Səcdə edən pirim gəlsin.
Babək adlı,Tomris adlı
Erkək,dişi şirim gəlsin.
Köməyimə göyüm gəlsin,
Köməyimə yerim gəlsin!
Alın tərin qatım ona,
Tum basdırım eşq göyərsin.
Hər könüldə qızıl oda,
Alov,atəş dada-dada,-
Bir müqəddəs köşk göyərsin.
Çevrilsin göy göyərçinə,
Çevrilsin bir göy əlçinə
Qatılsın xoş rəy içinə.
Bərkə düşsəm heyim olsun,
Ürəyimin başındakı
Nəğmə ötən neyim olsun.
Nə ömürdən şikayətim
Nə vaxtdan gileyim olsun.
Belə olum,könül,belə,
Axa-axa dönüm selə.
Gur çaylara döş verim mən,
Dönüm dağdan ağır elə.
Ömrə-günə yaş verim mən,
Od kəsərli ağıllara
Daş dözümlü huş verim mən.
Pak,müqəddəs əməllərə,
Mala,kotan,xış verim mən.
Türfə-türfə gözəllərə,
Könlümdən alqış verim mən.
Qara dönüm yağa-yağa,
Yorğan olum bu torpağa ,-
Bəhrə qatəm hər bir çağa,
Öz-özümə olum ağa.
Tər çiçəyə qatım gülü,
Bir günəş tək yerə,göyə
Şəfəqlərdən sərim tülü.
Səpim daşa,daş göyərsin,
Təpim başa,baş göyərsin.
Göy dil açsın,yer dil açsın,
Yerlər,göylər xəyalımda-
Bir-birilə qucaqlaşsın.
Çəmən-çəmən çiçəklərim
Hər bir yana ətir saçsın.
Vətən eşqim göyər mənim,
Bara dolsun könül zəmim.
Artsın hər gün ağıl dənim
Ümmanlara yelkən açır
Görmürsənmi,sevgi gəmim?!
Sən özün ol dor ağacım,
Sən özün ol ağ yelkənim.
Qanadım ol arzum mənim!
Canım mənim,gözüm mənim,
Ən dəyərli,ən müqəddəs,
Dilimdəki sözüm mənim.
Taleyimin nur qalası,
Alov oğlu,od balası.
Anam,atam Azərbaycan!
Yaranışdan bol günəşli
Əbədi al səhərlərə
Gözlərimdən sökülsün dan.
Hər zamanda belə dayan.
Belə alış,bax,brlə yan.
Taleyimdə belə parla,
Bir yenilməz iftixarla.
Dayanmadan zaman-zaman,
Hər dəm parla Azərbaycan!
28.09.2021-ci il,saat 21-43.
DEYİL
Sən deyən ocaqlar alışdı keçdi.
Havayı üfləmə alışan deyil.
Vaxt ötüb,olası cəhdlərin heçdi,
Ta əllər bir işə dolaşan deyil..
Həmin dəyirmanda sular sovulub,
Elə dəhnəsindən düzlük qovulub.
Zamanda ədalət burnu ovulub,
Daha hər olana bulaçan deyil.
Beləcə çapdırıb kəc işlər atın,
Göylərin,yerlərin tutub hər qatın.
Bəlli eləyiblər nakəslər zatın,
Kimsələr onlarla ulaşan deyil.
Düz işlər yönünü döndərib tərsə,
Kəsərli ağıllar geçikib dərsə.
Təmkinlər basılıb kəmfürsət hirsə,
Bizlərə nə ola yol açan deyil.
Üzlərə bozarıb qədərin üzü,
Yalanlar əllərdən alıblar düzü.
Qaranlıq gecələr basıb gündüzü,
Ta nurlar zülmətə dolaşan deyil.
Sevgilər çıxıblar sevgiliyindən,
Könüllər yarımır kəm biliyindən.
Sıxsan şət tökülər hər iliyindən
Çox ağıl dağ keçib,yal aşan deyil.
Mübariz,sınanıb hər bərkdə,boşda,
Heç nəyə yaramır bu işi boşda.
Bacarsan yepyeni bir işə başda,
Ona çox güvənmə çalışan deyil.
01.10.2021-ci il,saat 14-58.
QORU BİZİ
Yalvarıram,qadir Allah,
Özümüzdən qoru bizi.
Axıam-axşam,sabah-sabah,
Gözümüzdən qoru bizi.
Tutaq,pislik yası olaq,
Qoyma ömrə ası olaq.
Bəlkə xaslar xası oıaq,
Sözümüzdən qoru bizi.
Doğmamızdan,yadımızdan,
Elə bəndə adımızdan,
Artıq tamah odumuzdan,
Közümüzdən qoru bizi.
Yolun çaşan əllimizdən,
Əyri yolu bəllimizdən.
Yersiz doğru həllimizdən,
Çızümüzdən qoru bizi.
Nə olsa da bəndələrik,
Kələ-kötür rəndələrik.
Yanında şərməndələrik,
Üzümüzdən qoru bizi.
Ya mis,ya da bir dəmirik,
Sənsiz sıyıq,boş xəmirik.
Əyri əyridi demirik,
Düzümüzdən qoru bizi.
Mübarizəm,üzüm sənə,
Yalvarıram dönə-dönə.
Bir olsaq da yenə-yenə,
Yüzümüzdən qoru bizi.
01.10.2021-ci il,saat 18-55.
ALLAH, BAĞIŞLA GÜNAHI
Həqiqəti yağmaladıq,
Yalanları loxmaladıq.
Ədaləti boğmaladıq,-
Nə etmədik onda,axı?
Allah, bağışla günahı!
Öz yerindən düzü etdik,
Düz yolları əyri getdik.
Düzdü hər yetənə yetdik,-
Yetməyənə etdik lağı,
Allah,bağışla günahı!
Olduq ana,olduq ata,
Sanasan ki,oldu xata.
İllər saldı qazamata,-
Yana-yana çəkdik ahı,
Allah,bağışla günahı!
Oldu elə,oldu belə,
Səhvdı seli qatdıq selə.
Suçu ortaq bölə-bölə,-
Qoymadıq düz qala çarxı,
Allah bağışla günahı!
Görəndə huş dən dənnənir,
Qarşımızda yol ennənir,
Dəyişdirib məzənnəni,-
Dönə-dönə pozduq nırxı,
Allah,bağışla günahı!
Uyub nələr-nələr fəndə,
Olammadıq dürüst bəndə.
Hər kəs yanında şərməndə,-
Şər işlərlə qırdıq şaxı,
Allah,bağışla günahı!
Başa çəkib oğruları,
Daşa basdıq doğruları.
Çoxaldıb biz ağrıları,-
Qoymadıq ki,qala sağı,
Allah, bağışla günahı!
Qarşı qoyduq üzü-üzə,
Yaman durduq onda üzə.
Üz astara,astar üzə,-
Dönə-dönə atdı tağı,
Allah,bağışla günahı!
Düzdü,rəhmin üzülmədi,
Əməlimiz düzəlmədi.
Dilimizə düz gəlmədi,-
Hər yanı pis basdı qoxu,
Allah,bağışla günahı!
Səhv saldıqca dostu,yadı,
Ağzımızın qaçdı dadı.
Qınasaq da çox övladı,-
Suçun bizə çatdı çoxu,
Allah,bağışla günahı!
Özün bilən daha yaxşı,
Naşı olduq,onda naşı,
Yerə soxdüq gündə başı,-
Yaddan çıxardıq sabahş,
Allah,bağışla günahı!
Könül mülkü həsbi-hallı,
Məmişoğlu başı qallı.
Yarı dəymiş,yarı kallı,-
Əldən ələ saldı bağı,
Allah,bağışla günahı!
Allah,bağışla günahı!!
03.10.2021-ci il,saat 16-27.
AYRILIQ DƏRDİ
Mehə dönüb çünki,əsdim,
Tapmaq idi səni qəsdim.
Gəlişinə qurban kəsdim,
Gedişinə bəs nə edim?
Oldun cəllad,oldun zalım,
Dəyişildi gündə halım.
Biləmmədim ölüm,qalım,
Biləmmədim çıxım gedim.
Ayrılığın durdu üzə,
Səmt qoymadı düzü-düzə.
Olmadı,yox,o möcüzə,
Bir azcana dözüm dedim.
Bir çoxları gördüm dedi,
Üstəlik müjdə istədi.
Başımda tac etmək idi,
Onda səni ilk məqsədim.
Könlümdə dərd aşdı-daşdı,
Dinclik məndən uzaqlaşdı.
Gözlərini qoyub yaşdı
O qədər qəm,kədər yedim.
Mübarizi işə saldın,
Gəlmədin canımı aldın,
Çox gözlədim,harda qaldın,
Səndən qeyri nə istədim?!.
26.11.2021-ci il,saat 12-32.
ARXA DUR
Oturmaqla iş aşmaz,
Əlim mənə arxa dur.
Dinclik bizə yaraşmas,
Zülüm mənə arxa dur.
Duyğularım bir qoşun.
Dilık dilər söz qoşum.
Qazanım er alqışın,
Dilim mənə arxa dur.
Çoxaldıqca ağıllar,
Yenı kəşflər doğallar.
Gerçəkləşər nağıllar,
Elm məmə arxa dur.
Çıxmaq üçün bir yana,
Gərəkdi çox can yana.
Yetişdirib ad-sana,
Elim mənə arxa dur.
Açıldıqca kilidlər,
Əməl işlər cilidlər.
Artır adancıl itlər,
Helim mənə arxa dur.
İşə giriş cəhd ilə,
Can diləyən əhd ilə.
Qüdrətinin şəhdilə,
Selim mənə arxa dur.
Əlimdə ağıl əsam,
Gərəkdir ordu basam.
Bu işə yaramasam,
Ölüm mənə arxa dur.
Dərd sarılıb canıma,
Qəm susayıb qanıma.
Ay Mübarız,yanına,
Gəlim mənə arxa dur.
Gəlim mənə arxa dur!
13.11.2021-ci il,saat 22-38.
YAŞADIRSAN YÖNNÜ YAŞAT
Çörək atlı,mən piyada,
Çəkdiyim həddən ziyada.
Tanrım məni öldür,ya da-
Yaşadırsan yönnü yaşat.
Qalmayıbdı ağzımda dad,
Hər hahatlıq könlümə yad.
İmdad elə,özün imdad,
Yaşadırsan yönnü yaşat.
Önüm uçrum,arxam divar,
Sağda su var,solda su var.
Bir qayıq ver,bir də avar,
Yaçadırsan yönnü yaşat.
Hamı kimi müti bəndə,
Bir kölənəm,axı,mən də.
Çox olmuşam,çox şərməndə,
Yaşadırsan yönnü yaşat.
Başdan-başa əzab dolu,
Adlamışam uzun yolu.
Möhnət sağı,cəfa solu,
Yaşadırsan yönnü yaşat.
Bitməyibsə əzab payım,
Söylə,bilsin haqqı-sayım.
Nə ah,nə də fəğan yayım,
Yaşadırsan yönnü yaşat.
Bir arxadı zülüm mənə,
Əl uzatmır ölüm mənə.
Yağı çıxıb əlim mənə.
Yaşadırsan yönnü yaşat.
Bəlkə qəmdən dəmlərin az,
Ona da əl vurmaq olmaz.
Belə insaf,mürvət olmaz,
Yaşadırsan yönnü yaşat.
Mən biləni diləyim haqq,
Güvənliyəm sənə,vallah.
Könlümsəndən küsübdü, bax,
Yaşadırsan yönnü yaşat.
Adına and olsun,Allah,
Aşıb –daşır könlümdə ah.
Bir yerə bax,bir göyə bax,
Yaşadırsan yönnü yaşat.
Ömür-günüm yanır oda,
Qaraçuxam dönüb yada.
Barı indi yetiş dada,
Yaşadırsan yönnü yaşat.
Pisləri döndər yaxşıya,
Qoyma işlərim axsıya.
Bir haqq zülmət,bir haqq ziya,
Yaşadırsan yönnü yaşat.
Həyat yanar oda dönüb,
Bir ögeyə,yada dönüb.
Naləyə,fəryada dönüb,
Yaşadırsan yönnü yaşat.
Uzatmışam əli sənə,
Yalvarıram dönə-dönə.
Alışır can,yanır sinə,
Yaşadırsan yönnü yaşat.
Mübarizəm,kəsmə kərəm,
Kəssən həmin dəm ölərəm.
Suçlu yanına gələrəm,
Yaşadırsan yönnü yaşat.
Yalvarıram pis günlərin
Arxasından özün daş at.
25.11.2021-ci il,saat 19-03.
OLANLARI DƏRD ELƏMƏ
Gedən getdi,qalan qaldı,
Olanları dərd eləmə.
Doğru düşdü,yalan qaldı,
Olanları dərd eləmə.
Hər bir kəsə bəlli üzü,
Bəzəsə lap şərin yüzü.
Gördün basıb əyri düzü,
Olanları dərd eləmə.
Bulaq bağlı dəhnəsinə,
Gələr ömür səhnəsinə.
Baxıb təzə,köhnəsinə,
Olanları dırd eləmə.
Bağlayıbdı yolaqları,
Qəlp işlərin qalaqları.
Əldə gürdün balaqları,
Olanları dərd eləmə.
Dəvəsindən ulağı çox,
Doymuşundan sulağı çox.
Gözlərindən qulağı çox,
Olanları dərd eləmə.
Qaşlarını çatıb yalan,
Bəlli deyil satan,alan.
Əməldə qəsd,işdə talan,
Olanları dərd eləmə.
Görəndə ki,dünya çökür,
Göy də yerə daşın tökür.
Tikən- tikir,sökən-sökür,
Olanları dərd eləmə.
Qoşulduqca həsim-həsə,
Ağıl lövbər salır bəsə.
Çox düşünüb nələr isə,
Olanları dərd eləmə.
Dönə-dönə üz vurdular,
Dözümünə gürz vurdular.
Görsən ki,çox qudurdular,
Olanları dərd eləmə.
Yaxşını da yaxşı tanı,
Yamanı da yaxşı tanı.
Məmişoğlu yorub canı,
Olanları dərd eləmə.
04.12.2021-ci il,saat 19-21.
BAŞLAMIŞAM
Gur alışan ocaq olub,
Közümə yol saxlamışam.
Səbir açan qucaq olub,
Dözümə yol saxlamışam.
Könül verib dözümə mən,
Yol saxlayıb üzümə mən,
Arxalanıb özümə mən,
Özümə yol saxlamışam.
Qarışıbdı yolum-yola,
Tağa yatıb,gedib qola.
Göylər kimi dola-dola,
Sözümə yol başlamışam.
Sellərimə lil qatılıb,
Sularıma gil qatılıb.
Sözlərimə gül qatılıb,
Nəzmimə yol başlamışam.
Zirvə kecib,bələn aşıb,
Sellər kimi aşıb-daşıb.
Səhvlərimdən uzaqlaşıb,
Düzümə yol başlamışam.
Qoşulduqca gerçək həsə,
Ağlım Üzün tutub bəsə.
Yaxı dayan deyib pisə,
Çözümə yol saxlamışam.
Ellər verib nəfəs mənə,
Gəlib qeyri həvəs mənə.
Arxa durub bir səs mənə,
Lüzuma yol başlamışam.
Səhvlərimdən alıb dərsi,
İçərimdən qovub hirsi,
Təmkin soyu,səbir kəsi,
Əzımə yol başlamışam.
Öz içindən özün oyub,
Gözəllikdən gözüm doyub.
Çox sayları dalda qoyub,
Yüzümə yol başlamışam.
Dəyişdikcə baxışlarşm,
Artıb ağıl naxışlarım.
Kirpiklərim-yoxuşlarım,
Gözümə yol başlamışam.
Məmişoğlu,olan olub,
Çox gerçəklər yalan olub.
Haqq əlimdə talan olub,
Təzimə yol başlanışam
05.12.2021-ci il,saat 14-37.
NƏDƏN ÇIXIB GETMİR, AXI
Baxım,görüm istəyi nə,
Bəlkə yetim dəstəyinə.
Doğradığı,kəsdiyi nə,
Nədən çıxıb getmir,axı?
Görüm nədən boyun burur,
Çöldə əyni yalın durur.
Bəlkə önün kəsir qürur,
Nədən çıxıb getmir,axı?
Çöldə qalan gülsayağı,
Dona bilər əl-ayağı.
Yox həmdəmi,yox dayağı,
Nədən çıxıb getmir,axı?
Boynu burur ahu kimi,
Dərdli könül ahı kimi.
Gözlərimdən yuxu kimi,
Nədən çıxıb getmir,axı?
Ay Mübariz,olan olub,
Çox gerçəklər yalan olub.
Bir bu yadda qalan olub,
Nədən çıxıb getmir,axı?
08.12.2021-ci il,saat 22-17.
BƏSİDİ
Qarşı durub qarlı dağı təkləmə,
Hər hənirə qulaqları şəkləmə.
Qeyri selin ağırlığın yükləmə,
Özü çəkən ağrı selin bəsidi.
Baxa-baxa xoş üzünə,sərtinə,
Şərt qoşma çox ömür,yaşam şərtinə.
Şərik çıxa bilməsən el dərdinə,
Başı çəkən,dəymə,elin bəsidi.
Yaxşı edib,yaman edib nübarlar,
Belə artıb könüldıki qübarlar.
Iş görən vaxt qazanılan qabarlar,
Zəhmət çəkən işlək əlin bəsidi.
Nə var belə boş-bo.una əsməyə,
İsti-soyuq amanını kəsməyə.
Yer saxlasa barışmağa,küsməyə,
Etdikləri onda yelin bəsidi.
Dəyişilir dəm-dəm ərzin havası,
Fərəhləri ötə bilir nəvası.
Sığal verən əlin ola yuvası,
Dən düşməmiş qara telin bəsidi.
Bir-birinə bəzəkdi saz,təzənə,
Söz düzənə,arxadı söz əzənə.
Taxtı-taclar,xəzinələr bəzənə,
Əllərində olan ləlin bəsidi.
Şum eləyə,torpaq sürə,yer qaza,
Təpəl kəldə cana gələr hər əza.
Xırmanlarda hər il dura namaza
Bu xoş qədər xışın,vəlin bəsidi.
Yaxşılığa pisliyin yox amanı,
Hər olana qoşmaq istər yamanı.
Ay Mübariz hər işin öz zamanı,
Söz qoşursan kəlin-kəlin bəsindi.
12.12.2021-ci il,saat 13-41.
TAPMIŞAM
Baharı gəzirdim,yayı gəzirdim,
Ayılıb gördüm ki,qışı tapmışam.
Qədərdə,qismətdə payı gəzirdim,
Baxdım ki,kotanı,xışı tapmışam.
Dayandım,duruxdum almadım nəfəs,
Vücudum özümə oldu dar qəfəs.
Canımda sel kimi kükrəyib həvəs,
Yaddaşı itirib,huşu tapmışam.
Könlümdə hər aha qoşub bir ahı,
Dedim sovuşduram bəlkə bir ahı.
Mənim taleyimin yoxmuş Allahı,
Yoxluğa yollayan huşu tapmışam.
Mübariz,hansı iş götürəm ələ,
İçində yamanlıq dönüb bir selə.
Ya bir tufan olub,ya da zəlzələ,
Hər şeydə özümə qarşı tapmışam.
30.01.2022-ci il,saat 12-41.
MƏN KİMƏM Kİ, DİNİM AXI...
Olanları görə-görə,
Haqqa divar hörə-hörə
Gah dağ edib,gah da dərə
Ahıma qatıram ahı.
Nə olsa da əvvəl axır,
Göydən uca Tanrı baxır.
Mən kiməm ki,dinim ,axı?!
Sən məni lap tapdasan da,
Tapdamağa tapmasan da-
İşi salıb çox asanda,-
Qoymuram başa şərgahı.
Nə olsa da əvvəl-axır,
Göydən uca Tanrı baxır.
Mən kiməm ki,dinim,axı?!
Lap boğazdan asılsam da,
Şər-şeytana basılsam da.
Haqq qoynuma qısılanda,-
Oxşaram o şahənşahı.
Nə olsa da əvvəl-axır,
Göydən uca Tanrı baxır.
Mən kiməm ki,dinim,axı?!
Gərək isə dönməz olub,
Bir lal olub,dinməz olub.
Şər atına minməz olub,
Bağışlaram çox günahı.
Nə olsa da əvvəl-axır,
Göydən uca Tanrı baxır.
Mən kiməm ki,dinim,axı?!
Zaman keçir, illər axır,
Qalay altdan çıxır paxır.
Topalaşıb naxır-naxır,-
Səhvlər,düzlər əyir şaxı.
Nə olsa da əvvəl axır,
Göydən axı allah baxır.
Mən kiməm ki,dinim,axı?!
Boynumda haqq haqqa gəlim,
Haqq arxamdı,haqq sağ əlim.
Diləsə o bir gün ölüm,-
Yox demərəm ona dəxi,
Nə olsa da əvvəl-axır,
Göydən uca tanrı baxır.
Mən kiməm ki,dinim,axı?!
Məmişoğlu,dözüb dərdə,
Dolaşıram xoş nəzərdə.
Haqq-ədalət olan yerdə
Gözlərəm açan sabahı.
Nə olsa da əvvəl-axır,
Göydən uca Tanrı baxır,
Mən kiməm ki,dinim,axı?!
30.01.2022-ci il,saat 14-02.
MAT QALIB ÖZÜNƏ ÖZÜ DÜNYANIN
Qurulu bir sirdi,bir müəmmadı,
Mat qalıb özünə özü dünyanın.
Gərəkdi,hargahdı,çünki,ammadı
Mat qalıb özünə özi dünyanın.
Dayanmır,dincəlmir əli,ayağş,
Açılır,dolaşır kələf sayağı.
Xeyirin dostudu,şərin dayağı,
Mat qalıb özünə özü dünyanın.
Kimini dəf edir,kimini qucur,
Sevgisi,nifrəti qoyur min puçur.
O əldə qurduğu,bu əldə uçur,
Mat qalıb özünə özü dünyanın.
Birini dost edib göyə qaldırır,
Obirin qəst edib tora saldırır.
Hərəyə yaxşı bir hava çaldırır,-
Mat qalıb özünə-özü dünyanın.
Gah yaxşı,gah da ki,yaman ələyir,
Gah da ki, yaxşıya yaman bələyir.
Özü də bilmir heç nələr eləyir,
Mat qalıb özünə-özü dünyanın
Hər gerçək içinə bir yalan qoyr,
Hər bəxşiş yanına bir talan qoyur.
Hər işə can verən,can alan qoyur,
Mat qalıb özünə özü dünyanın.
Istəsə çirkabdan durulub çıxır,
Düz çıxa bilməsə burulub çıxır.
Əgər istəməsə vurulub çıxır,
Mat qalıb özünə özü dünyanın.
Bir üzü qaradı,bir üzü ağdı,
Kədərə şərikdi,dəmə ortaqdı.
Özünə arxadı,özünə bağdı,
Mat qalıb özünə özü dünyanın.
Hər sülhə,barışa qarşı bir qalı,
Nə etsən zəhərdən ayrılmır balı.
Düzünə,tərsinə işləyir valı,
Mat qalıb özünə özü dünyanın.
Əyrisi bərqərar,düzü bərqərar,
Baxarsan hərəsi bir işə yarar.
Gah özün itirər,gah özün arar,
Mat qalıb özünə özü dünyanın.
Dəyişir günbəgün ərzin havası,
Davada sülhü var,sühdə davası.
Ələmdi,nəşədi zövqi-səfası,
Mat qalıb özünə özü dünyanın.
Şair mübarizə sözün dedirtdi,
Kədərin daddırtdı,dəmin yedirtdi.
Namərddi,nakəsdi,mərddi,igiddi,
Mat qalıb özünə özü dünyanın.
30.01.2022-ci il,saat 15-54.
QİNAQ
( M.Araza xitab)
Məmməd Araz könlün küsən dünyanın,
Olan-qalan yaxşısı da talanır.
Bəşər ağlı quran dadlı röyanın,
Dib-dəhnədən saf suları bulanır.
Bir çoxunun boya verir qulağı,
Belə getsə ötə bilər ulağı.
Dəhnəsindən kor eləyib bulağı,
Meymun kimi kola-kosa tullanır.
Xeyir işlər təriflənmir,öyülmür,
Yamanlıqlar yamanlanmır,söyülmür.
Haqqı deyən kəsə yaxşı deyilmir,
Çoxlu rəylər xəbisliklə çullanır.
Nahaq qoymur haqq gözünü açmağa,
Aman vermir şər zəka nur saçmağa.
Əlac qalıb baş götürüb qaçmağa,
Düz işdəhlər əyri əllə nallanır.
Başlanılıb bir sümük,yal oyunu,
Tamahla çox bulandırıb suyunu.
Qazan kəslər dərin qazıb quyunu,
Hər könüldə saysız ocaq qalanır.
Hara getsən şər göstərir boyunu,
Tanımayır yolun azan soyunu.
Hərif gəzib uduzanda oyunu,
Qara əllər hər cür kirə bulanır.
Bəçər üstə artıb bəşər tənəsi,
Danışmaqdan düşüb düzün çənəsi.
Ana yerin təşnəbağır sinəsi,
Gecə gündüz nahaq qana bulanır.
Yalanların təlatümü çoxalir,
Könül başın süzüb qanlı ox alır.
Nə təntiyir,nə şər qəlbi yuxalır,
Hər ürəyə bir yanar od dolanır.
Nahaq haqqa aman vermir göz aça,
Rəy dolaşıq,fikir qəliz,söz haça.
Dınya dünüb mərhəmətə möhtaca,
Yoxluq ilə adı qoşa hallanır.
Ağırdan da ağır işi hər düzün,
Nəfəsini gecə kəsir gündüzün.
Təmiz yerin,saf çəmənin,pak düzün,
Üzərinə hər gündə kir calanır.
Qınadığın nizam belə pozulub,
Haqq-ədalət ayaqlarda toz olub.
Dürüstlüyə ölüm hökmü yazılıb,
Həqiqətlər nəm divar tək xallanıb.
At yerinə it satılır bazarda,
Göz açmağa aman vermır azar da.
Rahatlığın bilirəm yox məzarda,
Ölməz ruhun təlaşlarla dalanır.
Qoşqulara yaxın gəlmir buruzlar,
Ruhlar özün fitnələrlə quruzlar.
Bir fərəyə gündə dönür xoruzlar,
Iş başına evdən belə yollanır.
Fitnə- fəsad gündə verir pöhrələr,
Ömürləri budayır şər dəhrələr.
Yağ yerinə qır çaxlayır nehrələr,
Mazut dadıb başlar belə allanır.
Çox canlılar xatırladır ölünü,
İçərilər yaxırlar öz çölünü.
Çamır basıb çox əməllər gölünü,
Öz durduğu yerdə oda qalanır.
Çoxaldıqca şərlər yapan nağıllar,
Hodaq vermir əməllərə ağıllar.
At oynadır cıdırlarda sağıllar,
Boş-boşuna haqq başına dolanır.
Nə qədər biz güvən verək dövlətə,
O da dönər əxlaqı qıt övrətə.
Yer yox Zabur,İncil,Quran,Tövrata,
İbrət üçün vaxt şər üstə yollanır.
Gündən-günə etiqadlar azalır,
Onunla bir etimadlar azalır.
Boş-boşuna ömür yanıb sozalır,
Boş-boşuna sac altda od qalanır.
Üzə verib qəlp işlər öz paxırın,
Korlamışıq ömürlərin naxırın.
Bilən də yox olanların axırın,
Düzlər ölür,əyri əllər pullanır.
Xəyalların çevrilməyir gerçəyə,
Öz yerində ağıl dönə külçəyə.
Möhtac qalıb iynə-sapa,milçəyə,
Düz ilməyə qəlp ilmələr calanır.
Qazan kəslər dərin qazıb çuxuru,
Qarışdırıb düzə əyri suxuru.
Doğru-dürüst tanımayıb oxuru,
Çoxları yad alaf üstə yollanır.
Bildiyini geri qoymur gədələr,
Yaxşılığa gündə düşür zədələr.
Təhdidlərə qadaq verir hədələr,
Nə dayanır,nə də ki,bir usanır.
İtə dönüb bir çoxları boğuşur,
Baş qarışır,bəzən qada sovuşur.
Bir xəlvətə könül çəkib soruşur,
Məni bu yol üzü hara aparır.
Nə ölüsü,nə də saöı bilinir,
Nəqocası,nə uşağı bilinir.
Nə bir bərki,nə yumşağı bilinir,
Qanad açır,şərlər göyə hullanır.
Qarışıbdı zamanda çox pas-pasa,
Yaslar toya,toylar dönüb bir yasa.
Doğru-yalan tamam olub “kolbasa”,
Saxta rəylər həvəs ilə qollanır.
Həmd olsun ki,sözümün yox yalanı,
Qələmə mən düz almışam olanı.
Açılanı üstələyib solanı,
Aman vermir göylər üstə sala nur.
Gündən-günə artır qeyrət,ar satan,
Yayda bürkü,qışda isə qar satan.
Mənliyinə çirkab yaxan,toz qatan,
Çox da olur başa keçir şarlatan,-
Axtalıqla orada xub şallanır.
Ulaqlardan keçən kəslər maşına,
Ağıl tapmır bir gün qoya başına.
Etdikləri yaraşmayşr yaşına,
Öz boyundan,çünki,yekə tullanır.
Zatın,kökün çoxu qatıb işlərə,
Az qalıb ki,vaxtı çəkə şişlərə.
Baxıb qanlı,şaqqıldaşan dişlərə,
Təlaş dadıb çox könıllər “hallanır”.
Tale bizə tuşlanılan oxdu,ox,
Qorunmağa dəbilqəmiz yoxdu,yox.
Bir aşıldan sən deyəndən daha çox,
İndi min-min ağlı dayaz sallanır.
Bir çoxları dönür şərin quluna,
Qeyrəti də satıb onun puluna.
Boz eşşəyin dönüb məxmər çuluna,
Bir köpık tək kölgələrdə yallanır.
Çıxdaş olub düzlük işdən atılır,
Şər boyuna hər gündə boy qatılır.
Dəm alınıb, yerinə qəm satılır,
Ömürlərdə günlər belə ballanır.
Bit çoxları bənzər olub bir itə,
Bir-birini didər bassan bir fitə.
Hər qəlbdə bir yuva qurub ifritə,
Şərlə dolub orda müdam qıllanır.
İşə qoşub özlərini astalar,
Qabağına nə gəldisə bastalar.
Burnu diklər,daz peysəri yastılar,
Otuxduqca hara gəldi zollanır.
Üz qoyasan,yön tutasan harasa,
Pişvazına öncə çıxar yarasa.
Göy titrəyə,su tərpənə,yer əsə,
Öz-özünə şərin ağzı qullanır.
Hər tərəfi gündə basır bir nifaq,
Yer ilə bir yeksan olur min tifaq.
Şərlər ilə çoxaldıqca ittifaq,
Kəc işlər də gündən-günə bollanır.
Ağıl,zəka,əməl asi həyata,
Ha yaz,söylə,çətin ona söz bata.
“Bu dünyanın düzəlməyi getdi ta”,
Pisdən çıxıb gündə pisə yollanır.
Mübariz də sən çəkəndən çəkmədə,
Ürəyinə qorxu,təlaş əkmədə.
Bin-bərəkət,kəramət yox təhnədə,
Nə etsə də xeyir şərə allanır.
22.02.2022-ci il,saat 23-18.
SƏN BİR QONAQ. MƏN BİR QONAQ
Hansı işi ələsən də,
Ömrü oda bələsən də,
Axır ki,nə eləsən də,-
Gərəkdi alışaq-yanaq,
Bu dünyaya sən bir qonaq,
Bu dünyaya mən bir qonaq.
Ömür burda bir duracaq,
Nəysə tikəcək,quracaq.
Bir gün də boynun buracaq,-
Könül başı qanaq-qanaq-
Bu dünyaya sən bir qonaq,
Bu dünyaya mən bir qonaq.
Hər yanına şər daraşıb,
Hara getsən şər qarışıb.
Xeyir ilə şər barışıb,-
Bu imtahan,bu bir sınaq-
Bu dünyaya sən bir qonaq,
Bu dünyaya mən bir qonaq.
Nurla qapı açmağı var,
Hərarətin saçmağı var.
Bir quş olub uçmağı var,-
Ayı şamdı,günü çıraq-
Bu dünyaya sən bir qonaq,
Bu dünyaya mən bir qonaq.
Yaxşı-yaman hər adı var,
Qəzəbi var imdadı var.
Açı-şirin çox dadı var,-
Öz notu var,öz ladı var.
Gərək bunu yaxşı qanaq-
Bu dünyaya sən bir qonaq,
Bu dünyaya mən bir qonaq.
Bir gün bizi bala bilər,
Qucağına ala bilər.
Özünə bir qala bilər,-
Onu ata,ana sanaq-
Bu dünyaya sən bir qonaq,
Bu dünyaya nən bir qonaq.
Əzəl gündən liman bizə,
Çıxmışıq zaman dənizə.
Qarışdırıb izi-izə,-
İstəmişik rəddi danaq-
Bu dünyaya sən bir qonaq,
Bu dünyaya mən bir qonaq.
Qədərincə cəfası var,
Bir azca zövq-səfası var.
Kim deyir ki,vəfası var,-
Haqqım çatar etsəm qınaq-
Bu dünyaya sən bir qonaq,
Bu dünyaya mən bir qonaq.
Ara verməz daş-başına,
Nələr qoymaz yaddaşına?
Rəvac verər göz yaşına,-
Alışar üz,yanar yanaq-
Bu dünyaya sən bir qonaq,
Bu dünyaya mən bir qonaq.
Nə ucu,nə sonu bəlli,
Yolu açıq,yolu şəlli.
Tapılmayıb hələ həlli,-
Çox olanı sirri sanaq-
Bu dünyaya sən bir qonaq,
Bu dünyaya mən bir qonaq.
Dərdə yönük,qəmə tuşuq,
Azdan-çoxdan oxumuşuq.
Bəlkə də bir azad quşuq,-
Budaq tapaq üstə qonaq_
Bu dünyaya sən bir qonaq,
Bu dünyaya mən bir qonaq.
Bərkə çəkib,boşa çəkib,
Zora çəkib,xoşa çəkib.
Hər olanı qoşa çəkib,-
Başımızda sınıb çanaq-
Bu dünyaya sən bir qonaq,
Bu dünyaya mən bir qonaq.
Hərə gəzir bir əmirdə,
Baxsan mıhlətdi ömür də.
Səbəb urfa,un,xəmirdə,-
O təndirdə bişək,yanaq-
Bu dünyaya sən bir qonaq,
Bu dünyaya mən bir qonaq.
Qəm qol açır,dəm qol açır,
Həm yol kəsir,həm yol aşır.
Fərəh gəzir,qəm dolaşır,-
Çöhrə-çöhrə,yanaq-yanaq-
Bu dünyaya sən bir qonaq,
Bu dünyaya mən bir qonaq.
Nə qədər də olsan mətin,
Buyruğundan çıxmaq çətin.
Aşkar edib həqiqətin,-
Belə duyaq,belə anaq-
Bu dünyaya sən bir qonaq,
Bu dünyaya mən bir qonaq.
Heç iş aşmaz tək əl ilə,
Ağlı,huşu təkmil elə.
Saf əl ilə,pak əl ilə,-
Gərək dürüst heykəl yonaq-
Bu dünyaya sən bir qonaq,
Bu dünyaya mən bir qonaq.
Keçib ömrün dayazından,
Dərs almışıq hər yazından.
Şaxtasından,ayazından,-
Az qalır ki,hər gün donaq-
Bu dünyaya sən bir qonaq,
Bu dünyaya mən bir qonaq.
Yerindədi hər hədəsi,
Hərənin də öz vədəsi.
Sən gələsi,mən gedəsi,-
Sözlərimi sanma qınaq-
Bu dünyaya sən bir qonaq,
Bu dünyaya mən bir qonaq.
Kimi başa vurar fəthin,
Kiminə iş gələr çətin.
Mübarizin aqibətin,-
Görüb dürüst addımlamaq-
Bu dünyaya sən bir qonaq,
Bu dünyaya mən bir qonaq.
20.03.2022-ci il,saat 00-14.
YIĞILIB
İstəyirəm şeir yazam,
Bəmliyimə söz yığılıb.
Ya düz gedəm,ya yol azam,
Təb sobama köz yığılıb.
Fikirlərin hara baxam,
Əllərində qalır yaxam.
Nə ustayam,nə də ki,xam,
Gözlərimə göz yığılıb.
Səyim birmi,səyim beşmi,
Tutduğum iş,axı,işmi?
Kəc zamanda çeşni-çeşni,
Üzümə çox üz yığıram.
Cismim ümman,ruhum ləpə,
Ağlım necə toxum sərə?
Yollarıma dərə-təpə,
Yollarıma düz yığılıb.
Qəmdən toxam,dəmdən acam,
Dərd qovuran qədər sacam.
Məcburam bu sirri açam,
Yaram üstə duz yığılıb.
Ah cəkirəm,ahım çıxmır,
Yay çəkirəm oxum çıxmır.
Öləm candan ruhum çıxmır,
Günlərimə buz bağlanıb.
Varsa əgər bir yalanım,
Qoy,sökülüm,qoy talamım.
Yaxşı, ya pis hər olanım,
Əmələ göz-göz yığılıb.
Düz qalsa da öz düzündə,
Əyri durub hər üzündə.
Gecənin də,gündüzün də,
Qabağına çöz yığılıb.
Vaxt yaxınmı,vaxt uzaqmı,
İşlər düzə düz yozaqmı?
Bu olanlar bir duzaqmı,-
Söylə burda uduzaqmı
Çox astara üz yığılıb.
Bəlkə mən naşükür bəndə,
Rəndə gərək,mənə rəndə.
Salınmışam felə-fəndə,-
Belə olmuşam şərməndə,
Gecəmə gündüz yığılıb.
Mübarız,bu olan haxmı,
Olacaqlar,olacaqmı?
Bunu söyləməli vaxtmı
Qədərinə döz yığılıb?
03.04.2022-ci il,saat10-47.
YOLUNU ÇOX GÖZLƏMİŞƏM
Günlərimi saya-saya,
Həmdəm edib ayı-aya.
Güvən verib haqqı-saya,
Yolunu çox gözləmişəm.
Göylər kimi dola-dola,
Ümidlərim gedib qola.
Boylanşb sən gedən yola,
Yolunu çox gözləmişəm.
Öz içimdən yana-yana,
Qəsd etmişəm şirin cana.
Ağlım dolub ətə-qana,
Yolunu çox gözləmişəm.
Öz baxtıma olub ası,
Lafın düzü,sözün xası-
İllərimə tutub yası,
Yolunu çox gözləmişəm.
Ayrılığın hökmü yaman,
Əldən alıb xeyli zaman.
Diləyib kor baxtdan aman,
Yolunu çox gözləmişəm.
Baxmamısan mən tərəfə,
Ayrılıq çatıb şərəfə.
Yaranmayıb xoş ərəfə,
Yolunu çox gözləmişəm.
Yerə,göyə salıb ünü,
Dərd dincliyə olub günü.
Gözləyib qədər hökmünü,
Yolunu çox gözləmişəm.
Xəyalların qaçıb dadı,
Xatırladıb nəsib yadı.
Yerə vurub etimadı,
Yolunu çox gözləmişəm.
Şübhə çəkib gündə dara,
Çevrilmişəm ahu-zara.
Ümidləri yora-yora,
Yolunu çox gözləmişəm.
Könlə bülənd olub ahım,
İstəmişəm yolu yaxım.
Səcdəgahım,qibləgahım,
Yolunu çox gözləımişəm.
Na səsləyəm gəlməmisən,
Bəlkə gələ bilməmisən.
Göz yaşımı silməmisən,
Yolunu çox gözləmişəm.
Ya təriflə,ya da pisdə,
Qulaqlarım qalıb səsdə.
Əllərim də qəlbim üstə,
Yolunu çox gözləmişəm.
İşdə qoşub düzü-düzə,
Səmt gətirib izi-izə.
Baş açıb mən Mübarizə,
Yolunu çox gözləmişəm.
Yolunu çox gözləmiçəm!
08.04.2022-ci il,saat,13-42.
DÜNYA
Bulana-bulana duruldu dünya,
Söküldü,təzədən quruldu dünya.
Dəyişdi tərəzi,dəyişdi mizan,
Çoxaldı günbəgün üstünə qızan.
Gah səhv,gah düz yazdı yazısin yazan,-
Bulana-bulana duruldu dünya,
Söküldü,təzədən quruldu dünya.
Bəyəm,bu ağrını yaşayan tək sən?
Dur,oyan,oyana bilməsən səksən.
Sökənə sözüm yox,tikənə əksən!
Bulana-bulana duruldu dünya,
Söküldü,təzədən quruldu dünya.
Həm yaxşı,həm pisə açıq qapılar,
Axtarsan əyri də,düz də tapılar.
Həm xeyir,həm də ki,şərlə çapılar,-
Bulana-bulana duruldu dünya,
Söküldü,təzədən quruldu dünya.
Kimisi qoynuna gəldi var ilə,
Kimisin yaşadı iftixar ilə.
Kimin də baş-başa qoydu xar ilə,-
Bulana-bulana duruldu dünya,
Söküldü,təzədən quruldu dünya.
Aldığın versə də verdiyin aldı,
Yerində hesabı tam taraz qaldı.
Nə etsə axırda qələbə çaldı,-
Bulana-bulana duruldu dünya,
Süküldü,təzədən quruldu dünya.
Kimisi yaşadı ömrü vay ilə,
Kimisi axıtdı ömrü çay ilə.
Qğdəri bilinməz haqqı-say ilə,-
Bulana-bulana duruldu dünya,
Söküldü,təzədən quruldu dünya.
Təzə söylənsə də təzə olmadı,
Bəh-bəhlə yeyildi,məzə olmadı.
Yozumu olmadı,fərzi olmadı,-
Bulana-bulana duruldu dünya,
Söküldü,təzədən quruldu dünya.
Gahdan ələ,gahdan döndü arxaya,
Dönəmmədi nə eləsək səxaya.
Gahdan önə baxdı,gahdan arxaya,-
Bulana-bulana duruldu dünya,
Söküldü,təzədən quruldu dünya.
Bir asana,bir müşkülə bələndi,
Bir iş oda,bir iş külə bələndi.
Hər halında təşəkkülə bələndi,-
Bulana-bulana duruldu dünya,
Söküldü,təzədən quruldu dünya.
Dönə-dönə yoxlasaq da hər yanı,
Üzəmmədik doğru ağıl dəryanı.
Qoydu bizi işlərinin heyranı,-
Bulana-bulana duruldu dünya,
Söküldü,təzədən quruldu dünya.
Mübariz,su oldu,qor oldu dünya,
Şüşə tək əllərdə qırıldı dünya.
Bütün olanlardan yoruldy dünya,-
Bulana-bulana duruldu dünya,
Söküldü,təzədən quruldu dünya.
27.04.2022-ci il,saat 22-49.
NƏ DƏRDİN
Nazim,səni vətən dərdi,
Dağ olsan da əridərdi.
Sən bir,dərdin bir nəfərdi,-
Həmdəm olub sənə dərdin,
Bəxtəvərsən ta nədərdin?!
Sussan susar,dinsən dinər,
İşlərə baş qoşar hünər.
Xoş əyyamlar geri dönə
Onu gözünə təpərdin,
Baxtəvərsən,ta nə dərdin?!
Dərd əlində dönüb muma,
Həmdəm edib tumu-tuma.
Arat olan könül şuma,-
Mətanətdən dən səpərdin,
Baxtəvərsən,ta nə dərdin?!
Yarın burda,yarın orda,
Yarın azad,yarın darda.
Könlündəki arzular da,-
Öz yurdundan dərbədərdi,
Baxtəvərsən,ta nə dərdin?!
Ayrı saldı eldən eli,
Ya dürüst,ya qədər dəli.
Zəli oldu,ələm zəli,-
Sorduğu qan hər dəm tərdi,
Baxtəvərsən, ta nədərdin?!
Daşa dəyib sınıb oxun,
Olan-qalan dərd var-yoxun.
Perik düşüb gözlərindən,-
Yaranandan şirin yuxun.
Bu səbəbdən azad ruhun-
Çarpışmağa səfərbərdi,
Baxtəvərsən,ta nə dərdin?!
Yara varmı,yaran boyda?
Toyun vayda,vayın toyda.
Hər olanı ötüb sayda,
Boynundakı haqqı-say da.
Dərdə qoydu yeni qayda,
Fayda verdi,kalan fayda.
Eh,xalx nə hayda,mən nə hayda?..
Hər olana sinə gərdin,
Baxtəvərsən,ta nə dərdin?!
Qədərini yazıb yazan,
Bunu da çox sanma asan.
Gərəkdi ki,dözə-dözə,
Dərdi yoluna qoyasan.
Bu gün ata yurdundasan,
Dünən ordan dərbədərdin-
Baxtəvərsən ta nə dərdin?1
İçin yanır,çölün yanır,
Dirin yanır,ölün yanır.
Vətən deyə hayqırırsan,-
Ağzöndakı dilin yanır.
Nə deyim,mən,nə tərpədim,
Baxtəvərsən,ta nə dərdin?!
Nə yaxşı ki,torpaq olub,
Dayanmısan,durmusan.
Budaq üstə yarpaq olub,
Göm-göy çadır qurmusan.
Yoxsa səni əsən yel də,
Xəfif meh də tərpədərdi.
Gürərdilər ruhun sənin
Öz yerindən dərbədərdi.
Olanlara məğrurluğun
Əzəl baçdan bir sipərdi-
Baxtəvərsən,ta nə dərdin?!
Məmişoğlun dinlə bir az,
Bil,nahaq qan yerdə qalmaz.
Belə haqq-ədalət olmaz,-
Nahaqq haqqın basar rəddin,
Baxtəvərsən,ta nə dərdin?!
Baxtavərsən,ta nə rəddin?!.
25.05.2022-ci il,saat 12-41.
BU DÜNYA DÜZƏLƏN DEYİL, AY DƏDƏ
Nə ədəb qalıbdı nə də ki,ərkan,
Bu dünya düzələn deyil,ay dədə.
Fitnələr,riyalar açıb min dükan,
Yalanlar,yanlışlar yollayır hədə,
Bu dünya düzələn deyil,ay dədə.
Azalır get-gedə haqqa diz çökən,
Çoxalır uçuran,dağıdan,sökən.
Daha doğanağa üzükmür örkən,-
Səngimək bilməyir başından hədə,
Bu dünya düzələn deyil,ay dədə.
Yedikcə nakəsin artır tamahı,
Hə haqqı sayır o,nə də Allahı.
Məcraya sığışmır məzlumun ahı,-
Alır sinəsindən gündə min zədə,
Bu dünya düzələn deyil,ay dədə.
Bir çoxu boynunda daşıyır xalta,
Əlində ağzından qan daman balta.
Əməldə düzlüyü qoyub lap alta,-
Özünü bir Allah sayır hər gədə,
Bu dünya düzələn deyil, aydədə.
Hər doğru içindən yalan qaynayır,
Haqqı haqq yerinə kimsə qoymayır.
Dinəndə dillərdə ilan oynayır,-
Nə susur,toxtayır,Nə dinir nə də...
Bu dünya düzələn deyil,ay dədə.
Çoxunun içinə sığışmır hikkə,
Bir himə bənddi ki,bərk çəkə cikkə.
Namusu əlində eləyib sikkə,-
Təmizlik önündə şevrilir səddə,
Bu dünya düzələn deyil,ay dədə.
İ.də kor şeytanın dalında durur,
Şərlərlə bir yerdə ittifaq qurur.
Tifaqlar dağıdır,evlər uçurur,-
Çevrilir sonra da bütə,məbədə,
Bu dünya düzələn deyil,ay dədə.
Kölgə tək dolaşıb gözləyir himi,
Tikə torbaları,qura tilsimi.
Təhlükə duyanda siçovul kimi,-
Sivişib aradan girir səbətə,
Bu dünya düzələn deyil,ay dədə.
Hərraca çıxarıb qeyrətin,arın,
Ayırmaq olmayır üzün,astarın.
Beləcə toplayıb qədərsiz varın,-
Fitnəylə yurd salır bir düşərgədə,
Bu dünya düzələn deyil,ay dədə.
Meydanı başına alıb timsahlar,
Haraya gedəsən üstünü haxlar.
Nə üzlə özünü ayaqda saxlar?-
Uçular yerindən bir meh tərpədə,
Bu dünya düzələn deyil,ay dədə.
Urfalar bulaşıq,mayalar xarab,
Əxlaqlar tiryəkdi,ədəblər sərab.
Bizi nə gözləyir görəsən,la Rəbb?
Ağzını açanı qoyur zərbədə,
Bu dünya düzələn deyil,ay dədə.
Bu yolu tytanlar bol xeyir tapır,
Talayan talayır,Çapan kəs çapır.
Düzləri əyrilər köpək tək qapır,-
Yeyincə,doyunca yekəlir mədə,
Bu dünya düzələn deyil ay dədə.
Bəşərin bəşərə rəhmi azalıb,
Ağlın olanları fəhmi azalıb.
Haqqın üstümüzdə zəhmi azalıb,-
Çox işlər onunçun çatıb bu həddə,
Bu dünya düzələn deyil,ay dədə.
Aşkara görünə bilməsə belə,
Gizlində çox işlər gətirir ələ.
Yaradıb qalmaqal,salıb vəlvələ,-
Yaxasın gizlincə çəkir xəlvətə,
Bu dünya düzələn deyil,ay dədə.
Aqqını almaöa can atan kəsi,
Hər yanda qarşılar şərin övkəsi.
Nə haqqın özü var,nə haqqın səsi,-
Qalmayıb elə bir kəsər tövbədə,
Bu dünya düzələn deyil, ay dədə.
Vəzifə başında duran qatırlar,
Dinəni ağzından dərhal atırlar.
Haramdan altına yığıb yatırlar,-
Elləri talayıb qoyur cərmədə,
Bu dünya düzələn deyil,ay dədə.
Sökənlər əlində əsir quranlar,
Öyülür düzlüyə yara vuranlar.
Haqqin arxasında mıhkəm duranlar,-
Ya yatır torpaqda,ya da türmədə,
Bu dünya düzələn deyil,ay dədə.
Kimin ki,azacıq gur ola səsi,
Aşzında qoyular dərhal kəlməsi.
Dönüb müəmmaya haqqın gəlməsi,-
Tükənib bəşərin qalan səbri də,
Bu dünya düzələn deyil,ay dədə.
Tuş gəlmir ha düz qoy yenə daş-daşa,
Az qalır özüylə bəşər daş-daşa.
Zamanın ayağı ilişib daşa,-
Olaylar israrlı bizi simlədə,
Bu dünya düzələn deyil ay dədə.
Get-gedə çoxalır pozuq qəmzələr,
Diqqətdən kənarda qalır xəmsələr.
Çəkilir baş yerə keçəl həmzələr,-
Koroğlu namına ölüm dəmlədə,
Bu dünya düzələn deyil,ay dədə.
Yerdə itaətdən çıxıbdı bəşər,
Xeyir dura-dura başa keçir şər.
Deyən,yaxınlaşır axırı-məhşər,-
Raklığa,saflığa salınır zədə,
Bu dünya düzələn deyil,ay dədə.
Yaxşıya atılıb pisə düşər zər,
Baraya baxasan at oynadır şər.
Olanlar əlindən həzər,əl-həzər,-
Nə evə sığışır,nə elə gədə,
Bu dünya düzələn deyil,ay dədə.
Nə qədər irad tut,hələ qina da,
Şər-böhtan,fel durur qanad-qanada.
Inadı ağıllar qoşur inada,-
Sös yaxın gəlmir ki,yaxın mətləbə,
Bu dünya düzələn deyil ,ay dədə.
Az qalır ananın qız gözün oya,
Oğul da atanın ciblərin soya.
Əməldə qəlp işə qoyulur maya,-
Gerçəklər öz yerin verib əlbətə,
Bu dünya düzələn deyil,ay dədə.
Şərlər at oynadır meydanlar boyu,
Zamanın günbəgün bulanır suyu.
Yaxşılar vayıdı,yamanlar toyu,-
Ədalət yaxasın çəkib xəlvətə,
Bu dünya düzələn deyil,ay dədə.
Düzlük öz balasın almır,neyləyək,
Zamanda zamanlıq qalmır neyləyək?
Boşalan boşalır,dolmur neyləyək,-
Güvən də qalmayıb elə mədədə,
Bu dünya düzələn deyil,ay dədə.
Nə qədər çalışa,canını didə,
Yorulmaq,dincəlmək işin tərgidə,
Dönə bir qoçağa,dönə igidə,-
Mübariz,istəsə,istəməsə də,
Bu dünya düzələn deyil,ay dədə.
26.05.2022-ci il,saat 19-23.
DURULMAĞA ALIŞDIM
Durulara baxa-baxa duruldum,
Yerə-göyə canı-dildən vuruldum.
Nə usandım,nə bu işdən yoruldum,-
Duruldyqca durulara qarışdım,
Durulduqca durulmağa alışdım.
Gündən-günə ziyalarım çoxaldı,
Abırlarım,həyalarım çoxaldı.
Haqqa olan sayələrim çoxaldı,-
Dürüldüqca durularla yarışdım,
Durulduqca durulmağa alışdım.
Nə etdimsə,ancaq etdim haqq ilə,
Gecə-gündüz haqq daşıdım,haqq elə.
Təmizlənib,arınıb haqq əlilə,-
Vətənimə,millətimə yaraşdım,
Durulduqca durulmağa alışdım.
Göylər məni öz yanına sədlədi,
Yerlər məni öz yanına səslədi.
Ellər məni şir südilə bəslədi,-
Qədərincə yerə-göyə qarışdım,
Durulduqca durulmağa alışdım.
Öz qoynunda həyat məni bəslədi,
Hər oynunda həhat məni bəslədi.
Həqiqətlər riyaları üstlədi,-
Xoş iqbala öz əlimlə yol açdım,
Durulduqca durulmağa alışdım.
Vətən eşqi oldu dinim,imanım,
Bir-birindən gəldi qızıl zamanım.
Dönə-dönə haqqa çatdı gümanım,-
Haqqa gedən uzun-uzun yol aşdım,
Durulduqca durulmağa alışdım.
09.06.2022-ci il,saat 21-24.
ATAMIN ƏLLƏRİ
İndi də o əlin ağırlığından,
Yadıma düşəndə çiynim əyilir.
Əl şəkir əllərim oğurduğundan,
Əməl zindanında gündə döyülür.
Atamın çox ağır əli var idi,
Vurduğu silləsi topa dönərdi.
Bunu o özü də yaxşı bilirdi,
Həmin bu səbəbdən az hirslənərdi.
Allah hövsələdən bol edib payın,
Əlinə səbirdən sipər qurardı.
Canında artanda hirsin əzvayı,
Təmkinlə qəzəbin boynun vurardı.
Amma ki,baxışın dolandıranda,
Suçlular özlərin batırardılar.
Hansı iş dalında yalan duranda,
Əllər tez özlərin çatdırardılar.
Riyalar,ziyanlar duyub işlərin,
Doğruluq önündən çəkilərdilər.
Sıxıb bir-birinə kəlfir dişlərin,
Dərhal ortalıqdan çəkilərdilər.
Dadanlar dadmışdı əlinin suyun,
Günahı üstündə alan vaxt payı.
Himlər söyləyirdi,başı qoruyun,
Gəlibsə gəlməyib bura havayı.
Obada tanınıb,eldə tanınıb,
O əllər olmuşdu haqqın divanı.
Hər kəsin oduna alışıb,yanıb,
Belə dəyişmişdi eldə havanı.
Bir ata mehrilə qoyar əlini,
Çiynimə,astaca gülümsəyərdi.
Ağlıma bəxş edib dürüstlük elmi,
Həmişə möhkəm ol,düz ol deyərdi.
Bir qorxu,bir sevgi tərk etməz mənu,
Üzüyola olub baxardım sözə.
Məni qaldırardı başının təni,
Ki,qoya tərtəmiz göylə üz-üzə.
Belə anladardı,verərdi belə,
Atam o zamanlar mənim dərsimi.
Nə qədər coşsa da verərəm yelə,
Ovaxtdan indiyə yersiz hirsimi.
Həyatda qarşımdan çox işlər keçib,
Yandırıb canımı gur oddan betər.
Ağlım hər əyrini doğrudan seçib,
Qoymayıb başıma gəlsin bir xətər.
Atamın əlləri dönüb mayağa,
Mənə doğru olan yolu göstərir.
İşləyir yenə də ədəb vərdişim,
O əlin altında dönüb qayığa.
Gəzir dəryaları əməlim,işim-
Bir düzlük limanın yanın kəsdirir.
Mənə doğru olan yolu göstərir!
06.06.2022-ci il,saat 18-04.
BƏŞƏRİN DƏRDİ
Mən belə dünyanın nəyindən küsüm
M.Araz
Ayı da çıxarıb bakirəlikdən,
Aya da salmışıq ayaq izləri.
Əl çəkmir əməllər kirkirəlikdən,
Görən,bağışlarmı Tanrı bizləri?
Kir salıb əlimiz toxunub hara.
Savabı günahla barındırmışıq.
Haqqı,ədaləti qoyub qumara,
Şərləri yuyub biz arındırmışıq.
Ağzımız açıla şərlə açılıb,
Xeyirlə aramız dəyibdi möhkəm,
Bir yanar,bir qızmar alov saşılıb,
Alışa,yox ola hər dürüst görkəm.
Alovdan adladib tər çiçəkləri,
Ən zərif gülləri oda salmışıq.
Od vurub,yandırıb biçənəkləri,
Əməldə şeytanı yada salmışıq.
Yer bizdən narazı,göysə rəncidə,
Beləcə dolubdu işimiz yaşa.
Alman da,polyak da,rus da,zənci də,
Hər millət oduna qılıb tamaşa.
Bükülməz biləyi qatlayıb bir-bir,
Əyilməz dizləri vurmuçuq yerə.
Düşünüb,daşınıb tökəndə tədbir,
Hərləyib ağıllar başda kirkirə,
Tapınıb yalana,uyub böhtana,
Bir bəşər adına salmışıq ləkə.
Olub bir arxa bir,dayaq şeytana,
Olub öz-özünə hər kəs təhlükə.
Nə qədər alsaq da bir əməl dərsi,
İbrətə bir elə basılmamışıq.
Təmkinə qataraq qədərsiz hirsi,
Yenılməz dözümə qısılmamışıq.
Bir qənim kəsilib bəşər bəşərə,
Yepyeni azarlar icad olunur.
Bəlkə də çatırıq axır-məhşərə,
Ruhumuz dərgahdan azad olunur.
Gələn yox,baxan yox bəşər hayına,
Ömürlər odlarla qalıb baş-başa.
Boynunu qatlayıb haqqı-sayına,
Bəçər suçlu-suçlu edir tamaşa.
Nə şərdən əl çəkir,nə də ki,haqdan,
Bəşərin dünyada halı yamandı.
Ay ustad,qələmə sən alan vaxtdan,
Hər yeri çən basıb,hər yan dumandı.
Sən küsən dünyadan mən də küsmüşəm,
Küsməli bir şeyi olmasa belə.
Ümiddən,gümandan əli kəsmişəm,
Ondan da bir xeyir gəlməyib ələ.
Həmin bu səsəbdən küsüb eləcə,
Boynumu burub mən dinməz durmuşam.
Dözüb gözləmişəm düzlük gələcə,
Özümə səbirdən qala qurmuşam.
Bu qədər günahı qatıb savaba,
Bəşərin deməyə sözü qalmayıb.
Cavabı qoşsa da gündə cavaba,
Onu söyləməyə üzü qalmayıb.
Yanır od içində Yer föy arası,
Beləcə cahanə basır tüstülər.
Sağalmaz olubdu bəşər yarası,
Ağılda hər yanı qarsır istilər.
12.06.2022-ci il,saat 20-19.
SƏN BUR CEVİZ AĞACI...
Mən bir ceviz ağacı
Gülhanə parkında.
N.hikmət
Sən bir ceviz ağacı,
Gülhanə parkında.
Könlün kimi qan ağlar,
Sözlərin də,şarkın da.
Həm o vaxtlar,həm indi,
Xəyalların olublar,-
Olanların farkında.
Mən bir cinar ağacı,
Havası neft qoxuyan-
Qumlu sahil parkında.
Ürəyim də özüm tək
Olanların farkında.
Yerləri də yaşadır,
Göyləri də yaşadır-
Duyğularım barkında.
Mənim indi dayanıb,
Sənin isə o vaxtlar-
Haqq-ədalət arkanda.
Həm də elə-belə yox,
Hər olanın farkında.
Bu səbəbdən gözləri
Burda qoca Şərqin də,
Burda gözü Qərbin də.
Burda qeyri hüsnü var,
Dözümün də,səbrin də.
Riyaların qazmışıq
Burda çoxdan qəbrin də.
Ortalığa qoyub biz;-
Olanların oxşarın,
Olanların farkın da.
Olub ceviz ağacı
Sən Gülhanə parkında,
Olub çox-çox sonralar-
Mən də çinar ağacı
Havası neft qoxuyan
Qumlu sahil parkında.
Dayanmışıq üz-üzə,
Dayanmışıq yan-yana.
Qardaşlığın odundan,
Könüllər yana-yana.
Güneylərin Qərbində,
Quzeylərin Şərqində.
Məhəbbət də,ağıl da,
Olanların farkında.
Əllərdən gedənlərin,
Qalanların farkında...
03.06.2022-ci il,saat 19-41.
ÇÖRƏK ANDI
Niyə çox sevirik,əzizləyirik,
Müqəddəs sayırıq çörəyi,axı?
Çörəyə and içib təmizləyirik,
Əməldə savabdan bir-bir günahı.
Çörək gözümüzü bağlayar deyə,
Bir çox yalanlardan çəkinirik biz.
Belə öz-özünə dönüb dəstəyə,
Saflaşıb çox kəslər olur tər-təmiz.
Çörəyə ehtiram,çörəyə hörmət,
Kəsir çox başların üstünü hər dəm.
Çörək kəsə-kəsə süfrədə söhbət,
Olur ağla dərman,ruha bir məlhəm.
Torpağın cövhəri,göylərin nuru,
Azı min dəfədən hopur canına.
Bir də göz yaşı tək təmiz,dumduru,
Saf sular qarışır sünbül qanına.
Paklaşa-paklaşa olur and yeri,
Əl basıb deyirik duz-çörək haqqı.
Beləcə sahmana salıb işləri,
Belə ayırırıq haqdan nahaqqı.
Bir çörək qorxusu,bir çörək andı,
Əyridən doğruya qaytarır bizi.
Hesaba gəlməyən gör nə zamandı,
Hökmündə saxlayır iradəmizi.
Zəmidən yol gəlib çörəyə qədər,
Saralan sünbüllər müqəddəsləşir.
Ağıldan yol gəlib ürəyə qədər,
Sevilə-sevilə haqla tənləşir.
Beləcə paklaşıb olur ana yeri,
Əl basıb deyirik bu çörək haqqı.
Öndəki adam da ayıra bilir,
Bizim andımızla haqla nahaqqı.
26.06.2022-ci il,saat 14-47.
KÖMƏYİNƏ HAQQI ÇAĞIR
Əgər işin dara düşə
Köməyinə haqqı çağır.
Ağlın,huşun tora düşə,
Köməyinə haqqı çağır.
Baxma çoxa,baxma aza,
Qışda üzü çevir yaza.
Görəndə baş verir qəza,
Köməyinə haqqı çağır.
Görəndə ki,işlər xıxıb,
Yolun üstən şəri yıxıb,
Öz-özünə arxa çıxıb,
Köməyinə haqqı çağır.
Hər güvəndən baş o güvən,
Ona inan,ona güvən.
Nə eləsən haqqı sevən,
Köməyinə haqqı çağır.
Düzə salma əyri sapın,
Haqqa açıq qalsin qapın.
Nə ola bir haqqa tapın,
Köməyinə haqqı çağır.
Hara getsən haqqa güvən,
Haqla dolu olsun nüvən.
Görsən ki,tükənir qüvvən,
Köməyinə haqqı çağır.
Belə söylər haqqı-sayın,
Çoxundan çox ağıl payın.
Böhtandan qaç,şərdən yayın,
Köməyinə haqqı çağır.
Hər olanı gətir yada,
Ağlı elə yaşıl ada.
Güvəni qat etimada,
Köməyinə haqqı çağır.
Mübariz,qoş işi-işə,
Doğru-dürüst əməl dişə.
Həyatın döndü kişmişə,
Köməyinə haqqı çağır.
18.08.2022-ci il,saat 12-38.
OLANA BAX, OLANA
Dərdlər bizi gündə alıb yazıya,
İstəyir ki,kökümüzü qazıya.
Tale,qədər,nəsib bağlı yazıya,
Qismətdəki olana bax,olana.
Haqlı kəsin əldən cıxıb halalı,
Haqsız kəsin artıb cahu-calalı.
Gözdən itib həqiqətin hilalı,
İsmətdakı olana bax,olana.
Ovxarlanıb gündə polad baltala,
Ömrümüzü,günümüzü baltalar.
Dürüstlərə hazırlanır xaltalar,
Kəsmətdəki olana bax,olana.
Gerçəkləri təkzib edir riyalar,
Az qalırlar gözümüzü oyalar.
Dillənərəm əgər məhəl qoyalar,
Nisbətdəki olana bax,olana.
Məmişoğlu,vaxtın səmum yelləri,
Öz yerindən elədi çox elləri.
Göz yaşının dayanmadı selləri,
Küsnətdəki olana bax,olana.
27.09.2022-ci il,saat 21-17.
SİZDƏDİ
Ruhumu oxşayır xoş əsən yellər,
Camım dərələrdi,şərbətim sellər.
Vətən məcnunuyam ellər,ay ellər,
Azadlıq,istiqlal Leylim Sizdədi.
Böyük sevgilərə acmışam qapı,
Başlanıb könlümdə eşqimin çapı.
Gümüşdən tiyəsi,qızıldan sapı.
Çalışqan qoçağım,səylim Sizdədi.
Çətindir götürmək aradan məni,
Sevibdi,seçibdi sıradan məni.
Belə yaradıbdı yaradan məni,
Butam,göbəkkəsdim,dehlim Sizdədi
Üst-üstə yığılıb çox ağrım,acım.
Dözümüm taxtımdı,hövsələm tacım.
Qeyri bir dəstəyə yox ehtiyacım,
Bir fikrim,xəyalım,neylim,Sizdədi
Ana yer qoynunda dəniz cümləyəm,
Urfam saf,mayam pak,təmiz cümləyəm.
Hikmətdən bəhrəli ləziz cümləyəm,
Mübtədam,xəbərim,felim Sizdədi.
Bakıyam,Təbrizəm,mən Ankarayam,
Gərək haqq səsimi aləmə yayam.
Könül istəyir ki,bir heykəl qoyam,
Çünki,o eşiklim,öylüm Sizdədi.
Vətənim hardasa,mən də ordayam,
Həmin səbəbdəndi,güclü orduyam.
Təpədən-dirnağa odlar yurduyam,
Bir azım özümdə,xeylim Sizdədi.
Həyatda ən böyük görəyim kimi,
Havam,suyum kimi,çörəyim kimi.
Eşq ilə dopdolu ürəyim kimi,
Ən doğru,ən dürüst rəylim Sizdədi.
Od üstən düşməyir məhəbbət sacım,
Elimin hər kəsi qardaşım,bacım.
Həyatda kimsəyə yox ehtiyacım,
Buna baxmayaraq köylüm Sizdədi.
Açılmaz sirlərə qapı açmışam,
Bir yanar od olub işıq saçmışam.
Kim deyər sözümün üstən qaçmışam,
Ölsəm də,qalsam da meylim Sizdədi.
Tükənməz xeyir var bu böyük işdə,
Mübariz,ürəklə çox çalış,işdə.
Hər dürüst adətdə,hər doğru işdə,
Könül tək təpərlim,heylim Sizdədi.
24.10.2022-ci il,saat 12-26.
BU GECƏ
( M.Füzuliyə nəzirə)
Yar verib əhdimizin qətlinə fərman bu gecə,
Mələklər gəzmədədi dərdimə dərman bu gecə.
Biçilib eşq zəmisi ayrılığın hökmü ilə,
Çəkdiyim ağrı ilə dopdolu xırman bu gecə.
Səyridib göy atını ayrılığın yelləri çox,
Dəyibdi bir-birinə qəhr ilə hər yan bu gecə.
Açılmaq istəməyir heç havanın qaş-qabağı,
Ona da bərk yer edib boynunu burman bu gecə.
Qalxdıqca dərd dağına yanmada gömgöy meşəsi,
Qəlbin qəm qumrusuna can evim orman bu gecə.
Qalmışam mat-məəttəl bir belə mən dosta,yada,
Haradan agah olub qəlbimi qırman bu gecə.
Nə yerə,nə də göyə gəlməyib xoş,mən biləni,
Canı candan diləyib odlara sarman bu gecə.
Onsuz da ayrılığın əllərində könlüm əsir,
Rəvamı,zəhmilə sən zəhrimi yarman bu gecə?
Geyinib yas libası,göydə ayın rəngi qara,
Müşkülə dönmədə çox kuyimə varman bu gecə.
Düşünüb ,çox daşınıb böylə ağıl eyləmişəm,
Çətindi sağ-salamat dəhridə durman bu gecə.
Mübariz istəsə də sən ki,bunu istəmədin,
Düşmədi heç yadına halımı sorman bu gecə?
23.11.2022-ci il,saat 19-06.
ALNIMIN QIRIŞLARI
Alnıma,qardaşım,vaxtsız-vədəsiz,
Soruşma bu düşən qırışlar nədir?
Pərişan xəyalım yorğun bir dəniz,
Onlar da orda yer alan ləpədi.
İkiyə bölünən vətənim yaslı,
İçim qan ağlayır,çölüm göynəyir.
Bütün bu olanlar işlərin əsli,
Duyğular soyunmur qanlı köynəyin.
Altmışın dalından atmışam daşı,
Ürək ağrılara özün çeynədir.
Həmin səbəbdəndir qəlbimin başın,
Ağrılı dərdlərim gömgöy göynədir.
Yığılıb üst-üstə sıx cərgələrdə,
Qırışlar alnima arxacın salıb.
Gərib qanadların çəkdiyim dərdə,
İçimdən çıxaraq orda yer alıb.
Dərdləri əliylə çıkilib dara,
Alnıma yepyeni qırış salıram.
Boylanam mən hara,baxam mən hara,
Əlim əllərimin üstə qalıram.
Açılmaq bilməyir qayğıdan başım,
Bu sona çatmamış başlar o biri.
Olanlar qəsdimə durur,qardaşım,
Məzara qoyurlar məni dipdiri.
İllərlə çalışıb,gətirib başa,
Yoluna qoyuram belə möhnəti.
Başıma gələnlər qanlı tamaşa,
Alnımsa onlara açıq sərgidi.
Alnıma,qardaşım,belə vədəsiz,
Gəl,sorma,bu düşən qırışlar nədir?
Dünyaya gələndən kimsiz,kimsəsiz,
Daşıyır o fağır bu ağır dərdi.
25.01.2023-cü il,saat 17-42.
YUXUMA GƏLMİŞDİ ANAM BU GECƏ
Ağlar gözlərimi edib baxtəvər,
Yuxuma gəlmişdi anam bu gecə.
Salıb kəc zamana,qəliz vaxta vər,
Yuxuma gəlmişdi anam bu gecə.
Amansız ölümdən durub aralı,
Azı yüz yerindən könlü yaralı.
Duymuşdu həsrətdən rəngim saralıb,
Yuxuma gəlmişdi anam bu gecə.
Qansız ayrılığın əlindən haşa,
Dönüb gözlərimdən süzülən yaşa,
Behişti-Nəvadan durub birbaşa,
Yuxuma gəlmişdi anam bu gecə.
İlləri daşıyıb yaşanan çağa,
Qəlbimin başında dağ basıb dağa.
Soyuq məzarından qalxıb ayağa,
Yuxuma gəlmişdi anam bu gecə.
Həsrətin,hicranın aşıb səddini,
Uzun ayrılığın basıb rəddini,
Ölümə tanıdıb işdə həddini,
Yuxuma gəlmişdi anam bu gecə.
Sızlayan yaramın duyub ağrısın,
Çıxarıb qərarın şıdə doğrusun
Şəfalı əlinə alıb sarğısın,
Yuxuma gəlmişdi anam bu gecə.
Şəfəqdən örpəyi,buluddan donu,
Belə görməmışdim heç zaman onu.
Uzun ayrılığın bitmişdi sonu,
Yuxuma gəlmişdi anam bu gecə.
Ulduzlar alışır,ay da bədirdi,
Bu özgə dəyərdi,ayri qədirdi.
Ruhuma ziyalar,nurlar səpirdi,
Yuxuma gəlmişdi anam bu gecə.
Duman tək çəkilib getmiş dincliyim,
Haqqım da yoxdu-yox ondan inciyin
Geriyə dönmüşdü ötən gəncliyim,
Yuxuma gəlmişdi anan bu gecə.
Yer göyə,göy yerə nazın satırdı,
Belə bir-birinin başın qatırdı.
Baxtəvər günləri xatırladırdi,
Yuxuma gəlmişdi anam bu gecə.
Altmış beş yaşıma layla çalmağa,
Oğruyub-oxşuyub könlün almağa,
Hayıf bircə günlük qonaq qalmağa
Yuxuma gəlmişdi anam bu gecə.
Amansız əcəlin gözlərin oyub,
Uzun ayrılıqda oy,cana doyub,
Ortaya eşq dolu bir ürək qoyub,
Yuxuma gəlmişdi anam bu gecə
Qərarsız ayların,illərin sayıb,
Öz könülnaləsin aləmə yayıb.
Mübarız,vəfasız ömrü qınayıb,
Yuxuma gəlmişdi anam bu gecə.
04.02.2023-cü il,saat 17-48.
GƏLDİM
Bunu sizə xəbər verməyə gəldim
R.Rövşən
Dünya bir müəmma,dünya bilməcə,
Doğulub bunları görməyə gəldim.
Onu çeşni-çeşni,onu ilməcə,
Ağlıma,huşuma hörməyə gəldim.
Aylarım illərə döndü bir bağa,
Havadan asıldım mən yağa-yağa.
Zülmə,məşəqqətə ortaq olmağa,
Əzablı bir ömür sürməyə gəldim.
Hər gündə atı b mən ayrı günaha,
Savabı dəyişdim soysuz hərgaha.
Canı can verənə satıb çox baha,
Belə dondan-dona girməyə gəldim.
Ömür başdan-başa ağır işgəncə,
Ağrılar canımda qoyuldu dincə.
Onu zənn edirdim ənbər,mişk öncə,
Aldanıb mən axmaq gör nəyə gəldim.
Dünya özü boyda qanlı bir mızar,
Alınar şəfalar,satılar azar.
Ya ağıl düz gedər,ya yolun azar,
Olana sinəmi gərməyə gəldim.
Düşüb xarabaya ana bətnindən,
Ayırdım cümlə tək ömrü mətnindən.
Durub dincliyimin qanlı qətlindən,
Mən hardan biləydim türməyə gəldim.
Başımı nə qədər döydüm toxmaca,
Heç dada bilmədim ondan loxmaca.
Beləcə oxşadım yağlı yaxmaca,
Döndərib illəri dürməyə gəldim.
Ömür bir dəryadı,ağıl mayaqdı,
Hər kəsə öncəsi tale dayaqdı.
Allah yatmayıb ki,Allah oyaqdı,
“Bunu Sizə xəbər verməyə gəldim.”
Olanlar,olmuşlar bəlli Allaha,
Bunu çox deməyə lüzüm yox daha.
Mübarız, batırıb ömrü günaha,
İraq olsun it tək hürməyə gəldim.
24.03.2023-cü il,saat 19-41.
KİŞİLƏR
(Atam Məmişə və onun şəxsində sayılıb-seçilən
Qaradolaq el ağsaqqallarının əziz xatirəsinə)
Mən deyirəm ya gövhər,ya ləlsiniz,
Yaranışdan haqqı-halak kişilər.
Ana elə dəstək olan əlsiniz,
Ağlı,huşu cahu-calal kişilər.
Bənzədirəm Sizi xaslar xasına,
Bir qalaysız kirli üzlər pasına.
Yaraşıqsız ellərin toy-yasına,
Hörməti bal,xətri zülal kişilər.
Bəlli Sizsiz toy qatılmaz toylara,
Bəlli sizsiz boy qatılmaz boylara.
Arxa edib soyumuzu soylara,
Qoymadınız arta məlal kişilər.
Hər biriniz gözümdə bir divsiniz,
Neçə mahal,neçə oba,evsiniz.
Nələri ki,çox bəyənib sevsəniz,
Gen dolanar ondan zaval kişilər.
Sizə düşür səcdələrin səcdəsi,
Varlığınız haqq-ədalət müjdəsi.
Hikmətiniz bərəkətin dəjdisi,
Hər olandan həyatda hal kişilər.
Nə haqqı var,yaxın gələ səhv Sizə,
Çox yaraşır barış Sizə,əfv Sizə.
Dərin huşlar oldu qızıl rəf Sizə,
Daşıdınız nuzdu babal kişilər.
Kərpic-kərpic düşsə belə saraydan,
İllərimiz əl çəkmədi haraydan.
Yaş ötdükcə bədirlənən hər aydan,
Doğradınız körpə hilal kişilər.
Tən tutmuram Sizləri saf qızıla,
Qorxuram ki,qiymətiniz azala.
Dəyəriniz kaş ürəklə yazıla,
Qələmlərə ola halal kişilər.
Hər kəlməsi hədəf üstə süzən ox,
Ədalətdən,haqdan qeyri yolu yox.
Dəyanətdən sərvəti bol,mülkü çox,
Kəramətdən varı naval kişilər.
Çox çətini öyüd saldı asanda,
Geri durdu öz rəddini basan da.
Təmkinlə Siz hər dinəndə,susanda,
Çox ağızlar oldu çuval kişilər.
Bir günəşsiz gəlmək olmur üz-üzə,
Sizlə dönür qaranlıqlar gündüzə.
Möcüzəsiz,vallah,sirli möcüzə,
Hər əməli,eşqi bilal kişilər.
Ləl-cəvahir,bir gövhərdi rəmziniz,
Xeyir-dua nəsillərə nəzminiz.
Çox sınanıb,çox yoxlanıb əzminiz,
Çox da olub sorğu-sual kişilər.
Ömrü ziya,əməli nur,sözü nur,
Sizlər ilə saflığımız qoprunur.
Məmişoğlu Sizdən ali söz umur,
Fırladıqca təbində val,kişilər.
Ağlı-huşu cahu-calal kişilər!
23.04.2023-cü il,saat 13-07.
QARABAĞDADI
(“Qarqbağ dəftərindən”,”qarabağa səfərim
var” silsiləsindən)
Seldən yükün tutan dəvə çayların,
Yol üstə löhrəmi Qarabağdadı.
Cəvahir illərin,altun ayların,
Ömrə ən məhrəmi Qarabağdadır.
Dərəyə çöhnəyən duman, çən qalın,
Mamırlar dərəyə sərər yaş şalın.
Topxanadan təzən ürkək maralın,
Təzə-tər çəhlimi Qarabağdadır.
Yerdən yana-yana qaynayan bulaq,
Özüylə car edər od qalaq-qalaq.
Qədərdən muğayat,baxtdan göz-qulaq,
Dadı vüsal dəmi Qarabağdadı.
Yellərdən qanadın alan hər atın,
Qırata,Dürata bağlamış zatın.
Torpağın,havanın,suyun,hər zadın,
Yarma məlhəmi Qarabağdadır.
Özünü qayadan atan şəlalə,
Sanarsan havada bir gümüş halə.
Qoynunda tər süsən,bənövşə,lalə,
Gözəllik aləmi Qarabağdadır.
Ətrindən min könül məst olan çiçək,
Nəsimdən xoş sığal alan biçənək.
Yarpaqlar üstündə yer alan tək-tək,
Buludun şəbnəmi Qarabağdadır.
Könül raha-rahat Gəz bu həvəsdə,
Tapar quş südün də, təki, sən istə.
Təzə-tər çiçəklər,göy otlar üstə,
Yağışın şehləmi Qarabağdadı.
Hər qaya başında dəli ildırım,
Hər yerdə zəhrimi yaran sıldırım.
Hansı bir gizlənci,sirri qaldırım,
Tariximin cəmi Qarabağdadı.
Baxtəvər olarsan Kirslə tapışsan,
İlləri yorarsan onla çapışsan.
Hansı iş qulpundan əgər yapışsan,
Onun da bir çəmi Qarabağdadı.
Oğuza bağlıdı yenilməz soyu,
Köləlik vayıdı,istiqlal toyu.
Belə ömr eləyib əsirlər boyu,
Hürrün hər havası Qarabağdadı.
Şimşəklər çıxarar çox oyunların,
Göylərin basarlar borc boyunların.
Hər biri yaraşıq boz qoyunların,
Boynunun mürçəmi Qarabağdadı.
Bal kimi saf sular,sərin havalar,
Ruhunda qorxudan,hirsdən hov alar.
Ortaya yanlışdan girə tovalar,
Ağ üzlərin nəmi Qarabağdadı.
Bilinməz sürünün ucu_bucaşı,
Tutmaz var-dövləti çölün qucağı.
Zülfünün süfrəsi,Xanın ocağı,
Mütəllimin şəmi Qarabağdadı.
Yeri də,göyü də ayrı bir cənnət,
Şəninə söz demək boynuma minnət.
Əgər ki,qol qoya işə müxənnət,
Ellərin əməli Qarabağdadı.
Gün altda bərq vuran zirvəli dağlar,
Ay ilə,gün ilə əhd-peyman bağlar.
Bunu deməsəm də bilir bulaqlar,
Könlümün həmdəmi Qarabağdadı.
Buludlar yanından başlanan sellər,
Ötüb gen dərədən əlini yellər.
Silsilə dağlardan siqlətli ellər,
Bəhrəli göy zəmi Qarabağdadı.
Evləri çörəkli,eli səxalı,
Cənnətə timsaldı,könül,hər halı.
Anda etibarlı,əhdə vəfalı,
Ellərin Dilqəmi Qarabağdadı.
Arzular tükənməz,ömürlər uzun,
Əridər diləklər sükutdan buzun.
Tanrı tam verıbdi hər dadın,duzun,
Dərdlərin ən kəmi Qarabağdadı.
Sellərdən,sulardan alıb nəfəsin,
Ruhunda dolaşır muğam hər kəsin.
Bülbülü özünə ram edən səsin,
Həm bəmi,həm zili Qarabağdadı.
Gözünü çıxarır indi çox kəsin,
Dağıdır sinəsin,sökür övkəsin.
Əməli axtanın,özü nakəsin,
İntəhasız qəmi Qarabağdadı.
Nələri gətirmir,nələri yada,
Fərəhi əkiztay,könül,fəryada.
Şair Mübarızin ömür dəryada,
Sürdüyü ağ gəmi Qarabağdadı.
14.06.2023-cü il,saat 19-17.
ANA DİLİM
Mənim ana dilim sahilsiz ümman,
Mənim söz vətənim,səs diyarımdı.
Ağzımı açıb mən danışan zaman,
Sözümü deməyə ixtiyarımdı.
Mənim ana dilim ulu gerçəyim,
Gün kimi danılmaz həqiqətimdi.
Təmiz ağsaqqalım,pak ağbirçəyim,
Ruhum,canım mənim,təbiətimdi.
Mənim ana dilim şehli göy çəmən,
Tükənməz sərvətim,sonsuz varındı.
Ağzımı açanda,danışanda mən,
Hər şeydən öncəsi iftixarımdı.
Mənim ana dilim ağzımın mülkü,
Əzəli,əbədi könül varımdı.
Dilimə kəc baxan anla ki,bil ki,
O mənim özümə ehtiramımdı.
Mənim ana dilim sərvətim,varım,
Dıfinəm,yatırım,cahu calalım.
Əzəli,əbədi;-bu gün və yarın,
Ruhumda bədr olan parlaq hilalım.
Yaşanıb illərim bu haqqı-sayla,
Bunu təsdiq edər hər bir tanıyan.
Öz dilim həm anam,həm də ki,Leylam,
Mən onun balası,həm Məcnunuyam.
Mənim ana dilim mənim mandatım,
Mənim söz kimliyim,səs kimliyimdi.
Taleyim,nəsibim,müqəddəratım,
Özümə özümün hakimliyimdi!
19.10.2023-cü il,saat 17-04.
AZƏRBAYCAN TÜRKCƏSİ
Dilimin nazbalıncı,
Bu tayda tam hürr,azad-
O tayda dilzarıncı.
Babamın söz qılıncı,
Nənəmin səs cəhrəsi-
Azərbaycan Türkcəsi.
Açmayan kəs mücrünü
Bilməz Milad,Hicrini.
Babaların xurcunu,-
Nənələrin dükcəsi-
Azərbaycan Türkcəsi.
Öz çəkisi,arvasI,
Tam dəyib,yox sarfası.
Tuti dillər arfası,-
Pak xəyallar göycəsi-
AzərbaycanTürkcəsi.
Ruhun abı-havası,
Eşqin zövqü-səfası.
Hikmətlərin yuvası,-
Mənaların təkcəsi-
Azərbaycan Türkcəsi.
Töküb nakəs gözünü,
Bəlli edib özünü.
Ulu Oğuz sözünün,-
Xəzinəsi,büdcəsi-
Azərbaycan Türkcəsi.
Çəkməsəm mən xarcını,
Qaytarmaram borcunu.
Təb açmaz orucunu,-
Bəlli olmaz tükcəsi-
Azərbaycan Türkcəsi.
Bir nəğmədi hər bəndi,
Öz şəhəri,öz kəndi.
Dəmir Qapı Dərbəndi,-
Borçalısı,Göyçəsi-
Azərbaycan Türkcəsi.
Göy ləpəli Xəzərim,
Ağlım,huşum,nəzərim.
Yerə,göyə bənzərim,-
Dillərin ən incəsi-
Azərbaycan Türkcəsi.
Bürcüm,qalam,qəsirim,
Həm hürrüm,həm əsirim.
Taleyi kəm-kəsirim,-
Siqləti yer yükcəsi-
Azərbaycan Türkcəsi.
Həm şahım,həm vəzirin,
Dövrüm,eram,əsirim.
Haqqa bağlı nəzirim,-
Ağzımın tər qönçəsi-
Azərbaycan Türkcəsi.
Taleyi kəm,baxtı kəm,
Qızıl taxtı,tacı kəm.
Gərək sənə baxt tikəm,-
Hər olandan öncəsi-
Azərbaycan Türkcəsi.
Olub bağlı qəfəsi,
Ərəbin mənfur səsi.
Farsın kirli nəfəsi,-
Rusun qanlı pəncəsi-
Azərbaycan Türkcəsi.
Sözdə qızıl nizanı,
Yapmadımı Nizani?
Nəzmimdəki qəzamı,-
Danır farsın löhcəsi-
Azərbaycan Türkcəsi.
Ruhda verir bərqini,
Yaradır bal şərqini.
Kəlamların fərqinin,-
Dilimdəki tükcəsi-
Azərbaycan Türkcəsi.
Şəhdi sonsuz balının,
Bir gözəldi bənzəri-
Yoxdu xətti-xalının.
Söz hana,səs xalının,-
Həvə,kirkid,milçəsi-
Azərbaycan Türkcəsi.
Ağlımın kəlam dəni,
Nəzakətli,mədəni.
Cismim hikmət mədəni,-
O filizi,külçəsi-
Azərbaycan Türkcəsi.
Qan soran parazitlər,
Haq yeyən qanıq itlər,
Yaratdılar təsbitlər,-
Çoxaldı işgəncəsi-
Azərbaycan Türkcəsi.
Dəryadan oldu dərin,
Namın tutdu göylərin.
Ləl,cəvahir sözlərin,-
Sərdarı,sərkərdəsi-
Azərbaycan Türkcəsi.
Hifz edib məziyyətin,
Qorudu dad,ləzzətin.
Sayə,hörmət,izzətin,-
Üz örtüyü,pərdəsi-
Azərbaycan Türkcəsi.
Dildə edib dərcini,
Yaratdı söz bürcünü.
Udub maraq mərcini,-
Heyran etdi hər kəsi-
Azərbaycan Türkcəsi.
Əzəli və əbədi,
Ruhumun söz məbədi.
Gözümdə bir zirvədi,-
Xar eləyib cahanda,
Yaranandan nakəsi-
Azərbaycan Türkcəsi.
Məmişoğlu,dur hələ,
Ruhunda var zəlzələ.
Ürəyinlə əl-ələ,-
Tutub qumru avazı,
Şeyda bülbül ləhcəsi-
Azərbaycan Türkcəsi.
Azərbaycan Türkcəsi!
01.11.2023-cü il,saat 15-53.
DÜNYA YAMAN GÜNƏ QALIB
(Deyişmə)
Dedim:
Nırx dəyişib başıpozuq bazarda,
Dünya yaman günə qalıb.
Haqq-ədalət uydurulub məzarda,
Dünya yaman günə qalıb.
Dedi:
Boyuna boy qatır gündə bir biçim,
Dünya yaman günə düşüb.
Baxanda halına göynəyir içim,
Dünya yaman günə düşüb.
Dedim:
Ha qışqıra yetişən yox hayına,
Dönük çıxıb sədaqət haqq-sayına.
Seçimlərdən ölüm düşüb payına,
Dünya yaman günə qalıb.
Dedi:
Namında yer alıb küllü kəm-kəsir,
Şəfəqi doğrayıb,ziyanı kəsir.
Qananı əlində eləyib əsir,
Dünya yaman günə düşüb.
Dedim:
Gündə bir az cana doyub üzülür,
Ağlı,huşu yüz yerindən süzülür.
Ölüm gələ ön sıraya düzülür,
Dünya yaman günə qalıb.
Dedi:
Kədəri,ələmi başından aşıb,
Çıxıb məcrasından pisliklər daşıb.
Təpədən-dırnağa kirə bulaşıb,
Dünya yaman günə düşüb.
Dedum:
Yerdən qalxan deyir yaxım,yandırım,
Üstündə bir gur ocağı andırım.
Aman vermir başa salım,qandırım,
Dünya yaman günə qalıb.
Dedi:
Pozulub adəti,dönüb vərdişi,
Doğrudan əyriyə dönüb gərdişi.
Düzlüklə,saflıqla yoxdu,yox işi,
Dünya yaman günə düşüb.
Dedim:
Yaxşılıqlar bostanından üzdənib,
Üzlərinə kirli üzlər üzdənib.
Haqq-ədalət ortada yox,gizdənib,
Dünya yaman genə qalıb.
Dedi:
Yaxşı dura-dura pisə ələnir,
Alova bələnir,oda bələnir.
Əl açıb zamandan haqqın dilənir,
Dünya yaman günə düşüb.
Dedim:
Əl qaldırır gündə bəşər-bəşərə,
Hər xeyiri əsir düşüb bir şərə.
Az qalıb ki,çata axır-məhşərə,
Dünya yaman günə qalıb.
Dedi:
Doğruluq atından salınıb işi,
Keşib bir-birinə qəzəbdən dişi.
Önünə qoyulub şərin bışmışı,
Dünya yaman günə qalıb.
Dedim:
Astar vurub üzə çıxıb dayanıb,
Dərə vurub düzə çıxıb dayanıb.
Fitnə vurub dizə çıxıb dayanıb,
Dünya yaman günə qalıb.
Dedi:
Gönəsən eləyim hansı bir seçim,
Alınsın pislikdən haqq olan öcüm.
Bilmirəm saxlayım,yoxsa vaz keçim,
Dünya yaman günə düşüb.
Dedim:
İmtahanı ağır olub kəsilib,
Çox doğranıb dəvə kimi kəsilib.
Taxtdan düşüb şanlı namı əksilib,
Dünya yaman günə qalıb.
Dedi:
Hər düzün içində yatıb yüz yalan,
Nə satan bəllidi,nə də bir alan.
Dönüb özü boyda olub kor ilan,
Dünya yaman günə düşüb.
Dedim:
Məmişoğlun işdə qoyub çox naçar,
Qapıların fitnə bağlar,şər açar.
Götürəndə nə qıfıldı nə açar,
Dünya yaman günə qalıb.
Dedi:
Artsa da günbəgün sayğım,gürəyim,
Gözünı bağladı duzum,çörəyim.
Mübariz halına yanır ürəyim,
Dünya yaman günə düşüb.
12.11.2023-cü il,saat 23-12.
ALLAH AMANDI
Nə yalvarış qanır,nə də gög yaşı,
Pul Allah olubdu,Allah amandı!
Ürəyi istəyə kəsdirir başı,-
Olumlu-ölümlü ağır limandı,
Pul Allah olubdu,Allah amandı!
Daşdan da,qumdan da dəmlədir aşı,
Nə usta tanıyır,nə də ki,naşı.
Pul ilə basdırır qardaş-qardaşı,-
Nə axmaq dövrandı,nə kəc zamandı,
Pul Allah olubdu,Allah amandı!
Deyən kəs səhv deyib ona əl kiri,
İstəsə üstələr ocağı,piri.
Aça bilməsəm də tamam bu sirri,-
Təpədən-dırnağa dindi,imandı,
Pul Allah olubdu,Allah amandı!
Tifaqlar dağıdır,xanələr yıxır,
Nə edə altından qupquru çıxır.
Haqqın gözlərinə güllələr sıxır,-
Yenilməz qüdrətdi,seldi,ümmandı,
Pul Allahlıq edir,Allah amandı!
Xəyanət ondadı,vəfa da onda,
Eyş-işrət ondadı,səfa da onda.
Məşəqqət ondadı,cəfa da onda,-
Ümiddi,inancdı,əhddi,gümandı,
Pul Allah olubdu,Allah amandı.
Gedər ümman-ümman,dönər sel kimi,
Əsəbdə tarıma çəkər hər simi.
Dağıdar cadunu,qırar tilsimi,-
Yoxsula tütyədi,tuza samandı,
Pul Allah olubdu,Allah amandı!
Fərmanlar imzalar şahlar yerinə,
Alqışlar qoydurar ahlar yerinə.
Bir az da düşünüb getsən dərinə,-
Özünə hər kəsdən səcdə umandı,
Pul Allah olubdu,Allah amandı!
Hakimi-mütləqdi,hər şeyə hazır,
Saraylar ucaldır,qəbirlər qazır.
İstəsə tale də,qədər də yazır,-
Başlara açdığı qəlbə damandı,
Pul Allah olubdu,Allah amandı!
Atanı balayla qoyur üz-üzə,
Bir anda əyrini döndərir düzə.
İstəsə yaradır qeyri möcüzə,-
Yağışdı,ayazdı,gündü,dumandı,
Pul Allah olubdu,Allah amandı!
Qıfıldı,açardı xəyanətlərə,
Zindandı,çəkicdi dəyanətlərə.
Kəmənddi,körpüdü inayətlərə,-
Düzdən çox əyriyə bir pasibandı,
Pul Allah olubdu,Allah amandı!
Könlü istəyəndə çəkdirir dara,
Könlü istəyəndə yetişir kara.
Nə onda,nə bunda saxlamır ara,-
Nəzirdi,niyazdı,tuğdu,şamandı,
Pul Allah olubdu,Allah amandı!
Kefi istəyəndə olur bir lələ,
Hər kəsin çiyninə qoyur bir şələ.
Çox şeyin söyləyə bilmirım hələ,-
Həm yeri bəllidi,həm laməkandı,
Pul Allah olubdu,Allah amandı!
Soylu bir mələkdi,qansız cəlladdı,
Görərsən beqəfil səni aldatdı.
Gedər-gəlməz olan yola yollatdı,-
Qılıcdı,qalxandı,oxdu,kamandı,
Pul Allahlıq edir,Allah amandı!
Həm yaxşı,həm ondan çoxdu pis üzü,
Dəyişməz tövrünı gələ lap yüzü.
Seçilməz namında gecə-gündüzü,-
Yaxşıdan yaxşıdı,pisdən yamandı,
Pul Allah olubdu,Allah amandı!
Özün verəndə də istər can ala,
Doğruluq,dürüstlük taxtından sala.
Həm şöhrət tacıdır,həm başabəla,-
Hökümdü,qərardı,əfdi.amandı,
Pul Allah olubdu,Allah amandı!
Həm həyat bəxş edən,həm də alandı,
Qədərdi söyləsəm,demə,yalandı.
Kəsəsi hər şeyə qadir olandı,-
Şöhrətdi,qüdrətdi,şərəfdi,şandı,
Pul Allah olubdu,Allah amandı!
Hökümlü sahibdi iqtisadiyyata,
Tükü də ürpəmməzkim qala bata.
Xızırdı,cəlladdı ömrə,həyata,-
Ocaq-pir,qiblədi,büt-talismandı,
Pul Allah olubdu,Allah amandı!
Oluma-ölümə verər cüt qərar,
Onda da,bunda da işi qurtarar.
Könüllər fəth edər,zəhirlər yarar,-
Həm kömək,həm əvəz,həm qana-qandı,
Pul Allah olubdu,Allah amandı!
Kiminə pərqudu,kiminə daşdı,
Bal ilə zəhərdən bişrilən aşdı.
Əzəldən şeytanla bağrıbadaşdı,-
Həm dinclik,əminlik,həm həyəcandı,
Pul Allah olubdu,Allah amandı!
Qədərdən,qismətdən,taledən başdı,
Sülh,əmin-amanlıq,qanlı şavaşdı.
Ayaqdı,bədəndi,gövdədi,başdı,-
Sümükdə ilikdi,damarda qandı,
Pul Allah olubdu,Allah amandı!
Əgər baş qoşmaya iş olar dəmir,
Ya da ki,urfasız,mayasız xəmir.
Nə dillən,ağız aç,nə sal səs-səmir,-
Nə etsən görərsən haman-hamandı,
Pul Allah olubdu,Allah amandı!
Ölkələr yaradır,ölkələr yıxır,
Özünün axrına pul özü çıxır.
Qoy deyim və sair,ta və ilaxır,-
Verilən,həm geri alınan candı,
Pul Allah olubdu,Allah amandı!
Kefi istəyəndə olur bir əmir,
Sınıqlar,salxaqlar olunur təmir.
Kefi istəməsə Himalay,Pamir,-
Mübariz, ün yetməz bir asimandı,
Pul Allah olubdu,Allah amandı!
Pul Allah olubdu,Allah amandı!!
06.12.2023-cü il,saat 17-34.
SALAMAT QAL
Bəlkə bu yerlərə bir də gəlmədim,
Duman salmat qal,dağ salamat qal.
M.Araz
Gedirəm,dönmək də,dönməmək də var,
Qırxqız salamat qal,Kirs salamat qal.
Biri o birindən odlu misralar,
Şeir salamat qal,irs salamat qal.
Ərlər arxasında dağlar tək duran,
Nakəslər ağzından əlbəəl vuran.
Könüllər başında yuvalar quran,
Qəzəb salamat qal,hirs salamat qal.
Güllü yal-yamacda çağlayan bulaq,
Körpə cüyürlərdən olun göz-qulaq.
Əzmimə cürətdən vurmuşam calaq,
Yaxşı salamat qal,pis salamat qal.
Yaxşı qatammadım səni şerimə,
Zaman işləmədi,çünki,xeyrimə.
Öpüb o dağları mənim yrrimə,
Duman salamat qal,sis salamat qal.
Könlümdən kədəri,ələmi kişdə,
Samurda,Qar-qarda,Arazda,Kişdə.
Yarımçıq tutduğum əməli işdə,
Ovand salamat qal,tərs salamat qal.
Şair balasına açaraq qucaq,
El məni əlinin üstə tutacaq.
Sənət meydanında çatdığım ocaq,
Tüstü salamat qal,his salamat qal.
Xalqa bir töhfədi yaxşı hər olan,
Ey könül,sevgidən,eşqdən gur qalan.
Qınayın sözümdə varsa bir yalan,-
Coşqun ilhamımdan qüdrətin alan,
Duyğu salamat qal,hiss salamat qal.
Yatır mışıl-mışıl isti yataqda,
Gül üzlü balalar gülgün otaqda.
Hələ açılmamış bağlı yataqda,
Dəmir salamat qal,mis salamat qal.
Mübariz,araya kəc zaman girsə,
Düşərmi,düşməzmi yolumuz Kirsə?
Düşsə də qorxum var gecikə dərsə,
Məktəb salamat qal,dərs salamat qal.
01.01.2024-cü il,saat 23-36.
NƏ OLAR ELƏMƏ BUNU, ALLAHIM!