AZ

“Bu gün dron operatorları keçmişdəki snayperlər kimi əsir götürülmür” - “Buldozer” ləqəbli baş kəşfiyyatçı

Dron operatorları xüsusi hərbi əməliyyat zonasının ən mühüm qüvvələrindən birinə çevrilib.

Herbiand.az bildirir ki, bunu Şimali Osetiyanın “Biçinçi” xüsusi təyinatlılarının zərbə PUA alayının döyüşçüsü, “Buldozer” ləqəbli baş kəşfiyyatçı deyib.

Kəşfiyyatçı deyib ki, bu gün dron operatorları keçmişdəki snayperlər kimi əsir götürülmür: “Məhz pilotsuz təyyarə operatorları hazırda döyüş əməliyyatlarında əsas rol oynayır. Onların işi birbaşa düşmən texnikasının və şəxsi heyətinin məhv edilməsi ilə bağlıdır. Münaqişədə olan hər iki tərəf pilotsuz təyyarələrin tam potensialından istifadə etməyə çalışır”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
14
herbiand.az

1Mənbələr