AZ

“THE Avrasiya Universitetləri Sammiti” regionda ilk dəfədir ki, təşkil edilir" – THE rəsmisi

“Fikrimcə, Avrasiya qlobal ali təhsil üçün ən mühüm regionlardan biridir. “THE Avrasiya Universitetləri Sammiti” regionda ilk dəfədir ki, təşkil edilir".TƏHSİL.BİZ xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində “Times Higher Education”nın (THE) Qlobal məsələlər üzrə baş direktoru Fil Bati deyib. O bildirib ki, artıq Avrasiya regionunda mühüm araşdırmalar aparmaq üçün infrastruktur və şərait yaradılıb: “Bu region Qərblə Şərqin birləşdiyi yerdə yerləşdiyi üçün coğrafi cəhətdən çox mühümdür. Tarixən də bu coğrafiya həm ticarət, həm elm, həm də mədəniyyətlərarası mübadilə üçün əhəmiyyətli rol oynayıb. Müasir dövrdə isə Avrasiya regionu araşdırmalar və innovasiyalar baxımından mühüm rol oynayacaq”. Fil Beyti əlavə edib ki, Azərbaycan Qafqaz və Mərkəzi Asiya regionunda liderlik rolu oynayır. O qeyd edib ki, hər il daha çox Azərbaycan universiteti beynəlxalq reytinq siyahılarında yer alır.

Seçilən
15
2
tehsil.biz

3Mənbələr