AZ

Fiziyev o döyüşdən niyə imtina edib? - Bu, artıq çox pisdir

UFC-də çıxış edən azərbaycanlı döyüşçü Rafael Fiziyev Çarlz Oliveyraya qarşı görüşdən geri çəkilmə qərarını şərh edib.

Publika.az xəbər verir ki, o, bunu zədəsi ilə əlaqələndirib:

"Yenidən dizimdən zədə aldım. Əməliyyata ehtiyac olmayacaq, amma tam şəkildə məşq edə və sparrinqlərə qatıla bilmirəm. Bərpa üçün bir neçə ay fasilə verməli olacağam.

Braziliyada döyüşə bilmədiyim üçün çox təəssüflənirəm. Uzun müddətdir bunun xəyalını qururdum. Amma artıq dizimdən iki əməliyyat keçirmişəm, belə bir zədə ilə döyüşmək çox riskli olardı. Eyni dizdən üç əməliyyat, bu, artıq çox pisdir".

Seçilən
55
publika.az

1Mənbələr